Məhkəmə qərarları › İş №e-2-2(113)-3581/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3581/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3581/2024 23.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kİ/j/T-050/14 saylı müqavilə üzrə İddiaçı tərəfindən yerinə yetirilmiş işlərin dəyəri olaraq 394.945,91 manat və həmin məbləğin ödənilməsini gecikdirdiyinə görə 28.633 manat faiz məbləğinin "xxxx" ASC-dən tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(113)-3581/2024 saylı Qərardadı ilə iş üzrə cavabdeh "xxxx" ASC-nin əsl cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” Publik hüquqi şəxsi ilə əvəz edilməsi qərara alınmışdır. 22 avqust 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə barışıq sazişi təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən hər iki tərəfin nümayəndələri barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icrata xitam verilməsini xahiş etdilər. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış, hər iki hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiqlənmiş 21 avqust 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə aralarında razılığa gəlmişlər.

1. Bu Barışıq sazişi (bundan sonra "Saziş") mübahisə tərəfləri olan İddiaçı (bundan sonra "İddiaçı") və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs (bundan sonra "Cavabdeh") arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır, Tərəflər bu Sazişdə qeyd edilənləri qəbul edir və qəbul etdiklərini imzalan ilə təsdiq edirlər. Mübahisə tərəfləri bundan sonra ayrılıqda "Tərəf" və birlikdə "Tərəflər" adlandırılacaqdır.

2. Tərəflər arasında 20 fevral 2014-cü il tarixli KL/İ/T-050/14 nömrəli "işlər üzrə satınalma müqaviləsi" (bundan sonra - "Müqavilə") bağlanmışdır.

3. Həmin müqavilə üzrə hazırki tarixə Cavabdehin İddiaçıya 394.946,91 (üç yüz doxsan dörd min doqquz yüz qırx altı manat doxsan bir qəpik) manat ödənilməyən əsas borcu yaranmışdır.

4. Bundan başqa, Müqavilənin 20.2-ci bəndinə və Müqavilənin xüsusi şərtlərinin 30- cu bəndinə əsasən, Cavabdehin İddiaçı qarşısında 28633 (iyirmi səkkiz min altı yüz otuz üç) manat məbləğində faiz borcu yaranmışdır.

5. Hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3581/2024 saylı iş üzrə tərəflər arasında məhkəmə prosesi davam edir.

6. Yuxarıda göstərilənlərə əsaslanaraq, Tərəflər borcun ödənilməsi ilə bağlı aşağıdakı məzmunda (şərtlərlə) qarşılıqlı razılığa gələrək bu "Barışıq Sazişi"ni bağladılar: 6.1 Cavabdeh 394.946,91 (üç yüz doxsan dörd min doqquz yüz qırx altı manat doxsan bir qəpik) manat əsas borcunu aşağıdakı qrafikə uyğun olaraq, altı hissədə İddiaçıya ödəyəcəyini qəbul edir.

ödənişin tarixi ödənişin məbləği

30 sentyabr 2024-cü il tarixinə qədər 65.824,48 (altmış beş min səkkiz ı/iiz iyirmi dörd manat qırx səkkiz qəpik) AZN 31 oktyabr 2024-cü il tarixinə qədər 65.824,48 (altmış beş min səkkiz yiiz iyirmi dörd manat qırx səkkiz qəpik) AZN 29 noyabr 2024-cü il tarixinə qədər 65.824,48 (altmış beş min səkkiz yüz iyirmi dörd manat qırx səkkiz qəpik) AZN 30 dekabr 2024-cü il tarixinə qədər 65.824,48 (altmış beş min səkkiz yüz iyirmi dörd manat qırx səkkiz qəpik) AZN 31 yanvar 2025-ci il tarixinə qədər 65.824,48 (altmış beş min səkkiz yüz iyirmi dörd manat qırx səkkiz qəpik) AZN 28 fevral 2025-ci il tarixinə qədər 65.824,51 (altmış beş min səkkiz yüz iyirmi dörd manat əlli bir qəpik) AZN 6.2 Ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixlərə qədər ödənilməli və nəzərdə tutulmuş məbləğlərdən az olmamalıdır. Ödənişlərin qrafikə uyğun ödənilməməsi halında, həmin borcun məhkəmənin iş üzrə verəcəyi icra vərəqəsi əsasında məcburi qaydada ondan tutularaq İddiaçıya veriləcəyi ilə razılaşır. 6.3 İddiaçı hesablanmış 28633 (iyirmi səkkiz min altı yüz otuz üç) manat faiz məbləğindən imtina edir.

7. Tərəflər razılaşırlar ki, barışıq sazişinin 3-cü bəndində qeyd olunan məbləğ əsas borc üzrə cavabdehin iddiaçıya ödəməli olduğu yeganə, dəyişilməz və yekun məbləğdir.

8. Cavabdeh tərəfindən barışıq sazişinin 3-cü bəndində göstərilən məbləğ ödənildikdə müqavilələr üzrə cavabdehin bütün öhdəlikləri tam şəkildə icra edilmiş hesab olunur.

9. Saziş məhkəmə qərarı ilə təsdiq olunduğu gündən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.

10. Saziş Cavabdeh tərəfindən könüllü icra olunmadığı təqdirdə İddiaçının müraciəti üzrə məhkəmə tərəfindən iş üzrə icra vərəqəsi veriləcək və borc məbləği məcburi qaydada Cavabdehdən tutularaq İddiaçıya veriləcəkdir.

11. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və Tərəflərdə saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Bu Barışıq sazişi (bundan sonra "Saziş") mübahisə tərəfləri olan İddiaçı (bundan sonra "İddiaçı") və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs (bundan sonra "Cavabdeh") arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır, Tərəflər bu Sazişdə qeyd edilənləri qəbul edir və qəbul etdiklərini imzalan ilə təsdiq edirlər. Mübahisə tərəfləri bundan sonra ayrılıqda "Tərəf" və birlikdə "Tərəflər" adlandırılacaqdır.

2. Tərəflər arasında 20 fevral 2014-cü il tarixli KL/İ/T-050/14 nömrəli "işlər üzrə satınalma müqaviləsi" (bundan sonra - "Müqavilə") bağlanmışdır.

3. Həmin müqavilə üzrə hazırki tarixə Cavabdehin İddiaçıya 394.946,91 (üç yüz doxsan dörd min doqquz yüz qırx altı manat doxsan bir qəpik) manat ödənilməyən əsas borcu yaranmışdır.

4. Bundan başqa, Müqavilənin 20.2-ci bəndinə və Müqavilənin xüsusi şərtlərinin 30- cu bəndinə əsasən, Cavabdehin İddiaçı qarşısında 28633 (iyirmi səkkiz min altı yüz otuz üç) manat məbləğində faiz borcu yaranmışdır.

5. Yuxarıda göstərilənlərə əsaslanaraq, Tərəflər borcun ödənilməsi ilə bağlı aşağıdakı məzmunda (şərtlərlə) qarşılıqlı razılığa gələrək bu "Barışıq Sazişi"ni bağladılar: 6.1 Cavabdeh 394.946,91 (üç yüz doxsan dörd min doqquz yüz qırx altı manat doxsan bir qəpik) manat əsas borcunu aşağıdakı qrafikə uyğun olaraq, altı hissədə İddiaçıya ödəyəcəyini qəbul edir.

ödənişin tarixi ödənişin məbləği

30 sentyabr 2024-cü il tarixinə qədər 65.824,48 (altmış beş min səkkiz ı/iiz iyirmi dörd manat qırx səkkiz qəpik) AZN 31 oktyabr 2024-cü il tarixinə qədər 65.824,48 (altmış beş min səkkiz yiiz iyirmi dörd manat qırx səkkiz qəpik) AZN 29 noyabr 2024-cü il tarixinə qədər 65.824,48 (altmış beş min səkkiz yüz iyirmi dörd manat qırx səkkiz qəpik) AZN 30 dekabr 2024-cü il tarixinə qədər 65.824,48 (altmış beş min səkkiz yüz iyirmi dörd manat qırx səkkiz qəpik) AZN 31 yanvar 2025-ci il tarixinə qədər 65.824,48 (altmış beş min səkkiz yüz iyirmi dörd manat qırx səkkiz qəpik) AZN 28 fevral 2025-ci il tarixinə qədər 65.824,51 (altmış beş min səkkiz yüz iyirmi dörd manat əlli bir qəpik) AZN 6.2 Ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixlərə qədər ödənilməli və nəzərdə tutulmuş məbləğlərdən az olmamalıdır. Ödənişlərin qrafikə uyğun ödənilməməsi halında, həmin borcun məhkəmənin iş üzrə verəcəyi icra vərəqəsi əsasında məcburi qaydada ondan tutularaq İddiaçıya veriləcəyi ilə razılaşır. 6.3 İddiaçı hesablanmış 28633 (iyirmi səkkiz min altı yüz otuz üç) manat faiz məbləğindən imtina edir.

7. Tərəflər razılaşırlar ki, barışıq sazişinin 3-cü bəndində qeyd olunan məbləğ əsas borc üzrə cavabdehin iddiaçıya ödəməli olduğu yeganə, dəyişilməz və yekun məbləğdir.

8. Cavabdeh tərəfindən barışıq sazişinin 3-cü bəndində göstərilən məbləğ ödənildikdə müqavilələr üzrə cavabdehin bütün öhdəlikləri tam şəkildə icra edilmiş hesab olunur.

9. Saziş məhkəmə qərarı ilə təsdiq olunduğu gündən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.

10. Saziş Cavabdeh tərəfindən könüllü icra olunmadığı təqdirdə İddiaçının müraciəti üzrə məhkəmə tərəfindən iş üzrə icra vərəqəsi veriləcək və borc məbləği məcburi qaydada Cavabdehdən tutularaq İddiaçıya veriləcəkdir.

11. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və Tərəflərdə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar