Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3701/2025 02.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “xidmət müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, tapşırıq) X7 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “xidmət müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilə əsasında yaranmış 48000 manat və 234 manat məhkəmə rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə arasında xx.xx.2023-cü il tarixli “Hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə” imzalanmışdır. Müqavilənin predmentinə əsasən İcraçı, vəkil İddiaçı Sifarişçi Cavabdeh MMC-yə hüquq sahəsində konsaltinq və hüquqi yardım xidmətlərini göstərməyi, Sifarişçi isə bunun müqabilində müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən xidmətə görə haqq hər ay üçün 2000 manat olaraq müəyyən edilmişdir. Lakin cavabdeh tərəf müqavilə imzalandığı dönəmdən heç bir ödəniş etməmişdir. Nəticədə, müqavilə əsasında cavabdeh tərəfin 48000 manat borcu yaranmışdır. Bunu ərizənin qoşmasına əlavə edilən tərəflərin imzaladığı xidmətlərin təhvili və üzləşmə aktları sübut edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclaslarında iddaçı İddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlara əlavə olaraq bildirmişdir ki, məhkəmələrə çıxmama səbəbi müqavilədə məhkəməyə çıxmaq üçün əlavə xərcin tələb olunmasıdır və bu səbəbdən həmin qiymətə məhkəməyə çıxmaq fikri yox idi. Lakin bununla belə sənədlərin əksəriyyətini özü hazırlayırdı. Tərəfin əsas etirazı müqavilənin məbləği ilə bağlıdır. Vəkil olaraq çıxdığım işlərdə hüquqi yardımla bağlı tələb olunan məbləğdən məhkəmə məlumatlıdır. Qeyd edilən məbləğdən aşağı qiymətə müqavilə bağlamıram. Hazırda 9 şirkətlə bu tip xidmət müqavilələrim var. Burada qanun pozuntusundan söhbət gedə bilməz. Vaxtlı-vaxtında vergiləri ödəyir, xidməti göstərirəm. Heç kəs pulsuz hüquqi xidmət göstərmir. Kim istəyirsə müqavilə bağlayır, kim istəmir bağlamır. Digər tərəfdən MM-də müqavilə azadlığı deyilən anlayış var. Tərəflər müqavilə şərtlərini razılaşdırıb və imzalamışlar. Xidmətin göstərilməsini təsdiq edən bütün sübutları məhkəməyə təqdim etmişəm. Xidmətin dəyəri ilə bağlı mübahisələri varsa şirkətin hazırkı və keçmiş rəhbəri ilə bu halı mübahisələndirməlidirlər. Xidməti məndən təhvil alıblar. Qaimələrin vaxtında vurulmaması ilə bağlı bildirmək istəyirəm ki, mən sahibkar kimi qaimə vurulan anda onun vergisini ödəməliyəm. Qaiməni vuran kimi siz o pulu ödəyib-ödəmədiyinizdən asılı olmayaraq həmin qaimənin vergisini mən ödəməyə məcbur idim. Bu səbəbdən həmin qaimələr müqavilə üzrə aylıq vurulmurdu. Şirkətin keçmiş direktoru Tamara xanımla da söhbətimiz bundan ibarət idi ki, ödəniş edilməsi üçün pul nə zaman hazır olsaydı o zaman da qaimə vurulacaqdı. Digər tərəfdən “X9” MMC-nin heç bir işçisinin olmaması fikri yalnışdır. Belə ki, 2023-cü ildə həmin şirkətin 50-dən çox işçisi var idi. 2023-cü ilin ilk 6 ayı mənim bütün fəaliyyətim HR fəaliyyəti idi. AR Əmək Müfəttişliyindən işçilərin işdən azad olunması, onların məzuniyyət pulunun hesablanması, onlara cərimənin hesablanmaması məsələrini tənzimləmişəm. Qarşı tərəf öz e-sisteminə daxil olsa orada 2023-cü ildə həyata keçirilmiş xidmətlər açıq-aşkar görünür. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar həqiqətə uyğun deyildir və iddia əsassızdır. 1. Müqavilənin bağlanması və sənədlərin şübhəliliyi: - Müqavilə və "xxxx" əvvəlki direktor tərəfindən köhnə tarixə imzalanmışdır; - Şirkətin həmin dövrdə aylıq gəliri yalnız 2000 manatlıq icarədən ibarət olmuşdur; (bankdan çıxarış, qaimə-faktura və s.) - Bütün gəlirin hüquqşünasa xidmət haqqı kimi ödənilməsi iqtisadi məntiqə ziddir. 2. Hüquqi xidmətlərin göstərilməməsi: - 2023–2024-cü illərdə Cavabdeh hüquqi xidmətlər üçün Şəki Regional Vəkil Bürosu ilə rəsmi müqavilə bağlamış və 200– 300 manat məbləğində ödənişlər etmişdir; - Bu fakt iddiaçının real xidmət göstərmədiyini təsdiq edir. 3. Elektron qaimənin qanunsuzluğu: - İddiaçı yalnız xx.xx.2025-ci il tarixdə qaimə göndərmişdir; - Halbuki, Vergi Məcəlləsinə əsasən qaimə e-qaimə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarinıın 3.7-ci bəndinə əsasən Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı iddia tələbləri əsassız hesab edilməli və tam həcmdə rədd olunmalıdır. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatlarında qeyd etmişdir ki, iddianı qəbul etmir, cavabdeh şirkət hüquqi xidmət göstərilməsi üçün Şəki Regional Bürosu ilə müqavilə bağlamışdır. Burada tərəfin göstərdiyi xidmət haqqının məbləğini mübahisələndirmirlər. Bütün müqavilə, təhvil-təslim aktı, iddiaçının məhkəməyə müraciəti məhz xidmətlərin göstərildiyi qeyd edilən dövrdən sonrakı aylarda, 3-4 ay sonra baş vermişdir. Müqavilə şərtlərinə əsasən hər rübün növbəti ayın 1-də ödəniş edilməli idi. Yəni həmin tarixlərdə qaimə-fakturalar təqdim edilsəydi sahibkar vergi ödəyicisidir və ödənişini vaxtında edəcəkdir. Vergi qanunvericiliyinə əsasən həmin qaimələr malların, xidmətlərin göstərildiyi gündən 5 iş günü sonra təqdim edilməlidir. Yəni e-qaimə özü 2025ci ilin aprel ayında təqdim edilmiş və “X9” MMC e-qaimədən imtina etmişdir. Daha sonra yenidən göndərilmiş və onlar tərəfdən ikinci dəfə imtina edilmişdir. Ən sonda da mühasibin nəzarət etmədiyindən 5 iş günü ərzində sistem tərəfindən avtomatik olaraq qəbul edilmişdir. Müqavilə şərtlərinə əsasən icraçı sifarişçiyə hüquq sahəsində konsaltinq və hüquqi yardım xidmətlərini göstərməyi, sifarişçi isə bunun müqabilində müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Xidmət əsasən icraçı tərəfindən icraçının ofisində həyata keçiriləcəkdir. Xüsusi hallarda icraçının sifarişçinin ofisinə gəlməsi zəruri hesab oluna bilər. Müqavilə üzrə hansı xidmətlərin göstərilməsi müəmmalıdır. Sonradan verilsə belə keçmişə aid hər hansı iz yoxdur. Həmin təhvil-təslim aktarının hər rübdə bağlanılmaması xidmətlərin göstərilməsi şübhəsi yaradır. Şirkətin həmin dövrdə aylıq gəliri yalnız 2000 manatlıq icarədən ibarət olmuşdur. Bununla bağlı bankdan çıxarışlar, qaimə-fakturalar məhkəməyə təqdim edilmişdir. Bütün gəlirin hüquqşünasa xidmət haqqı kimi ödənilməsi məntiqə uyğun deyildir. Şirkətin əvvəlki direktoru məhkəməyə izahatında da dəqiq olaraq hansı xidmətlərin göstərildiyini sübut edə bilməmişdi. Sadəcə olaraq 4 ədəd təhvil-təslim aktının Şəki-Oğuzda imzalandığını bildirmişdi. İddiaçı hazırda iddia tələbinin əsası kimi müqavilə və təhvil-təslim aktına istinad edir. Qaimələr isə bütün xidmətlər göstərildikdən sonra sistemə vurulmuşdur. Sübutetmə yükü iddiaçının üzərinə düşür. Şirkətin keçmiş rəhbəri özü də məhkəmə iclasında suallara cavab olaraq bildirmişdi ki, onun heç bir işçisi olmamışdır. E-sistemə daxil olduqda nəsə görə bilərik, lakin iddiaçı tərəfindən icra xidmətinin göstərilməsi iddiaçı tərəfindən sübuta yetirilmir. Sonda o, iddianın rədd edilməsini xahş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında sədrlik edənin suallarına cavab olaraq iş üzrə 1 dəfə 2025-ci il aprel ayında qaimə vurulduğunu, iş üzrə başqa qaimənin olmadığını, həmçinin 2023-2024-cü illərdə müqavilə və təhvil-təslim aktlarını tərəflərin imzaladığını, qanunvericiliyin tələbi ilə hər ay onlara qaimə göndərilməli olduğunu, Tamara Yusifovanın indi də payçı olduğunu, “Oğuz Agro” şirkətinin yapon sərmayesi nəticəsində yaranmış bir şirkət olduğunu, həmin şirkətin böyük hissəsinin Yapon şirkətinə məxsus olduğunu, şirkətin Oğuzda götürdüyü yerin Tamara xanıma aidiyyatı olduğunu, ona görə də Tamara xanımın həmin şirkətin müəyyən hissəsinə sahiblik etdiyini, hal-hazırda şirkətin direktorunun Nümayəndə olduğunu, 2023-cü ilin yanvarından aprelinə kimi Emin müəllimin də yaponlar tərəfindən direktor olaraq təyin edildiyini, tərəflər arasında nə münaqişə, nə də pul tələbi olduğunu, Vüsal müəllimə yox, başqa vəkillərə ödənişlərinin olduğunu, bank çıxarışlarından da göründüyünü, 2023-cü ildə Şəki Vəkil Bürosundan işlərimizlə bağlı 6-7 nəfər vəkil ilə razılaşdıqlarını, bank çıxarışlarında da bu faktın olduğunu, qaimə vurmamağın nəticəsi olaraq bir maliyyə sanksiyası olduğunu, cidmətlərin, malların dəyərinin 10 faizi olaraq ilk dəfə maliyyə sanksiyasının tətbiq edildiyini, vəkil xidmətinin daha baha olduğunu, iddiaçı tərəfin heç bir xidmət göstərmədiyini, heç bir məhkəmədə cavabdehi təmsil etmədiyini, buna görə 2000 manat aylıq əməkhaqqı almamalı olduğunu, hətta Tamara xanımın özünun Cavabdeh MMC olaraq İddiaçı qarşı payın ləğvi ilə bağlı iddia qaldırdığını, iddiaçının xidmətlərin göstərilməsi ilə bağlı qaimə-fakturanı onlara təqdim etmədiyini, iddiaçı tərəfin təqdim etdiyi qaimələri dəfələrlə geri qaytardıqlarını, iddiaçının 2025-ci ilin aprel ayında qaimə göndərdiyini, ortada xidmət göstərilməsi olmadığı üçün iddiaçının göndərdiyi qaimələri geri qaytardıqlarını, qarşı tərəf qaiməni yenidən göndərəndə, qaiməyə baxmılmasa belə, elektron sistemin özü avtomatik qaiməni qəbul etdiyini, onun fəaliyyət göstərdiyi vəkil bürosundan onlara qaimənin daxil olmadığını, vatsap tətbiqi vasitəsi ilə yazışmaların 2023-cü ilin fevral-aprel aylarına aid olduğunu, yazışmalarda qeyd olunan işlərin Tamara xanımın şəxsi işləri ilə bağlı olduğunu, Müqavilə və "xxxx"nın əvvəlki direktor tərəfindən köhnə tarixə imzalandığını və başqa sübutların olmadığını, iddiaçı tərəfindən hansı işlərin görüldüyünün onlara aydın olmadığını bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı ilə 2022-ci ilin əvvəllərində Connect Azərbaijan MMC-nin təsisçiləri və direktoru vasitəsi ilə tanış olmuşam. Həmin vaxt TET İnternational Development MMC X1 ilə sənədləri saxtalaşdıraraq Connect Azerbaijan MMC-yə məxsus X9 MMC-nin 70% paylarını ələ keçirmişdilər və İddiaçıla birlikdə biz bu qanunsuzluğa Bakı Kommersiya məhkəməsinin vasitəsi ilə son qoyulmasına nail olduq. İddiaçı həmin vaxt müqavilə əsasında Connect Azerbaijan MMC-nin maraqlarını müdafiə edirdi. Bir məsələyə diqqət yetirməyinizi istəyirəm ki, həmin zaman TET İnternational Development MMC-nin rəhbərliyi Tanyo Muneçeka, Namiq Ələsgərovdan və Taro Savadadan ibarət idi. Təsis payları geri qaytarıldıqdan sonra X9 MMC-nin bütün maliyyə və kadr sənədlərinn yoxa çıxdığı, anbardan 600 ton tütün məhsulunun oğurlandığı aşkar olundu, üstəlik vergi orqanları, digər dövlət orqanları və fermerlərlə də bu günədək həll olunmayan böyük problemlərin mövcudlğu aşkar olundu. Bu məsələlərdə şirkətə köməklik göstərməsi üçün mən İddiaçıla Hüquqi xidmətin göstərilməsi ilə bağlı müqavilə imzalamışam. Müqavilə münasibətlərinin yarandığı ilk vaxtlar Connect Azerbaijan MMCnin rəhbərliyi X8 MMC-yə əlavə vəsaitlər yatıracağına söz versə də bu sözlərinin üzərində durmamış və nəticədə şirkəti ayaqda saxlamaq üçün on minlərlə manat məbləğində şəxsi vəsaitimi xərcləyərək kommunal xidmətlər və əmək haqqlarını ödəmişəm, istehsal sahəsinin dağılmaması və funksionallığının qorunması üçün əlimdən gələni etmişəm. Təkrar olaraq qeyd etmək istəyirəm ki, 3 il ərzində məndən başqa heç bir təsisçi şirkətlə maraqlanmamış və 1 qəpik də olsa vəsait şirkətin fəaliyyətinə yatırmamışdır. Bu səbəbdən də mənim şirkətin rəhbəri kimi fəaliyyətimi, bağladığım müqavilələri hazırki rəhbərlərin soğulaması gülünc doğurur. Bütün bu baş verənlər İddiaçı iştirakı və hüquqi yardımı ilə müşaiyyət olunduğundan mövcud vəziyyətə anlayışla yanaşaraq ödənişlərin hər dəfə ertələnməsinə dair xahişimi yerə salmamışdır. Həmçinin aramızda etibarlı və uzunmüddətli münasibətlərin olması, X9 MMCnin potensialı və balansında kifayət qədər əmlakının olması da onun bu qərarı qəbul etməsində böyük rol oynamışdır. X3 MMC-nin təsisçilərinin qəfil yoxa çıxmalarından istifadə edən TET İnternational Development MMC yenidən alkoqollu içkilər aludəçisi olan və hazırda da harda olması məlum olmayan Tanyo Muneçeka və cinayətkar (qüvvəyə minmiş məhkəmə hökmü var və hazırda X8 MMC-nin bank hesabından külli miqdarda vəsaiti mənimsəməsi ilə bağlı barəsində cinayət işinin istintaqı gedir) Namiq Ələsgərovun əli ilə X8 MMC-nin Connect Azərbaycan MMC-yə məxsus paylarını yenidən ələ keçirmişdir. Məhz bundan sonra 2022-ci ildə onların qeyriqanuni hərəkətlərinə son qoyan İddiaçı və mənə qarşı qarayaxma, şikayət, böhtan kampaniyasına başlamış, bütün bu müddət ərzində şirkəti ayaqda saxlayan məni direktor vəzifəsindən kənarlaşdırmışlar. Hətta X9 MMC-nin yeganə gəlir mənbəyi olan icarə müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə baş vurmuş, icarədarların çıxarılmasımı tələb edirlər. Hesab edirəm ki, bu şəxslərin İddiaçı qarşı hərəkətləri eyni ilə mənə qarşı olduğu kimi qisas xarakterlidir, obyektivlikdən uzaqdır. Bir daha bildirirəm ki, X8 MMC-ilə İddiaçı arasında imzalanmış xidmət müqaviləsi qanunidir, xidmət keyfiyyətlə və tam olaraq yerinə yetirilib, sadəcə xidmətin nəticələri hazırda iş üzrə cavabdehi təmsil edən şəxslərə qarşı yönəldiyindən təbii ki, onları qane etməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəməyə daha əvvəl məhkəməyə təqdim etdiyi yazılı izahatını müdafiə edərək qeyd etmişdir ki, cavabdeh şirkət onun tərəfindən yaradılmışdır. İddiaçı ilə 2022-ci ilin əvvəllərində "xxxx" MMC-nin təsisçiləri və direktoru vasitəsi ilə tanış olmuşdur. Həmin vaxt "xxxx" MMC X1 ilə sənədləri saxtalaşdıraraq "xxxx" MMC-yə məxsus “X9” MMC-nin 70% paylarını ələ keçirmişlər və İddiaçıla birlikdə onlar bu qanunsuzluğa Bakı Kommersiya Məhkəməsinin vasitəsi ilə son qoyulmasına nail olmuşlar. İddiaçı həmin vaxt müqavilə əsasında "xxxx" MMC-nin maraqlarını müdafiə etmişdir. Həmin zaman "xxxx" MMC-nin rəhbərliyi Tanyo Muneçeka, Namiq Ələsgərovdan və Taro Savadadan ibarət idi. Təsis payları geri qaytarıldıqdan sonra “X9” MMC-nin bütün maliyyə və kadr sənədlərinin yoxa çıxdığı, anbardan 600 ton tütün məhsulunun oğurlandığı aşkar olunmuş, üstəlik vergi orqanları, digər dövlət orqanları və fermerlərlə də bu günədək həll olunmayan böyük problemlərin mövcudlğu aşkar olunmuşdur. Bu məsələlərdə şirkətə köməklik göstərməsi üçün o, İddiaçıla hüquqi xidmətin göstərilməsi ilə bağlı müqavilə imzalamışdır. Müqavilə münasibətlərinin yarandığı ilk vaxtlar "xxxx" MMC-nin rəhbərliyi Cavabdeh MMC-yə əlavə vəsaitlər yatıracağına söz versə də, bu sözlərinin üzərində durmamış və nəticədə o, şirkəti ayaqda saxlamaq üçün on minlərlə manat məbləğində şəxsi vəsaitini xərcləyərək kommunal xidmətlər və əmək haqqlarını ödəmiş, istehsal sahəsinin dağılmaması və funksionallığının qorunması üçün əlimdən gələni etmişdir. Təkrar olaraq qeyd etmişdir ki, 3 il ərzində ondan başqa heç bir təsisçi şirkətlə maraqlanmamış və 1 qəpik də olsa vəsaiti şirkətin fəaliyyətinə yatırmamışdır. Bütün bu baş verənlər İddiaçı iştirakı və hüquqi yardımı ilə müşaiyət olunduğundan sonuncu mövcud vəziyyətə anlayışla yanaşaraq ödənişlərin hər dəfə ertələnməsinə dair onun xahişini yerə salmamışdır. Cavabdeh MMC-ilə İddiaçı arasında imzalanmış xidmət müqaviləsi qanunidir, xidmət keyfiyyətlə və tam olaraq yerinə yetirilmiş, sadəcə xidmətin nəticələri hazırda iş üzrə cavabdehi təmsil edən şəxslərə qarşı yönəldiyindən təbii ki, onları qane etməmişdir. Sədrlik edənin suallarına cavab olaraq X4 ona lazım olduğu təqdirdə Vüsal müəllimin hüquqi yardım üçün hər zaman köməklik göstərdiyini, hazırda “Oğuz Aqro”da 20% payının olduğunu, Moskvada olarkən direktorluqdan çıxarıldığını, 2023-cü ilin yanvarından 2024-cü ilin dekabrına kimi borcların bağlanıldığını və icarəyə verildiyini, öz şəxsi vəkilinin Dünyamin müəllim olduğunu, Vüsal müəllimin isə “Oğuz Aqro” adından proseslərdə iştirak etdiyini, işçilərin işdən çıxarma və.s işlərlə bağlı Vüsal müəllimin ona köməklik göstərdiyini, Şəkidə 1 dəfə fermer məsələsi ilə bağlı vəkil tutduğunu, bu zaman Vüsal müəllimlə əlaqə saxlayaraq köməklik göstərməyi təklif etdiyini, lakin yol pulu və hotel xərclərinə görə Şəkidən bir vəkillə əlaqə saxlamalı olduğunu, Vüsal müəllimin ona bu işlərlə bağlı köməklik göstərdiyini, aktların imzalanmasında Vüsal müəllimin iştirak etdiyini bildirmişdir. Həmçinin o, cavabdehin nümayəndəsinin suallarına cavab olaraq bütün ödənişlərin öz vəsaiti hesabına həyata keçirildiyini, 24 ay ərzində cavabdehin fəaliyyətinin dayanmadığını, fermerlərlə olan iclaslarda Şəkidən olan başqa vəkillərin iştirak etdiyini, Vüsal müəllimin iclaslarda iştirakının baha başa gəldiyini, Vüsal müəllimlə heç bir qohumluq münasibətinin olmadığını, göstərilən xidmətlərə dair 4 təhvil-təslim aktının olduğunu, Vüsal müəllimin 2023-cü ildə onlarla işlədiyini, Dünyamin müəllimin işləri aparmağa vaxtı olmadığını, lazım gələrsə Vüsal müəllimlə olan danışıqlara dair soğrular verilməsini və yazışmaların məhkəməyə təqdim edilməsini bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Sifarişçi Cavabdeh MMC (direktor Tamara Yusifova şəxsində) ilə icraçı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xx/xx/2023 saylı müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçiyə hüquq sahəsində konsaltinq və hüquqi yardım xidmətlərini göstərməyi, sifarişçi isə bunun müqabilində müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Xidmət əsasən icraçı tərəfindən icraçının ofisində həyata keçiriləcəkdir. Xüsusi hallarda icraçının sifarişçinin ofisinə gəlməsi zəruri hesab oluna bilər. 3.2.1-ci bəndə əsasən bu müqavilənin 3.1 maddəsində nəzərdə tutulmuş işlərin haqqını icraçıya ödənilməsi sifarişçinin öhdəliklərində biridir. 5.1-ci bəndə əsasən bu müqaviləyə əsasən göstərilən xidmətə görə haqq hər ay üçün 2000 manat (vergilər və digər məcburi ödənişlər daxil) təşkil edir. 5.2-ci bəndə əsasən xidmətin yerinə yetirilməsi ilə əlaqədar icraçının çəkdiyi əlavə (əsaslandırılmış) (nəqliyyat, yanacaq, rüsumlar və s.) xərclər, həmçinin məhkəmədə təmsilçilik xərcləri sifarişçi tərəfindən ayrıca ödənilir. 5.3-cü bəndə əsasən müqavilə üzə ödəniş hər növbəti rübün sonuncu ayında, xidmətin təhvil təsliminə dair akt imzalandıqdan sonra aparılır. 8.3-cü bəndə əsasən yaranmış mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll olunmadıqda, bütün mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. 03 aprel 2023-cü il tarixli “xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla təsdiq edirlər ki aralarında imzalanmış xx/xx/2023 saylı 08 yanvar 2023cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlər yanvar, fevral və mart ayları üçün tam olaraq göstərilmişdir və Cavabdeh MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyi 6000 manat məbləğindədir 03 iyul 2023-cü il tarixli “xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla təsdiq edirlər ki, aralarında imzalanmış xx/xx/2023 saylı, 08 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlər aprel, may və iyun ayları üçün tam olaraq göstərilmişdir və bu aylara görə Cavabdeh MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyi 6000 manat məbləğindədir. 02 oktyabr 2023-cü il tarixli “xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla təsdiq edirlər ki, aralarında imzalanmış xx/xx/2023 saylı, 08 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlər iyul, avqust və sentyabr ayları üçün tam olaraq göstərilmişdir və bu aylara görə Cavabdeh MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyi 6000 manat məbləğindədir. 10 iyul 2024-cü il tarixli “xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla təsdiq edirlər ki, aralarında imzalanmış xx/xx/2023 saylı, 08 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlər aprel, may və iyun ayları üçün tam olaraq göstərilmişdir və bu aylara görə Cavabdeh MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyi 6000 manat məbləğindədir. 01 aprel 2024-cü il tarixli “xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla təsdiq edirlər ki, aralarında imzalanmış xx/xx/2023 saylı, 08 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlər yanvar, fevral və mart ayları üçün tam olaraq göstərilmişdir və bu aylara görə Cavabdeh MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyi 6000 manat məbləğindədir. 01 oktyabr 2024-cü il tarixli “xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla təsdiq edirlər ki, aralarında imzalanmış xx/xx/2023 saylı, 08 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlər iyul, avqust və sentyabr ayları üçün tam olaraq göstərilmişdir və bu aylara görə Cavabdeh MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyi 6000 manat məbləğindədir. 30 dekabr 2024-cü il tarixli “xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla təsdiq edirlər ki, aralarında imzalanmış xx/xx/2023 saylı, 08 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlər oktyabr, noyabr və dekabr ayları üçün tam olaraq göstərilmişdir və bu aylara görə Cavabdeh MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyi 6000 manat məbləğindədir. 09 yanvar 2024-cü il tarixli “xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla təsdiq edirlər ki, aralarında imzalanmış xx/xx/2023 saylı, 08 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlər oktyabr, noyabr və dekabr ayları üçün tam olaraq göstərilmişdir və bu aylara görə Cavabdeh MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyi 6000 manat məbləğindədir. Təhvil aktları hər iki şəxsin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş 30 dekabr 2023cu il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin xx/xx/2023 saylı 08 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən bu günə İddiaçı ogluna olan borcu 24000 manat təşkil edir. Hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş 30 dekabr 2023cu il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin İddiaçı xx/xx/2023 saylı 08 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 2023 və 2024-cü illər üzrə cəmi borcu 48000 manat təşkil edir. İddiaçı tərəfindən hüquq məsləhətləri və sair xidmətlərə görə ödəniş edilməsi üçün cavabdehə MT2504 seriyalı, 10327614 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 48 000 manat olan elektron qaimə-faktura göndərilmişdir. Cavabdeh tərəfindən işə əlavə olunmuş Cavabdeh MMC-nin hesab üzrə çıxarış məlumatlarından görünür ki, cavabdeh şirkət tərəfindən Şəki Regional Vəkil Bürosunun hesabına müxtəlif vaxtlarda köçürmələr edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 234 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: ... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı;... Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi adı altında tapşırıq müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə konsaltinq və hüquqi yardım xidmətlərini göstərməyi, sifarişçi isə bunun müqabilində müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilədə nəzərdə tutulmuş tapşırığı yerinə yetirsə də, cavabdeh tərəfindən tapşırıq üçün şərtləşdirilmiş muzd ödənilməmişdir. Cavabdeh tərəf etirazında iddiaçı tərəfindən hər hansı xidmətin göstərilmədiyini, müqailənin və təhvil-təslim aktlarının sonradan geri tarixə imzalandığını qeyd etsə də, bu faktı təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Əksinə, iddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış xidmətlərin göstərilməsi iş materiallarındakı sübutlarla (elektron qaimə, xidmətlərin göstərildiyini təsdiqləyən təhvil aktları, Cavabdeh MMC-nin keçmiş direktorunun etirafı) təsdiq olunur. Bundan başqa cavabdehin iddiaçının elektron qaiməni gec göndərməsi ilə bağlı etirazına münasibətdə məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qeyd etdiklərini əsasında belə hesab edir ki, müqavilə qüvvədə olduğu müddətdə cavabdehin keçmiş direktoru olmuş Tamara Yusifova ödəniş edə bilməyəcəkləri üçün elektron qaiməni hər rüb üzrə göndərməməsini xahiş etdiyindən və iddiaçı fərdi sahibkar olaraq elektron qaimələri göndəridiyi halda ödəniş olmadıqda belə həmin qaimələr üzrə vergi ödəməli olduğundan elektron qaimənin yekunda göndərilməsi ağlabatandır və tərəflər arasında bu cür işgüzar adət formalaşmışdır. Bundan başqa cavabdehin iddiaçının xidmət göstərməməsi ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd edir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirak etmək, cavabdehin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət deyil, ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlərin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi, hüquqi məsləhətlərin verilməsi, hüquqi sənədlərin təhlil olunması, müvafiq orqanlarla danışıqların aparılması, işçilərin işdən çıxması ilə bağlı sənədlərin hazırlanması və s. kimi işlərin icrası da hüquqi yardım xidmətinə aiddir. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilədə məhkəmədə təmsilçilik xərci razılaşdırılmış xidmət haqqından ayrıca nəzərdə tutulmuşdur ki, bununla da bağlı cavabdehin keçmiş direktoru iddiaçının təklif etdiyi məbləğin yüksək olması ilə əlaqədar Şəki vəkil bürosundan başqa vəkillə müqavilə bağladığını bildirmişdir. Göründüyü kimi tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilə, müqavilə azadlığı prinsipinə uyğun olaraq onların öz səbəst iradələri əsasında imzalanmış və müqavilənin məzmunu, haqqın ödənilməsi şərtləri və məbləği müəyyənləşdirilmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən cavabdehdən müqavilə üzrə görülmüş xidmətin muzdunun ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə dair müqavilə ilə bağlı münasibətlər Mülki Məcəllə ilə ayrıca müqavilə növü kimi tənzimlənməsə də, bu növ müqavilələr tapşırıq müqaviləsi kimi müraciət edənin tapşırığı əsasında hüquqi yardım göstərən şəxs tərəfindən müəyyən işlərin icrasını, xidmətlərin göstərilməsini nəzərdə tutur və tapşırığın xarakterinə görə bir çox hallarda konkret nəticə əldə olunmasına təminat verilmir (məsələn, iddianın və ya şikayətin təmin edilməsi). Qeyd edilməlidir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Hüquqi yardımla bağlı müqavilələr üzrə göstərilən xidmətə görə haqqın məbləği və ödənilməsi şərtləri ilə əlaqədar, ilk növbədə, qeyd edilməlidir ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Eləcə də Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Göründüyü kimi, müqavilə azadlığı prinsipindən irəli gələn imkan və səlahiyyətlər hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üçün də keçərli olmaqla, qanunvericiliklə tərəflərə müqavilənin məzmununun, o cümlədən haqqın ödənilməsi şərtlərinin və məbləğinin müəyyənləşdirilməsində sərbəstlik verilmişdir.”. Məhkəmə qanunvericilik normalarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən cavabdehin tapşırığının icra olunduğunu, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə muzdu ödəmədiyini, iddiaçının tələbinin əsaslı olduğunu nəzərə alaraq hesab edir ki, 48000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 234 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 48000 (qırx səkkiz min) manat pul vəsaiti, ödənilmiş 234 (iki yüz otuz dörd) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3701/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3701/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver