Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3624/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən məhsulların satın alınması, idxalı və gömrük rəsmiləşdirilməsi xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilmiş 53.525,50 manat əsas pulun (ƏDV-siz), həmin pulun cavabdehə ödənilməsi üçün çəkilmiş 63.17 manat bank xərcinin, 9.634,59 manat ƏDV olmaqla, ümumilikdə 63223.26 manat pulun və 409.96 manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, İM/122023-0001 saylı məhsulların satın alınması, idxalı və gömrük rəsmiləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Sifarişçi” İddiaçı MMC İM/122023-0001-Pİ saylıƏlavədə göstərilmiş məhsulların satın alınması, idxalı və gömrük rəsmiləşdirilməsi də daxil olmaqla bu xidmətlərin satın alınması üçün “İcraçı”nın 63.160,09 (altmış üç min yüz altmış manat doxsan qəpik) (ƏDV daxil) manat təklifini qəbul etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə şərtlər torplusunun” 3-cü bəndinə görə Sifariş olunan məhsulların istehsal müddəti də daxil olmaqla sifarişin “İcraçı” tərəfindən “Sifarişçi”yə 60 bank günündə təhvil verilməsi nəzərədə tutulmuşdur. Göründüyü kimi “Sifarişçi” müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikərin lazımınca və vaxtında icra etsə də “İcraçı” üzərinə götürdüyü öhdəliyi vaxtında və tamşəkildə icra etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbi ilə razı olduğunu bildirərək, vaxt verilməsini məhkəmədən xahiş etdi.
4. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında xx.xx.2023-cü il tarixli İM/122023-0001 saylı müqavilə bağlanmışdır.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən “Sifarişçi” İddiaçı MMC İM/122023-0001-Pİ saylı Əlavədə göstərilmiş məhsulların satın alınması, idxalı və gömrük rəsmiləşdirilməsi də daxil olmaqla bu xidmətlərin satın alınması üçün “İcraçı”nın 63.160,09 (altmış üç min yüz altmış manat doxsan qəpik) (ƏDV daxil) manat təklifini qəbul etmişdir.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə satın alınan İM/122023-0001-Pİ saylı Əlavədə göstərilmiş məhsulların təhvil verilməsinin yerinə yetirilməsini və ya göstərilməsini öhdəsinə götürür, 2.3-cü bəndinə əsasən “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) “İcraçı”dan qəbul ediməsini və dəyərinin ödəniməsini öhdəsinə götürür.
11. xx.xx.2023-cü il tarixli İM/122023-0001-Pİ saylı X1 ilə Cavabdeh MMC ümumi dəyəri 63.160,09 manat məbləğində malların istehsalçıdan satın alınması, yüklərin siğortalanması və nəqliyyatın təşkili, gömrük rəsmiləşdirilməsi və sifarişçiyə təhvil verilməsi öhdəliyini öz imza və möhürü ilə təsdiq etmişdir.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
13. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş sənədlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına xx.xx.2023-cü il tarixli müqavilə üzrə 53.525,5 manat və 9.634,59 manat məbləğində pul köçürülmüşdür.
14. Hazırda isə iddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən malın verilmədiyini bildirərək, ödənilmiş 53.525,5 manat əsas və 9.634,59 manat ƏDV ödənişinin geri qaytarılmasını xahiş edir.
15. İş materiallarına Cavabdeh MMC tərəfindən elektron informasiya məhkəmə sisteminə xx.xx.2025-ci il tarixdə əlavə edilmiş etiraz ərizəsində xx.xx.2023-cü il tarixli müqavilə üzrə malların iddiaçıya təhvil verilməsinin mümkün olmadığı, sonradan istehsalçı tərəfindən malların yenidən təhvil veriləcəyi bildirilsə də, bu prosesin həyata keçirilmədiyi və nəticədə müqavilə üzrə öhdəliyin yerinə yetirilmədiyi bildirilmişdir.
16. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi borcu qəbul etdiklərini bildirmiş, borcun ödənilməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etmişlər.
17. Ona görə də, Məhkəmə hesab edir ki, ödənilmiş, ancaq verilməyən malların dəyəri olan 63.160,09 manat (53.525,5+9.634,59) məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
18. Eyni zamanda məhkəmə hesab edir ki, qeyd edilmiş məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün çəkilmiş 63,17 manat məbləğində bank xərci də Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
19. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddia tələbinə mütənasib olaraq, 279,48 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli İM/122023-0001 müqaviləyə əsasən əsas borc üzrə 53.525 (əəli üç min beş yüz iyirmi beş) manat 50 (əlli) qəpik, ƏDV borcu üzrə 9.634 (doqquz min altı yüz otuz dörd) manat 59 (əlli doqquz) qəpik olmaqla, ümumilikdə 63.160 (altmış üç min bir yüz altmış) manat 09 (sıfır doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Bank xərcinin əvəzi olaraq 63 (altmış üç) manat 17 (on yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 279 (iki yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov