Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3446/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “audit rəylərinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: audit rəyləri) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “audit rəylərinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “audit rəylərinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının təsisçisi olduğu "xxxx" MMC-nin fəaliyyətinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli audit rəylərinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən İddiaçı oğlunun təsisçisi olduğu "xxxx" MMC-nin bütün təsisçilərinin xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaitinin, faktiki olaraq hər bir təsisçiyə düşməli olan pul vəsaitinin hansı hissəsinin İddiaçı oğlunun şəxsi hesabına və təsisçisi olduğu "xxxx" MMC şirkətinə köçürülməsinin müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli audit rəyi tərtib edilmişdir. Həmçinin, Cavabdeh MMC tərəHindən İddiaçı oğlunun təsisçisi olduğu "xxxx" MMC-nin bütün təsisçilərinin xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaitinin, faktiki olaraq hər bir təsisçiyə düşməli olan pul vəsaitinin hansı hissəsinin İddiaçı oğlunun şəxsi hesabına və təsisçisi olduğu "xxxx" MMC şirkətinə köçürülməsinin müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli rəy tərtib edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli rəylərini tamamilə qanunsuz və əsassız hesab edirəm. İlk növbədə, qeyd edirəm ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində "xxxx" MMC-nin xx.xx.2017-xx.xx.2019-cu il tarixlərinin audit yoxlaması aparıldığı qeyd edilmişdir. Halbuki, "xxxx" MMC xx.xx.2018-ci ildə təsis edilmişdir və həmin tarixdən əvvəl "xxxx" MMC-nin fəaliyyəti ola bilməzdi. Bundan başqa, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində 156325.94 manat kənarlaşma müəyyən edildiyi halda, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində isə 1293075.94 manat kənarlaşma müəyyən edildiyi qeyd edilmişdir, həm də yenə "xxxx" MMC-nin xx.xx.2017-ci ildən fəaliyyətinin audit yoxlaması aparıldığı qeyd edilmişdir, halbuki, "xxxx" MMC xx.xx.2018-ci ildə təsis edilmişdir və xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə kimi "xxxx" MMC-nin heç bir fəaliyyəti ola bilməzdi. İTddiaçı İddiaçı oğlu tərəHindən Cavabdeh MMC-nin həmin audit rəylərinin qanunamüvaHiqliyini qiymətləndirmək məqsədi ilə Azərbaycan Respublikası Auditorlar Palatasına müraciət edilmişdi. AR Auditorlar Palatasının xx.xx.2025-ci il tarixlicavab məktubu ilə, Cavabdeh MMC tərəfindən birçox audit standartlarının tələblərinə əməl edilməməsi göstərilərək, həmin rəylərin qeyriqənaətbəxşsəviyyədə olduğu bildirilmişdir. Həmçinin, AR Auditorlar Palatasının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC tərəHindən qeyd edilmiş audit yoxlamalarızamanı X7 əməl edilməməsi aşkarlanmışdır. Belə ki, Cavabdeh MMC 230 saylı “Auditin sənədləşdirilməsi” standartının maddələri üzrə zəruri sənədləşdirmə qismən aparılmışdır. Bundan başqa, Cavabdeh MMC 300 saylı “Maliyyə hesabatlarının auditinin planlaşdırılması” standartına əsasən, audit planı və audit proqramı hazırlanmamışdır. Bundan başqa, 500 saylı “Audit sübutları” və 505 saylı “Kənar mənbədən təsdiqləmələr” standartlarının tələblərinə əsasən audit sübutları və kənar mənbədən təsdiqləmələr aparılan monitorinq zamanı Cavabdeh MMC tərəHindən Azərbaycan Respublikası Auditorlar Palatasının müfəttişinə təqdim edilməmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Bundan başqa, 700 saylı “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi”, 720 saylı “Auditi aparılmış maliyyə hesabatını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti”, 805 saylı isusüX“ mülahizələr – ayrıca maliyyə hesabatlarının və maliyyə hesabatının xüsusi elementlərinin, hesablarının və ya maddələrinin auditi” X10 üzrə bir sıra əskikliklər müşahidə edilmişdir. Buradan belə nəticəyə gəlinir ki, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli audit rəyləri X3 əməl olunmadan, audit sübutları, müvafiq mühasibatlıq sənədləri mövcud olmadan qanunsuz olaraq tərtib etmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə dair yazılı etiraz təqdim edib iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-nin təsisçilərindən biridir və həmin şirkətin digər təsisçiləri X20 və X18r. "xxxx" MMC-nin digər təsisçisi X21 ilə Capital Audit MMC arasında 25 noyabr 2020-ci il tarixli 20/26 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Capital Audit MMC aşağıdakı məsələlərin həlli barədə rəy verməsini öz öhdəsinə götürmüşdür. 1. "xxxx" MMC-nin təsisçilərinin qoyduğu vəsaitin məbləği müəyyən edilməsi 2. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövr üzr maliyyə fəaliyyəti üzrə audit yoxlamasının keçirilməsi; 3. Müəssisınin direktoru İddiaçı "xxxx" MMC-yə aid olan vəsaitlərin hansı məbləğdə onun şəxsi hesabına köçrülməsinin müəyyən edilməsi; Bu araşdırmanın aparılması ilə əlaqədar "xxxx" MMC-nin təsisçisi X21 zəruri olan bütün sənədlərin əsillərini bizə təqdim etmiş və həmin sənədlər əsasında audit yoxlaması keçirilmiş və 22 fevral 2021-ci il tarixli audit rəyi verilmişdir. Audit yoxlaması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədləri araşdırarkən müəyyən edilmişdir ki, "xxxx" MMC Auditin əhatə etdiyi dövrdə uçotu özlərinin tərtib etdikləri müəssədaxili qaimələrdən, kassa mədaxil orderinden, kassa məxaric orderlərindən və digər blanklardan istifadə etməklə aparmışdır. Ona görə də bu hal 22 fevral 2021-ci il tarixli audit rəyində xüsusi ilə göstərilmişdir. Həmin rəydə yalnız sənədlərlə təsdiq edilən məlumatlar göstərilmiş, lakin 156 325,94 manat kənarlaşmaya dair təsdiqedici sənədlər olmadığından həmin məlumatın istintaq yolu ilə araşdırılmasının mümkünlüyü rəydə qeyd edilmişdir. Göründüyü kimi 22 fevral 2021-ci il tarixli audit rəyi yalnız 01 noyabr 2019-cu ilədək olan fəaliyyəti əhatə etmiş və rəydə həmin dövr ərzində yalnız sənədlərlə təsdiq edilən məlumatlar öz əksini tapmış, sənədlərlə təsdiq edilməsi mümkün olmayan məlumatların isə araşdırılmasının mümkünlüyünün yalnız istintaq yolu ilə olması göstərilmişdir. Bu rəy verildikdən sonra "xxxx" MMC-nin təsisçisi X21 ilə Capital Audit MMC arasında 12 aprel 2021-ci il tarixli 06/21 saylı yeni müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Capital Audit MMC aşağıdakı məsələlərin həlli barədə rəy verməsini öz öhdəsinə götürmüşdür. 1. "xxxx" MMC-nin xx.xx.2019- cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr üzr maliyyə fəaliyyəti üzrə audit yoxlamasının keçirilməsi; 2. Müəssisınin direktoru İddiaçı "xxxx" MMC-yə aid olan vəsaitlərin hansı məbləğdə onun şəxsi hesabına köçrülməsinin müəyyən edilməsi; Bu müqavilə ilə əlaqədar Capital Audit MMC müqavilədə nəzərdə tutulan dövr üzrə audit yoxlaması həyata keçirmiş və bununla əlaqədar 23 aprel 2021-ci il tarixli audit rəyi verilmişdir. Həmin rəyə əsasən qeyd edilən dövr üzrə ümumilikdə kənarlaşmanın 1 293 075, 94 manat olması müəyyən edilmişdir. Bu audit rəylərinə əsasən fakta görə cinayət işi başlamış və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə ittiham elan edilmişdir. Aparılan ibtidai araşdırma zamanı məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertizanın xx.xx.2021-ci il tarixli, 9/3854 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin təsisçilərınin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə kənarlaşma ümumilikdə 1.296.415,44 manat (1.047.521,34+252.233,60-3339,50) olması müəyyən edilmiş və bu məbləğ təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5541 nömrəli rəyi ilə bir daha təsdiq edilmişdir. Göründüyü kimi Capital Audit MMC tərəfindən "xxxx" MMC-nin təsisçilərınin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqısatqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə kənarlaşma ümumilikdə 1 293 075, 94 manat olması müəyyən edilsə də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3854 nömrəli rəyi ilə isə kənarlaşmanın dah çox , yəni 1.296.415,44 manat olması müəyyən edilmişdir. Beləliklə də Capital Audit MMC tərəfindən tərtib edilmiş audit rəylərinin əsaslı olması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 81/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir onun həbsdə saxlanıldığı 6 (altı) ay 23 (iyirmi üç) gün ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində 10 (on) il 5 (beş) ay 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılməş və cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə də Capital Audit MMC-nin 22 fevral 2021-ci il tarixli və 23 aprel 2021-ci il tarixli audit rəylərinin əsaslı olması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyləri və məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. İddiaçının iddiasının birinci əsasına - "xxxx" MMC-nin xx.xx.2017-ci ildə təsis edilməməsi barədə olan əsasına - münasibətdə bildirmək istəyirəm ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində "xxxx" MMC-nin xx.xx.2017-xx.xx.2019-cu il tarixlərinin audit yoxlaması aparılmasına artıq məhkəmə hökmündə qiymət verilmiş, həmin hökmlə xx.xx.2017-il tarixdən xx.xx.2018-ci il tarixədək olan əməliyyatların fiziki şəxs X9 adından aparılması müəyyən edilmiş və təqsirləndirilən şəxs İddiaçı da məhkəmədə ifadə verərək, 2017-ci ilin noyabr ayından mağaza "xxxx" adı ilə onun dayısı oğlu X9 VÖEN-i əsasında fəaliyyətə başlamasını bildirmişdir. Yəni "xxxx" MMC xx.xx.2017-ci ildə mövcud olmasa da İddiaçı audit rəyində öz əksini tapmış əməliyyatları "xxxx" adlı mağazada X9 VÖEN-i ilə həyata keçirmişdir. Beləliklə də Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində "xxxx" MMC-nin xx.xx.2017-dən başlayan fəaliyyətinin yoxlanması dedikdə İddiaçı "xxxx" adlı mağazada həmin dövrdə həyata keçirdiyi fəaliyyəti başa düşülməlidir. İddiaçının ikinci əsasına - Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində 156325.94 manat kənarlaşma müəyyən edildiyi halda, Cavabdeh MMCnin xx.xx.2021-ci il tarixli audit rəyində isə 1293075.94 manat kənarlaşma müəyyən edilməsi barədə olan əsasına – münasibətdə bildirmək istəyirəm ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyi ilə "xxxx" MMCnin xx.xx.2017-xx.xx.2019-cu il tarixlər arasında olan, yəni 2 illik fəaliyyəti yoxlanılmış və bu yoxlama nəticəsində kənarlaşmanın 156325.94 manat olması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli audit rəyi ilə isə xx.xx.2017- xx.xx.2021-ci il tarixlər arasında olan, yəni 4 illik fəaliyyəti yoxlanılmış və bu yoxlama nəticəsində kənarlaşmanın 1293075.94 manat olması müəyyən edilmişdir. Beləliklə də Cavabdeh MMC-nin rəyləri arasında olan fərq məhz onların əhatə etdiyi dövrlərin müddətinə görə əmələ gəlmiş, buna görə də "xxxx" MMC-nin 2 illik fəaliyyətində kənarlaşmanın 156325.94 manat, 4 illik fəaliyyətində isə 1293075.94 manat olması müəyyən edilmişdir. İddiaçının üçüncü əsasına - Cavabdeh MMC tərəfindən bir çox audit standartlarının tələblərinə əməl edilməməsi barədə AR Auditorlar Palatasının xx.xx.2025-ci il tarixli cavab məktubunun əsasına münasibətdə bildirmək istəyirəm ki, həmin məktubda göstərilən hər hansı bir hal audit rəyinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, həmin rəylər səlahiyyətli auditor tərəfindən "xxxx" MMC-nin fəaliyyətini əks etdirən sənədlər əsasında tərtib edilmiş və audit rəylərinin etibarsızlığına əsas ola biləcək hər hansı bir hal olmamışdır. Məhkəmənin nəzərinə bir halı çatdırmaq istəyirəm ki, "xxxx" MMC-nin fəaliyyətinin yoxlanılması üçün zəruri olan bütün sənədlərin əsilləri MMC-nin təsisçisi Elgiz Mirzəzadə tərəfindən yoxlamaya təqdim edilmiş, həmin sənədlərə əsasən bütün məlumatlar auditor tərəfindən cədvəlləşdirilmişdir. Lakin həmin məlumatlara əsasən cinayət işi başlanıldıqdan sonra təsisçi Elgiz Mirzəzadə sənədlərin əsillərinin ibtidai araşdırmaya təqdim edilməsi üçün auditordan almış, ibtidai istintaqa təhvil vermişdir. Elgiz Mirzəzadə sənədlərin əsillərini auditordan götürən zaman, həmin sənədlərin surətlərini auditora təqdim edəcəyi barədə vəd versə də sonradan sənədlərin surətlərini auditora təqdim etməmiş, bu üzdən iddiaçının şikayətinə əsasən Auditorlar Platası tərəfindən araşdırma aparılan zaman bu hal, yəni tədqiq edilmiş sənədlərin surətlərinin saxlanılmaması X7 əməl edilməməsi kimi qiymətləndirilmişdir. Auditor tərəfindən tədqiq edilən sənədlərin surətlərinin saxlanılmaması isə audit rəyinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hal- hazırda isə audit yoxlaması zamanı tədqiq edilmiş həmin sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)- 81/2023 saylı cinayət işinin materiallarında saxlanılır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 81/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünün nəticə hissəsindən də görünür ki, iş üzrə maddi sübutlar - xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə təqsirləndirilən şəxs İddiaçı məxsus "xxxx" ASC-də olan hesablaşma hesabında olan 540.183,98 manat pulu israf etməsi barədə bank çıxarışları, "xxxx" MMC-nin mağazasında ümumi istifadədə olmuş telefon SMS-nə əsasən müxtəlif alış-veriş mərkəzlərində, eləcə də xarici ölkələrdə bank kartından müştərilərin ödədikləri pul vəsaitinin İddiaçı tərəfindən xərcləməsinə dair bank çıxarışları, İddiaçı tərəfindən təsis edilmiş "xxxx" MMC-nin hesabına "xxxx" MMC ilə bağlanmış müqavilələr əsasında müştərilər tərəfindən pul vəsaitlərinin ödənilməsinə dair çeklərin çıxarışları və "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı xərc sənədləri cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Yuxarıda qeyd edilənlərdən də görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli audit rəyləri barədə hələ cinayət işi başlanan zaman, yəni 2021-ci ildə, 4 ildən bundan əvvəl məlumatı olmuş, o bu rəylərin etibarsızlığını mübahisələndirməmiş, rəylərdə əks edilən məlumatlarla razı olmasa da, onun vəsatəti ilə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli audit rəylərində öz əksini tapmış məlumatlar bir daha təsdiq edilmişdir. Beləliklə də iddiaçının iddiasına münasibətəd qısa olaraq bildirmək istəyirəm ki, mübahisləndiriən audit rəyləri ilə İddiaçı xx.xx.2017-dən "xxxx" adlı mağazada başlayan fəaliyyəti yoxlanılmış, birinci rəylə onun 2 illik fəaliyyəti, ikinci rəylə isə 4 illik fəaliyyəti yoxlanıldığına görə rəylərdə əks edilən məlumatlar arasında fərq olmuş və audit yoxlamasına verilmiş sənədlər sonradan sifarişçi tərəfindən ibtidai istintaqa təhvil verildiyindən və surətləri isə auditorda saxlanılmadığına görə Auditorlar Palatası auditorun fəaliyyətində X4 pozuntusunun olmasını göstərmiş, lakin bütün bu hallar isə xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli audit rəylərin etibarsız hesab edilməsi üçün əsas yaratmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3446/2025 saylı qərardadı ilə X20, X21, "xxxx" MMC və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazının məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məhkəməyə hər hansı məlumat verməmişlər.
8. Məhkəmə iclasının iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Kommersiya qurumlarının dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçı "xxxx" MMC-nin təsisçilərindən biri, habelə həmin MMC-nin qanuni təmsilçisidir.
11. Kommersiya qurumlarının dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçı "xxxx" MMC-nin təsisçisi, habelə həmin MMC-nin qanuni təmsilçisidir.
12. Cavabdehlə X21 arasında xx.xx.2020-ci il tarixdə auditor xidməti göstərilməsinə dair müqavilə bağlanmışdır.
13. Cavabdehlə X21 arasında xx.xx.2021-ci il tarixdə auditor xidməti göstərilməsinə dair müqavilə bağlanmışdır.
14. Cavabdehlə X21 arasında bağlanmış təhvil aktına əsasən audit şirkətinin hesabatı sifarişçiyə təhvil verilmişdir.
15. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyinə əsasən alqı-satqı zaman müəyyən edilmişdir ki, elektronika malları üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan fəaliyyət dövründə "xxxx" MMC tərəfindən alıcılara satış dəyəri 4343450.40 manat dəyərində mallar təqdim olunmuşdur. Təqdim olunan malların maya dəyəri 2784241.89 manat müəyyən edilmişdir. Fəaliyyət dövrü ərzində müəssisənin müxtəlif xərcləri olmuşdur. Bu xərclər əmək haqqı, icarə və inzibati xərclərdən ibarət olmaqla xərclərin ümumi dəyəri 549556.13 manat olmuşdur. Nəticədə müəssisənin gəlir və xərclərinin təhlil edilməsi nəticəsində 1009652.38 manat mənfəət yaranmışdır.
16. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyinin nəticə hissəsindən görünür ki, aparılmış əməliyyatlar nəticəsində əldə olunmuş mənfəətin təsisçilər arasında bölgüsü cəmiyyətin nizamnamə kapitalı 3(üç) bərabər paydan ibarətdir və yaranan mənfəət hər üç təsisçi arasında bərabər şəkildə bölüşdürülməlidir. Müəssisənin elektronika malları üzrə yaranan 1009652.38 manat məbləğin 3 bərabər paydan 336550.79 manat olmaqla və mebel malları üzrə yaranan 28654.22 manat məbləğin 3 bərabər paydan 9551.41 manat olmaqla bölgüsü nəzərə alınmalıdır. Göstərilən dövr ərzində X22 tərəfindən elektronika malları üzrə 32775.00 manat, X23 tərəfindən 42025.00 manat, İddiaçı Sahib oğlu tərəfindən 129218.68 manat mənfəətdən pul vəsaiti götürülmüşdür. Göstərilən dövr ərzində mebel malları üzrə mənfəətdən pul vəsaiti götürülməmişdir. Nəticədə təsisçilərin pay bölgüsü 3(üç) bərabər hissədən olmasına baxmayaraq alqı-satqı əməliyyatlarının aparılması üçün pul vəsaiti qeyri-bərabər şəkildə qoyulmuşdur və qeyribərabər şəkildə mənfəətdən götürülmüşdür. Dövr sonuna təsisçilərin qoyduqları pul vəsaitini nəzərə almadan elektronika və mebel üzrə mənfəətdən götürəcəkləri qalıq X13 303775.79 manat, X14 294525.79 manat, İddiaçı Sahib oğlunda 207332.11 manat olmuşdur. Həmçinin mebel üzrə mənfəətdən götürəcəkləri qalıq X13 9551.79 manat, X14 294525.79 manat, İddiaçı Sahib oğlunda 207332.11 manat olmuşdur. Ümumilikdə dövr sonuna təsisçilərin qoyduqları pul vəsaitini nəzərə almadan elektronika və mebel üzrə mənfəətdən götürəcəkləri qalıq X13 313327.20 manat, X14 304077.20 manat, İddiaçı Sahib oğlunda 216883.52 manat olmuşdur.
17. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaitinin, faktiki olaraq hər bir təsisçiyə düşməli olan pul vəsaitinin hansı hissəsinin İddiaçı şəxsi hesabına və özünə məxsus olan "xxxx" MMC şirkətinə köçürülməsinin müəyyən edilməsinə dair Cavabdeh MMC-nin iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli rəyə əsasən auditin əhatə etdiyi dövrdə alqısatqı əməliyyatı aparmaq məqsədi ilə təsisçi X22 tərəfindən elektronika malları üzrə 151540.00 ABŞ dolları və 5675.00 manat pul vəsaiti qoyulmuşdur. Qeyd olunan dövrdə qoyduğu vəsaitdən 10.000.00 ABŞ dolları götürmüşdür. Nəticədə yoxlamanın əhatə etdiyi dövrün sonuna olan məlumata əsasən 141540.00 ABŞ dolları qoyduğu vəsaitdən qalıq qalmışdır. O cümlədən mebel malları üzrə 3830.00 ABŞ dolları pul vəsaiti qoyulmuşdur və nəticədə yoxlamanın əhatə etdiyi dövrün sonuna 3830.00 ABŞ dolları qoyduğu vəsaitdən qalıq qalmışdır. Ümumilikdə hər iki sahə üzrə auditin əhatə etdiyi dövrdə alqı-satqı əməliyyatı aparmaq məqsədi ilə təsisçi X22 tərəfindən 155370.00 ABŞ doları və 5675 manat pul vəsaiti qoyulmuşdur. Dövr ərzində 10000.00 ABŞ dolları götürülmüşdür və nəticədə yoxlamanın əhatə etdiyi dövrün sonuna olan məlumata əsasən 145370.00 ABŞ dolları və 5675 manat qoyduğu vəsaitdən qalıq qalmışdır.
18. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaitinin, faktiki olaraq hər bir təsisçiyə düşməli olan pul vəsaitinin hansı hissəsinin İddiaçı şəxsi hesabına və özünə məxsus olan "xxxx" MMC şirkətinə köçürülməsinin müəyyən edilməsinə dair Cavabdeh MMC-nin iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki: 1. Audit yoxlaması nəticəsində "xxxx" MMC elektronika üzrə 1 044 181,84 manat, mebel üzrə isə 248 894,10 manat ümumillikdə 1 293 075,94 manat kənarlaşma aşkar olunmuşdur. 2. Bundan əlavə təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, qeyd edilən dövrdə ümumillikdə kənarlaşdırılmış 1 293 075,94 manat məbləğin "xxxx" MMC-yə məxsus müqavilə ilə bağlanmış və kreditlə satılmış mebel malları üzrə 175 010,00 manat, elektronika malları üzrə 723 351,00 manat məbləğində olan hissəsi sonradan İddiaçı tərəfindən yaradılan "xxxx" MMC adlı şirkətin qəbzləri ilə mədaxil olunmuşdur. Ödəniş çekləri ilə uyğunsuzluq öz təstiqini tapmışdır. İstintaq zamanı araşdırıla bilər. 3. Audit yoxlaması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-nin anbar qalığı elektronika malları üzrə 51 151,02 AZN, mebel üzrə isə 168 432 AZN cəmi 219 583,02 AZN təşkil edir. Bundan əlavə yoxlama nəticəsində müəyyən olmuşdur ki, "xxxx" MMC tərəfindən əldə olunmuş malların ümumi anbar qalığı 157 574 AZN təşkil edir. 4. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə müştərilər arasında imzalanmış müqavilələr üzrə dövr ərzində 540 138,98 manat İddiaçı tərəfindən açılmış **********951405 nömrəli şəxsi bank kartı hesabına mədaxil olunmuşdur. Qeyd olunanların hüquq mühafizə orqanı tərəfindən araşdırılması məqsədə uyğundur.
19. Azərbaycan Respublikasının Auditorlar Palatasının 10 fevral 2025-ci il tarixli, 10- 1/2-H-42-1/2025 saylı məktubundan görünür ki, Auditorlar Palatasının üzvü, Cavabdeh MMC-nin "xxxx" MMC ilə bağladığı 2020-ci il 25 noyabr tarixli 20/26 nömrəli və 2021 -ci il 12 aprel tarixli 06/21 nömrəli müqavilələr üzrə aparılmış auditin keyfiyyətinin X3 (BAS) uyğunluğunu yoxlamaq üçün, ona şikayət üzrə növbədənkənar keyfiyyətə kənar nəzarət monitorinqi təşkil edilmişdir. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə və auditoru X1 Palatasına dəvət edilmiş, onlardan aparılmış auditlə bağlı müvafiq sənədlər tələb olunaraq götürülmüşdür. X11 2009-cu il 30 dekabr tarixli 206/7 saylı qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən sərbəst auditorlar və auditor təşkilatları tərəfindən xx.xx.2010-cu il tarixindən etibarən öz peşə fəaliyyətlərini (apardıqları auditləri) yerinə yetirərkən X5 tətbiq etməlidirlər. Monitorinq zamanı "xxxx" MMC tərəfindən keçirilmiş audit prosesində aşağıda sadalanan X2 tələblərinə əməl edilməməsi aşkarlanmışdır:
1. 230 saylı "Auditin sənədləşdirilməsi" standartının maddələri üzrə zəruri sənədləşdirmə qismən aparılmışdır.
2. 300 saylı "Maliyyə hesabatlarının auditinin planlaşdırılması” standartına əsasən, audit planı və audit proqramı - hazırlanmamışdır (audit prosedurlarının xarakteri, vaxtı, həcmi və nəzarət vasitələrinin əməliyyat effektivliyinin testən keçirilməsi).
3. 500 saylı "Audit sübutları" və 505 saylı "Kənar mənbədən təsdiqləmələr" standartlarının tələblərinə əsasən audit sübutları və kənar mənbədən təsdiqləmələr aparılan monitorinq zamanı auditor tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının müfəttişinə təqdim edilməmişdir.
4. 700 saylı "Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi". 720 saylı "Auditi aparılmış maliyyə hesabatlarını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti". 805 saylı “Xüsusi mülahizələr-ayrıca maliyyə hesabatlarının və maliyyə hesabatının xüsusi elementlərinin, hesablarının və ya maddələrinin auditi" X10 üzrə bir sıra əskikliklər müşahidə edilmişdir. Ümumilikdə aparılmış monitorinq nəticəsində müəyyən edilmişdir ki, rəyin formalaşdırılması, hesabatın verilməsi, xüsusi elementlərin, hesabların və maddələrin auditi üzrə yuxarıda qeyd edilən X8 qeyri-qənaətbəxş səviyyədə əməl edilmişdir. Auditorlar Palatası qeyd edilən audit işinə mahiyyəti üzrə baxmır və rəyin etibarsız hesab edilməsi Auditorlar Palatasının səlahiyyətində deyil. Auditorun rəyinin etibarsız hesab edilməsi yalnız məhkəmə qərarı ilə həyata keçirilə bilər. Auditorlar Palatası yalnız aparılmış auditin X3 (BAS) uyğunluğunu yoxlayır.
20. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 1(101)-81/2023 saylı hökmü ilə (hakimlər X12 (sədrlik edən), X26 və X6 ibarət tərkibdə) İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213.3-cü maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və toplanmış əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə İddiaçı həbsdə saxlanıldığı 6 (altı) ay 23 (iyirmi üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 10 (on) il 5 (beş) ay 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiası təmin edilərək cinayət nəticəsində vurulmuş maddi zərərə görə 551.357,57 (beş yüz əlli bir min üç yüz əlli yeddi manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X15 vermiş olduğu mülki iddia tələbinin baxılmamış saxlanılması, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X16 vermiş olduğu mülki iddia tələbi baxılmamış saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar X19 və X30 оğluna mülki mühakimə icraatı qaydasında sonradan mülki iddia vermək hüququnun izah edilməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1964/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 1(101)-81/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, qərar həmin gün qanuni qüvvəyə minmişdir.
22. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
24. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun:
25. 2-ci maddəsinə əsasən audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
26. 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.
27. 19-cu maddəsinə əsasən auditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunur.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-nin təsisçilərindən biri, habelə həmin MMC-nin qanuni təmsilçisidir.
29. "xxxx" MMC-nin təsisçilərindən biri olan üçüncü şəxs E.Mirzəzadə ilə cavabdeh arasında xx.xx.2020-ci ildə və xx.xx.2021-ci ildə auditor xidməti göstərilməsinə dair müqavilələr bağlanmış, cavabdeh MMC tərəfindən həmin müqavilələr əsasında aparılmış auditin nəticələrinə dair xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli audit rəyləri tərtib edilmişdir.
30. İddiaçı hazırda həmin rəylərin etibarsız hesab edilməli olmasını iddia etsə də, həmin rəylərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut (ekspert rəyi, digər audit rəyi və sairə) məhkəməyə təqdim edə bilməmişdir.
31. Bundan əlavə, iddiaçının barəsində aparılmış cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/3854 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin təsisçilərınin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə kənarlaşma ümumilikdə 1.296.415,44 manat (1.047.521,34+252.233,60-3339,50) təşkil edir.
32. Habelə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5541 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMCnin təsisçilərinin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə kənarlaşma ümumilikdə 1.296.415,44 manat (1.047.521,34+252.233,60- 3339,50) təşkil edir.
33. Bundan əlavə, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/7553 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, elektronika malları üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövründə "xxxx" MMC tərəfindən alıcılıra satış dəyəri 5.005.570 manat dəyərində mallar təqdim olunmuşdur. Təqdim olunan malların maya dəyəri müəssisənin daxili sənədləri əsasında 3.201.377,49 manat müəyyən edilmişdir. Fəaliyyət dövrü ərzində müəssisənin müxtəlif xərcləri olmuşdur. Bu xərclər əmək haqqı, icarə və inzibati xərclərdən ibarət olmaqla xərclərin ümumi dəyəri 637.506,13 manat olmuşdur. Nəticədə müəssisənin gəlir və xərclərinin təhlil edilməsi nəticəsində 1.166.686,78 manat (5.005.570,40-3.201.377,49- 637.506,13=1.166.686,78) mənfəət yaranmışdır.
34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “audit rəylərinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova