Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3418/2024 27.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə hesablanmış1760 manat məbləğində əsas borcun, 528 manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 220 manat məbləğində saxlama haqqının və ödənilmiş 42.88 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun cavabdehdən tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Həsənova barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Belə ki, barışıq sazişinin məzmununa görə: Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 3418/2024 saylı iş üzrə Cavabdehin İddiaçıya olan borcunun barışıq əsasında güzəştli şərtlərlə ödənilməsindən ibarətdir. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya ümumi borcu 2728 manat (2200 manat əsas borc və 528 manat məbləğində cərimə borcu) təşkil edir, lakin borc məbləği güzəşt edilərək 1500 (bir min beş vüz) manat kimi müəyyənləşdirilir. Tərəflər razılaşır ki, güzəşt edilən borc məbləğinin 350 manat məbləğində olan hissəsi Müqavilə üzrə anbarda saxlanılan mallarla əvəzləşdirilir; Cavabdeh öhdəlik götürür ki, əvəzləşdirilmə aparıldıqdan sonra qalıq 1150 manat borcu aşağıdakı qaydada İddiaçıya ödəyəcəkdir: 400 manat - xx.xx.2024-cü il tarixinə kimi; 250 manat - xx.xx.2024-cü il tarixinə kimi; 250 manat - xx.xx.2024-cü il tarixinə kimi; 250 manat - xx.xx.2024-cü il tarixinə kimi. X2 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, Cavabdeh və İddiaçı Barışıq Sazişi əsasında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarix üzrə ödənişlərini icra etməzsə və ya gecikdirərsə malların əvəzləşdirilmə qiyməti xaric olmaqla 1.2-ci bənddə qeyd olunmuş güzəşt tətbiq edilmir. Tərəflər razılaşır ki, Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verərsə borc birdəfəlik formada cavabdehdən tutulacaqdır. Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verdiyi təqdirdə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1-bənddə müəyyən edilmiş tarix) növbəti günü, 2.4-cü bənd nəzərə alınmaqla, borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.8. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 3418/2024 saylı iş üzrə Cavabdehin İddiaçıya olan borcunun barışıq əsasında güzəştli şərtlərlə ödənilməsindən ibarətdir. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya ümumi borcu 2728 manat (2200 manat əsas borc və 528 manat məbləğində cərimə borcu) təşkil edir, lakin borc məbləği güzəşt edilərək 1500 (bir min beş vüz) manat kimi müəyyənləşdirilir. Tərəflər razılaşır ki, güzəşt edilən borc məbləğinin 350 manat məbləğində olan hissəsi Müqavilə üzrə anbarda saxlanılan mallarla əvəzləşdirilir; Cavabdeh öhdəlik götürür ki, əvəzləşdirilmə aparıldıqdan sonra qalıq 1150 manat borcu aşağıdakı qaydada İddiaçıya ödəyəcəkdir: 400 manat - xx.xx.2024-cü il tarixinə kimi; 250 manat - xx.xx.2024-cü il tarixinə kimi; 250 manat - xx.xx.2024-cü il tarixinə kimi; 250 manat - xx.xx.2024-cü il tarixinə kimi. X2 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, Cavabdeh və İddiaçı Barışıq Sazişi əsasında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarix üzrə ödənişlərini icra etməzsə və ya gecikdirərsə malların əvəzləşdirilmə qiyməti xaric olmaqla 1.2-ci bənddə qeyd olunmuş güzəşt tətbiq edilmir. Tərəflər razılaşır ki, Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verərsə borc birdəfəlik formada cavabdehdən tutulacaqdır. Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verdiyi təqdirdə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1-bənddə müəyyən edilmiş tarix) növbəti günü, 2.4-cü bənd nəzərə alınmaqla, borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.8. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3418/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3418/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver