Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3706/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliklərin lazımınca icra olunmaması, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı X3 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına (Cavabdeh MMC-nin AR Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 81860,45 manat əsas borc, həmin borca görə illik 5%-lə hesablanmış 4093 manat faiz məbləği, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 348,82 manat olmaqla, cəmi 86622,27 manat pulun tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında YXM-077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və YXM-018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialının sifarişi əsasında xidmətləri icra edərək, MMC-yə təhvil verməyi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı isə görülən xidmətlər qarşılığında X2 ödəniş etməyi öhdəsinə götürür. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətin növləri, xidmət haqqı müqavilənin əlavəsi olan X4 ilə müəyyən edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq xidmət icraçı tərəfindən həyata keçirildikdən sonra “X4” ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı Xidmətlərin göstərilməsinə dair akt tərtib edilərək müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında Xidmətlərin göstərilməsinə dair akt tərtib edilərək, yazılı təsdiq edildikdən sonra xidmət icraçı tərəfindən icra edilmiş hesab edilir. Müqavilənin 2.3-cü bəndinə əsasən Xidmətlərin göstərilməsinə dair akt tərəflər arasında yazılı təsdiq edildikdən sonra icraçı tərəfindən həmin akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında sifarişçi tərəfindən 30 iş günü ərzində xidmətlərin dəyəri icraçının bu müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir. Müqavilənin 3.1.4-cü bəndinə əsasən sifarişçi xidmət haqqını bu müqavilədə göstərilən müddətdə və miqdarda icraçıya ödənilməsini təmin edir. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr bir qayda olaraq danışıqlar vasitəsi ilə həll edilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılacaq. Bu müqavilə üzrə yaranan bütün mübahisələrə sifarişçinin yerləşdiyi yerin məhkəməsində baxılacaqdır. Sözügedən müqavilə və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edirik ki, müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, iddiaçı müqavilədə nəzərdə tutulan xidmətləri icra etmiş, həmin xidmətlər tərəflər arasında xidmətlərin təhvil-təslim aktı ilə təsdiq edilmişdir. Belə ki, tərəflər arasında 30 dekabr 2023-cü il tarixli 9222,22 manat, 31 mart 2024-cü il tarixli 25750 manat, 30 aprel 2024-cü il tarixli 18611,11 manat, 31 may 2024-cü il tarixli 13833,33 manat, 30 iyun 2024-cü il tarixli 13666 manat, 31 iyul 2024-cü il tarixli 2000 manat xidmət haqqı məbləğində təhvil-təslim aktları imzalanmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 1222,22 ödəniş olunmuş, geri qalan məbləğlərlə bağlı ödəniş həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən cavabdehin iddiaçıya 81860,45 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı X3 tərəfindən cavabdehə EBDX № 031367 nömrəli, xx.xx.2024-cü il tarixli 9222,22 manat dəyərində, MT2406 № 10665838 nömrəli, xx.xx.2024-cü il tarixli 25750 manat dəyərində MT2406 №11437782 nömrəli, xx.xx.2024-cü il tarixli, 13833,33 manat dəyərində MT2406 №11436133 nömrəli, xx.xx.2024-cü il tarixli, 18611,11 manat dəyərində, MT2407 №10695348 nömrəli, xx.xx.2024-cü il tarixli, 13.666 manat dəyərində MT2408 №10901776 nömrəli, xx.xx.2024-cü il tarixli 2000 manat dəyərində elektron qaimələr vurulmuşdur. Həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Həmin eqaimələr əsasında iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmişdir. Həmin elektron qaimələrdə göstərilən məbləğləri cavabdeh müqaviləyə əsasən ümumi 83082,67 manat pulu iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə EBDX №031367 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 1222,22 manat ödəniş olmuş, geri qalan 81860,45 manat pul bugünədək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göründüyü kimi, 81860,45 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. X3 ilə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış YXM077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və YXM-018/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi əsasında görülən işlərin dəyəri 83082,67 AZN (səksən üç min səksən iki manat altmış yeddi qəpik) borcu olmuşdur. Həmin məbləğdən 1222,22 manat ödəniş cavabdeh tərəfindən ödənilmiş geri qalan 81860,45 manat məbləğ isə hələ də iddiaçıya ödəməmişdir. X3 tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş X3 tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına görülmüş işlərə görə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən görülən xidmətlərə görə olan ödəniş hələ də ödənilməmiş qalır. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərərək 3 iş günü müddətində 81860,45 manat borcu ödəməyi tələb etmişdir. Lakin cavabdeh əsassız olaraq borcu ödəməkdən yayınmışdır. Bildirilir ki, cavabdeh tərəfindən borc vaxtında ödənilmədiyinə görə qanunverciliyə əsasən illik 5%, yəni 81860,45 x 5% x 1 il = 4093 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 449.1, 464.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində X3 ilə sifarişçi qismində Cavabdeh MMC-nin AR Filialı arasında YXM-077/2023-3 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti olaraq icraçı sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən xidmətin növləri, xidmət haqqı müqavilənin Əlavəsi olan “X4” ilə müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq xidmət icraçı tərəfindən həyata keçirildikdən sonra “X4” ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Xidmətlərin göstərilməsinə dair akt" tərtib edilərək müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında “Xidmətlərin göstərilməsinə dair akt” tərtib edilərək yazılı təsdiq edildikdən sonra xidmət icraçı tərəfindən icra edilmiş hesab edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “Xidmətlərin göstərilməsinə dair akt” tərəflər arasında yazılı təsdiq edildikdən sonra icraçı tərəfindən həmin akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında sifarişçi tərəfindən 30 (otuz) iş günü ərzində xidmətlərin dəyəri icraçının bu müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir. Müqavilənin 9.4-cü bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılacaq. Bu müqavilə üzrə yaranan bütün mübahisələrə sifarişçinin yerləşdiyi yerin məhkəməsində baxılacaqdır. Bu müqaviləyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq olunur və ona əsasən təfsir edilir.
8. Tərəflər arasında bağlanmış YXM-077/2023-3 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmətin qiyməti (İnşaat sahəsində qazma işləri – 11000 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.
9. İcraçı qismində X3 ilə sifarişçi qismində Cavabdeh MMC AR Filialı arasında YXM- 018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti olaraq icraçı sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən xidmətin növləri, xidmət haqqı müqavilənin Əlavəsi olan “X4” ilə müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq xidmət icraçı tərəfindən həyata keçirildikdən sonra “X4” ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Xidmətlərin göstərilməsinə dair akt" tərtib edilərək müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında “Xidmətlərin göstərilməsinə dair akt” tərtib edilərək yazılı təsdiq edildikdən sonra xidmət icraçı tərəfindən icra edilmiş hesab edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “Xidmətlərin göstərilməsinə dair akt” tərəflər arasında yazılı təsdiq edildikdən sonra icraçı tərəfindən həmin akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında sifarişçi tərəfindən 30 (otuz) iş günü ərzində xidmətlərin dəyəri icraçının bu müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir. Müqavilənin 6-cı bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılacaq. Bu müqavilə üzrə yaranan bütün mübahisələrə sifarişçinin yerləşdiyi yerin məhkəməsində baxılacaqdır. Bu müqaviləyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq olunur və ona əsasən təfsir edilir.
10. Tərəflər arasında bağlanmış YXM-018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmətin qiyməti (İnşaat sahəsi ərazisində torpaq çıxarılması və yüklənməsi üzrə texnika xidmətlərinin həyata keçirilməsi – aylıq 7000 manat; günlük 250 manat; saatlıq 27,77 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 031367 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMC-nin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9222,22 manat təşkil edir.
12. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, ********* nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMC-nin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 25750,0034 manat təşkil edir.
13. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11436133 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMC-nin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18611,1142 manat təşkil edir.
14. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11437782 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMC-nin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13833,3358 manat təşkil edir.
15. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10695348 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMC-nin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13666,0013 manat təşkil edir.
16. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10901776 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMC-nin AR Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2000 manat təşkil edir.
17. xx.xx.2023-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2023-cü ilin dekabr ayı ərzində aktda qeyd edilən ümumilikdə 9222,22 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.
18. xx.xx.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2024-cü ilin mart ayı ərzində aktda qeyd edilən ümumilikdə 25750 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.
19. xx.xx.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2024-cü ilin apel ayı ərzində aktda qeyd edilən ümumilikdə 18611,11 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.
20. xx.xx.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2024-cü ilin may ayı ərzində aktda qeyd edilən ümumilikdə 13833,33 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.
21. xx.xx.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2024-cü ilin iyun ayı ərzində aktda qeyd edilən ümumilikdə 13666 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.
22. xx.xx.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktından görünür ki, 2024-cü ilin iyul ayı ərzində aktda qeyd edilən ümumilikdə 2000 manat məlbəğində xidmət(lər) təmin edilmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.
23. "xxxx" ASC-də olan X2 məxsus AZ81AİİB******************** nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin AR Filialından 1000 manat məbləğində hesaba mədaxil olmuşdur.
24. X3 tərəfindən Cavabdeh MMC-nin AR Filialına göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
25. Əvvəla, qeyd olunmalıdır ki, tərəflərdən biri xarici hüquqi şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialıdır və müqavilələr də həmin Filialla (sifarişçi qismində Azərbaycan Respublikasında rəsmi qeydiyyata alınmış, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Əsasnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı) bağlanılmış və tərəflər müqavilələr üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Bağlanmış müqavilə şərtlərinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılacaq. Bu müqavilə üzrə yaranan bütün mübahisələrə sifarişçinin yerləşdiyi yerin məhkəməsində (yəni Azərbaycan Respublikasının məhkəməsində) baxılacaqdır. Bu müqaviləyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq olunur və ona əsasən təfsir edilir. Ona görə də hazırkı mübahisəyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq olunur.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
28. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında YXM- 077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və YXM-018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilələr bağlanmış və həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəlik yerinə yetirilərək, müqavilə üzrə razılaşdırılmış işlər görülsə də, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, görülmüş işlərin dəyərinin təhvil-təslim aktı imzalandıqdan sonra ödənilməsi öhdəliyini üzərinə götürsə də, tam icra etməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı sifarişçi tərəfindən təqdim olunmuş va tərəflər arasında təsdiq olunmuş sifarişə əsasən inşaat sahəsində qazma işlərinin görülməsini, yüklənmə üzrə texnika xidmətlərinin göstərilməsini həyata keçirilmişdir.
29. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialından ödənilməmiş 81860,45 manat borcun tutulması təşkil edir.
30. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 81860,45 manat (səksən bir min səkkiz yüz altmış manat qırx beş qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla (müqavilələr, təhvil-təslim aktları, elektron qaimələr, ödəniş sənədi) öz təsdiqini tapır. Belə ki, tərəflərin təsdiq etdiyi təhvil-təslim aktları və elektron qaimələr üzrə ümumi məbləğ 83082,67 manat təşkil etmiş, həmin məbləğdən 1222,22 manat ödənilmiş, qalıq məbləğ 81860,45 manat (83082,67-1222,22=81860,45) təşkil etmişdir.
31. İddia tələbinin digər hissəsini cavabdehdən gecikdirilmiş vaxt üzrə illik 5%-lə hesablanmış 4093 manat faiz məbləğinin tutulması təşkil edir.
32. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
33. Ona görə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən illik 5 (beş) faizlə hesablanan 2388 manat (81860,45x5:100:12x7ay≈2388) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında 7 ay müddət üçün illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasına etiraz etmədiyini bildirmişdir.
34. Eləcə də, iddiaçı 320 manat hüquqi yardım və ödənilmiş 348,82 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
35. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 341 (üç yüz qırx bir) manat, 320 manat (üç yüz iyirmi manat) hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 81860,45 manat (səksən bir min səkkiz yüz altmış manat qırx beş qəpik) borc, 2388 manat (iki min üç yüz səksən səkkiz manat) illik 5%-lə hesablanmış faiz borcu, 320 manat (üç yüz iyirmi manat) hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 341 (üç yüz qırx bir) manat, ümumilikdə 84909,45 manat (səksən dörd min doqquz yüz doqquz manat qırx beş qəpik) məbləğində pul vəsaiti iddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova