Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3607/2022 02.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aramızda bağlanmış müqavilə üzrə 3255,43 manat məbləğində əsas borcun, gecikdirilən hər gün üçün 0,5% olmaqla 4824,99 manat cərimə borcunun və ödənilmiş 100 məbləğində dövlət rüsumunun, ümumilikdə 8180,42 manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 oktyabr 2020-ci il tarixində İddiaçı MMCvə Cavabdeh MMC arasında “Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Cavabdeh MMC isə bunun müqabilində hazırkı müqavilə ilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə №1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Tərəflərin arasında bağlanmış müqavilə üzrə üzərlərinə düşən bütün öhdəliklər tam yerinə yetirilsə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı MMC-yə heç bir ödəniş etməmişdir. Nəticədə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 3255,43 manat əsas borcu və gecikdirilən günlər üçün 4824,99 manat cərimə borcu yaranmışdır. Tərəfimizdən Cavabdeh MMC-yə dəfələrlə şifahi və yazılı müraciət edilərək yaranmış borcun ödənilməsini xahiş etmişik. Bu səbəbdən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə poçt vasitəsi ilə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair 21 fevral 2022-ci il tarixli son xəbərdarlıq ünvanlanmışdır. Lakin bu xəbərdarlığa baxmayaraq 3255.43 manat məbləğində əsas borc ödənilməmişdir. Bu isə müqavilə üzrə Cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Aramızda bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilən xidmətlərin dəyəri hazırkı Müqavilənin ayrılmaz hissəsi olan əlavə № 1-də göstərilir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən hər ayın birinci iş günü icraçı tərəfindən sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura və “Nağdsız gedişlərin hesabatı” vərəqəsi təqdim edilir. Müqavilənin 4.3-cü maddəsinə əsasən sifarişçi “Nağdsız gedişlərin hesabatı” vərəqəsini imzalandığı andan və hesab-fakturanı aldığı tarixdən etibarən 10 iş günü ərzində odənişləri həyata keçirməlidir. Hər gecikdirilən günə görə ödənilməli məbləğin 1%-i həcmində cərimə hesablanır. Lakin, Cavabdeh MMC ilə aramızda olan keçmiş əməkdaşlığı nəzərə alaraq Cavabdeh MMC-dən hər gecikdirilən günə görə ödənilməli məbləğin 1%-i yox 0.5% dəyərində cərimə hesablanıb. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 13 oktyabr 2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC Cavabdeh MMC-nin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir. Cavabdeh MMC isə öz növbəsində bunun müqabilində İddiaçı MMC-yə hazırki müqavilə ilə və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Müqavilənin 4.3-cü maddəsinə əsasən sifarişçi “Nağdsız gedişlərin hesabatı” vərəqəsini imzalandığı andan və hesab-fakturanı aldığı tarixdən etibarən 10 iş günü ərzində ödənişləri həyata keçirməlidir. Hər gecikdirilən günə görə ödənilməli məbləğin 1%-i həcmində cərimə hesablanır. xx.xx.2021-ci il tarixli 687592 nömrəli, xx.xx.2021-ci il tarixli 291862 nömrəli, xx.xx.2021-ci il tarixli 889007 nömrəli və xx.xx.2021-ci il tarixli 167275 nömrəli elektron qaimələrdən görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə 3237,28 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 2 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında müvafiq müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh göstərilən xidmətə görə yaranmış borcunu ödəməmişdir. Məhkəmə iddiaçının 3255,43 manat məbləğində əsas borc tələbi ilə bağlı hesab edir ki, həmin tələb qismən, yəni 3237,28 manat hissədə təmin edilməlidir, belə ki, iddiaçı tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş elektron qaimələrdə İddiaçı MMC-nin Cavabdeh MMC-yə 3237,28 manat məbləğində xidmət göstərdiyi görünür. Məhkəmə iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 560,72 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının 100 manat məbləğində dövlət rüsumu tələbi ilə bağlı isə qeyd edir ki, həmin tələb qismən, yəni 2 manat hissədə təmin edilməlidir, belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 100 manat yox, 2 manat məbləğində dövlət rüsumunun ödəmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin 3237,28 manat əsas borc, 560,72 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 2 manat cəmi 3800 manat məbləğində pul tələbi hissəsində iddiası əsaslı olduğundan təmin olunmalıdır. Yuxarıda qeyd olunan işin faktiki hallarını qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 3237,28 manat əsas borc, 560,72 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 2 manat cəmi 3800 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3237,28 manat əsas borc, 560,72 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 2 manat cəmi 3800 manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3607/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3607/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver