Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3363/2025 21.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil 227004,83 manat əsas borc, 30277,19 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 547,28 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 1500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili Vəkil və cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 21 iyun 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı 259,329.30 (iki yüz əlli doqquz min üç yüz iyirmi doqquz manat otuz qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair Bakı Kommerisya Məhkəməsinin icraatında olan (e-2-2( 113)-3363/2025 nömrəli iş) iddiasından imtina edir.
2. Cavabdeh MMC iddia tələbindəki məbləğdən cərimə və müqavilə üzrə müəyyən edilmiş komissiya məbləğləri, məhkəmə xərcləri çıxılmaqla cəmi 157980 (bir yüz əlli yeddi mon doqquz yüz səksən) manat məbləğində pul vəsaitini 31 oktyabr 2025-ci il tarixinədək İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür.
3. Cavabdeh MMC 157980 (bir yüz əlli yeddi mon doqquz yüz səksən) manat məbləğində pul vəsaitini 31 oktyabr 2025-ci il tarixinədək tam şəkildə ödəmədiyi təqdirdə, İddiaçı MMC-yə iddia tələbində göstərilən 259.329.30 (iki yüz əlli doqquz min üç yüz iyirmi doqquz manat otuz qəpik ) manat məbləğində ödəniş etməyi öhdəsinə götürür.
4. Cavabdeh MMC bu Sazişin 2 və 3-cü bəndləri üzrə öhdəliyini yerinə yetirmədiyi halda, bu Sazişi direktor qismində imzalayan və Cavabdeh MMC-nin təsisçisi olan Qanuni nümayəndə2 həmin bəndlər üzrə şəxsən məsuliyyət daşımaqla, 259,329.30 (iki yüz əlli doqquz min üç yüz iyirmi doqquz manat otuz qəpik ) manat məbləğində pulu İddiaçı MMCyə ödəməyi öhdəsinə götürür.
5. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və tərəflərin imzaladığı andan qüvvəyə minir. Sazişin nüsxələrindən biri İddiaçı MMC-də, biri Cavabdeh MMC-də saxlanılır, biri isə Bakı Kommerisya Məhkəməsinə təqdim edilir.
6. Hazırkı Sazişə hər hansı əlavə və dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. Müvafiq dəyişikliklər tərəflər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malikdir. Sazişə birtərəfli qaydada edilmiş əlavə və dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur. Sazişin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə razılaşmanın etibarsız hesab ediməsinə səbəb olmur.
7. Bu Saziş ilə üzərilərinə götürdükləri vəzifələri icra etməməyə və ya lazımınca icra etməməyə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Tərəflərdən birinin bu sazişlə müəyyən edilmiş öhdəliklərinin hər hansı hissəsini yerinə yetirməməsi, yaxud vaxtında yerinə yetirməməsi sazişin şərtlərinin pozulması hesab edilir və iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaradır.
8. Hazırkı razılaşmaya yalnız tərəflərin qarşılıqlı razılığı ilə xitam verilə bilər.
9. Bu Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və tərəflər üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirənədək qüvvədədir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini hər iki tərəfin qanuni təmsilçisi imzalamış, saziş hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** qəbz əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 547,28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 547,28 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı 259,329.30 (iki yüz əlli doqquz min üç yüz iyirmi doqquz manat otuz qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair Bakı Kommerisya Məhkəməsinin icraatında olan (e-2-2( 113)-3363/2025 nömrəli iş) iddiasından imtina edir.
2. Cavabdeh MMC iddia tələbindəki məbləğdən cərimə və müqavilə üzrə müəyyən edilmiş komissiya məbləğləri, məhkəmə xərcləri çıxılmaqla cəmi 157980 (bir yüz əlli yeddi mon doqquz yüz səksən) manat məbləğində pul vəsaitini 31 oktyabr 2025-ci il tarixinədək İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür.
3. Cavabdeh MMC 157980 (bir yüz əlli yeddi mon doqquz yüz səksən) manat məbləğində pul vəsaitini 31 oktyabr 2025-ci il tarixinədək tam şəkildə ödəmədiyi təqdirdə, İddiaçı MMC-yə iddia tələbində göstərilən 259.329.30 (iki yüz əlli doqquz min üç yüz iyirmi doqquz manat otuz qəpik ) manat məbləğində ödəniş etməyi öhdəsinə götürür.
4. Cavabdeh MMC bu Sazişin 2 və 3-cü bəndləri üzrə öhdəliyini yerinə yetirmədiyi halda, bu Sazişi direktor qismində imzalayan və Cavabdeh MMC-nin təsisçisi olan Qanuni nümayəndə2 həmin bəndlər üzrə şəxsən məsuliyyət daşımaqla, 259,329.30 (iki yüz əlli doqquz min üç yüz iyirmi doqquz manat otuz qəpik ) manat məbləğində pulu İddiaçı MMCyə ödəməyi öhdəsinə götürür.
5. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və tərəflərin imzaladığı andan qüvvəyə minir. Sazişin nüsxələrindən biri İddiaçı MMC-də, biri Cavabdeh MMC-də saxlanılır, biri isə Bakı Kommerisya Məhkəməsinə təqdim edilir.
6. Hazırkı Sazişə hər hansı əlavə və dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. Müvafiq dəyişikliklər tərəflər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malikdir. Sazişə birtərəfli qaydada edilmiş əlavə və dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur. Sazişin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə razılaşmanın etibarsız hesab ediməsinə səbəb olmur.
7. Bu Saziş ilə üzərilərinə götürdükləri vəzifələri icra etməməyə və ya lazımınca icra etməməyə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Tərəflərdən birinin bu sazişlə müəyyən edilmiş öhdəliklərinin hər hansı hissəsini yerinə yetirməməsi, yaxud vaxtında yerinə yetirməməsi sazişin şərtlərinin pozulması hesab edilir və iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaradır.
8. Hazırkı razılaşmaya yalnız tərəflərin qarşılıqlı razılığı ilə xitam verilə bilər.
9. Bu Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və tərəflər üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirənədək qüvvədədir.
İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 547,28 (beş yüz qırx yeddi manat iyirmi səkkiz qəpik) manat pul dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nərmin Əhmədova