Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3635/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Dövlət Dariotezliklər İdarəsinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqaviləyə” əsasən “Cavabdeh”dən 2023-cü il üçün 62667,58 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və dövlət rüsumu olaraq ödənilmiş 278,03 manat məbləğində pulun tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra “Cavabdeh”) arasında 30 mart 2015-ci il tarixində 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq “Cavabdeh” istismar etdiyi radioelektron vasitələrinin anketlərini “İddiaçı”ya təqdim etmiş, anketlərə əsasən “İddiaçı” tezlik və radioelektron vasitələrindən istifadəyə görə “Cavabdeh”ə 2023-cü il üçün 62 677,58 manat məbləğində hesablar göndərmişdir. “Cavabdeh”ə təqdim olunmuş hesablar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın təsdiq edilməsi haqqında 19 sentyabr 2022 - ci il tarixli KQ-10/22 nömrəli Qərarına əsasən tərtib olunmuşdur. “Cavabdeh” müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün qeyd edilən dövrdən 62 677,58 manat məbləğində borcu hal-hazıradək qalmaqdadır. Qanunvericiliyə müvafiq olaraq “Cavabdeh”ə xx.xx.2024-cü il tarixli 3-27-119/2-373/2024 nömrəli “Pretenziya” məktubu göndərilmişdir. Lakin, “Cavabdeh” tərəfindən DRİ-nin pretenziya məktubuna cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2007-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nın (bundan sonra qaydalar) 1.7-ci bəndinə görə “Mülki istifadə məqsədləri üçün Komissiya tərəfindən icazə verilən tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrinin qeydiyyatı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı tərəfindən aparılır.”
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 38 saylı raditezliklərin ayrılması, radioelektron vasitələrin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqaviləyə əsasən:
8. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunacaq radiorabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim edir.
9. Müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi Azərbaycan Respublikası Tarif Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri“ preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir.
10. Müqavilənin 3-cü bəndinə əsasən sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. 11.İddiaçı tərəfindən göstərilmiş xidmət üzrə cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixində 408325 nömrəli 3608,35 manat məbləğində qaimə, xx.xx.2023-ci il tarixində 291547 nömrəli 3608,35 manat məbləğində qaimə, xx.xx.2023-cü il tarixində 355360 nömrəli 3608,35 manat məbləğində qaimə, xx.xx.2023-cü il tarixində 818604 nömrəli 3608,35 manat məbləğində qaimə, xx.xx.2023-cü il tarixində 335342 nömrəli 3608,35 manat məbləğində qaimə, 25.xx.xx.2023-cü il tarixində 730613 nömrəli 3608,35 manat məbləğində qaimə, xx.xx.2023-cü il tarixində 914417 nömrəli 3608,35 manat məbləğində qaimə, xx.xx.2023-cü il tarixli 267111 nömrəli 3608,35 manat məbləğində, xx.xx.2023-cü il tarixində 171140 nömrəli 10825,01 manat məbləğində qaimə, xx.xx.2023-cü il tarixində 672523 nömrəli 12918,27 manat məbləğində qaimə, xx.xx.2023-cü il tarixində 560432 nömrəli 3229,57 manat məbləğində qaimə və xx.xx.20213-cü il tarixində, 782228 nömrəli 3229,58 manat məbləğində qaimə göndərilmişdir.
12. Cavabdeh MMC-nin İddiaçınə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda tərəflər arasında bağlanmış 38 saylı müqaviləyə xx.xx.2023-cü il tarixindən xitam veriləcəyi bildirilmişdir.
13. 03.02.2023-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh MMC-nin xx.xx.2023xx.xx.2023-cü illəri əhatə edən xidmət müddəti üzrə 43,300 manat məbləğində və xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən - xx.xx.2023—xx.xx.2023 xidmət müddəti üzrə 19377,42 manat məbləğində borcu müəyyən edilmişdir.
14. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
15. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə Cavabdeh MMC arasında 30 mart 2015-ci il tarixli 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” imzalanmışdır. Həmin müqavilə üzrə cavabdeh MMC-nin xx.xx.2023-xx.xx.2023-cü il xidmət dövrü üzrə 62677,58 manat borcun qalması müəyyən edilmişdir. Beləliklə, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
22. Göründüyü kimi, tərəflər arasında müqavilənin bağlanılması işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda cavabdehin nümayəndəsinin də müqavilə üzrə 62677,58 manat ödənilməmiş borcu qalmışdır.
23. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin 30 mart 2015-ci il tarixli 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqaviləyə əsasən 62677,58 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia 62677,58 manat borcun tutulması hissəsində təmin edilməlidir.
29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 278,03 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 278,03 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli 38 saylı müqaviləyə əsasən 01 yanvar 2023 - 20 sentyabr 2023-cü il dövr üzrə yaranmış 62677,58 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 278,03 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova