Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3404/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1948 (min doqquz yüz qırx səkkiz) manat əsas məbləğ və 40 (qırx) manat dövlət rüsumunun tutularaq iddiaçı Aztur Travel MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 57-1\2021 saylı “aviadaşımaların satış hüququnun verilməsinə dair” müqavilə bağlanılmışdır. Müqavilənin təminatı kimi iddiaçı tərəfindən Cavabdeh MMC-nin sifarişinə əsasən Deniz Fahri adlı şəxsə ümumi qiyməti 1136 (min yüz otuz altı) manat məbləğində xx.xx.2023-cü il tarixinə Bakı-İzmir, xx.xx.2023-cü il tarixə İzmir-İstanbul-Bakı aviabilet satışı həyata keçirilmişdir. Əlavə olaraq, satış qiyməti 812 (səkkiz yüz on iki) manat olan xx.xx.2023-cü il tarixinə Deniz Fahri adlı şəxsə yenidən Bakı-İzmir, xx.xx.2023-cü il tarixinə isə İzmir-İstanbul-Bakı biletinin satışı həyata keçirilmişdir. Qeyd edilir ki, Cavabdeh MMC tərəfindən müqaviləyə əsasən yaranmış öhdəliklər pozulmuş, və ya lazımınca icra edilməmişdir. Belə ki, aralarında bağlanılmış müqavilənin 4.2.1-ci bəndinə əsasən sifarişçi hesab-faktura təqdim olunduğu andan etibarən 5 (beş) iş günü ərzində sifariş edilmiş xidmət haqqının ödənilməsinin təmin edilməsi öhdəliyini daşıyır. Qeyd edilir ki, cavabdehə xx.xx.2023-cü il tarixdə EBDN 625994 seria nömrəli 1136 (min yüz otuz altı) manat məbləğində qaimə-faktura, xx.xx.2023-cü il tarixində isə EBDR 020682 seria nömrəli 812 (səkkiz yüz on iki) manat məbləğində qaimə-faktura göndərilmişdir (ümumi borc 1948 manat). Göndərilmiş hesab-faktura hesabı üzərindən xeyli müddət ötməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənilməli olan borc məbləği ödənilməmiş saxlanılmışdır. Cavabdehə pretenziya qaydasında müraciət edilsə də, hesablarında sərəncam olduğu, bu səbəblə ödənişlərin yubandığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının qorunmasına təminat verir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 57-1/21 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən hazırkı müqavilənin predmeti xarici ölkələrə sifarişçinin işgüzar səfərlərinin təşkil edilməsidir. Bununla, icraçı sifarişçinin hazırkı müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə formasında verilən xidmət sifarişi formasında (“xidmət sifarişi”) verilən, sifarişçinin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə komplek-xidmətlər (“xidmətlər”) göstərir. Hazırkı müqavilə üzrə xidmətlər aşağıdakıları əhatə edəcəklər. 1.1.1. Sifarişçiyə xarici ölkələrə və nəqliyyat daşımalara dair biletlərin bronlaşdırılması, satışı və çatdırılması; 1.1.2. Mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində transferin təşkil edilməsi; 1.1.3. Tərəfər arasında yazılı şəkildə razılaşdırılmalı olan digər xidmətləri göstərmək öhdəliyini qəbul edir. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı özünün tabeliyi və ya nəzarətində olan işçi və ya digər tərəf müqabilləri istisna olmaqla nəqliyyat, mehmanxana və digər əlaqəli şirkətlər və ya onların işçiləri tərəfindən qəsd və ya ehtiyatsızlıqla törədilən bu və ya digər hərəkətlərə görə məsuliyyət daşımayacaqdır. Müqavilənin 1.3-cü bəndinə əsasən anlaşılmamazlığı aradan qaldırmaq üçün göstərilən xidmətlərin siyahısı, onların qiymətləri və digər zəruri şərtlər xidmət sifarişi, hesabfakturalar, rezervasiyalar və razılaşmalar ilə müəyyən olacaqlar. Müqavilənin 1.4-cü bəndinə əsasən müvafiq xidmət sifarişində nəzərdə tutulmuş xidmətlərdən əlavə icraçı sifarişçi qarşısında heç bir məsuliyyət daşımayacaqdır. Müqavilənin 1.5-ci bəndinə əsasən icraçının biletlərlə, qabaqcadan yer sifariş etmə və bu müqavilədə nəzərdə tutulan digər xidmətlərlə təmin etmə üzrə vəzifələri, həmin biletlərin, müvafiq yerlərin və digər xidmətlərin faktiki mümkünlüyündən asılı olaraq şərti müəyyən edilir. - xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 625994 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1136 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 020682 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 812 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 57-1/21 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə borcu 1948 manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 57-1/21 nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 1948 (min doqquz yüz qırx səkkiz) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,48 manat (otuz doqquz manat qırx səkkiz qəpik) olmaqla, cəmi 1987,48 manat (min doqquz yüz səksən yeddi manat qırx səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1948 (min doqquz yüz qırx səkkiz) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,48 manat (otuz doqquz manat qırx səkkiz qəpik) olmaqla, cəmi 1987,48 manat (min doqquz yüz səksən yeddi manat qırx səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3404/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3404/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver