Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3611/2022 29.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin LPO Cavabdeh ASC-yə qarşı “müflis elan olunma və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair kommersiya işinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu müəssisə olan İddiaçı müflis elan edilməsi və İddiaçı iflas prosesinin həyata keçirilməsi üçün hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) onun əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra Cəmiyyət) xx.xx.2011ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hal-hazırda təsisçisi X2r. Cəmiyyətin nizamnamə kapitalı 10 (on) manat təşkil edir. Cəmiyyətin Azərbaycan Respublikasının başqa şəhər, qəsəbə və kəndlərində, habelə xarici dövlətlərdə filial və nümayəndəlikləri yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********27 saylı arayışından göründüyü kimi cəmiyyətin mülkiyyətində Azərbaycan Respublikasında hər-hansı daşınmaz əmlakı mövcüd deyil, yalnız icarə hüququ əsasında Abşeron rayonu “Quldar qış otlaq” ərazisində 7,5 ha torpaq sahəsi icarə hüququ əsasında adına qeydiyyatdan keçmişdir. Cəmiyyətin maliyyə vəsaiti və fəaliyyəti olmadığından, həmin torpaq sahəsindən istifadə edilmir. X8 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci tarixli, 37564-1222 saylı arayışından göründüyü kimi cəmiyyətin mülkiyyətində Azərbaycan Respublikasında hər-hansı nəqliyyat vasitəsi mövcüd deyil. Ərizəyə əlavə olunan 2021-ci il üçün mühasibat balansından görünür ki, cəmiyyət üzrə hesabat dövrünün sonuna əsas vəsaitlərin qalıq dəyəri mövcüd olmamışdır. Cəmiyyətin hazırki təsisçisi X1 xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi, cəmiyyət öz sahibkarlıq fəaliyyətini dayandırdığından, balansında yetərli əmlakı, təsərrüfat fəaliyyəti və əmlakı olmadığından, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq cəmiyyətin ödəmə qabiliyyəti olmadığından, cəmiyyətin müflis elan edilməsi, iflas prosesinin həyata keçirilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin debitor və kreditor borclarının siyahısı: İddiaçı MMC-nin debitor borcları (müəssisəyə ödənilməli olan) mövcüd deyil. İddiaçı MMC-nin kreditor borcları: Hazırda ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 093/13 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə 84 ay müddətinə qaytarılmaq şərtilə 2.000.000 manat kredit verilmiş və həmin kredit müqaviləsi üzrə 1.655.003,84 manat əsas, 301.530,51 manat faiz borcu olmaqla, ümumilikdə 1.956.534,35 manat icra edilməmiş öhdəliyi qalmışdır. Hazırda ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 093/13/1 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə 84 ay müddətinə qaytarılmaq şərtilə 2.000.000 manat kreditlər verilmiş və həmin kredit müqaviləsi üzrə 1.658.806,60 manat əsas, 317.976,92 manat faiz borcu olmaqla, ümumilikdə 1.976.783,52 manat icra edilməmiş öhdəliyi qalmışdır. Hazırda İddiaçı MMC-nin hər iki kredit müqaviləsi üzrə borc öhdəlikləri ümumilikdə 3.933.317,87 manat təşkil edir və həmin xüsusat ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********266 nömrəli arayışla təsdiq edilir. Beləliklə, borclu müəssisəyə qarşı tələblər aşağıdakilardır: Hazırda İddiaçı MMC-nin hər iki kredit müqaviləsi üzrə borc öhdəlikləri üzrə ümumilikdə 3.933.317,87 manat təşkil edən borc ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələb edilir. Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ümumilikdə 3.933.317,87 manat borcun ödənilməsi barədə tələb 2 aydan artıq müddət ərzində borclu müəssisə tərəfindən yerinə yetirilə bilmir. Bütün bunlar İddiaçı MMC-nin “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq ödəmə qabiliyyətinin olmadığını təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən LPO Cavabdeh ASC-nin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, Cavabdeh olaraq borcla bağlı məhkəməyə muraciət etmişlər. Həmin borcun təminatı ilə bağlı ipoteka müqavilələri mövcuddur. Kredit müqaviləsi ilə bağlı əmlaklar həmin borc qarşılığında təminat üsulu kimi qeyd olunub. Digər kreditorların olubolmaması haqqında heç bir məlumat yoxdur. Kredit borcu dəqiq bilinməlidir borc nə qədər təşkil edir. Əsas və faizdən başqa cərimələr də var və bu zaman fərq yaranır. Bu fərqlə bağlı bankın yekun məhkəmə aktı dəqiqləşdikdən sonra geridə qalan məbləğ müflisləşmə ilə bağlı məsələdə öz əksini tapa bilər. Hal-hazırda kredit borcunun tutulması barədə qarşı tərəfə iddia ərizəsi var və proses davam edir. İş üzrə 2 predmet var və onlar üzərində yekun məhkəmə aktı çıxdıqdan sonra qiymətləndirmə həyata keçirilib borclar ödəniləcək. LPO Cavabdeh ASC-nin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh ASC və İddiaçı MMC arasında imzalanmış 15 aprel 2015-ci il tarixli 093/13/1 nömrəli kredit müqaviləsinə əsasən bu müqavilə üzrə bank borcalana 84 ay müddətinə qaytarmaq şərtilə 2.000.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Cavabdeh ASC və İddiaçı MMC arasında imzalanmış 15 dekabr 2014-cü il tarixli 093/1 nömrəli kredit müqaviləsinə əsasən bu müqavilə üzrə bank borcalana 84 ay müddətinə qaytarmaq şərtilə 2.000.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. İddiaçı MMC-nin direktoru X5 tərəfindən tərtib edilmiş 16 mart 2022-ci il tarixli qərarda İddiaçı MMC-nin müflis elan edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iflas prosesisinin həyata keçirilməsi və cəmiyyətin əmlak inzibatçısının təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli **********27 nömrəli məlumatda İddiaçı MMC-nin adına Abşeron rayonu, “Quldar qış otlaq” ərazisində yerləşən 7.5 ha torpaq sahəsinin icarə hüququ ilə qeydiyyatdan keçməsi və hazırda icarəsində olması qeyd olunmuş, əlavə olaraq İddiaçı MMC-nin adına respublika ərazisində mülkiyyət hüququna əsasən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. AR DİN Baş Dövlət Yol Polisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 37564-1222 nömrəli məlumatda İddiaçı MMC-nin adına nəqliyyat vasitəsinin olmaması qeyd olunmuşdur. AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş məlumatda İddiaçı MMC-nin adına heç bir traktor və digər mexaniki nəqliyyat vasitələri qeydiyyatdan keçirilməmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********266 nömrəli arayışda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixinə xx.xx.2014-cü il tarixli 093/13 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-nin ümumilikdə 1.956.534,35 manat borcu, xx.xx.2015-ci il tarixli 093/13/1 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-nin ümumilikdə 1.976.783,52 manat borcu qalmışdır. "xxxx" MMC tərəfindən verilmiş 16 may 2022-ci il tarixli auditor hesabatında qeyd olunmuşdur ki, İddiaçı MMC Cavabdeh ASC qarşısında 3.933.317,87 manat kredit öhdəliklərini icrasını müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Cari tarixə müəssisənin sahəsində 7.5 ha torpaq sahəsi var, mülkiyyət hüququna malik digər daşınmaz əmlakı yoxdur. Müəssisənin cari tarixə aktivi, yəni əsas vəsaitləri, digər uzunmüddətli vəsait qoyuluşları, dövriyyə vəsaitləri və maliyyə aktivləri mövcud deyildir. Ona görə müəssisənin kreditor borclarını ödəmə qabiliyyəti yoxdur. Bu isə müəssisənin iflas prosesinə məruz qalmasıdır. Cavabdeh ASC “ipoteka saxlayan”, İddiaçı MMC “borcalan”, X11 “ipoteka qoyan” olmaqla imzalanmış 10 aprel 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən X7 məxsus mənzil 15 dekabr 2014-cü il tarixli 093/1 nömrəli kredit müqaviləsi üzrə, Cavabdeh ASC “ipoteka saxlayan”, İddiaçı MMC “borcalan”, X6 “ipoteka qoyan” olmaqla imzalanmış 11 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən X3 məxsus fərdi yaşayış evi 15 dekabr 2014-cü il tarixli 093/1 nömrəli kredit müqaviləsi üzrə, Cavabdeh ASC “ipoteka saxlayan”, İddiaçı MMC “borcalan”, X6 “ipoteka qoyan” olmaqla imzalanmış 24 iyun 2015ci il ipoteka müqaviləsinə əsasən X3 məxsus fərdi yaşayış evi 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə, Cavabdeh ASC “ipoteka saxlayan”, İddiaçı MMC “borcalan”, İddiaçı MMC “ipoteka qoyan” olmaqla imzalanmış 10 aprel 2015-ci il tarixli 093/13/02 nömrəli ipoteka müqaviləsinə əsasən 15 dekabr 2014-cü il tarixli 093/1 nömrəli kredit müqaviləsi üzrə torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənilməmiş 364.37 manat borcu vardır. Cari tarixə icbari tibbi sığorta üzrə ödənilməmiş borcu yoxdur. Azərbaycan Respublikası MM-nin 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.” “Müflisləşmə və iflas haqqında” AR Qanununa əsasən kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Dövlətin vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən də məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim oluna bilər. Borclu fərdi borclu olan halda ərizəni onun özü və ya nümayəndəsi verir. Həmin Qanunun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.” Həmin Qanun 5-ci maddəsinə əsasən borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən iflas haqqında iş üzrə məhkəmə baxışı iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.” Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini onun mülkiyyətində daşınmaz əmlak, nəqliyyat vasitələri və s. olmaması eləcə də verilmiş audit rəyləri ilə əsaslandırmışdır. Ən son tarixə 16 may 2022-ci il tarixə verilmiş audit rəyində hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı ümumi məlumatlar sadalanmış, məhkəmə işləri barədə məlumatlar qeyd olunmuş, lakin hüquqi şəxsin debitor borcları, aktivləri, digər gəlirləri haqqında məlumatlar ətraflı şəkildə qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5-ci maddəsində hüquqi şəxsin əmlak dedikdə, yalnız mülkiyyətində olan əmlak deyil, bütün aktivləri- əsas vəsaitlər, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak, debitor borcları da nəzərdə tutulur. Ona görə də məhkəmə qeyd edir ki, borclunun mülkiyyətində nəqliyyat vasitəsinin və ya daşınmaz əmlakın olmaması eləcə də verilmiş audit rəyləri onun ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas deyildir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-nin müflis elan olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3611/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3611/2022
29.08.2022 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver