Məhkəmə qərarları › İş №e-2-2(113)-3674/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3674/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3674/2022 23.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi və müstəqil tələb irəli sürməyən LPO "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ülviyyə-89 firmasının cavabdeh Əmanətlərin Sığortanması Fonduna qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ülviyyə-89 firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ülviyyə-89” firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 88 saylı ipoteka müqaviləsinə xx.xx.2018-ci il tarixli N 2X-08 saylı əlavə razılıq əsasında ipotekaya qoyulmuş qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi və onun yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı Ülviyyə-89 firmasının cavabdeh Əmanətlərin Sığortanması Fonduna qarşı qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar