Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3640/2024 19.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil3, Cavabdeh2 nümayəndəsi, Vəkil2, Cavabdeh1 nümayəndəsi, Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 və "xxxx" MMC-yə qarşı “cavabdehlərin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, mülkiyyətində olan xx.xx.2009cu il tarixli ********** saylı çıxarışla mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 0.75 ha təşkil edən torpaq sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə hərəkətlərin edilməsinin Cavabdeh2 üzərinə öhdəlik qoyulması, mülkiyyətində olan xx.xx.2009-cu il tarixli ********** saylı çıxarışla mülkiyyət hüquqlarının dövlət qeydiyyatının alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 0.4566 ha təşkil edən torpaq sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə hərəkətlərin edilməsinin Cavabdeh1 üzərinə öhdəlik qoyulması, mülkiyyətində olan xx.xx.2009-cu il tarixli ********** saylı çıxarışla mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 0.75 ha təşkil edə torpaq sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə hərəkətlərin edilməsinin Cavabdeh3 üzərinə öhdəlik qoyulması barədə müvafiq məhkəmə qətnaməsi qəbul edilmişdir. Daha sonra isə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalında olan payı 50% olmaqla, "xxxx" MMC-nin təsisçisi hesab edilməsi və Cavabdeh3 və X1 "xxxx" MMC-də olan təsisçilik hüquqlarına xitam verilməsi ilə bağlı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə "xxxx" MMC-nin təsis yığıncağının keçirilməsi, təsisçilərin dəyişməsi barədə protokolun və nizamnaməyə dəyişikliyin tərtib və təsdiq edilməsi və Azərbaycan Respublikası İN DVX-nə təqdim edilməsi öhdəliyinin qoyulması, "xxxx" MMC təsis edilərkən təsis payı kimi qoyulmuş təsisçi Cavabdeh1 məxsus ARDƏDRX-nin ********** saylı çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,4566 ha torpaq sahəsinin, Cavabdeh2 məxsus ARDƏDRX-nin ********** saylı çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,075 ha torpaq sahəsinin, Cavabdeh3 məxsus ARDƏDRX-nin ********** saylı çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,075 ha torpaq sahəsinin "xxxx" MMC-nin balansına götürülməsi və "xxxx" MMC-nin bu torpaq sahələrinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanlarına müraciət edilməsi ilə bağlı bütün zəruri hərəkətlərin edilməsi və sənədlərin təqdim edilməsi "xxxx" MMC-nin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddia tələbinin mümkün sayılaq, mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil2 hazırki tələbə məhkəmədə baxılmamalı olduğundan, icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi, vəkili Vəkil4 hazırki tələbə məhkəmədə baxılmamalı olduğundan, icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Çünki İddiaçı ilkin olaraq iddia ərizəsi ilə müraciət edərək, torpaq sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə cavabdehlərin üzərinə qoyulmasını xahiş etmiş, daha sonra isə tələbini dəyişərək özünün "xxxx" MMC-nin təsisçisi hesab edilməsini, "xxxx" MMC-nin təsis yığıncağının keçirilməsi, yığıncaqda nizamnaməyə dəyişiklik edilməsini, bu barədə DVX-yə məlumat verilməsini, "xxxx" MMC-nin bu torpaq sahələrinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanlarına müraciət edilməsi ilə bağlı bütün zəruri hərəkətlərin edilməsinin və sənədlərin təqdim edilməsinin "xxxx" MMC-nin üzərinə öhdəlik kimi qoyulmasını xahiş etsə də, iddiaçı tərəfindən Mülki Məcəllənin müvafiq normalarına və "xxxx" MMC-nin nizamnaməsinin 9.1-ci bəndinə uyğun olaraq həmin tələblərin məhkəməyə qədər nizama salınmasına dair cavabdeh MMC-yə və digər cavabdehlərə müraciət edilməmişdir. Belə ki, iddiaçının sonuncu ərizəsində qeyd etdiyi tələblərə baxılması və həll edilməsi Mülki Məcəlləsinin 91-ci maddəsinə və müəsissisənin nizamnaməsinə uyğun olaraq ümumi yığıncağın səlahiyyətlərinə aid olduğundan və ümumi yığıncağın çağırılması ilə bağlı iddiaçı tərəfindən cəmiyyətə müraciət edilmədiyindən, yəni mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya iddiaçı tərəfindən əməl edilmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək. 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər; 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbində qeyd edilən məsələrlə bağlı Cəmiyyətə ümumi yığıncağın keçirilməsi ilə bağlı müraciət etmədən bir başa məhkəməyə müraciət etdiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (Maraqlı şəxs1, DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi, 2 saylı Ərazi Vergilər Baş İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “cavabdehlərin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3640/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3640/2024
19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver