Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-357/2021 08.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, X3, iddiaçının nümayəndəsi X10, сavabdeh Heydər Əliyev adına X19 nümayəndəsi X7, сavabdeh SOCAR X23 nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X12 Dövlət Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, X3 cavabdehlər Heydər Əliyev adına X25, SOCAR-ın X27 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X12 Dövlət Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “X35” QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı müqavilənin bağlanması öhdəliyinin qoyulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: X4 Heydər Əliyev adına X25, X27 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X12 Dövlət Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “X35” QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Heydər Əliyev adına X19 və X9 zavodunun üzərinə xüsusi lisenziyası olan sahibkar kimi iddiaçıya birbaşa “X35” QSC-yə satılan qiymətə və ya cüzi fərqlə maye qaz satmaq öhdəliyinın qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən maye və təbii qaz təsərrüfatı obyektlərinin istismarını həyata keçirməyə hüquq verən EL-477/2018 qeydiyyat №-li xüsusi lisenziyanı və onun EL- 477/2018/1 qeydiyyat №-li əlavəsini xx.xx.2018-ci ildə alaraq Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi ilə Xətai prospektinin kəsişməsində yerləşən obyektində fəaliyyət göstərir, VÖEN ********** ilə təbii qaz satışı ilə məşğul olur, daha dəqiq deyilsə, məşğul olurdu. Son vaxtlar təbii qaz satışı inhisara götürüldüyünə görə ziyan çəkmiş, demək olar ki, işini dayandırmalı olmuşdur. Əvvəllər maye qazın satışı-alışı sərbəst idi, sahibkarlar onu satış mənbələrindən, yəni Heydər Əliyev adına X17 və X6 müvafiq lisenziya əsasında sərbəst alır, haqlı rəqabət şəraitində çalışırdılar. Bir müddət əvvəl yuxarıda qeyd edilən zavodlar sahibkarlara qaz satışını QSC-nin ixtiyarına verdilər. Zavodlar maye qazı həmin QSC-yə, QSC isə üçqat qiymətə sahibkarlara satmalıdır. Sahibkarlar inhisarçılıq mühitində çarəsiz qalıb bu QSC ilə qaz alışı müqaviləsi bağlayır, bununla sahibkar tədricən müflis olub, sıradan çıxırlar. xx.xx.2019-cu il tarixli TS/022-19 №-li alqı-satqı müqaviləsinə və Qiymətlərin razılaşdırma protokoluna görə, «X35» QSC maye qazın hər tonunu 47,63 manata, 1 ton üçün yol vergisi 36,40 manata, ƏDV 85,97 manata (cəmi 600 manata) satmağa iddiaçı ilə razılığa gəlmişlər. Bu o deməkdir ki, QSC maye qazın hər kiloqramını ona 60 qəpiyə (yol və ƏDV daxil olmaqla) satmışdır. xx xxxxxx 2019-cu il tarixdə eyni tərəflər arasında tərtib edilmiş qiymətlərin razılaşma protokoluna görə yuxarıdakı göstəricilər aşağı düşmüş 223,39+36,40+40,21=500 manat, yəni maye qazın hər kiloqramı ona 50 qəpiyə (yol və ƏDV daxil olmaqla) satılmışdır. xx xxxxxx 2020ci il tarixli Seriya ĞRX 199085 №-li malların təsərrüfat daxili yerdəyişməsi qaimə-fakturası ilə isə QSC-nin Yevlax MQDS ona 5,60 ton maye qazı 24335,73 manata, yol vergisi və ƏDV ilə 5320 manata, yəni hər kiloqramını 95 qəpiyə satmışdır. Həmin maye qazını Yevlaxdan Gəncə şəhərinə gətirmək üçün avtonəqliyyat daşınmaları haqqında xx.xx.2019cu il tarixli TSD/02 №-li müqavilə əsasında əlavə olaraq 150 manat ödəmişdir. Beləliklə, QSC maye qazın hər kiloqramını 95 qəpiyə (tonunu 950 manata) satır. İddiaçı əvvəllər qazın hər litrini 50 qəpiyə satırdı, indi isə kiloqramı litrə çevirib, hər litrini əhaliyə 70 qəpiyə satışa qoyur, alan yoxdur, çünki başqa yanacaq və elektrik enerjisi daha ucuzdur. Obyekti dayanmışdır. İlin əvvəlindən qaldırdığı iddiaya müxtəlif səbəblərdən vaxtında baxılmamışdır. Buna görə də o 1 ildir ki, inhisarlıq mühitində maddi zərər çəkir, əzablar içində qovrulur. Halbuki QSC yaradılandan əvvəl o cavabdeh zavodlardan maye qazın tonunu 223 manata (kiloqramını 22,3 qəpiyə) alır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, qazanc əldə edə bilirdi. Hökmran mövqe tutan təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərirlərsə və onların fəaliyyəti rəqabətin xeyli məhdudlaşdırılmasına səbəb olarsa, müvafiq icra hakimiyyəti orqanı təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi halda onların məcburi bölünməsi haqqında qərar qəbul edə bilər (“Antiinhisar fəaliyyəti haqqında” qanunun 15-ci maddəsi). “Haqsız rəqabət haqqında” qanuna görə, bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri haqsız rəqabət adlanır. Bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılmasına yol verilmir (maddə 10). Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X35 QSC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən onlara qarşı sürülmüş ittihamlar və dəlillər tam əsassız və qanunsuzdur və məhkəmə tərəfindən rədd edilməlidir. Nəzərə çatdırır ki, "X35" Qapalı Səhmdar Cəmiyyəti respublikamızda maye qazın satışı, nəql edilməsi və maye qaz təsərrüfatının istismarı sahəsində güclü infrastruktura və yüksək ixtisaslı kadr potensialına malik olan ən qabaqcıl müəssisələrdən biridir. Belə ki, 1959-cu ildə .Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında X32 və Təchizi üzrə İstehsalat Birliyi yaradılmış və fəaliyyət göstərmiş, 1998-ci ildən həmin fəaliyyət İstehsalat Birliyi və Bakı, Bərdə, Yevlax. Şamaxı, Siyəzən, Horadiz, Masallı X31 Stansiyalarının bazasında yaradılmış "X35” X28 Cəmiyyəti tərəfindən həyata keçirilmiş, 2012-ci il tarixdən etibarən isə həmin fəaliyyət qeyd olunan sahə üzrə ixtisaslaşmış müəssisə kimi “X35 “Qapalı Səhmdar Cəmiyyəti tərəfindən davam etdirilir. QSC-nin əsas missiyası göstərdiyi xidmətləri qüvvədə olan qanunvericilik aktlarına və beynəlxalq standartların tələblərimə uyğun olaraq keyfiyyətli, təhlükəsiz və ətraf mühitə ziyan vurmadan həyata keçirməklə müştəri məmnunluğunun daimi təmin edilməsinə nail olmaqdır. QSC hazırda özündə üç istiqaməti - keyfiyyətin idarə olunma sistemini (İSO - 9001), ətraf mühitin mühafizəsini (İSO-14001) və əməyin mühafizə və təhlükəsizlik texnikasını (OHSAS-18001) əks etdirən birləşmiş sistemin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirir. “X35” QSC ilə SOCAR-ın Heydər Əliyev adma X30 və X34 arasında uzun illərdir ki, maye qaz istehsalı üçün propan-propilen və butanbutilen fraksiyalarının (xammal) alınmasından ötrü müqavilələr bağlanır. Propan-propilen və Butan-butilen fraksiyalarının (Xammal) istehsalı nəticəsində maye qaz məhsulu alınır və bu məhsulun qiyməti Tarif (Qiymət ) Şurası tərəfindən tənzimlənmir. QSC tərəfindən satınalınan Propan-propilen və Butan-butilen fraksiyaları xammaldır və bu xammal istehsal (emal) prosesindən keçdikdən sonra maye qaz əldə edilir(alınır). Son illərdə satılmış maye qazın istifadəsi zamanı onun keyfiyyəti ilə bağlı yaranmış problemləri həll etmək üçün QSC-nin texnoloji infrastrukturunun yenidən təşkili və modernizasiyası üçün xaricdə istehsal olunan və böyük miqdarda vəsait tələb edən müasir avadanlıqlar və texnologiyalar alınmışdır. “X35” Qapalı Səhmdar Cəmiyyəti Respublika ərazisində yaşayan əhalinin maye qaza olan tələbatını tabeçiliyində olan yaxın və uzaq rayon ərazilərində yerləşən infrastrukturu - X31 Stansiyaları vasitəsi ilə həyata keçirir. “X35” Qapalı Səhmdar Cəmiyyəti maye-qaz məhsulunun satışı ilə bağlı müqavilə bağladığı bütün hüquqi və fiziki şəxslər ilə müqavilə öhdəliklərinin yerinə yetirilməsinə tam məsuliyyətlə yanaşaraq öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirir. İstər 2019-cu ildə və istərsə də digər vaxtlarda Respublika ərazisində maye qaz məhsuluna qıtlığın yaranması heç vaxt QSC-nin fəaliyyəti ilə bağlı olmamışdır. Belə ki, 2019-cu ilin oktyabr ayında H.Əliyev adma X21 təmir işlərinin başlanması ilə əlaqədar olaraq, texniki butanın satışı dayandırılmış və bu səbəbdən Cəmiyyət tərəfindən maye qazın topdansatışı həyata keçirilməmiş, yalnız əhali və sənaye müəssisələri maye qazla balonlar vasitəsi ilə təmin olunmuşlar. Bu isə daxili tələbatın ödənilməsi məqsədi ilə maye qazın istehsalı üçün tələb olunan və zavod tərəfindən QSC-yə satılan butan-butilen və propan-propilen məhsulunun həcminin azalmasına və bazarda maye qaz məhsuluna qıtlığın yaranmasına gətirib çıxarmışdır. Məhkəməyə məlumat üçün bildirir ki, QSC-də maye qazın istehsalı və həcmi ona zavod (zavodlar) tərəfindən kvota üzrə ayrılan və faktiki satılan butan-butilen və propan-propilen məhsulunun həcmindən asılıdır. Ona görə də bazarda hər hansı bir vaxtda qıtlığın yaranması QSC-dən asılı olmur və yaxud Cəmiyyətin fəaliyyəti və ya bazarda hər-hansı bir mövqe tutması ilə əlaqələndirilə bilməz. Qeyd edir ki, respublika ərazisində maye qazın çatışmamazlığını aradan qaldırmaq üçün, QSC 2019-cu ilin noyabr ayında ölkəyə xaricdən maye qaz idxal etmişdir. Sonra H.Əliyev adına NEZ-də təmir işləri bitdiyinə görə, zavod Cəmiyyətə texniki butanın satışını bərpa etmiş, tədricən maye qazın satışında olan çətinliklər aradan qaldırılmışdır. Daha sonra maye qazın satışında hər hansı bir məhdudiyyət olmadan hüquqi və fiziki şəxslərin sifariş üzrə tələbatının təmin edilməsi həyata keçirilmişdir. Əlavə olaraq bildirir ki, X13 “X35” QSC-yə təqdim etdiyi xx.xx.2019 cu il tarixli müraciətinə uyğun olaraq onunla 2019-cu il üçün 100 ton maye qazm alqısatqısına dair xx.xx.2019 -cu il tarixli TS/022- 19 saylı müqavilə bağlanmış, 2019-cu ildə ona 99,56 ton maye qaz satılmışdır və göründüyü kimi müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmişdir. İddia ərizəsində qeyd olunan qiymət məsələsinə gəldikdə, məhkəməyə bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 410 N-li Qərarı ilə maye qazın topdansatış qiyməti dövlət tənzimlənməsindən çıxarılmış və bununla bağlı maye qazın topdansatış qiyməti tələb-təklif əsasında bazar iqtisadiyyatının prinsiplərinə uyğun formalaşmağa başlamışdır. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdirlər və təbii ki, maye qazın hüquqi və fiziki şəxslərə satış qiymətində istehsal, satış, nəqletmə, istismar və s. xərclər nəzərə alınır. Qeyd olunanları nəzərə alaraq üçüncü şəxs “X35 QSC məhkəmə tərəfindən iddia ərizəsinin rədd edilməsini xahiş edir. Cavabdeh SOCAR-ın X23 nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, uzun illər neft sənayesi sahəsində işləyən biri kimi məhkəməyə və iddiaçıya bildirir ki, Azərbaycan Respublikasının ərazisində və eləcə də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunda Qaradağ X34 və ya Qaradağ neftayırma zavodu adlı bir müəssisə yoxdur. Hesab edir ki, iddiaçı tərəfindən SOCAR-ın X18rşı təqdim etdiyi iddia ərizəsi tam olaraq əsassızdır və qanunsuzdur və məhkəmə tərəfindən rədd edilməlidir. İddia ərizəsində göstərilmiş H.Əliyev adına NEZ və Qaradağ Neftayırma zavodunun üzərinə iddiaçı ilə maye qaz satmaq öhdəliyi qoyulması məsələsinə gəldikdə qeyd edir ki, Azərbaycan Respublikasının MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Qanunun təsfirindən görünür ki, müqavilə münasibətləri hər iki tərəfin könüllü iradə ifadəsidir və istənilən predmet üzrə müqavilə bağlanması və yaxud bağlanmamasının digər şəxslərə heç bir aidiyyəti yoxdur. SOCAR-ın X23 nümayəndəsi olaraq bildirir ki, X34 ilə iddiaçı X14 arasında ötən müddətlərdə işlərin, malların və ya xidmətlərin alqı-satqısı haqqında hər hansı mülki-hüquqi münasibətlər qurulmamış və müqavilələr bağlanmamışdır. Hər hansı mülki-hüquqi müqavilənin olmadığı bir vəziyyətdə, yəni X23 iddiaçı qarşısında hər hansı vəzifəni yerinə yetirmək öhdəliyinin olmadığı bir şəraitdə zavodun məhkəməyə cavabdeh qismində cəlb edilməsi və onun üzərinə hansısa vəzifənin icra edilməsi öhdəliyinin qoyulması tələbi hüquqi nonsesdir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 410 nömrəli Qərarı ilə maye qazın topdansatış qiyməti dövlət tənzimlənməsindən çıxarılmış və bununla bağlı maye qazın topdansatış qiyməti tələb-təklif əsasında, bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq formalaşdırılır. Qeyd olunanları və onlara qarşı irəli sürülmüş tələbin tam əsassız və qanunsuz olduğunu nəzərə alaraq cavabdeh məhkəmədən iddianın təmin edilməməsini və Azərbaycan Respublikasının MPM-nin 261.0.1 bəndini rəhbər tutaraq iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 etiraza yazılı izahat təqdim etmiş və izahatı onunla əsaslandırmışdır ki, onun və onun kimi fərdi sahibkarların maye qazı alandan sonra guya ona nə isə əlavə etmək imkanında olmağı cəfəngiyyatdır, çünki fərdi sahibkarın obyektlərində belə şərait yoxdur, belə şərait zavodların özündədir. Əgər maye qazın tərkibinə ucuz komponent qatılırsa, bu yalnız zavod şəraitində edilə bilər, fərdi sahibkarlar belə imkanda deyillər, onlar yalnız aldıqları maye qazın satışı ilə məşğul ola bilirlər. Səliqə-səhman və texniki təhlükəsizlik məsələlərinə gəlincə, obyektləri şəhərdə, aidiyyəti dövlət orqanlarının və əhalinin gözləri qarşısında işləyən sahibkarlarda bu göstərici, təbii ki, daha yaxşıdır. Sahibkarların müqavilələri azad surətdə bağlamalarına, müqavilə bağlamağa məcburetməyə yol verilməməsinə dair “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun və mülki hüququnun bəzi normalarından ibarət olan əks dəlillərə gəlincə, onlar aidiyyətsizdir, çünki cavabdeh müəssisələr dövlət müəssisələri olmaqla məhsulu dövlətin müəyyən etdiyi qiymətə satırlar. Onlar topdansatış qaydalarını müəyyənləşdirməkdə iştirak etdikləri halda da malın dövlət mülkiyyəti olması inkar edilmir. Malı qaydaların müəyyən etdiyi qiymətə almaq hər bir müəssisənin və fərdi sahibkarın hüququdur. Göstərilənlərə əsasən iddiaçı cavabdehlərin iddiaya qarşı yazılı və şifahi etirazlarında göstərilən dəlilləri əsassız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Heydər Əliyev adına X19 nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh X23 nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X12 Dövlət Xidmətinin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: «X35» MMC (satıcı) ilə X15 (alıcı) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, TS/022-19 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı 20448-90 №-li DÜİST-in tələblərinə və istehsalat zərurəti ilə əlaqədar müəyyənləşdirilmiş fonda əsasən 100.00 metrik ton miqdarında maye qazı (texniki butanı) satıcının H.Əliyev adına NEZ-un ərazisində yerləşən qazdoldurma məntəqəsindən və Bakı, Masallı, Şirvan, Siyəzən, Horadil, Bərdə, Yevlax X31 Stansiyalarından alıcıya satmağı, alıcı isə həmin texniki butanı keyfiyyət və kəmiyyətinə uyğun, müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi hesab edilən “Qiymətlərin razılaşma protokolu” ilə müəyyən olunmuş qiymətə və müqavilədə göstərilən müddətdə qəbul edib, dəyərini satıcıya əvvəlcədən ödəməyi öz öhdələrinə götürmüşlər. Müqavilə iddiaçının imzası, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin möhürü və imzası ilə təsdiq edilmişdir. X15 (yük sahibi) ilə “X35” QSC (daşıyıcı) arasında xx.xx.2019-cu il tarixli, TSD/02 saylı avtonəqliyyat daşımaları haqqında müqavilənin surətindən isə görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən daşıyıcı yük sahibinə məxsus maye qaz məhsulunun “X35” QSC-nin X31 Stansiyalarından daşıyıcı və yük sahibi arasında olan maye qaz məhsullarının satılması üçün nəzərdə tutulmuş YDM və QDM-ə qədər daşınmasını öhdəsinə götürmüşdür. Müqavilə iddiaçının imzası, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin möhürü və imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli ASİMDX-05/01-7/459 saylı məktubdan görünür ki, Tağı Tağıyevin müraciətinə aidiyyəti üzrə baxılmış və araşdırma zamanı xx.xx.2019-cu il tarixindən H.Əliyev adına X21 təmir işlərinin başlanması ilə əlaqədar texniki butanın satışının dayandırıldığı, buna görə də bir müddət ərzində “X35 QSC tərəfindən maye qazın topdan satışının həyata keçirilmədiyi, lakin hazırda maye qazın satışında olan çətinliklərin aradan qaldırıldırıldığı müəyyən edilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 410 nömrəli qərarı ilə maye qazın topdansatış qiyməti dövlət tənzimlənməsindən çıxarılmış və bununla da maye qazın topdansatış qiyməti tələb-təklif əsasında bazar iqtisadiyyatının prinsiplərinə uyğun formalaşmağa başlamışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı Arif Tağıyev cavabdehlər H.Əliyev adına X30 və X18rşı müqavilənin bağlanması tələbinə dair iddia tələbini cavabdehlər tərəfindən maye qazın sahibkarlara birbaşa satışının həyata keçirilməməsi, maye qazın yalnız üçüncü şəxs “X35” QSC-yə satılması, nəticədə sahibkarların maye qazı bir neçə dəfə baha qiymətə “X35” QSC-dən almağa məcbur olması, göstərilən halların sahibkar kimi onun hüquqlarını pozan hüquqdan sui-istifadə olması ilə əsaslandırmışdır. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı A.Tağıyev iddia ərizəsinin qanuni əsası kimi Mülki Məcəllənin 560-cı maddəsinə istinad etsə də, cavabdehlər tərəfindən həmin maddədə təsbit edilmiş hüquqdan sui-istifadə hesab edilən halların hər hansı birinə yol verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iddiaçı A.Tağıyev iddia ərizəsində əvvəllər cavabdehlərdən birbaşa olaraq maye qaz aldığını, sonradan isə maye qazın ona birbaşa satılmasından imtina etdiyini, yəni Mülki Məcəllənin cavabdehlərin 560.3.4.-ci maddəsində nəzərdə tutulmuş digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd olaraq hüququn həyata keçirməsi halına yol verdiyini bildirsə də, əvvəllər cavabdehlərdən birbaşa olaraq maye qaz almasını, eləcə də maye qazın satın alınması məqsədilə cavabdehlərə müraciətlər etməsini sübuta yetirə bilməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdehlər H. Əliyev adına X30 və X23 nümayəndələri məhkəmədə verdikləri izahatlarda iddiaçı ilə nə vaxtsa müqavilə münasibətlərində olmadığını və heç bir vaxt sahibkarlara birbaşa olaraq maye qaz satmadıqlarını, ümumiyyətlə maye qaz istehsal etmədiklərini bildirməklə yanaşı, zavodların emal prosesində maye qaz adlı məhsul deyil, texniki butan adlanan xammal aldıqlarını, həmin maddənin zərərli xüsusiyyətlərə malik olmaqla fiziki və hüquqi şəxslərin istifadəsi üçün yararsız olduğunu, buna görə də həmin maddənin təkrar emal edilməsi üçün “X35” QSC-yə satıldığını və QSC tərəfindən həmin xammalın emal edilərək məişətdə istifadə üçün yararlı olan maye qaz məhsulunun alındığını və istehlakçılara satıldığını, eləcə də nə zavodların, nə də fərdi sahibkarların maye qazı daşımaq üçün nəqliyyat vasitələrinə malik olmadığını, maye qazın daşınmasının “X35” QSC-yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirildyini vurğulamışlar. Göründüyü kimi cavabdehlər H. Əliyev adına X30 və X23 iddiaçıya maye qaz məhsulunun satışını həyata keçirmək üçün müvafiq texniki imkanlara malik olması da iş materialları ilə təsdiq edilmir. Bununla yanaşı ona “X35” QSC tərəfindən satılan maye qazın qiymətinin yüksək olması barədə iddiaçı A. Tağıyevin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iddia “X35” QSC-yə qarşı deyil, cavabdehlər H. Əliyev adına X30 və X18rşı yönəldilmişdir, iddiaçının istinad etdiyi göstərilən dəlilin əsaslı olması ehtimal edilsə belə, cavabdehlər H. Əliyev adına X30 və X34 tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsinə dəlalət etmir və hazırkı iddianın təmin edilməsi üçün əsas vermir. Beləlikdə, cavabdehlər cavabdehlər H. Əliyev adına X30 və X34 tərəfindən iddiaçının qanunla qorunan hüquqlarını pozan hüquqdan sui-istifadə halı yol verməsi halının məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı A.Tağıyevin iddiası əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X3 cavabdehlər Heydər Əliyev adına X25, X27 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X12 Dövlət Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “X35” QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı müqavilənin bağlanması öhdəliyinin qoyulması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 10 manat rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-357/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-357/2021
08.02.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver