Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3490/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “mənzilin rəsmiləşdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mənzilin rəsmiləşdirilməsi öhdəliyinin qoyulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “mənzilin rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinin söküldüyünü nəzərə alaraq Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni inşa olunmuş yaşayış binasının 7,8,9 və ya 10-cu mərtəbəsində ümumi sahəsi 125 kv.m təşkil edən təmirli mənzilin İddiaçı ASC-nin adına rəsmiləşdirilməsi öhdəliyinin Cavabdeh MMC-nin (əvvəlki "xxxx" MMC) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, X7 ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə dair xx.xx.2017-ci il tarixli 164 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC keçmiş mülkiyyətçi X5 Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış sahəsinin tikintisini həyata keçirərək Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində binanın 7,8,9 və 10-cu mərtəbələrində ümumi sahəsi 125 kv.m olan təmirli mənzili əmlakın keçmiş mülkiyyətçisi X4 istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Seriya RX, No ******* saylı, xx.xx.2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili bankın xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı 1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)-5669/2021 saylı qətnaməsi 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən ibarətdir. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə "İnteks” MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 N-li Müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" MMC və üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. BakıApellyasiya Məhkəməsinin Mülki kolegiyasının 2(103)-5381/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-1516/21 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı "İnteks” MMC-nin və üçüncü şəxs "X10” ASC-nin kasasiya şikayətləri qismən təmin edilmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)-5381/2020 saylı qətnaməsi ləğv edilməsi, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)-5669/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 684/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 ("xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək X7 ilə "İnteks” MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 N-li Müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-119/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)-5669/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 (bir yüz otuz min) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqlarının itirilməsi, "xxxx" Bank ASC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, qalan hissədə qarşılıqlı iddia təmin olunmamışdır. (hakim Gültəkin Əsədova) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4425/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi qismən – "xxxx" MMC tərəfindən İddiaçı ASC- nin xeyrinə 130000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgərdərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) Ali Məhkəmənin 2(102)-466/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı iləqarşılıqlı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4425/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə – "xxxx" MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89250 manat məbləğində pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mənzilə mülkiyyət hüquqlarının itirilməsi barədə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2416/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və İkram Şirinov) cavabdeh İddiaçı ASC-nin apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin Cavabdeh MMC (əvvəlki "xxxx" MMC) tərəfindən 130.000 manat ödənilməklə İddiaçı ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev № 9-da yerləşən 2 №-li mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi (itirilməsi) hissəsində ləğv olunması Cavabdeh MMC-nin (əvvəlki "xxxx" MMC) həmin tələbinin rədd olunması qət edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
7. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X7 ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə dair xx.xx.2017-ci il tarixli 164 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC keçmiş mülkiyyətçi X5 Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış sahəsinin tikintisini həyata keçirərək Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində binanın 7,8,9 və 10-cu mərtəbələrində ümumi sahəsi 125 kv.m olan təmirli mənzili əmlakın keçmiş mülkiyyətçisi X4 istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
8. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak olduğu üçün daha sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov RM-nə müraciət edilərək, X7 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 164 №-li müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılması xahiş edilmiş, Nərimanov Rayın Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmiş, daha sonra həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Nərimanov RM-nin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, daha sonra həmin qərardan kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış və yekun olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 684/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 ("xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək X7 ilə "İnteks” MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 N-li Müqavilə etibarsız hesab edilmişdir.
9. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, X5 məxsus olmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmiş əmlak, Bankın "xxxx" MMC və qeyrilərinə qarşı “borcun ödənilməsi və.s” tələbinə dair iş üzrə qətnamə icraya yönəldilmiş və əmlak İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2-ci hərrac baş tutmadığından qəbul edilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Seriya RX, No ******* saylı, xx.xx.2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyətin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
11. Məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında hər iki tərəf izahatlarında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilin 2018-ci ilin yanvar ayında söküldüyünü qeyd etmişlər.
12. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzil 2018-ci ilin yanvar ayında söküldükdən sonra xx.xx.2018ci il tarixdə ******* nömrəli çıxarışla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir.
13. Hazırda iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinin söküldüyünü nəzərə alaraq, əvvəlki mülkiyyətçi ilə bağlanmış olan, sonradan etibarsız hesab edilmiş eyni məzmunlu yəni, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni inşa olunmuş yaşayış binasının 7,8,9 və ya 10-cu mərtəbəsində ümumi sahəsi 125 kv.m təşkil edən təmirli mənzilin İddiaçı ASC-nin adına rəsmiləşdirilməsi öhdəliyinin Cavabdeh MMC-nin (əvvəlki "xxxx" MMC) üzərinə qoyulmasını xahiş edir.
14. Mülki Məcəllənin 390.3-cü adıçəkilən müddəasının təhlili göstərir ki, müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir. Müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə və ya tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulmuş olmalıdır.
15. Lakin hazırkı işdə qeyd olunan hallardan heç biri mövcud olmamışdır. Belə ki, cavabdehin belə bir vəzifəsi Mülki Məcəllədə nəzərdə tutulmamış, onun iddiaçı qarşısında eyni öhdəliyi götürməsi də iş materialları ilə öz təsdiqini tapmamışdır.
16. Həmçinin də, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi qərara alınmışdır.
17. Həmin qərarın məzmunundan da görünür ki, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması həmin binada yaşayan sakinlərə aid edilmişdir.
18. Hazırkı halda da, mənzil söküldükdən sonra mülkiyyət hüququnu əldə edən Bank hüquqi şəxs olduğundan sakin hesab oluna bilməz.
19. Məhkəmə tərəfindən iddiaçıya izah edilir ki, cavabdehə qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı Məhkəməyə müraciət etmək hüququ vardır.
20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “mənzilin rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov