Məhkəmə qərarları › İş №e-2-2(113)-3376/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3376/2023

18.09.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3376/2023 18.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 MK-nın və Cavabdeh2 qanuni təmsilçisi Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2nə (3- cü şəxslər Nəsimi rayon İcra hakimiyyəti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X4 Dövlət Qeydiyyatı İdarəsi) qarşı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ümumi yığıncağın çağırılması öhdəliyin qoyulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Cavabdeh1 və "Ay Ulduz-2010" Mənzil İstismar Kooperativlərinin ləğvi ilə bağlı qanunda nəzərdə tutulan tələbləri yerinə yetirməməklə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, sədrlik etdiyi Cavabdeh1 qanuna müvafiq qaydada və müddətdə ümumi yığıncağının çağırılaraq, kooperativin ləğvi məsələsinin həll edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 11 yanvar 2006-cı il tarixində “Təsisçilərin Mənzil Kooperativinin yaradılmasına dair təsis müqaviləsinə əsasən yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X13 qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixində dövlət qeydiyyatına alınaraq, bu barədə reyestrdən çıxarış verilmişdir. Kooperativin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva 241, mənzil 60 ünvanı olmuşdur. O Cavabdeh1 beş təsisçisindən biridir və ümumi yığıncağın xx.xx.2006-cı il tarixli qərarına əsasən o Cavabdeh1 sədri seçilmişdir. 2011-ci ildə binaya köçən Cavabdeh3 ona məxsus olan binanın birinci mərtəbəsində yerləşən 53 kv metr qeyri-yaşayış sahəsini ələ keçirmək üçün ona qarşı qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddialar irəli sürmüş, lakin onun verdiyi iddia tələbləri təmin edilməmişdir (Ali Məhkəmənin qərarı əlavə olunur). Bundan sonra o, eyni ünvanda başqa oxşar adla, yəni Cavabdeh2 təsis edərək özünü eyni vaxtda həmin kopperativin də sədri elan etmiş və artıq Cavabdeh1nın mövcud olduğu ünvanda qanunsuz fəaliyyət göstərməyə, sakinlər arasında çaşqınlıq yaratmağa onlardan müxtəlif adlarla, məsələn, məhəllədəki avtomobillərdən dayanacağı kimi istifadə edərək pul yığmaqla özbaşınalıq və qanunsuzluqlar etməyə başlamışdır. Bundan başqa həmin kooperativin adından heç bir aidiyyatı və əsas olmadığı halda ona qarşı qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddialar irəli sürməyə başlamışdır. Halbuki sözügedən qeyri-yaşayış sahəsi 30 ildir ki, onun qanuni istifadəsindədir. Əlavə olunmuş Kommersiya qrumlarının X13 reyestrinə daxil edilmiş məlumatlardan müəyyən olunur ki, Ay-Ulduz-2010 Mənzil İstismar Kooperativinin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsi ev 241 mənzil 68, Cavabdeh1 hüquqi ünvanı ünvan 4ədri Cavabdeh3dır. Aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh3 hərəkətləri və Nəsimi rayonu Dialrə Əliyeva 241 ünvanındakı binada göstərdiyi fəaliyyət qanunsuzdur. Belə ki, əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli **********0 saylı Arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241 ünvanında qeydiyyata alınmış mənzillərin (76 mənzil) siyahısını təqdim edilmişdir. Həmin saiyahıya əsasən binadakı bütün mənzillərin xüsusi mülkiyyətdə olması təsdiq olunmuşdur. Beləliklə, Cavabdeh1 yaradılarkən qarşıya qoyduğu məqsədlərə nail olunmuş, həmçinin binadakı mənzillər tam olaraq özəlləşdirilərək payçıların xüsusi mülkiyyətinə keçmişdir. Bunu nəzərə alaraq Mənzil Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən kooperativin ləğv olunması zərurəti yaranmışdır. Bu barədə hazırda 40 faiz pay hüququna malik təsisçi olaraq, o dəfələrlə kooperativlərin sədrinə rəsmi qaydada yazılı müraciətlər etsə də, Cavabdeh3 bu barədə heç bir qanunamüvafiq tədbirlər görməmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdilər ki, ünvan 6 ünvanındakı ev kooperativ bina olmaqla Cavabdeh1nə məxsusdur. Sözügedən kooperativ 1995-ci ildən mövcud olmuş “Sovet işçisi» kooperativinin hüquqi varisi kimi 11 yanvar 2006-ci il tarixdə Cavabdeh1 adı ilə təsis edilmiş və 22 fevral 2006-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Kooperativin Nizamnaməsinə əsasən başqa kooperativin üzvü onların kooperativə üzv ola bilməz. Cavabdeh3 isə özünü eyni vaxtda iki kooperativin sədri elan edərək, qanunsuzluğa davam edir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X4 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17 may 2016-cı il tarixli **********52670 saylı məktubun surətindən görünür ki, Cavabdeh1 qeydiyyat qovluğuna əsasən reyestr məlumatları aşağıdakılardır: - qurumun adı Cavabdeh1; qeydiyyata alındığı tarix xx.xx.2006; əvvəlki dövlət qeydiyyat №-si 0106-P202-45192; dövlət qeydiyyat №-si (VÖEN) **********; təşkilati-hüquqi forması Kooperativ; hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241, mənzil 60; qanuni təmsilçi İddiaçıdur; təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı - X5 - 20%, İddiaçı - 20%, X6 - 20%, X12-20% və X7 - 20%-dir. Cavabdeh1 Nizamnaməsinin: 7.1.1- ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır və Kooperativin fəaliyyətinə aid olan bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. Ümumi Yığıncağ kooperativin sədri tərəfindən ildə bir dəfə, lakin maliyyə ilinin başa çatmasından ən geci 3 ay keçənədək çağırılır. Növbədənkənar ümumi yığıncaq kooperativ sədrinin, müşahidə şurasının təşəbbüsü, yaxud səsə hüququna malik olan üzvlərinin azı dörddə birinin tələbi ilə çağırılır. Müvafiq təşəbbüs və ya tələb irəli sürüldükdən sonra 15 gün müddətində sədr növbədənkənar ümumi yığıncağın keçirilməsini təmin etməlidir; 7.1.2- ci maddəsinə əsasən ümumi yığıncaq üzvlərinin yarıdan çoxu iştirak etdikdə, səlahiyyətlidir. Səlahiyyətli ümumi yığıncaq özünün müstəsna səlahiyyətinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə, digər qərarları isə sahə səs çoxluğu ilə qəbul edir. Səsvermə açıq və gizli qaydada keçirilə bilər; 7.1.3-cü maddəsinə əsasən kooperativin sədrini seçmək məsələsinə baxılması və haqqında qərar qəbul edilməsi ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. O Cavabdeh1 MK-nin təsisçisi olaraq, dəfərlərlə Cavabdeh3, kooperativin mənfəəti barədə hesabat verməyi, ümumi yığncağının çağırılmasını və sonuncu dəfə isə qanunun tələbinə müvafiq olaraq, kooperativin ləğvi məsələsinin gündəliyə çıxarılmasını tələb etsə də, o bu günədək bir dəfə də olsun ümumi yığıncaq çağırmamış, hesabatları verməmiş, Mənzil Məcəlləsinin 109-cu maddəsində göstərilən imperativ tələbinə əsasən kooperativlərin ləğvini təmin etməmişdir. Qeyd edir ki, cavabdeh T.Cahagirovanın bu qanunsuzluğu onun təsisçisi olduğu Cavabdeh1 MK-nin böyük məbləğdə cərimə olunması ilə nəticələnə bilər ki, bu da onların qanuni mənafelərinə ziddir. Bu barədə Cavabdeh3 dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymamış, öz qanunsuz əməllərinə davam etmişdir. İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Əlavə olunmuş məktublardan və poçt qəbzlərindən də aydın görünür ki, Cavabdeh3 tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də o, təsisçinin rəsmi müraciətlərinə cavab verməmiş və umumi yığıncaq çağırmaqdan imtina edərək qanunsuz fəaliyyət göstərməkdə davam etmişdir. Həmçinin bildirir ki, Cavabdeh1 beş nəfər təsisçilərindən birinin, yəni onun həyat yoldaşı X6 vəfat etdiyindən kooperativin fəaliyyəti özlüyündə hazırda qanunsuzdur. Bu barədə də cavabdehlərə rəsmi məlumat verilsə də, qulaq ardına vurmuşdur. Qeyd edir ki, Nizamnaməyə əsasən təsisçi X3 da payı ona keçmişdir. Göründüyü kimi dəfələrlə rəsmi müraciət olunduğuna baxmayaraq, Cavabdeh3, sədrlik etdiyi Cavabdeh1 və "Ay Ulduz-2010" Mənzil İstismar Kooperativlərinin ləğvi ilə bağlı qanunda nəzərdə tutulan tələbləri yerinə yetirməməklə hərəkətsizliyə yol vermiş, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 241 ünvnındakı qanunsuz fəaliyyətini davam etdirmiş, təsisçinin və qanunun koopertivin ləğv edilməsi barədə Ümumi yığıncağın cağırılması barədə tələblərinə məhəl qoymamaqla qanunvericiliyi dəfələrlə və kobud pozuntulara yol vermişdir. Odur ki, cavabdehlərin fəaliyyəti məhkəmə qaydasında qanunsuz hesab edilməklə, umumi yığıncağın çağırılaraq, kooperaativlər ləğv edilməsi barədə qərar qəbul edilməli və bu barədə qeydiyyat aparan orqana məlumat verilməlidir. Əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 qeydiyyatı İdarəsinin verdiyi xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Cavabdeh3 Cavabdeh1nın və Cavabdeh2 sədri olduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırılmışdır ki, uzun illərdir Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 241 saylı evin, yəni “Ay Ulduz” kooperativinin sədridir. 2011-cı ildən kooperativin təsisçilərinin ümumi yığıncağında o sədr seçilmişdir. Bu illər ərzində kooperativin normal fəaliyyətinə maneçilik törətmək məqsədilə İddiaçı əlindən gələni edir ki, kooperativ fəaliyyət göstərməsin. Vaxtı ilə SSRİ vaxtında kooperativə sədr seçilsə də, öz səlahiyyətlərinin yalnız və yalnız öz maraqları üçün istifadə edib. Hətta binanın birinci mərtəbəsində nəzərdə tutulmuş xeyr-şər yerini öz şəxsi maraqları üçün istifadə edərək kafeyə çevirmişdir. Ha-hazırda həmin xeyr-şər evi kooperativin üzvlərinə qaytarılsa da, oranın da dəfələrlə qapısını sındıraraq yenidən ələ keçirmək istəyir. Halbuki, həmin yerdən bütün qonşular istifadə edirlər, orada yığışırlar. Əsas onu qeyd etmək istəyir ki, İddiaçı onun nümayəndəsi və vəkili baxılmış və yekunlaşmış iddia tələblərinə baxmayaraq yenidən analoji iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Nəsimi rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı X2 və qeyrilərinə qarşı kooperativlərin ləğv edilməsi və ümumi yığıncağın protokollarının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. BAM MK-nın 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2 (102)-3963/2019 qərarı ilə Quluzadı Mahmud Məmməd oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Adı qeyd olunan məhkəmə qətnamələrində Cavabdeh1 MK-dan gedirdi və həmin iddia ərizəsində faktiki olaraq Cavabdeh3, yəni onun hərəkət və hərəkətsizliyinə qiymət verilməsindən söhbət gedirdi. Çoxsaylı araşdırmalar aparılandan sonra müəyyən olunmuşdur ki, İddiaçı iddia və tələbləri əsassızdır. Bununla kifayətlənməyərək İddiaçı məhkəməyə bu illər ərzində mahiyyəti bir olan, lakin adları dəyişdirilən iddialarla müraciət etmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı İdarəsi xx.xx.2028-ci il tarixli məktubla bildirilib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 5644/16 saylı Qərarına əsasən “Ay Ulduz” MK-nın sədri xx.xx.2011-ci il tarixdən Cavabdeh3dır. Bu fakt X4 dövlət reyestrinə xx.xx.2017-ci il tarixdə daxil edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1()82 -1284/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı 3-cü şəxslər Simuzər Hüseynova və Cavabdeh3 – yəni o iş üzrə icraata cəlb edilməklə Cavabdeh1 MK-nin sədri seçilməsinə dair reyestr məlumatlarında edilmiş dəyişikliyin ləğv edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. İddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı ApellyasiyaMəhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-2176/2018 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-2624/18 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı İdarəsinə qarşı işi üzrə kassasiya şikayəti mümkün sayılmamışdır və onun qəbulundan imtina edilmişdir. Hal-hazırda İddiaçı iddia ərizəsi əsassızdır çünki iddiada göstərilən məhkəmə predmetləri olub. İddiaçıya və 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. MPM-in: 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.3-cü maddəsinə görə əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Məhkəmə iddiaçı və 3-cü şəxslər tərəfindən müvafiq sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq onların məhkəmə iclasına gəlməmələrinin səbəblərini üzürlü saymamış və işə iddiaçının və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 MK-nın və Cavabdeh2 qanuni təmsilçisi, eyni zamanda digər cavabdeh kimi Cavabdeh3 və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmədə Cavabdeh3 və vəkil Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə eyniməzmunlu izahat verərək, iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: 11 yanvar 2006-cı il tarixli “Ay -Ulduz” Mənzil Kooperativinin yaradılmasına dair təsis müqaviləsinə əsasən tərəflər (o cümlədən İddiaçı – pay fondundakı mütləq pay haqqı – 40 manat – 20%) “Ay -Ulduz” Mənzil Kooperativini təsis etmişlər. Tərəflər Kooperativin pay fondunu yaradırlar və kooperativin pay fondu 200 manat həcmindədir. xx.xx.2006-cı il tarixli X1 Reyestrindən Çıxarışla təsdiq edilir ki, “Ay -Ulduz” Mənzil Kooperativi xx.xx.2006-cı il tarixində (xx.xx.2006-cı il tarixli protokol və digər sənədlər əsasında) dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-5644/16 nömrəli qərarı ilə Cavabdeh3 vermiş olduğu kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş və iddiaçılar İddiaçı və X9 oglu Cavabdeh3 qarşı kooperativə məxsus əmlakların geri alınması tələbinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehin kooperativin qanuni sədri olmaması barədə göstərdikləri dəlillər iş materialları ilə təkzib olunur. Buna görə də iddiaçının sədr olmadığı və onun sədr seçilməyi barədə keçirilmiş iclas qanunsuz olduğu üçün iddiaçının subyektiv hüququ olmadan qaldırdığı iddia əsassızdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Həmçinin Qərardan görünür ki: xx.xx.2011-ci il tarixli Mənzil Xidməti və Tikinti Kooperativinin təsisçilərinin qərarı ilə “Ay- Ulduz-2010” Mənzil İstismar Kooperativi yaradılmış və Cavabdeh3 kooperativin sədri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X13 qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin X1 reyestrinin çıxarışına və nizamnaməsinə əsasən “Ay-Ulduz-2010” Mənzil İstismar Kooperativi xx.xx.2012-ci il tarixində rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 qeydiyyat idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, İddiaçı (VÖEN: ********** olan) Cavabdeh1 əvvəlki təsisçisi kimi nizamnamə kapitalında 20% paya sahib olmuş, hazırda isə 40 paya malikdir. MC-nin 100% payla əvvəlki təsisçisi X10 olmuş, hazırda isə 100% pay "xxxx" MMC-yə məxsusdur. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 qeydiyyat idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, (VÖEN: ********** olan) Cavabdeh1 nizamnamə kapitalı 1.520 manatdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 qeydiyyat idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, Cavabdeh3 (VÖEN: ********** olan) Cavabdeh1ndə 40 paya malikdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 qeydiyyat idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, Cavabdeh3 (VÖEN: ********** olan) Cavabdeh1 qanuni təmsilçisidir. Cavabdeh1 2-ci redaksiya nizamnaməsinin: 1.3-cü bəndinə əsasən Cavabdeh1 istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevirilməlidir. Kooperativ müstəqil balansa malik olan hüquqi şəxsdir. 4.5-ci bəndinə görə kooperativin ilkin pay fondu 1.520 manat müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqqı 1 manatdan ibarətdir. 4.7-ci bəndinə görə pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimidir:

1. .........;

32. Cavabdeh3 - 40 manat, 40 pay;

33. ......;

34. İddiaçı - 40 manat, 40 pay;

35. ......;

38. digər şəxslər 7.1-ci bəndinə əsasən növbədənkənar ümumi yığıncaq koperativ sədrinin, təftiş komissiyasının, təşəbbüsü yaxud səs hüququna malik üzvlərin azı dördə birinin tələbi ilə çağırılır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X2 və qeyrilərinə (o cümlədən Cavabdeh3) qarşı kooperativlərin ləğv edilməsi və ümumi yığıncağın protokollarının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən görünür ki: - iş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 19 dekabr 2016-cı il tarixli protokoluna görə, Cavabdeh1 siyahı üzrə səs vermə hüququna malik cəmi 72 nəfər üzvündən 42 nəfərinin iştirakı ilə Simuzər Hüseynovanın Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri vəzifəsindən azad edilməsi, Cavabdeh3 Cavabdeh1 sədri təyin edilməsi, Qəmər Cəfərquluzadə, Cavanşir Manafov və Dilarə Məşədiyevanın idarə heyətinin üzvləri təyin edilməsi, "xxxx" MTK-ya məxsus bütün mövcud sənədlərin, habelə möhür və ştampın yeni təyin edilmiş sədrə təhvil verilməsi, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə yeni sədrin seçilməsi ilə bağlı dəyişikliklərin dövlət qeydiyyatına alınmasının Cavabdeh3 qızma həvalə edilməsi qərara alınmışdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 qeydiyyat idarəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-5644/16 saylı qərarına əsasən Cavabdeh1 sədri xx.xx.2011-ci il tarixdən Cavabdeh3dır. Bu fakt X4 dövlət reyestrinə xx.xx.2017-ci il tarixdə daxil edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3963/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokoluna əsasən müəyyən olunur ki, Mənzil Kooperativinin səs vermə hüququna malik cəmi 72 nəfərdən 61 nəfərin iştirakı ilə keçirilən ümumi yığıncaqda yekdilliklə qəbul edilmiş qərar ilə Cavabdeh1 yeni sədri Cavabdeh3 seçilməsi, Cavabdeh1nə məxsus həyətdə abadlıq işlərinin aparılması, Cavabdeh1nə məxsus xeyir-şər evinin təmir edilməsi, Cavabdeh1nə məxsus binada işıq və kamera sistemlərinin quraşdırılması və Cavabdeh1nə məxsus binanın giriş qapılarının dəmir qapılarla əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-2031/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X11 və Cavabdeh3 qarşı qeyri-yaşayış sahəsinin istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023- cü il tarixdə təqdim edilmiş məktubdan görünür ki, ünvan 8 ünvanda yerləşən binanın birinci mərtəbəsində olan 53 kv.m qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Beləliklə, qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının göstərdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüquqlarının olmaması müəyyən edilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Belə ki, İddiaçı Cavabdeh3 sədrlik etdiyi Cavabdeh1 və "Ay Ulduz-2010" Mənzil İstismar Kooperativlərinin ləğvi ilə bağlı qanunda nəzərdə tutulan tələblərinin yerinə yetirməməklə hərəkətsizliyinin qanunsuz hesab edilməsini, Cavabdeh1 qanuna müvafiq qaydada və müddətdə ümumi yığıncağının çağırılaraq, kooperativin ləğvi məsələsinin həll edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin: 109-4.1-ci maddəsinə əsasən kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Bununla yanaşı kooperativlərin ləğvi qaydası və əsasları AR Mülki Məcəlləsində və Mənzil Məcəlləsində müəyyən edilmişdir. Mülki Məcəllənin: 113.1-ci maddəsinə əsasən kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. 113.2-ci maddəsinə əsasən kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 59.2-ci maddəsinə əsasən onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq ləğv edilə bilər. Eyni zamanda kooperativlərin ümumi yığıncağının keçirilməsi qaydası və əsasları AR Mülki Məcəlləsində müəyyən edilmişdir. Mülki Məcəllənin: 111.8-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə (maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) çağırılır. Bu halda kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. İlk öncə məhkəmə qeyd edir ki, Cavabdeh3 Cavabdeh1 və Cavabdeh2 sədri, İddiaçı isə Cavabdeh1 üzvü olması iş materiallarına əsasən təsdiq olunsa da, İddiaçı Cavabdeh2 üzvü olmasına dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda İddiaçı “Ay Ulduz-2010" Mənzil İstismar Kooperativin üzvü olmadığından iddiaçının həmin kooperativin ləğvi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsini tələb etməyə dair subyektiv hüquqa malik olmaması açıqaşkardır. Bununla yanaşı İddiaçı Mülki Məcəllənin 111.8-ci maddəsinin və Cavabdeh1 nizamnaməsinin tələbləri baxımından Cavabdeh1nə münasibətdə də ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbini irəli sürməkdə də haqlı deyildir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarına görə mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar kooperativin üzvlərinin ümumi yığıncağında qəbul edilə bilər. Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. Hazırki işdən isə görünən (bax. Cavabdeh1 ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolu) odur ki, Cavabdeh1 səs vermə hüququna malik cəmi 72 nəfər üzvü var. Odur ki, hazırkı halda İddiaçı Cavabdeh1 72 üzvündən biri olduğundan ümumi yığıncağın çağırılaraq, kooperativin ləğvi məsələsinin həll edilməsini tələb etməkdə də haqlı deyil. İddianın Cavabdeh1 ləğv edilməməsinə dair Cavabdeh3 hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi Mülki Məcəllənin 113.1-ci maddəsinin tələbləri baxımından kooperativin könüllü ləğvi kooperativ sədrinin deyil, onun üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid məsələ olduğundan həmin hissədə də iddia əsassız olmaqla rədd edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh3 sədrlik etdiyi Cavabdeh1 və "Ay Ulduz-2010" Mənzil İstismar Kooperativlərinin ləğvi ilə bağlı qanunda nəzərdə tutulan tələbləri yerinə yetirməməklə hərəkətsizliyinin qanunsuz hesab edilməsini, Cavabdeh1 qanuna müvafiq qaydada və müddətdə ümumi yığıncağının çağırılaraq, kooperativin ləğvi məsələsinin həll edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair hazırkı iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2nə (3-cü şəxslər Nəsimi rayon İcra hakimiyyəti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X4 Dövlət Qeydiyyatı İdarəsi) qarşı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ümumi yığıncağın çağırılması öhdəliyin qoyulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar