Məhkəmə qərarları › İş №e-2-2(113)-3552/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3552/2024

20.09.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3552/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “DSM X3 və Satış Ticaret Anonim Şirkəti”nin cavabdehlər Babaşov Zeynal İsmayıl oğluna, Cavabdeh1nə, Cavabdeh3nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi olmaqla) qarşı “əmtəə nişanının sahibin razılığı olmadan ona məxsus əmtəə nişanından cavabdeh tərəfdən ticarətdə istifadə etməsinin qarşısının alınması və kompensasiyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı, kompensasiya) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı “DSM X3 və Satış Ticaret Anonim Şirkəti”nin cavabdehlər Babaşov Zeynal İsmayıl oğluna, Cavabdeh1nə, Cavabdeh3nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi olmaqla) qarşı “əmtəə nişanının sahibin razılığı olmadan ona məxsus əmtəə nişanından cavabdeh tərəfdən ticarətdə istifadə etməsinin qarşısının alınması və kompensasiyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “DSM X3 və Satış Ticaret Anonim Şirkəti”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İMddiaçının adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “trendyol” əmtəə nişanından və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlardan istifadənin cavabdehlər Babaşov Zeynal İsmayıl oğluna, Cavabdeh1 MMC-yə və Cavabdeh3 MMC-yə qadağa olunması, o cümlədən cavabdehlərə məxsus mağazaların girişlərindən, yerləşdiyi binaların üzərindən, reklam lövfələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan iddiaçıya məxsus “trendyol” əmtəə nişanının və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanların sökülməsi, TikTok sosial şəbəkədə, YouTube video xostinqdə və Google Maps-da (Google Xəritələr) cavabdehlərin mağazalarına aid səhifələrdə “trendyol” əmtəə nişanının və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması, "xxxx" MMC-nin və "xxxx" MMC-nin şirkət adlarından "Trendyol" sözünün aradan götürülməsi və bunun üçün kommersiya hüquqi şəxslərin reyestrində qeydiyyata alınması üçün qeydiyyat orqanına müraciət edilməsi vəzifəsinin "xxxx" MMC-nin və "xxxx" MMC-nin üzərinə qoyulması, iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə Babaşov Zeynal İsmayıl oğlundan, Cavabdeh1 MMC-dən, Cavabdeh3 MMC-dən ayrıayrılıqda 50,000 manat pulun, ümumilikdə 150,000 manat pulun tutularaq iddiaçı DSM GRUP DANİSMANLİK İLETİSİM VE SATİS TİCARET A.S. şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DSM GRUP DANİSMANLİK İLETİSİM VE SATİS TİCARET A.S. şirkəti (“İddiaçı”) 2009-cu ildə yaradılıb və kommersiya fəaliyyətini eticarətə yönəlmiş bazar yeri kimi həyata keçirən www.trendyol.com hər növ məhsul çeşidinin genişliyi ilə həm istehlakçılar, həm də müvafiq sektor arasında yüksək səviyyədə tanınır. Hazırda iddiaçının TUNRKPATENT və UNƏMT aynüdmumU) Əqli Mülkiyyət Təşkilatı) qarşısında birçox ticarət nişanı qeydiyyatı və müraciətləri var. Eticarət saytı olaraq fəaliyyətini “marketplace” modeli ilə həyata keçirən Trendyol, sürətlə böyüyərək Türkiyənin ən böyük onlayn alış-veriş platformalarından birinə çevrilib və Azərbaycanda, Fars körfəzi ölkələrində, və Avropa Birliyində fəal şəkildə fəaliyyət göstərir. Trendyol geyim, elektronika, ev əşyaları, kosmetika, idman məhsulları və daha bir çox kateqoriyada geniş bir məhsul çeşidini təqdim edir və bütün dünyada tanınan müxtəlif geyim markalarının məhsullarını satır. İddiaçı Türkiyənin ən böyük onlayn alışveriş platformasıdır və Avropa Birliyində, Fars körfəzi ölkələrində və Azərbaycanda da fəal şəkildə fəaliyyət göstərir – onun Azərbaycandakı müəyyən fəaliyyəti Azərbaycanın aparıcı biznes qrupu olan Pasha Holding ilə birgə fəaliyyət haqqında müqaviləyə əsaslanır. İddiaçı geyim, məişət malları, elektronika, kosmetika və s. kimi demək olar ki, hər bir kateqoriyada geniş çeşiddə məhsullar təklif edir. İddiaçı həm də, Azərbaycanda da qeydiyyata alınmış və mühafizə olunan “trendyol” Nr. İR-1408341 (cls.14,18,24,25), “trendyol.com” Nr. İR-1392848; “trendyol kolleksiyası” Nr. ******* kimi birçox əmtəə nişanlarının sahibidir. İddiaçı Madrid sistemi vasitəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası ərazisində və dünyanın bir çox başqa ölkələrində qorunan “trendyol” söz işarəsinin və “Trendyol Collection”, “ Trendyol.com” və digər əmtəə nişanlarının sahibidir (bundan sonra “İddiaçının Əmtəə Nişanları”). “Trendyol” dominant elementi olan iddiaçının X7 Təsnifatının 14, 18, 24, 25 və 35-ci sinifləri üzrə qorunur. İddiaçının “trendyol” əmtəə nişanı dünya miqyasında əlisusüx) fəaliyyət göstərdiyi ölkələrdə) əhəmiyyətli dərəcədə tanınma səviyyəsinə çatmış və Türkiyə Patent və Əmtəə Nişanları Bürosunda geniş tanınmış əmtəə nişanı kimi qorunmuşdur. Apardığı araşdırma nəticəsində aşkar edilmişdir ki, cavabdeh Babaşov Zeynal İsmayıl oğlu (VÖEN: **********), onunla əlaqəli olan Cavabdeh1 MMC (VÖEN: **********) və Cavabdeh3 MMC (VÖEN: **********) Azərbaycanda “trendyol” əmtəə nişanından qanunsuz istifadə edərək iri paltar mağazaları şəbəkəsini işlədirlər. Belə ki, Cavabdeh1 qanuni nümayəndəsi - Babaşov Zeynal İsmayıl oğlu özüdür, Cavabdeh3 qanuni nümayəndəsi Babaşov Şükür İsmayıl oğlu isə onun qohumudur. Görünən odur ki, adı çəkilən üç VÖEN vasitəsi ilə Bakı, Xırdalan, Sumqayıt və yeni açılmış Quba filialı, ümumilikdə 4 filial işlədilir. Bundan əlavə, əmtəə nişanının istifadəsini nümayiş etdirən müxtəlif Youtube videolarının bir müddətdir onlayn olaraq ictimaiyyətə açıq olduğu müəyyən edilmişdir ( https://www.youtube.com/watch?v=iTSZwOyrQnk ). Bu videoların məzmunu və onların adları açıq şəkildə Trendyol-un Azərbaycanda fiziki mağaza açdığı təəssüratını yaratmağa çalışır. Belə ki, https://www.youtube.com/watch?v=iTSZwOyrQnk Cavabdeh1 mağazasının açılışı olub” adlı videoda dükanın rəhbərlərdən biri Babaşov Şükür İsmayıl oğlu açıq aşkar yalan məlumat yayaraq, “Biz Azərbaycanda rəsmi olaraq Trendyolun distribyutoruyuq...” qeyd edir. Bundan əlavə, cavabdehlər müştərilərin cəlb edilməsi üçün TikTok sosial şəbəkədə səhifə açmışdırlar - https://www.tiktok.com/discover/trendyolbaku. Əlavə olaraq, cavabdehlər mağazaların yerləşdiyi ünvanlarını Google Maps-da (Google Xəritələr) qeydiyyata almaqla, öz biznesinin görünməsini daha da artırır. Bundan əlavə, Trendyol Baku mağazalar şəbəkəsi barədə Youtube.com video xostinqə çoxsaylı videoçarxlar yüklənilmişdir: https://www.youtube.com/watch?v=7Zİ_KG3KSno https://www.youtube.com/watch?v=8GRX5hİt4Fo https://www.youtube.com/watch?v=iTSZwOyrQnk https://www.youtube.com/watch?v=f_NSHgTW16k&t=12s https://www.youtube.com/watch?v=4qvfc9qgİVM https://www.youtube.com/watch?v=eCSaaWpANdk https://www.youtube.com/shorts/km94VXQCj4k Bu açıq şəkildə Trendyol-un Azərbaycanda fiziki mağazaların açdığı təəssüratını yaratmağa çalışır. Aydındır ki, bu cür istifadə orta istehlakçı tərəfindən iddiaçının fiziki mağazalar və filialları açmaq və idarə etmək meyli kimi qəbul edilir. Üstəlik, bu fakt müştərinin bununla bağlı aldığı şikayət və suallarla da təsdiqlənir. Əmtəə nişanları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, əmtəənin, göstərilən xidmətin və ya sahibkarlıq fəaliyyətinin başqası ilə qarışdırılmasına səbəb olan hərəkətlər qadağandır. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanunun 25-ci maddəsinə əsasən, qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir. Qanuna görə, qeydiyyatdan keçmiş əmtəə nişanlarının istifadəsi satış üçün təklif, satış və xidmətləri göstərilməsi şəklində ola bilər. Cavabdehlərin dominant elementi olan “trendyol” Əmtəə Nişanından istifadə etməsi əmtəə nişanının qeydiyyatından və iddiaçının digər əqli mülkiyyət hüquqlarından asılı olan hüquqların pozulmasına səbəb olur. Yuxarıda qeyd edilənlər ilə əlaqədar iddiaçı tərəfindən cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məsələnin sülh yolu ilə həll edilməsini ləngitməyə çalışırlar. Cavabdehlər hər dəfə özü üçün vaxt udmaqla, iddiaçının əmtəə nişanından mümkün maksimum müddət ərzində faydalanaraq maksimum mənfəət əldə etməyə çalışırlar. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanunun 34-cü maddəsinə görə, əmtəə nişanından və coğrafi göstəricidən olaraq qismən və ya tamamilə istifadə edən şəxs hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Həmin maddəyə əsasən, hüquq sahibi vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 1,000 manatdan 50,000 manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “trendyol” əmtəə nişanından və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlardan istifadənin cavabdehlər Babaşov Zeynal İsmayıl oğluna, Cavabdeh1 MMC-yə və Cavabdeh3 MMC-yə qadağa olunması, o cümlədən Babaşov Zeynal İsmayıl oğlundan ona məxsus VÖEN: ********** vasitəsilə (i) Bakı şəhəri, 8 mkr, Əcəmi Naxçıvani küçəsi 13C; (ii) Xırdalan şəhəri, Olimp MTK, Mehdi Hüseynzadə küçəsi 500A, Rahat marketin yanı; (iii) Sumqayıt şəhəri, Koroğlu prospekti 347, SDU 2-ci korpusun önü; (iv) Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanlarda yerləşən mağazaların girişlərindən, yerləşdiyi binaların üzərindən, reklam lövfələrindən, asılqanların üzərindən, mağazaların işçilərinin iş köynəklərindən, dəyişmə otaqlarından, çap olunmuş materiallardan, fiziki olaraq məhsullardan (məlumat stikerlərindən) İddiaçıya məxsus “trendyol” əmtəə nişanının və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanların sökülməsi, İnstagramda (https://www.instagram.com/ty_baku_official_/) TikTok sosial şəbəkədə (https://www.tiktok.com/@ty_baku_official), YouTube video xostinqdə (https://www.youtube.com/watch?v=iTSZwOyrQnk) və Google Maps-da ((i) https://g.co/kgs/mMSMmRj; (ii) https://g.co/kgs/yLuX52o; (iii) https://g.co/kgs/NDs4a6Q cavabdehlərin mağazalarına aid səhifələrdə “trendyol” əmtəə nişanının və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması, "xxxx" MMC-nin və "xxxx" MMC-nin şirkət adlarından "Trendyol" sözünün aradan götürülməsi və bunun üçün kommersiya hüquqi şəxslərin reyestrində qeydiyyata alınması üçün qeydiyyat orqanına müraciət edilməsi vəzifəsinin "xxxx" MMC-nin və "xxxx" MMC-nin üzərinə qoyulması, iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə Babaşov Zeynal İsmayıl oğlundan, Cavabdeh1 MMC-dən, Cavabdeh3 MMC-dən ayrı-ayrılıqda 50,000 (əlli min) manat kompensasiyanın, ümumilikdə 150,000 züy) əlli min) manat pulun tutularaq iddiaçı DSM GRUP DANİSMANLİK İLETİSİM VE SATİS TİCARET A.S. şirkətinə ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh3 MMC-nin iddia tələbinə verdiyi etirazı onunla əsaslandırılmışdır ki, İddia ərizəsi əsassızdır və rədd edilməlidir. Cavabdeh3 MMC xx.xx.2023-ci ildə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydiyyata alınmışdır. Müəssisə qeydiyyata alındığı tarixdən etibarən olmaqla bu günədək hər hansısa fəaliyyət növü ilə məşğul olunmamış, ümumiyyətlə qeyd edilən mağazaların Cavabdeh3 MMC-yə heç bir aidiyyatı yoxdur, vergi orqanlarına verilən hesabatlardanda görünür ki, MMC-nin fəaliyyəti olmayıb.

5. Cavabdeh1 MMC-nin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Cavabdeh1 MMC xx.xx.2022-ci ildə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydiyyata alınmışdır. Müəssisə qeydiyyata alındığı tarixdən etibarən olmaqla bu günədək qanunla qadağan edilən hər hansısa fəaliyyət növü ilə məşğul olunmamış, ümumiyyətlə qeyd edilən mağazaların Cavabdeh1 MMC-yə heç bir aydiyyatı yoxdur, vergi orqanlarına verilən hesabatlardanda görünür ki, MMC-nin fəaliyyəti olmayıb.

6. Cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC xx.xx.2022-ci ildə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydiyyata alınmışdır. Müəssisə qeydiyyata alındığı tarixdən etibarən olmaqla bu günədək qanunla qadağan edilən hər hansısa fəaliyyət növü ilə məşğul olunmamış, ümumiyyətlə qeyd edilən mağazaların Cavabdeh1 MMC-yə heç bir aydiyyatı yoxdur, vergi orqanlarına verilən hesabatlardanda görünür ki, MMC-nin fəaliyyəti olmayıb. Cavabdeh3 MMC (VÖEN **********) ümumiyyətlə ona məxsus deyildir. İddia ərizəsi əsassızdır və rədd edilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbini cavabdehlərə müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi və vurulmuş ziyanın və çəkilmiş xərclərin əvəzinin ödənilməsi təşkil etmişdir. İddiaçının öz iddia ərizəsilə cavabdehlərə qadağan edilməsini xahiş etdiyi hərəkət və ya hərəkətsizliklər hal-hazırda davam etməməkdədir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 19 fevral 2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, tərəfimizdən 12 mart 2024-cü il tarixində həmin pretenziya məktubuna cavab məktubu ünvanlanmışdır (surəti əlavə edilir). Məktubla bildirilmişdir ki, hazırda narıncı, ağ, qara, sarı, qırmızı, mavi, yaşıl rənglərdən ibarət olan əmtəə nişanına dair hüququnun qeydiyyata alınmasına dair tərəflərindən müvafiq ərizə ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin “Patent və X2 Mərkəzi”nə (bundan sonra- Ekspertizası Mərkəzi) müraciət edilmişdir və müraciət icradadır. Eyni zamanda bildirilmişdir ki, müxtəlif ünvanlarda yerləşən mağazalardan 30 aprel 2024-cü il tarixədək qeyd edilən əmtəə nişanı söküləcəkdir. Bununla yanaşı isə, Ekspertiza Mərkəzinin müvafiq qərarı gözlənilmədən çap olunmuş mübahisəli əmtəə nişanı materiallarının yığışdırılmasına başlanılmış və cavabdehə məxsus olan bütün mağazalarda həmin lövhələr sökülmüşdür. İddiaçının öz iddia tələbi ilə müəyyən hərəkətlərin qadağan edilməsi və ya müəyyən hərəkətləri cavabdehlərin məcburi icra etməsi üzrə digər tələbləri (əmtəə nişanı materiallarının “TikTok” sosial şəbəkəsində, Youtube video hostinqində və “Google Maps”də (Google Xəritələr) yığışdırılması ilə bağlı bildirik ki, videolar və sosial səhifələr ona aid deyildir. Belə ki, hazırda onlara məxsus bütün mağazalarda “Tinderyol Baku” yazısı və qrafik təsvirdən ibarət nişanından istifadə edilir (Digər təsdiqedici sənədlər əlavə edilir). Əlavə olaraq sözügedən əmtəə nişanı üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Ekspertiza Mərkəzinə müraciət edilmiş və müraciət icradadır. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını təşkil edən və hüquqazidd hesab etdiyi hallar hal-hazırda mövcud deyildir və iddia tələbi əsassızdır. Pretenziya qaydası qanunvericiliklə nəzərdə tutulmuş mübahisələrin məhkəməyə qədər nizamlanma vasitəsidir. Hazırki iş üzrə iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubu üzrə tələblər tam icra edilmiş və mübahisə həll edilmişdir. Bu səbəbdən də iddiaçının hazırda eyni mübahisə üzrə məhkəməyə müraciət etməsi məhkəməyə qədər nizamlanma vasitələrinin hüquqi məqsədlərinə zidd olmuşdur. İddiaçı öz iddia ərizəsi ilə həmçinin ona vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə cavabdehlərdən ayrı-ayrılıqda 50000 manat, ümumilikdə 150000 pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Mülki hüquqi məsuliyyətin yaranması üçün üç şərtin məcmu halında mövcudluğu zəruridir: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; • törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; • ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı). Qeyd edilən hər üç meyara əsasən bildiririk ki, hazırki iş üzrə: -İddiaçının tələbləri cavabdeh tərəfindən məhkəmədən kənar qaydada aradan qaldırılmışdır və ümumiyyətlə hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmamışdır; -Cavabdeh tərəfindən iddiaçıya hər hansı bir zərər vurulmamış və sonuncu barəsində iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, normada konkret olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsindən bəhs edilir. Lakin iddiaçı hər hansı formada əmlakından məhrum olması və ya zədələnməsi, bir sözlə real zərərə məruz qalması barədə sübut təqdim etməmiş və zərəri yuxarıda qeyd edilən normaya əsasən formal olaraq qiymətləndirmişdir. Qeyd edilən 2 (iki) meyarın (törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması və törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması) mövcud olmaması isə 3-cü meyarın (ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu) mövcudluğunu istisna edir. 3) Əlavə olaraq iddiaçı hüquqlarının Cavabdeh1 MMC tərəfindən pozulmuş olmasını hesab etməsinə baxmayaraq cavabdeh qismində həm Cavabdeh3 MMC-yə, fiziki şəxs Babaşov Zeynal İsmayıl oğluna qarşı iddia qaldırmış və hər birindən ayrı-ayrılıqda kompensasiya tələb etmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Babaşov Zeynal İsmayıl oğlu dörd bölgədə mağazalar işlədir. Və bütün mağazalarda reklam lövhələrində, ödəniş qəbzlərində, asılqanlarda, satıcıların geyimlərinin üzərində, dəyişmə otaqlarında, paketləmələrin üzərində və sair trendyol əmtəə nişanından istifadə olunur. Cavabdehin nümayəndəsi bildirsə də ki, əmtəə nişanları tam olaraq sökülməyib, elə deyil. Dəymiş zərər isə, cavabdehin əldə etdiyi gəlirləri iddiaçıya dəymiş ziyan kimi qimətləndirirlər.

8. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər Babaşov Zeynal İsmayıl oğlunun və Cavabdeh3 MMC-nin nümayəndəsi Vəkil2 iddia tələbinə verilən etirazlara uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, doğrudur, cavabdeh Babaşov Zeynal istifadə etdiyi mağazalarda trendyol əmtəəsindən istifadə edilib, lakin qeyd edilən pozuntuların aradan qaldırılması istiqamətində məhkəmə gedişatı zamanı işlər başlanılmış, amma bütün yerlərdən trendyol sözünün yığışdırılması işləri tədricən həyata keçirilən prosesdir, bir gün ərzində hamısını etmək mümkün deyil və cavabdeh üçün böyük məsrəf tələb edir.

9. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

10. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Ekvita” şirkətinə ünvanladığı məktubuna əsasən 1241532, 1392848, 1408341,157945 nömrəli beynəlxalq əmtəə nişanları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxal Bürosu tərəfindən Beynəlxalq Əmtəə nişanlarının reyestrində “DSM X4 ve Satıs Tıcaret A.S.” (ünvan: Maslak Mahllesi, Büyükdere Caddesi (Spine Plaza) №243, İç kapı № 19 Sarıyer, İstanbul (TR) şirkətinin adına qeydiyyata alınmışdır.

13. Əmtəə nişanının mühafizə statusu barədə xx.xx.2024-cü il çap tarixli reyestr məlumatlarından göründüyü kimi “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.” adına “trendyol” əmtəə nişanı xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Qeydiyyatın yenilənmə/bitmə tarixi xx.xx.2027-ci il müəyyən edilmişdir.

14. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubuna əsasən Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixinə kimi dayandırılmışdır.

15. Cavabdeh3 MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin təsisçisi kimi Babaşov Şükür İsmayıl oğlunun adı qeyd olunmuş və hüquqi ünvanı AZ0121, ünvan 2ikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyat növləri ilə məşğul ola bilər.

16. Cavabdeh1 MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin təsisçisi kimi Babaşov Zeynal İsmayıl oğlunun adı qeyd olunmuş və hüquqi ünvanı ünvan 39A, 51-dir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyat növləri ilə məşğul ola bilər.

17. 14.06.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəçi Babaşov Zeynal İsmayıl oğlu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 957,3 kv.m. olan qeyri-yaşayış sahəsinin 300 kv.m., xx.xx.2022-ci il tarixli icrə müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən 120 kv.m. qeyri-yaşayış sahəsi, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən AZ5008, Sumqayıt şəhəri, Koroğlu pr., 0.075 ha torpaq sahəsində 347 ünvanında yerləşən qeyri-yaşayış binası və xx.xx.2023cü il tarixli icarə müqaviləsinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 196 ünvanında yerləşən ümumi sahəsi 1450,9 kv.m. olan əmlak kompleksi kimi müəssisəsinin 1100 kv.m. icarəyə götürülmüşdür.

18. Google-maps çıxarışlardan görünür ki, cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun istifadə etdiyi mağazaların adlarında/ünvanlarında “trendyol” əmtəə nişanından istifadə edilir.

19. 2 saylı Ərazi Vergilər İdarəsinin reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışına əsasən Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alındığı, təsisçisi kimi Babaşov Zeynal İsmayıl oğlunun adı qeyd olunmuş və hüquqi ünvanı AZ0121, Abşeron rayonu, Ceyranbatan ŞTQ, Zərdabi, ev 33-dür.

20. 2 saylı Ərazi Vergilər İdarəsinin bildirişinə əsasən Cavabdeh3 MMC-nin fəaliyyəti müvəqqəti olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi dayandırılmışdır.

21. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X2 Mərkəzinin xx.xx.2024-cü il tarixli əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayışına əsasən Trendyol Baku əmtəə nişanının sahibi kimi Babaşov Zeynal İsmayıl oğlunun adı qeyd olunmuşdur.

22. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X2 Mərkəzinin xx.xx.2024-cü il tarixli əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayışına əsasən Tinderyol Baku əmtəə nişanının sahibi kimi Babaşov Zeynal İsmayıl oğlunun adı qeyd olunmuşdur.

23. Alış-veriş zamanı təqdim edilən kassa-əməliyyat qəbzlərindən görünür ki, vergi ödəyicisinin adı kimi Babaşov Zeynal İsmayıl oğlunun adı və ticarət mərkəzinin ünvanında “trendyol” əmtəə nişanından istifadə edilmişdir.

24. DVX-nin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2024-cü il tarixli **********6 saylı arayışına əsasən Babaşov Zeynal İsmayıl oğluna məxsus Tinderyol Baku (Xırdalan) olduğu yer üzrə qeydiyyata alınmışdır.

25. DVX-nin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2024-cü il tarixli **********9 saylı arayışına əsasən Babaşov Zeynal İsmayıl oğluna məxsus Tinderyol Baku (Sumqayıt) olduğu yer üzrə qeydiyyata alınmışdır.

26. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

27. İlk öncə məhkəmə iddianın iki hüquqi şəxsə qarşı təmin edilməyən hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

28. İş materialları əsasında və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, MMC-lər yarandıqdan sonra fəaliyyətləri dayandırılmış və trendyol əmtəə nişanından hərhansı ticarət obyektlərində və ya başqa yerlərdə istifadələri olmamışdır (iddiaçı tərəfindən əksini sübut edəcək hər-hansı dəlil/sübut təqdim edilməmişdir).

29. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respubliakasının Qanunun 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

30. Hazırkı halda isə iddiaçı “DSM X5 və Satış Ticaret Anonim Şirkəti” cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin üzərinə iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadə edilməsinin dayandırılması öhdəliyinin qoyulması tələbini irəli sürsə də, nəinki cavabdeh hüquqi şəxslərin “trendyol” sözünün əks olunduğu əmtəə nişanından istifadə etməsini, ümumiyyətlə cavabdehlərin əmtəələri və ya xidmətlərini fərdiləşdirmək üçün qrafik təsvir edilən hər hansı nişandan istifadə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin:

32. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. İkincisi, iddiaçı cavabdeh hüquqi şəxslərin ona məxsus əmtəə nişanından qanunsuz istifadə etməsi barədə mövqeyini cavabdehlərin firma adında iddiaçıya məxsus əmtəə nişanında mühafizə olunan element olan “trendyol” sözünün mövcud olması ilə əsaslandırır.

35. Bununla bağlı məhkəmə ilk növbədə “əmtəə nişanı” və “firma adı” anlayışlarını fərqləndirməyi zəruri sayır. Belə ki, həmin anlayışların hər ikisi əqli mülkiyyət hüququ ilə qorunan fərdiləşdirmə vasitəsi olsa da, əqli mülkiyyət hüququnun iki fərqli obyektini təşkil edir. Belə ki, firma adı hüquqi şəxsi iqtisadi dövriyyənin digər iştirakçılarından fərqləndirdiyi halda əmtəə nişanı hüquqi şəxsin əmtəə və xidmətlərini fərqləndirmək üçün istifadə edilir.

36. Digər tərəfdən firma adı söz, hərf, rəqəmlərin və ya onların birləşməsindən ibarət olduğu halda əmtəə nişanı söz və söz birləşməsi deyil, qrafik şəkildə təsvir edilən işarədir. Buna görə də əmtəə nişanın müdafiəsi hüququ ilə əmtəə nişanında yazılmış sözlər deyil, sözlərin də əks olunduğu nişan (şrift kompozisiyası, qrafik təsvir və hər ikisinin birləşməsi) qorunur.

37. Odur ki, iddiaçıya verilmiş əmtəə nişanı şəhadətnaməsində mühafizə olunan element “tredyol” sözü deyil, “trendyol” sözünün əks olunduğu işarə - qrafik təsvir edilən nişandır.

38. Bu baxımdan iddiaçıya verilmiş əmtəə nişanında “trendyol” sözünün əks olunduğu işarəsinin mühafizə olunan element kimi göstərilməsi “trendyol” sözündən digər hüquqi şəxslərin adında istifadə edilməsini istisna etmir.

39. Bu baxımdan cavabdehin firma adında “trendyol” sözünün olması faktı cavabdehlər tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə edilməsinə dəlalət etmir və əmtəə nişanından qanunsuz istifadənin dayandırılması öhdəliyinin qoyulması hissəsində iddianın təmin edilməsi üçün əsas vermir. İddiaçı şirkətinin firma adı “DSM X5 və Satış Ticaret Anonim Şirkəti”dir, cavabdehlərin firma adları Cavabdeh1 və Cavabdeh3dir. Cavabdehlərin istifadə etdiyi firma adının iddiaçının firma adına olan müstəsna hüququnu, yəni firma adının qorunması barədə qanunvericiliyin tələblərininin pozulması müəyyən edilmir.

40. Belə ki, Mülki Məcəllənin:

41. 50.1-ci maddəsinə əsasən hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur.

42. 50.2-ci maddəsinə əsasən kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

43. 50.3-cü maddəsinə əsasən başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir.

44. Beləliklə, cavabdeh hüquqi şəxslər tərəfindən iddiaçının əmtəə nişanından müstəsna hüququnun pozulması halı iş materiallarına əsasən öz təsdiqini tapmır.

45. Yuxarıda göstərilən hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının müstəsna hüququnun hüquqi şəxslər tərəfindən pozulması iş materialları ilə öz təsdiqini tapmadığından iddiası cavabdehlər hüquqi şəxslərə aid hissələrdə rədd edilməlidir.

46. İddianın təmin edilən cavabdeh Babaşov Zeynal İsmayıl oğluna münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.

47. İşin mübahisəsiz halıdır ki, iddiaçı-Türkiyyə Respublikasında qeydiyyatda olan “DSM X5 və Satış Ticaret Anonim Şirkəti Azərbaycanda qeydiyyata (xx.xx.2017-ci il tarixindən xx.xx.2027-ci ilə gədər) alınmış və mühafizə olunan “trendyol” əmtəə nişanın sahibidir.

48. İşin digər mübahisə edilməyən halı ondan ibarətdir ki, cavabdeh Babaşov Zeynal İsmayıl oğlu fərdi sahibkar olaraq dörd (Bakı, Xırdalan, Sumqayıt və Quba) ünvanlarda yerləşən qeyri-yaşayış sahələrini icarayə götürərək (ünvanları qeyd edilən dövr icarə müqavilələri iş materiallarına əlavə edilmişdir) mağazalar açıb fəaliyyət göstərir. Google Maps-da həmin mağazaların adları və ünvanlarında, mağazaların girişlərində, yerləşdiyi binaların üzərində, reklam lövhələrində, asılqanların üzərində, mağazaların işçilərinin iş köynəklərində, dəyişmə otaqlarında, çap olunmuş materiallarda, fiziki olaraq məhsulların üzərində olan məlumat stikerlərində “trendyol” əmtəə nişanından istifadə olunur. Bu hər iki tərəfin nümayəndələrinin izahatları ilə, iş materiallarına əlavə edilmiş foto və video görüntülər ilə müəyyən və təsdiq edilmişdir.

49. Məhkəmə iddia tələbinin cavabdeh fiziki şəxs Babaşov Zeynal İsmayıl oğlu tərəfindən “DSM X3 ve Satış Ticaret Anonim Şirkəti”nə məxsus “Trendyol” əmtəə nişanından qeyri-qanuni istifadəsinin qadağan edilməsi hissəsində əsaslı hesab edir.

50. Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəricilər” haqqında Qanunun 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

51. Həmin Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir.

52. Həmin Qanunun 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Həmin Qanunun 34-cü maddəsinə əsasən Əmtəə nişanından və coğrafi göstəricidən olaraq qismən və ya tamamilə istifadə edən şəxs hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir.

53. Məhkəmə onu da qeyd edir ki, məhkəmə gedişatı zamanı cavabdehin nümayəndəsi həmin pozuntuların (trendyol əmtəə nişanının yığışdırılması/istifadəsinin dayandırılması) aradan qaldırılması prosesinə başlanmasını bildirib və müəyyən sübutları məhkəməyə təqdim etsə də, məhkəmə tərəfindən həmin sübutlar yetərli hesab edilməmişdir. Belə ki, iddiaçı Z.Babaşov ölkənin dörd fərqli ərazisində mağazalar işlədərək, bütün məhsul, reklam, satış kassa qəbzləri, etiketlər və s. üzərində həmin əmtəədən istifadə edir və nümayəndəsi isə bu pozuntuların aradan qaldırılması prosesinə başlandığını və pozuntuların tam aradan qaldırılması üçün onlara uzun vaxt və məsrəf lazım olduğunu bildirir və sadəcə hansısa mağazanın birinin daxilində satıcılarının üzərində olan köynəklərin üzərində “tredyol” əvəzinə “tinderyol” yazısını göstərən fotoşəkli, “tindetyol” yazısı əks olunmuş bağlamanın/paketin məhkəməyə təqdim edilməsi həqiqətən də bütün (Bakı, Xırdalan, Sumqayıt və Quba) mağazalarda iddiaçıya məxsus əmtəədən istifadəyə son qoyulmasının mötəbər və yetərli sübut kimi giymətləndirilə bilməz.

54. Tələbin - instagramda (https://www.instagram.com/ty_baku_official_/) TikTok sosial şəbəkədə (https://www.tiktok.com/@ty_baku_official), YouTube video xostinqdə (https://www.youtube.com/watch?v=iTSZwOyrQnk) və Google Maps-da ((i) https://g.co/kgs/mMSMmRj; (ii) https://g.co/kgs/yLuX52o; (iii) https://g.co/kgs/NDs4a6Q cavabdehlərin mağazalarına aid səhifələrdə “trendyol” əmtəə nişanının və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Google Maps-da olan “tredyol” əmtəə nişanının cavabdeh Babaşov Zeynal İsmayıl oğlu tərəfindən göstərilməsi/istifadə edilməsi aşkardır. Belə ki, iş materiallarında olan sənədlər (ünvanları göstərən icarə müqavilələri, kassa-qəbzləri, bağlama/paketlər) əsasında müəyyən edildi ki, Google Maps-da göstərilən ünvanlarda yerləşən mağazaları Z.Babaşov istifadə edir və məntiqli davam olaraq da həmin əmtəədən Google Maps-da onun tərəfindən istifadə edilməsi/qeyd edilməsi aşkardır.

55. Lakin, İnstaqram, YouTube, Tik Tok adlı sosial şəbəkələrlə bağlı məhkəmə qeyd edir ki, göstərilən linklər ilə keçir edildiyi zaman instaqram səhifəsində “trendyol” əmtəəsinin istifadəsi aşkar edilmir, YouTube-da paylaşılan video iş üzrə cavabdehlər deyil, “Dünya TV” tərəfindən yayımlandığı, TikTok.com səhifəsinin istifadəçisinin isə email olaraqmailto:aygulnecef@gmail.comElektron ünvan göstərilmişdir. Beləliklə, iddiaçı qeyd edilən sosial şəbəkələrin iş üzrə göstərilən cavabdehlər tərəfindən yaradılıb, istifadə edilməsinə, həmin paylaşımların onlar tərəfindən edilməsinə dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin:

57. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Bundan əlavə iddiaçı cavabdehlərdən 150.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Məhkəmə iddianın bu hissədə əsasız olduğunu hesab edərək, rədd edilməsi qənayətinə gəlir.

60. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34-cü maddəsinin tələbinə əsasən hüquqi sahibinin “vurulmuş ziyanın və çəkdiyi xərclərin” əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmək hüquq vardır.

61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

62. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, iddiaçı 150.000 manat məbləğində kompensasiyanın tələb edərkən pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, habelə hüququ pozulmaseydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri barədə məhkəməyə sübut təqdim etməlidir.

63. Lakin iddianın kompensasiya tələbinə dair hissəsi yuxarıda göstərilən xüsusatlar baxımından əsaslandırılmamış və məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

64. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh Babaşov Zeynal İsmayıl oğluna iddiaçı “DSM X5 və Satış Ticaret Anonim Şirkəti”nin adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “trendyol” əmtəə nişanından və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlardan istifadəsi qadağan edilməli, cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun üzərinə ona məxsus VÖEN ********** üzrə fəaliyyət göstərdiyi Bakı şəhəri, 8 mkr, Əcəmi Naxçıvani küçəsi 13C; Xırdalan şəhəri, Olimp MTK, Mehdi Hüseynzadə küçəsi 500A, Rahat marketin yanı; Sumqayıt şəhəri, Koroğlu prospekti 347, SDU 2ci korpusun önü; Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanlarda yerləşən mağazaların girişlərindən, yerləşdiyi binaların üzərindən, reklam lövhələrindən, asılqanların üzərindən, mağazaların işçilərinin iş köynəklərindən, dəyişmə otaqlarından, çap olunmuş materiallardan, fiziki olaraq məhsulların üzərində olan məlumat stikerlərindən “trendyol” əmtəə nişanının sökülməsi (yığışdırılması) və Google Maps-da ( https://g.co/kgs/mMSMmRj ; https://g.co/kgs/yLuX52o ; https://g.co/kgs/NDs4a6Q ) cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun fəaliyyət göstərdiyi ünvanlar üzrə istinad olunan mağazaların ünvanlarından/adlarından “trendyol” əmtəə nişanının silinsi/yığışdırılması vəzifəsi qoyulmalıdır.

65. Məhkəmə xərcləri ilə bağlı məhkəmə aşağıdakı məqamları eyd etməyi zəruri hesab edir.

66. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

68. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyində, tələbin təmin edilən hissəsinə mütənasib olaraq 100 manat cavabdeh Z.Babaşovdan tutularaq iddiaçıya ödnilməlidir.

V. Nəticə:

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Babaşov Zeynal İsmayıl oğluna iddiaçı “DSM X5 və Satış Ticaret Anonim Şirkəti”nin adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “trendyol” əmtəə nişanından və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlardan istifadəsi qadağan edilsin. Cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun üzərinə ona məxsus VÖEN ********** üzrə fəaliyyət göstərdiyi Bakı şəhəri, 8 mkr, Əcəmi Naxçıvani küçəsi 13C; Xırdalan şəhəri, Olimp MTK, Mehdi Hüseynzadə küçəsi 500A, Rahat marketin yanı; Sumqayıt şəhəri, Koroğlu prospekti 347, SDU 2ci korpusun önü; Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanlarda yerləşən mağazaların girişlərindən, yerləşdiyi binaların üzərindən, reklam lövhələrindən, asılqanların üzərindən, mağazaların işçilərinin iş köynəklərindən, dəyişmə otaqlarından, çap olunmuş materiallardan, fiziki olaraq məhsulların üzərində olan məlumat stikerlərindən “trendyol” əmtəə nişanının sökülməsi (yığışdırılması) və Google Maps-da ( https://g.co/kgs/mMSMmRj ; https://g.co/kgs/yLuX52o ; https://g.co/kgs/NDs4a6Q ) cavabdeh Babaşov Zeynal İsmayıl oğlunun fəaliyyət göstərdiyi ünvanlar üzrə istinad olunan mağazaların ünvanlarından/adlarından “trendyol” əmtəə nişanının silinməsi/yığışdırılması vəzifəsi qoyulsun. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Babaşov Zeynal İsmayıl oğlundan tutularaq iddiaçı “DSM X5 və Satış Ticaret Anonim Şirkəti”nə ödənilsin. Ödənilmiş 330 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edlsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar