Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3342/2022 04.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X9 qızının katibliyi, iddiaçı kreditor "xxxx" MMC-nin nümayəndəsi vəkil X4, direktor X1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-nin nümayəndəsi X3 və “Millers Oils Limited” şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı kreditor "xxxx" MMC-nin cavabdeh borclu Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AMEA Təcrübə- Sənaye Zavodu MMC, AMEA Yüksək Texnologiyalar Parkı MMC, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi, “Millers Oils Limited” şirkəti, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X5, "xxxx" QSC) hüquqi şəxsin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı kreditor "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh borclu Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ********** dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində dövlət qeydiyyatına alımmışdır, nizamnamə kapitalının miqdarı 100 manat təşkil edir. Əlavə olunmuş hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən cəmiyyətin iştirakçıları (təsisçiləri) aşağıdakılardır: 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********)-50%, 2. “Millers Oils Limited” şirkəti- 50%. Hal-hazırda Cavabdeh MMC-nin qanuni təmsilçisi X2r. Borclunun ödəmə qabiliyyəti olmadığı haqqında məlumat: borclu Cavabdeh MMC ödəmə qabiliyyəti olmayan hüquqi şəxsdir. Belə ki, onun balansında heç bir əmlak olmadığı kimi, hal hazırda 1 000 000 manata yaxın borcu var. Bundan başqa borclunun aktivləri barədə də heç bir məlumat olmadığı kimi, borclu barəsində Bakı Kommersiya Məhkəməsinin verdiyi qəbul etdiyi xx.xx.2021-ci il tarixli e-2-2(113)-2372/2021 saylı, xx.xx.2021-ci il tarixli e-2-2(113)- 2780/2021 saylı qətnamələr də borclunun ödəmə qabiliyyəti olmadığı icra oluna bilmir. “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi, borclu Cavabdeh MMC ödəmə qabiliyyəti olmayan hüquqi şəxsdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi vəkil X4 və direktor X6 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 və “Millers Oils Limited” şirkətinin nümayəndəsi Nümayəndə iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi və digər mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Müflisləşmə və iflas haqqında Qanunun 3-cü maddəsinə əsasən borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə "xxxx" MMC-nin iddiası rədd edilməli və Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin müflis elan etməkdən imtina edilməlidir, belə ki, kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 ay ərzində tam icra etməməsi, borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 ay ərzində tam icra etməməsi və digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin maliyyə durumu ilə, yəni ödəmə qabiliyyəti olmaması ilə bağlı kreditor tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı kreditor "xxxx" MMCnin cavabdeh borclu Cavabdeh MMC-nin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə ərizəsi rədd edilməklə Cavabdeh MMC-nin müflis elan etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı kreditor "xxxx" MMC-nin cavabdeh borclu Cavabdeh MMC-nin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə ərizəsi rədd edilməklə Cavabdeh MMC-nin müflis elan etməkdən imtina edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3342/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3342/2022
04.08.2022 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver