Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3719/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliyi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 111435,66 manat borc, həmin məbləğin 32509 manat hissəsinin ödənilməsinin 3 il, 78926,66 manat hissəsinin ödənilməsinin isə 2 ildən artıq müddətə gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmaqla 12769,02 manat və dövlət rüsumu kimi ödənilmiş 415 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında 27 aprel 2021-ci il tarixdə “ANX 003/0421” №-li xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sifarişçiyə məxsus avtonəqliyyat vasitələrinə təmir və texniki xidmətlərin göstərilməsi, ehtiyat hissələrinin dəyişdirilməsi işlərini həyata keçirməyi, sifarişçi isə bu xidmətin müqabilində icraçıya əvvəlcədən razılaşdırılmış məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilərək, sifarişçiyə 111435,66 manat dəyərində xidmət (iş, mal) verilməyi təsdiqlənmişdir. Həmin mallar sifarişçiyə müxtəlif tarixlərdə, yəni xx.xx.2021-ci il tarixində ayrı-ayrılıqda 1805,40 manat, 1805,40 manat, 4696,40 manat, 1805,40 manat, 1628,40 manat, 1805,40 manat, xx.xx.2021-ci il tarixində 6950,20 manat, xx.xx.2021-ci il tarixində 12012,40 manat, xx.xx.2021-ci il tarixində 8531,40 manat, xx.xx.2022-ci il tarixində 70395,26 manat dəyərində xidmət (iş, mal) göstərilmiş və həmin tarixlərdə ayrıayrılıqda malların təhvil alınması barədə sifarişçi tərəfindən müvafiq olaraq EBBC 385267 nömrəli, EBBC 385282 nömrəli, EBBC 385281 nömrəli, EBBC 385285 nömrəli, EBBC 385255 nömrəli, EBBC 385244 nömrəli, EBBD 270870 nömrəli, EBBH 540370 nömrəli, EBBK 808003 nömrəli, EBCA 851011 nömrəli elektron-qaimələr imzalanmışdır. Göründüyü kimi, iddiaçı xidmət müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmiş, cavabdeh isə müqavilənin tələblərini pozaraq 111435,66 manat dəyərində xidmət göstərilməsinə baxmayaraq, iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə Cavabdehndən müqavilənin icrası, borcun qaytarılmasının tələb edilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək, müqavilə üzrə öhdəliklərini icra etməkdən qəsdən yayınmışdır. Eyni zamanda cavabdeh hüquqi şəxsin qanunsuz hərəkətləri, öhdəliyini icra etməməsi iddiaçının sahibkarlıq fəaliyyətinə həddindən çox mənfi təsir göstərir. Qeyd edilən 111435,66 manat məbləğində pulun 32509 manat hissəsinin ödənilməsi 3 il, 78926,66 manat hissəsi isə 2 ildən artıq müddətdir ki, gecikdirilir. Odur ki, 111435,66 manat məbləğində pulun 32509 manat hissəsinin ödənilməsinin 3 il, 78926,66 manat hissəsinin isə 2 il gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi olmaqla, cəmi 12769,02 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 397.1, 399.1, 405.1, 425.1, 442, 567, 600.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. İş materiallarından görünür ki, sifarişçi qismində Cavabdeh ilə icraçı İddiaçı arasında xx.xx.2021-ci il tarixli, ANX 003/0421 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı/sifarişi əsasında sifarişçiyə məxsus avtonəqliyyat vasitələrinə təmir və texniki xidmətlərin göstərilməsi, ehtiyat hissələrinin dəyişdirilməsi işlərini həyata keçirir, sifarişçi isə bu xidmətin müqabilində icraçıya əvvəlcədən razılaşdırılmış məbləğdə xidmət haqqını ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə yerinə yetirilən işlərin (xidmətlərin) həcmi və qiyməti tərəflər arasında əvvəlcədən razılaşdırılmış məbləğ üzrǝ tərtib edilən qiymət razılaşdırma protokollarına əsasən və faktiki icra olunan işlərin aktı əsasında müəyyən olunur və həmin akt müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödəmələr, göstərilmiş xidmət üzrə işlər tam icra edildikdən və təhvil-təslim aktı ilə sifarişçiyə təhvil verildikdən sonra verilmiş elektron qaimə-faktura əsasında (vergilər və digər icbari ödənişlər daxil ƏDV göstərilməklə) həyata keçirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödəmələr təhvil-təslim aktına uyğun verilmiş elektron qaima-faktura əsasında nağdsız, bank köçürmə yolu ilə həyata keçirilir.
8. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş ehtiyat hissələri və göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1628,40 manat təşkil edir.
9. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş ehtiyat hissələri və göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1805,40 manat təşkil edir.
10. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş ehtiyat hissələri və göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1805,40 manat təşkil edir.
11. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş ehtiyat hissələri və göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1805,40 manat təşkil edir.
12. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 385267 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1805,40 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
13. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 385282 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1805,40 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
14. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 385281 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4696,40 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
15. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 385285 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1805,40 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
16. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 385255 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1628,40 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
17. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 385244 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1805,40 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
18. xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 270870 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6950,20 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
19. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 540370 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12012,40 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
20. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 808003 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8531,40 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
21. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 851011 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 70395,26 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
22. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, xx.xx.2024cü il tarixə Cavabdeh borcu 111435,66 manat təşkil edir.
23. xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh İddiaçınə olan borcu 111435,66 manat təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. İddiaçı tərəfindən Cavabdehnə pretenziya məktubu göndərilərək borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
27. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sifarişçiyə məxsus avtonəqliyyat vasitələrinə təmir və texniki xidmətlərin göstərilməsi, ehtiyat hissələrinin dəyişdirilməsi işlərininin həyata keçirilməsi, sifarişçi isə bu xidmətin müqabilində icraçıya əvvəlcədən razılaşdırılmış məbləğdə xidmət haqqının ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
28. İddia tələbinin bir hissəsi xx.xx.2021-ci il tarixli, ANX 003/0421 saylı xidmət müqaviləsi üzrə yerinə yetirilmiş və təhvil verilmiş işlərə görə ödənilməli olan 111435,66 manat məbləğində borcun cavabdehdən tutulmasından ibarətdir.
29. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin iddiaçıya şərtləşdirilmiş muzdu ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, borc məbləğinin cavabdehdən tutulmasına dair iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, cavabdehin imzası və möhürü ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktında ümumilikdə 111435,66 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Həmin məbləğdə borcun mövcudluğu təqdim olunmuş digər sübutlar, elektron qaimələrlə də öz təsdiqini tapır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilməmiş 111435,66 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
30. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə 12769,02 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçı qeyd edilən 111435,66 manat məbləğində pulun 32509 manat hissəsinin ödənilməsinin 3 il, 78926,66 manat hissəsinin isə 2 ildən artıq gecikdirilməsini bildirərək, cəmi 12769,02 manat (32509X5:100X3+78926,66X5:100X2≈12769,02) pul vəsaitinin tutulmasını cavabdehdən xahiş etmişdir. Cavabdeh tərəfindən borcun ödənilməsi, icranın gecikdirilməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır və 12769,02 manat manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, göründüyü kimi, cavabdehə xidmətlər 2021-2022-ci illərdə göstərilmişdir.
31. Eləcə də, iddiaçı dövlət rüsumunun əvəzi olaraq 414,20 manat məbləğin cavabdehdən tutulmasını tələb etmişdir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 414,20 manat məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 111435,66 manat (yüz on bir min dörd yüz otuz beş manat altmış altı qəpik) borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 12769,02 manat (on iki min yeddi yüz altmış doqquz manat iki qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 414,20 manat (dörd yüz on dörd manat iyirmi qəpik) olmaqla, cəmi 124618,88 manat (yüz iyirmi dörd min altı yüz on səkkiz manat səksən səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova