Məhkəmə qərarları › İş №e-2-2(113)-3636/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3636/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3636/2024 23.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı iləCavabdeh MMC arasında bağlanmış 01 fevral 2017-ci il tarixli 305 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə”yə əsasən cavabdehdən 2023-cü il üçün 11894,40 (on bir min səkkiz yüz doxsan dörd manat qırx qəpik) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və dövlət rüsumu olaraq ödənilmiş 126,08 (bir yüz iyirmi altı manat səkkiz qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə Cavabdeh MMC arasında 01 fevral 2017-ci il tarixində 305 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq cavabdeh istismar etdiyi radioelektron vasitələrinin anketlərini iddiaçıya təqdim etmiş, anketlərə əsasən iddiaçı tezlik və radioelektron vasitələrindən istifadəyə görə cavabdehə 2023-cü il üçün 11894,40 (on bir min səkkiz yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində xx.xx.2023-cü il tarixli, DRİ2023-01/65 nömrəli hesab göndərmişdir. Cavabdehə təqdim olunmuş hesab Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın təsdiq edilməsi haqqında 19 sentyabr 2022ci il tarixli, KQ-10/22 nömrəli Qərarına əsasən tərtib olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün qeyd edilən dövrdən 11894,40 (on bir min səkkiz yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində borcu hal-hazıradək qalmaqdadır. Bildiririk ki, qanunvericiliyə müvafiq olaraq cavabdehə xx.xx.2024-cü il tarixli 3-27-119/2- 372/2024 nömrəli pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən DRİ-nin pretenziya məktubuna cavab verilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2007-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın 1.7-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427.3, 441.1, 441.4-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 01 fevral 2017-ci il tarixli 305 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqavilə ilə icraçı sifarişçinin rəsmi müraciətini nəzərə alaraq RRX rabitəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radoiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin etmək sifarişçinin vəzifəsidir. Həmin müqavilənin 3-cü bəndinə əsasən sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantının bəndinə(lərinə) uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda icraçı hər gecikdirilmiş aya görə 0.1% penya ödənilməsini sifarişçidən tələb edir. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə tərəflərin hər birində 1 nüsxə olmaq şərti ilə imzalandığı tarixdən xx.xx.2018-ci il tarixə qədər müddətində qüvvədədir. Tərəflərdən biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış onun ləğv olunması haqqında yazılı təklif verməzsə, müqavilə növbəti illər üçün də qüvvədə qalır. Müqaviləyə əlavə və dəyişiklər tərəflərin razılığı ilə Razılaşma protokolu vasitəsi ilə həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli DRİ2023-01/65 nömrəli hesaba əsasən 01 fevral 2017-ci il tarixli 305 nömrəli müqavilə üzrə xx.xx.2023-xx.xx.2024-cü il tarixi üzrə cəmi 11894,40 manat (1814,40 manat ƏDV daxil) ödəniş etməlidir.

9. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 940790 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

10. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 745985 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

11. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 125304 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

12. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 015004 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

13. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 330964 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

14. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 676352 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

15. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 908285 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

16. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 261540 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

17. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 837514 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

18. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 167297 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

19. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 866240 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

20. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 688555 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 991,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.

21. İddiaçı tərəfindən iş materiallarına Radiorele Xəttinin (RRX) anketi və RRX-nin Tezlik Planı və Xəttinin Sxemi adlı sənədlər əlavə edilmişdir.

22. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, radioelektron vasitələrindən istifadəyə görə 11894,40 manat məbləğində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2007-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın: 1.7-ci bəndinə əsasən mülki istifadə məqsədləri üçün Komissiya tərəfindən icazə verilən tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrinin qeydiyyatı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İddiaçı (bundan sonra - DRİ) tərəfindən aparılır. 3.1-ci bəndinə əsasən mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir. 3.2-ci bəndinə əsasən tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq REV-in texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

26. İşin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə Cavabdeh MMC arasında 01 fevral 2017-ci il tarixli 305 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” bağlanmış, tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İcraçı müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, sifarişçi müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçıya borcu yaranmışdır.

27. İddia tələbini 01 fevral 2017-ci il tarixli 305 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə”yə əsasən cavabdehdən 2023-cü il üçün 11894,40 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutulması təşkil edir.

28. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 01 fevral 2017-ci il tarixli, 305 nömrəli "Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında" müqaviləyə əsasən 2023-cü il üçün 11894,40 manat (on bir min səkkiz yüz doxsan dörd manat qırx qəpik) tezlik və radioelektron vasitələrinə görə istismar haqqı tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, xidmətin aylıq haqqı 991,20 manat olmuş, 12 ay üzrə (2023-cü il üzrə) həmin məbləğ 11894,40 manat (991,20X12=11894,40) təşkil etmişdir.

29. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,68 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

30. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,68 manat (yüz iyirmi beş manat altmış səkkiz qəpik) pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 01 fevral 2017-ci il tarixli, 305 nömrəli "Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında" müqaviləyə əsasən 2023-cü il üçün 11894,40 manat (on bir min səkkiz yüz doxsan dörd manat qırx qəpik) tezlik və radioelektron vasitələrinə görə istismar haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,68 manat (yüz iyirmi beş manat altmış səkkiz qəpik) olmaqla, cəmi 12020,08 manat (on iki min iyirmi manat səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar