Məhkəmə qərarları › İş №e-2-2(113)-3655/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3655/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3655/2025 04.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat işi (açar sözlər:alqı-satqı müqaviləsi, xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 343,71 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” İddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə İddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını İddiaçı vasitəsi ilə həyata keçirir və Tokeni İddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və İddiaçının xidməti dayanır. İddiaçı ilə Cavabdeh arasında 23 avqust 2021-ci il tarixdə NBA-ZAUR-001 və NBA-002 saylı müvafiq olaraq alqı-satqı və xidmət müqavilələri imzalanmışdır. Həmin tarixdə Müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 377 AZN (ƏDV daxil) dəyərində PAX A620 tipli 1 ədəd e-kassa aparatı satılmışdır. Bundan əlavə kassa aparatına aylıq xidmət xərci bir aparat üçün ƏDV xaric 10 (on) manat müəyyən edilmişdir. Cavabdeh 2021-ci ilin sentyabr ayından hazırki tarixədək nə malın dəyərini (377 AZN), nə də 29 ay üzrə ödənilməli 342.20 AZN (ƏDV daxil) xidmət haqqı məbləğlərini İddiaçıya ödəməmiş, “Token”i İddiaçıya qaytarmamış və kassa cihazını qeydiyyatdan çıxarmamışdır. Tərəflər arasında imzalanmış xidmət müqaviləsinin 5.4-cü bəndində qeyd olunmuşdur ki, müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir. İddia tələbinin həcminin azaldılması barədə ərizədə qeyd edilmişdir ki, hazırda dəqiqləşdirilmiş məlumata əsasən məlum olmuşdur ki, cavabdeh 377,01 AZN dəyərində mal aldığına görə hissəli şəkildə 375,50 AZN (üç yüz yetmiş beş manat əlli qəpik) ödəniş etmişdir. Cavahdehin mal alışı ilə bağlı 1,51 AZN (bir manat əlli bir qəpik) borcu qalmışdır. Cavabdehin İddiaçı tərəfindən göstərilən xidmətlərə görə heç bir ödəniş etmədiyi və hazırkı vəziyyətdə yalnız xidmətlər üzrə ümumilikdə 343,71 AZN məbləğində borcunun qaldığı müəyyən edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1-ci, 448-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 23 avqust 2021-ci il tarixdə NBA- ZAUR-001 saylı müqaviləsindən görünür ki, müqavilə ilə icraçı sifarişçinin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə sifarişçiyə POS Terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını (bundan sonra birlikdə “Mal” adlandırılacaq) təqdim etməyini, təmir xidmətini (bundan sonra birlikdə “Xidmət” adlandırılacaq) göstərməyi, sifarişçi isə icraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş mallara (göstərilmiş Xidmətlərə) görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilənin ümumi məbləği onun tərkib hissəsi hesab edilən ayrı-ayrı malların və xidmətlərin təsnifatı ilə Razılaşma Protokollarının (bundan sonra “Protokol”) ümumi qiymətindən ibarətdir. Hər bir Protokola uyğun olaraq İcraçı tərəfindən təqdim edilən malların və xidmətlərin dəyəri həmin Protokolda göstərilən məbləğ miqdarında Sifarişçi tərəfindən ödənilir. Müqavilənin 2.4-cü bəndinə əsasən Müqavilə üzrə təqdim olunmuş mallar İcraçı tərəfindən qaimə-faktura, xidmətlər isə akt ilə Sifarişçiyə təhvil verilir. Ödəniş mal və ya xidmət təhvil verildikdən sonra İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, hesab-fakturanın təqdim edildiyi tarixdən sonrakı bank 5 (beş) iş günü ərzində həyata keçirilir. İddiaçı MMC (İcraçı) ilə Cavabdeh (Sifarişçi) arasında imzalanmış 23 avqust 2021ci il tarixdə NBA-002 saylı xidmət müqaviləsindən görünür ki, icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra “Xidmətlər”) göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi göstərilən servis xidməti üzrə icraçı tərəfindən göstərilən xidmətlərin ödənişini elektron qaimə faktura təqdim edildiyi gündən 5 iş günü müddətində pul vəsaitinin İcraçının hesablaşma hesabına köçürülməsini həyata keçirir. X1 görünür ki, 377 manat dəyərində PAX A620 tipli 1 ədəd e-kassa aparatı cavabdehə təqdim etmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişlər. Texniki xidmət müqaviləsi üzrə qiymət razılaşdırılması protokolu Əlavə 1-də NKA göstərilən aylıq servis xidmətinin dəyəri 11,80 (ƏDV daxil) manat qeyd edilmişdir. xx-xx-2021 tarixli EBBK seriyalı 035775 nömrəli, xx-xx-2021 tarixli EBBM seriyalı 232953 nömrəli,xx-xx-2021 tarixli EBBN seriyalı 913516 nömrəli, xx-xx-2022 tarixli EBBP seriyalı 876224 nömrəli, xx-xx-2022 tarixli EBBQ seriyalı 591278 nömrəli, xx-xx-2022 tarixli EBBS seriyalı 276932 nömrəli, xx-xx-2022 tarixli EBBU seriyalı 049397 nömrəli, xxxx-2022 tarixli EBBW seriyalı 017229 nömrəli, xx-xx-2022 EBBX seriyalı 739908 nömrəli, xx-xx-2022 tarixli EBBZ seriyalı 635124 nömrəli, xx-xx-2022 tarixli EBCB seriyalı 117782 nömrəli, xx-xx-2022 tarixli EBCD seriyalı 246411 nömrəli, xx-xx-2022 tarixli EBCG seriyalı 751101 nömrəli, xx-xx-2022 tarixli EBCİ seriyalı 895810 nömrəli, xx-xx-2022 tarixli EBCK seriyalı 475266 nömrəli, xx-xx-2023 tarixli EBCM seriyalı 942582 nömrəli, xx-xx-2023 tarixli EBCO seriyalı 904352 nömrəli, xx-xx-2023 tarixli EBDA seriyalı 913924 nömrəli, xxxx-2023 tarixli EBDD seriyalı 264030 nömrəli xx-xx-2023 tarixli EBDF seriyalı 091260 nömrəli, xx-xx-2023 tarixli EBDG seriyalı 847948 nömrəli, xx-xx-2023 tarixli EBDİ seriyalı 755677 nömrəli, xx-xx-2023 tarixli EBDK seriyalı 974194 nömrəli, xx-xx-2023 tarixli EBDN seriyalı 149052 nömrəli, xx-xx-2023 tarixli EBDP seriyalı 357115 nömrəli, xx-xx-2023 tarixli EBDR seriyalı 538132 nömrəli, xx-xx-2023 tarixli EBDT seriyalı 819016 nömrəli, xx-xx- 2023 tarixli EBDW seriyalı 011082 nömrəli, xx-xx-2024 tarixli EBDX seriyalı 677259 nömrəli e-qaimələrə əsasən İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərə görə hər bir qaimə üzrə 11,80 manat olmaqla, cəmi 342,20 manat, EBBH seriyalı, 720452 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən isə 377,01 manat ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Maddə 634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. Maddə 634.2. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 23 avqust 2021-ci il tarixli NBA-ZAUR-001 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 377,01 manat dəyərində mal satmış, cavabdeh həmin malın dəyərindən 375,50 manat ödəmiş, 1.51 manat borcu qalmışdır. Bu fakt e-qaimə ilə də öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malın qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Bundan başqa tərəflər arasında 23 avqust 2021-ci il tarixdə NBA-002 saylı xidmət müqaviləsi bağlanmışdır. İlk növbədə qeyd edim ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər yazılı qaydada həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. İş materiallarından məlum olur ki, həmin xidmət müqaviləsinə əsasən iddiaçı nəzarət-kassa aparatına aylıq servis xidməti göstərməyi, cavabdeh isə bunun müqabilində hər ay 11,80 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən göstərilən xidmətlərin ödənişi elektron qaimə faktura təqdim edildiyi gündən 5 iş günü müddətində ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilməsinə baxmayaraq bu günə kimi xidmət haqqı ödənilməmiş, cavabdeh tərəfindən iddiaya qarşı etiraz olunmamışdır. Buna görə də iddiaçının Mülki Məcəlləyə və müqaviləyə əsasən cavabdehdən öhdəliyin icrasını, yəni aylıq xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Beləliklə, qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin öhdəliklərini icra etməyək 342,20 manat aylıq xidmət haqqını və 1,51 manat aldığı malın qalıq dəyərini ödəmədiyini, iddiaçının öhdəliklərin icrasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edirəm ki, iddia təmin olunmalı, cavabdehdən cəmi 343,71 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 343 (üç yüz qırx üç) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar