Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-371/2025 28.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN**********) ödənilməmiş 2723.27 manat məbləğində əsas borcun, hüquqi xidmətə görə ödənilmiş 300 manat pulun və 51 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutlaraq İddiaçı2 (VÖEN**********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, (İcraçı) İddiaçı2 ilə (Sifarişçi) Cavabdeh arasında07/23 nömrəli, 01 dekabr 2023-cü il tarixli avtomobil texniki təmin xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” (Cavabdeh) avtomobil texniki təmin xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı” ya (İddiaçı2) razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçinin” müəyyən etdiyi qaydada texniki təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Sifariş”çi tərəfindən verilir Müqavilənin 2.2-ci bəndinə əsasən “İcraçı” "Sifarişçininn" sifariş verdiyi avtomobil texniki təmir xidmətlərini (işi icra edir). Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “İcraçı” Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən “İcraçının” yerinə yetirdiyi işlər işlərin icrası işlərin icra olunma aktı imzalanmaqla «Sifarisçi» tərəfindən təhvil alınır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən Göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı elektron qaimə vasitəsi ilə qeyd edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən Hazırki müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 5.1cibəndinə əsasən Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və 3 il müddətinə qüvvədədir. Sözügedən müqavilə üzrə “İcraçı” (İddiaçı2) öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, “Sifarişçi” yə (Cavabdeh) texniki təmir xidmətləri göstərmiş, lakin “Sifarişçi” (Cavabdeh) müqavilə üzrə ona göstərilən xidmətlərin haqqını ödəməmişdir. Həmin müqavilə əsasında “İcraçı” “Sifarişçiyə” xx.xx.2023-cü il tarixində 2723.27 manatlıq xidmət göstərmişdir. Bununla bağlı cavabdehə xx.xx.2023-cü il tarixində RBDU seriyalı, 684192 nömrəli 2723.27 manat məbləğində elektron qaimə vurulmuşdur. Göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixli, 07/23 saylı müqaviləyə əsasən İddiaçı2 2723.27 0 manat borcu vardı. Cavabdehə dəfələrlə həm şifahi həm də yazılı qaydada müraciət etməyimizə baxmayaraq iddiaçıya ödəməli olduğu borcu ödəməmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 07/23 nömrəli, 01 dekabr 2023-cü il tarixli müqavilə üzrə “İcraçı” öz öhdəliyini yerinə yetirmiş, “Sifariş”çiyə texniki təmir xidmətləri göstərmiş, lakin Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, müqavilə üzrə göstərilmiş xidmətin dəyərimi İddiaçı2 ödəməmişdir. İddiaçı tərəfindən aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq göstərilmiş xidmətlərin ödənişləri ilə bağlı Cavabdeh elektron qaimə vurulmuşdur. Lakin cavabdeh tərəfindən göstərilmiş xidmətin dəyəri bu günə qədər hələ də ödənilməmişdir. Buna görədə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçı iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsini xahiş etdi.
4. Etiraz onunla əsaslandırılmışdır ki, 07/23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədəki imza hüquqlarını təmsil etdiyim şəxs Cavabdeh tərəfindən icra edilməmişdir. Həmin imza iddiaçı tərəfindən saxtalaşdırılaraq məhkəməyə təqdim edilmişdir. Bundan başqa, müqavilə bağlanmış olsaydı belə, iddiaçı müqavilənin 3.2.4-cü bəndinə əsasənn iddiaçı avtomobil texniki təmir xidmətini cavabdehə təhvil verməli idi. Lakin iddiaçı bununla bağlı məhkəmyə hər hansı bir sübut (təhvil-təslim aktı) təqdim etməmişdir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı məhkəməyə ərizə ünvanlayarq iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki,təqdim edilmiş və imzalanmış müqavilə saxtadır. İddiaçı tərəfin digər şirkətlə bağlı əvvəlki məhkəmə mübahisələri artıq başa çatmışdır. “Uni Trade” qərarı digər işə əlavə edilmişdir; lakin həmin iş kassasiyada ləğv edilmişdir və orada imzalar mübahisəlidir. Elektron qaimənin mövcudluğu birbaşa işin faktiki icrasını təsdiqləmir və əsaslı deyil. Buna görə də tələb əsassızdır və rədd edilməlidir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı2 ilə (Sifarişçi) Cavabdeh arasında07/23 nömrəli, 01 dekabr 2023-cü il tarixli avtomobil texniki təmin xidmətlərinin göstərilməsi müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “Sifarişçi” (Cavabdeh) avtomobil texniki təmin xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı” ya (İddiaçı2) razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçinin” müəyyən etdiyi qaydada texniki təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. - 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Sifariş”çi tərəfindən verilir. - 2.2-ci bəndinə əsasən “İcraçı” "Sifarişçininn" sifariş verdiyi avtomobil texniki təmir xidmətlərini (işi icra edir). - 2.3-cü bəndinə əsasən “İcraçı” Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. - 2.4-cü bəndinə əsasən “İcraçının” yerinə yetirdiyi işlər işlərin icrası işlərin icra olunma aktı imzalanmaqla «Sifarisçi» tərəfindən təhvil alınır. - 4.1-ci bəndinə əsasən Göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı elektron qaimə vasitəsi ilə qeyd edilir. - 4.2-ci bəndinə əsasən hazırki müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. - 5.1-ci bəndinə əsasən Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və 3 il müddətinə qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 xx.xx.2026-cı il tarixli, ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli avtomobil texniki təmir xidmətlərinin göstərilməsi haqqında 07/23 saylı müqavilədə “Sifarişçi” qrafasında Cavabdeh yazısının qarşısındaki imza Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.
V. Tətbiq edilən hüquq:
12. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır.
13. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
15. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
16. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
17. Məhkəmə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
18. .Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
19. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh nümayəndəsi etirazında ümumiyyətlə iddiaçı ilə aralarında heç bir müqavilə bağlanmadığını, müqavilənin onun tərəfindən imzalanmadığını, və aralarında heç bir müqavilə münasibətinin olmadığını , müqavilədə imzasının saxtalaşdırıldıını bildirmişdir. Beləliklə görünür ki, ümumiyyətlə tərəflər arasında müqavilə münasibətlərinin olub-olmaması işin mübahisəli halını təşkil etmişdir.
20. Həmin hala aydınlıq gətirilməsi məqsəsilə caavbdeh vəsatətləri ilə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2026-cı il tarixli, ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli avtomobil texniki təmir xidmətlərinin göstərilməsi haqqında 07/23 saylı müqavilədə “Sifarişçi” qrafasında Cavabdeh yazısının qarşısındaki imza Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.
21. Məhkəmə qeyd edir ki, məhkəmənin ekspert rəyləri ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
22. İddiaçı ekspertiza rəyi məhkəmə daxil olduqdan sonra ərizəsində bildirir ki, müqavilədə imzanın cavabdehə məxus olmamsı onlar arasında müqavilənin və işgüzar münasibətlərin olmaması anlamına gəlmir. Müqavilə şifahidə bağlana bilər. Elektron qaimə elə müqvailəyə bərabərdir. Bundan əlavə elektron sistemə əlavə edilmiş iddiaçının təsisşisi olduğu MMC lərlə cavabdeh arasında olan məhkəmə mübahisələri və sistemə yüklənmiş qətnamələrdə iddiaçı və cavabdeh tərəfindən kommersiya işlərinə əlavə edilmiş iş materiallarında olan sənədlərlə və məhkəmələrin istinad etdiyi sübütlarla tərəflər arasında çoxsaylı işgüzar münasibətlərin olduğuna dələalət edir.
23. Cavabdeh bildirir ki, xx.xx.2023-cü il tarixli 07/23 saylı müqavilədəki imza cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən imza edilmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçı məhkəməyə saxta sənəd təqdim etmişdir. Elektron qaimənin vurulması həmin borcun cavabdeh tərəfindən etiraf edilməsi kimi qəbul edilməməlidir. Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən bu işin digər halları ilə araşdırılmalıdır. Əgər cavabdeh həmin e-qaimə üzrə hər hansı ödəniş etmiş olsaydı, o zaman iddianın etirafı kimi qəbul edilə bilərdi. Lakin cavabdeh iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, hər hansı müqaviləni imzalamamış və borc olmadığına görə də heç bir ödəniş etməmişdir.
24. İddiaçı tərəflər arasında müqavilə münasibətinin olmasını və həmin müqavilə əsasında cavabdehin borcunun yarandığını tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 07/23 saylı müqaviləyə istinad etsə də ,məhkəmə araşdırması zamanı məlum olmuşdur ki,adıçəkilən müqavilədəki imza Cavabdeh tərəfindən icra edilməmişdir. Həmçinin iddiaçı tərəfindən müqavilədən başqa digər heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
25. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə verilmiş ərizədə, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilədə imzanın cavabdehə aid olmaması,tərəflər arasında şifahi müqavilə münasibətlərinin olmasının istisna etməməsi barədə arqumenti ilə bağlı məhkəmə qeyd edir ki,iddiaçı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
26. Qeyd edilməlidir ki, iddiaçının xidmət müqaviləsindən irəli gələn hər hansı subyektiv hüquqa malik olub-olmaması xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin məzmununu təşkil edən subyektiv hüquqlar və vəzifələrin təqdim olunan sübutlar əsasında müəyyənləşdirilməsi yolu ilə aydınlaşdırıla bilər.
27. Məhkəmə sübut kimi təqdim olunmuş məlumatlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb ağlabatan mühakimə əsasında qiymət verərək qeyd edir ki, iddiaçının Cavabdeh oğku ilə müqavilə münasibətində olması, tərəflər arasında şifahi podrat müqaviləsinin bağlanması təqdim olunmuş sübutlarla öz təsdiqini tapmır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz.
28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 51 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
29. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 196 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri özünə aid edilməli, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olaraq İddiaçı2 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova