Məhkəmə qərarları › İş №e-2-2(113)-3704/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3704/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3704/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-nin xeyrinə 48744 (qırx səkkiz min yeddi yüz qırx dörd) manat, hüquqi xidmət üçün ödənilmiş 330 (üç yüz otuz) manat, dövlət rüsumu olan 237 (iki yüz otuz yeddi) manat olmaqla, ümumilikdə 49310 (qırx doqquz min üç yüz on) manatın ödənilməsi öhdəliyinin icra edilməsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, iddia tələbinin əsasını təşkil edən və cavabdehin öz elektron poçtu vasitəsi ilə təsdiq etdiyi gözləmədə (ödənilməyən) olan məbləğin tərkibinin aşağıdakılardan formalaşdığını qeyd etmişdir: 1. Hər konteynerin dəniz daşınması xərcləri 4450 ABŞ dolları 2. Hər konteynerin yükləmə və sənədləşmə xərci 1000 ABŞ dolları 3. EXW İncon daşınma xərcləri-hər avtomobil üçün 50 ABŞ dolları 5 konteynerin və hər konteynerdə 4 avtomobilin olmasını nəzərə alsaq, ümumi borc məbləği 28250 (iyirmi səkkiz min iki yüz əlli) ABŞ dolları təşkil edir ki, bu da hazırkı günə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən 48025 (qırx səkkiz min iyirmi beş) manata bərabərdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizələrlə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 23 noyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki:

1. Sazişin predmeti Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış mübahisə ilə bağlı hazırda Bakı Kommersiya məhkəməsinin icraatında olan müqavilə öhdəliklərinin yerinə yetirilməsi, vurulmuş zərərin ödənilməsi tələbi barədə e-2-2(113)-3704/2024 saylı kommersiya işi üzrə icraatın davam etdirilməsindən qarşılıqlı surətdə imtina edirlər və mübahisəni öz aralarında həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar.

2. Sazişin şərtləri 2.1. Razılaşmaya əsasən iddiaçı iddiadan imtina edir, cavabdeh 17000 (on yeddi min) ABŞ dolları məbləği bu saziş qüvvəyə mindikdən və iddiaçının bank hesabı cavabdehə təqdim olunduqdan sonra 10 gün ərzində 5000 (beş min) ABŞ dolları, sonra isə 2025-ci ilin yanvar ayından başlayaraq hər növbəti ayın ilk on günlüyü ərzində 1000 (bir min) ABŞ dolları olmaqla 12 aya ödəyib qurtarmağı öhdəsinə götürür; 2.2. Cavabdeh ilkin və ya aylıq ödənişi üzrlü səbəb olmadan 30 gündən artıq gecikdirərsə, sazişin “2.1” bəndindəki məbləğ artaraq 20000 (iyirmi min) ABŞ dolları müəyyən olunur. Əlavə olunmuş 3000 (üç min) ABŞ dolların ödənişi hər ay 1000 (bir min) dollar olmaqla, aylıq ödəniş şəklində həyata keçirilir; 2.3. Borc tam ödənildikdən sonra iddiaçı 10 gün ərzində borcun olmaması barədə cavabdehə arayış verir; 2.4. Bu razılaşma təsdiq edildikdən sonra tərəflərin hazırkı mübahisənin predmeti olan nəqliyyat vasitələri ilə bağlı birinin digərinə qarşı heç bir iddiası yaxud iradı olmayacaq.

3. Tərəflərin məsuliyyəti 3.1. Tərəflər hazırkı sazişdə göstərilmiş öhdəlikləri icra etməməyə və ya lazımınca icra etməməyə görə qaninverilicilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 3.2. Tərəflərdən hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam və ya lazımi şəkildə icra etməzsə, barışıq sazişi məcburi qaydada icra ediləcək.

4. Digər şərtlər 4.1. Tərəflər hazırkı sazişin bütün bəndlərində göstərilən bütün şərtləri qəbul edirlər və razılaşırlar ki, bu sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir. 4.2. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz. 4.3. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hazırkı barışıq sazişinin predmeti olan məsələlərlə bağlı ödədikləri dövlət rüsumları, hüquqi yardım xərcləri, bank xəcrləri və sairə tərəflərin özlərinə aid edilir. 4.4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb. 4.5. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər. 4.6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi. 4.7. Tərəflərin hər birinin yazılı razılığı olmadan bu sazişə dəyişikliklər, əlavələr və ya düzəlişlər edilə bilməz. 4.8. Bu barışıq sazişi məhkəmə qaydasında qərardadla təsdiq edildikdən sonra qüvvəyə minəcəkdir. 4.9. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla, məhkəmədə və tərəflərdə saxlanılır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. Sazişin predmeti Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış mübahisə ilə bağlı hazırda Bakı Kommersiya məhkəməsinin icraatında olan müqavilə öhdəliklərinin yerinə yetirilməsi, vurulmuş zərərin ödənilməsi tələbi barədə e-2-2(113)-3704/2024 saylı kommersiya işi üzrə icraatın davam etdirilməsindən qarşılıqlı surətdə imtina edirlər və mübahisəni öz aralarında həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar.

2. Sazişin şərtləri 2.1. Razılaşmaya əsasən iddiaçı iddiadan imtina edir, cavabdeh 17000 (on yeddi min) ABŞ dolları məbləği bu saziş qüvvəyə mindikdən və iddiaçının bank hesabı cavabdehə təqdim olunduqdan sonra 10 gün ərzində 5000 (beş min) ABŞ dolları, sonra isə 2025-ci ilin yanvar ayından başlayaraq hər növbəti ayın ilk on günlüyü ərzində 1000 (bir min) ABŞ dolları olmaqla 12 aya ödəyib qurtarmağı öhdəsinə götürür; 2.2. Cavabdeh ilkin və ya aylıq ödənişi üzrlü səbəb olmadan 30 gündən artıq gecikdirərsə, sazişin “2.1” bəndindəki məbləğ artaraq 20000 (iyirmi min) ABŞ dolları müəyyən olunur. Əlavə olunmuş 3000 (üç min) ABŞ dolların ödənişi hər ay 1000 (bir min) dollar olmaqla aylıq ödəniş şəklində həyata keçirilir; 2.3. Borc tam ödənildikdən sonra iddiaçı 10 gün ərzində borcun olmaması barədə cavabdehə arayış verir; 2.4. Bu razılaşma təsdiq edildikdən sonra tərəflərin hazırkı mübahisənin predmeti olan nəqliyyat vasitələri ilə bağlı birinin digərinə qarşı heç bir iddiası yaxud iradı olmayacaq.

3. Tərəflərin məsuliyyəti 3.1. Tərəflər hazırkı sazişdə göstərilmiş öhdəlikləri icra etməməyə və ya lazımınca icra etməməyə görə qaninverilicilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 3.2. Tərəflərdən hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam və ya lazımi şəkildə icra etməzsə, barışıq sazişi məcburi qaydada icra ediləcək.

4. Digər şərtlər 4.1. Tərəflər hazırkı sazişin bütün bəndlərində göstərilən bütün şərtləri qəbul edirlər və razılaşırlar ki, bu sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir. 4.2. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz. 4.3. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hazırkı barışıq sazişinin predmeti olan məsələlərlə bağlı ödədikləri dövlət rüsumları, hüquqi yardım xərcləri, bank xəcrləri və sairə tərəflərin özlərinə aid edilir. 4.4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb. 4.5. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər. 4.6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi. 4.7. Tərəflərin hər birinin yazılı razılığı olmadan bu sazişə dəyişikliklər, əlavələr və ya düzəlişlər edilə bilməz. 4.8. Bu barışıq sazişi məhkəmə qaydasında qərardadla təsdiq edildikdən sonra qüvvəyə minəcəkdir. 4.9. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla, məhkəmədə və tərəflərdə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar