Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3384/2023 01.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 449 AZN (dörd yüz qırx doqquz manat) məbləğində əsas borc, ödənilmiş dövlət rüsumu, ilkin mediasiya sessiyası xərcinin məbləğini və məhkəmədə yarana biləcək digər xərclərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16 mart 2022-ci il tarixli sərnişin və baqaj daşınması xidmətlərinin göstərilməsi barədə AT/K/07/22 №-li müqavilə bağlanmışdır. Bundan əlavə, xx/xx/2022-ci il tarixində müqaviləyə 01 saylı əlavəsi tərəflər arasında bağlanmışdır. İddiaçı yuxarıda göstərilən müqavilə və əlavəyə əsasən icraçı qismində iştirak etmiş və onun tərəfindən bu əlavə üzrə öhdəliklər tam yerinə yetirilmiş, xidmətlər lazımınca göstərilmişdir və bununla cavabdeh göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməli idi. 01 saylı əlavəyə görə sərnişin daşıma xidməti üzrə xx.xx.2022-xx.xx.2022-ci il dövr üçün ödəniləcək aylıq məbləğ 1172.00 (bir min yüz yetmiş iki) manat təşkil edirdi və xx.xx.2022-xx.xx.2022-ci il dövr üçün ödəniləcək aylıq məbləğ 77.00 (yetmiş yeddi) AZN təşkil edirdi və göstərilən xidmətlərin dəyərini icraçı sifarişçiyə göndərdiyi hesab-faktura əsasında 5 (beş) gün ərzində icraçının bank hesabına köçürməli idi. Sifarişçi elektron-qaimə fakturadakı məlumatlarla razılaşmaqdıqda elektronqaimə fakturanı rədd edir və ya düzəliş edilməsi üçün icraçıya geri göndərir. 5 (beş) təqvim günü ərzində elektron qaimə-fakturanın rədd edilməməsi və ya düzəliş edilməsi üçün geri göndərilməməsi elektron qaimə-fakturanın təsdiq edilməsi qəbul edilir. Sifarişçi təqdim edilmiş elektron-qaimə fakturaya etirazını bildirdiyi təqdirdə təqdim edilmiş etiraza cavab vermə müddəti etirazın alındığı tarixdən etibarən 5 (beş) təqvim günü təşkil edir. Sifarişçinin müəyyən edilmiş müddətdə etiraza cavab almaması içraçının etirazı qəbul etməsi deməkdir. Bu müqavilə üzrə göstərilən aylıq xidmətlər bitdikdən sonra elektron qaimə-faktura və ya təhvil-təslim aktı təqdim edilir və elektron qaimə-faktura xidmətlərin təhvil verilməsini təsdiqləyən sənəd hesab edilir. Bundan əlavə olaraq, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə cavabdehə borcun könüllü ödənilməsi təklifi irəli sürmüşdük və ona xeyli müddət verilmişdir. Nəticə olaraq 09 yanvar 2023-cü il tarixində 01 nömrəli çıxış məktubu ilə cavabdehə pretenziya məktubu göndərilmiş və borcun ödənilməsi üçün müqavilədə qeyd olunduğu kimi pretenziyanın alınması tarixindən etibarən 5 (beş) iş günü verilmişdir. Müraciət nəticə vermədikdə, bir müddət sonra, mediasiya prosesinə başlamış və həmin mərhələ də nəticəsiz bitdikdən bir müddət sonra borcun yalnız bir qismini, yəni 500 (beş yüz manat) AZN ödəmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh MMC “sifarişçi” İddiaçı “icraçı” olmaqla imzalanmış sərnişin və baqaj daşınması xidmətlərinin göstərilməsi barədə 16 mart 2022 tarixli AT/K/07/22 saylı müqaviləyə əsasən icraçı xidmətləri müqavilədə və müvafiq sifarişdə nəzərdə tutulmuş şərtlərə uyğun yerinə yetirməyi, sifarişçi isə xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürür. 16 mart 2022 tarixli AT/K/07/22 saylı müqaviləyə 01 nömrəli əlavədə qiymətlər tərəflər arasında razılaşdırılmışdır. EBCB seriyalı 588720 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 1172 manat, EBCG seriyalı, 509194 nömrəli, xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 77 manat İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Bank hesabı çıxarışı məlumatından məlum olur ki, xx.xx.2023 tarixində 300 manat, xx.xx.2023 tarixində 500 manat "xxxx" MMC tərəfindən hesaba mədaxil olmuşdur. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. İddiaçı həmin müqavilə üzrə cavabdehə xidmətlər göstərmiş, daha sonra göstərilmiş xidmətlərin qarşılığı olaraq cavabdehə elektron qaimələr göndərilmişdir. Cavabadeh tərəfindən ödənişlərin bir hissəsi ödənilsə də tam ödəniş həyata keçirilməmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (maddə 445.2.1), icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (maddə 445.2.2.) borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia tələbinin əsaslı olması iddiaçı tərəfindən cavabdehə elektron qaimələrlə öz təsdiqini tapır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə olan ümumi məbləğ 1.249 manat təşkil edir. Digər tərəfdən məhkəmə cavabdeh tərəfindən ümumilikdə 800 manat ödənişin olmasını cavabdehin iddianı qəbul etməsi kimi qiymətləndirir və həmin ödənişi nəzərə alaraq hesab edir ki, cavabdehdən 449 manat iddiaçının xeyrinə tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 72 manat mediasiya xərci cavabdehən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. BF Travel and Tourism” MMC-dən 449 AZN (dörd yüz qırx doqquz manat) əsas borc, 72 manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3384/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3384/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver