Məhkəmə qərarları › İş №e-2-2(113)-3366/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3366/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3366/2025 09.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə və onun Əlavəsi üzrə öhdəliklərinin pozulmasına görə Cavabdeh MMC-dən 192377 manat əsas borc, 346278,32 ƏDV borcu, 302771,96 manat cərimə, ümumilikdə isə 2572820,28 manat, əlavə olaraq İddiaçı tərəfindən 547,28 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 257.829,308 manat məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini və iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il taixli, e-2-2(113)-3363/2025 saylı qərardadından (hakim – Nərmin Əhmədova) göründüyü kimi eyni iddia ərizəsi məhkəmə tərəfindən icraat qəbul edilmişdir və hal-hazırda iş icraatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduqda ərizə qəbul etməkdən imtina edilir. Buna görə də hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa hakimin icraatında iş olduğuna görə ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar