Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3727/2022 13.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1nə (MTK), Cavabdeh2 və Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilələrin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə ilkin, ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı, Cavabdeh1nə və Cavabdeh2 qarşı protokoldan çıxarışın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408,6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) ərazisində olan ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və digər şəxslərə məxsus olan əşyaların Cavabdeh1 MTK tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MTK-dan 05 noyabr 2021-ci il tarixli Protokol əsasında sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış obyektini (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) əldə etmişdir. Obyekt əldə edilərkən, cavabdeh 1 ay müddətinə ərazini tam boşaltmalı olduğu halda ərazidə bəzi inventarlar qalmışdır. Ərazidə digər şəxslərə məxsus əşyalar olduğundan, obyektin əldə edilməsindən 7 aydan artıq vaxt keçməsinə baxmayaraq, İddiaçı hal hazırda əmlak üzərində istifadə hüquqlarını tam yerinə yetirə və əmlak üzərində sahiblik hüququndan tam istifadə edə bilmir. İddiaçı ilə Cavabdeh2 arasındakı razılaşmaya əsasən sonuncu Cavabdeh1 MTK ilə müqavilə əsasında ona məxsus olan qeyri-yaşayış obyektini İddiaçı satmışdır. Lakin, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş həmin bina sakinlər və istifadəçilər tərəfindən faktiki olaraq istifadə edilsə də, müvafiq dövlət qurumları tərəfindən rəsmi olaraq istismara qəbul edilmədiyinə görə qeyd edilən qeyri-yaşayış obyektinin də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı başa çatmamışdır və bununla da Cavabdeh2 tərəfindən tərəflər arasındakı razılaşmanın şərtlərinin icrası qeyri mümkün olmuşdur. Belə qeyri-müəyyənliyin aradan qaldırılması üçün tərəflər həmin qeyri-yaşayış obyekti üzərində Cavabdeh2 məxsus olan Cavabdeh1 MTK-dakı pay hüquqlarının İddiaçı adına rəsmiləşdirmək yolu ilə həll edilməsi barədə razılığa gəldikdən sonra, Cavabdeh1 MTK-nın da buna razılığı alınmışdır. Bundan sonra, Cavabdeh2 06 oktyabr 2021-ci il tarixli ərizə ilə Cavabdeh1 MTK-ya müraciət edərək, yuxarıda adı çəkilən qeyri-yaşayış obyekti üzərində hüquqlarından İddiaçı xeyrinə imtina etməklə, sonuncunun MTK-ya payçı kimi qəbul edilməsini xahiş etmişdir. Müvafiq olaraq da, İddiaçı 04 noyabr 2021-ci il tarixli ərizə ilə Cavabdeh1 MTK-ya müraciət edərək, MTK-ya üzv qəbul edilməsini, qeyri-yaşayış obyektinin onun adına rəsmiləşdirməklə əmlakın ona verilməsini xahiş etmişdir. Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 05 noyabr 2021-ci il tarixli 06 saylı qərarı ilə pay haqqı tam ödənilmiş kooperariv üzvü Cavabdeh2 06 oktyabr 2021-ci il tarixli ərizəsi əsasında o, kooperativdəki üzvlükdən azad edilmiş, qeyri-yaşayış obyektinin üzərində pay hüququna əsaslanan üzvlük hüquqlarının İddiaçı verilməklə, sonuncuya gələcəkdə qeydiyyat sənədinin verilməsi üçün əsas olan "protokoldan çıxarış" və "maliyyə arayışı"nın verilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra isə, "xxxx" MTK tərəfindən inşa edilmiş həmin bina müvafiq dövlət qurumları tərəfindən istismara qəbul edilmişdir və İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək, əmlakın öz adına rəsmiləşdirilməsini yekunlaşdılırmışdır. Pay hüquqlarının İddiaçı adına rəmiləşdirilməsi başlanan zaman, Cavabdeh1 MTK-nın rəhbərliyi, payın, müvafiq olaraq da qeyri-yaşayış obyektinin Cavabdeh2 Cavabdeh1 MTK-ya verilməsi prosesini başa çatdırmalı, daha sonra isə İddiaçı adına rəsmiləşdirilməli və əmlakın faktiki təhvil verilməsi prosesi baş verməli idi. İddiaçı tərəfindən əmlak adına rəsmiləşdirmə işi başa çatdıqdan sonra, həmin obyektın tam istifadə edə bilmədiyi müəyyən edillmişdir. Belə ki, obyektin ərazısındə çoxlu sayda mebel və avadanlıqların olduğu və həmin əmlakların çıxarılmadığı müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh2 irad bildirildikdə, sonuncu əmlakın Cavabdeh1 MTKya təhvil verildiyindən, buna MTK-nın cavabdeh olduğunu bildirmişdir. Cavabdeh1 MTK tərəfindən isə öz növbəsində, həmin əmlakların ləğv prosesində olan Nümayəndə1 ASCyə məxsus olmasını bildirmişlər. Bundan sonra, İddiaçı tərəfindən Nümayəndə1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna 10 may 2022-ci il tarixli məktubla müraciət edərək, əmlakın boşaldılmasını xahiş etmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondu tərəfindən müraciət təmin edilməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə Nümayəndə1 ASC arasında 1 və 2 nömrəli lizinq müqavilələri imzalanmışdır. 1 nömrəli müqavilə 08 iyul 2002-ci il tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov 380 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən 724 kv.m ofisin lizinqə verilməsindən ibarətdir. 2 nömrəli müqavilə 20 aprel 2005-ci il tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov 380 ünvanında ATRA MTK tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsində yerləşən 471 kv.m ofisin lizinqə verilməsindən ibarətdir. Hər iki müqavilənin 14.1-ci maddəsində aşağıdakı müddəa qeyd edilmişdir: “Bu müqavilə ilə müəyyən edilən bütün lizinq ödənişləri və lizinq verənin lizinq alana qarşı digər pul tələbləri vaxtlı-vaxtında tamamən ödəndikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Lizinq Müqavilələri üzrə ödənilməsi nəzərdə tutulmuş dövri lizinq ödənişləri ödənilmişdir. Belə ki, ümümi ödənilməli olan vəsait lizinq alan tərəfindən lizinq verənin Nümayəndə1 ASC-dəki hesabına köçürülmüşdür. Daha sonra Lizinq Müqavilələrinin şərtləri nəzərə alınmaqla 12 oktyabr 2005-ci il və 29 dekabr 2005-ci il tarixlərində ümumi dəyəri 860508 manat (1-ci mərtəbə), 30 iyun 2006-cı il tarixdə isə ümumi dəyəri ******* manat (2-ci mərtəbə) olan lizinq obyektləri lizinq alanın balansına əsas vəsait kimi götürülüb. Lakin Cavabdeh1 MTK tərəfindən inşa edilmiş həmin bina sakinlər və istifadəçilər tərəfindən faktiki olaraq isitifadə edilsə də, müvafiq dövlət qurumları tərəfindən rəsmi olaraq istismara qəbul edilmədiyinə görə qeyd edilən qeyri-yaşayış sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı başa çatmamışdır və buna görədə lizinq obyektləri lizinq alanın balansına əsas vəsait kimi götürülsə də, Bank tərəfindən əmlakın rəsmləşdirilməsi yekunlaşdırılmamışdır. Həmçinin qanunvericiliklə lizinq hüquqlarının dövlət reyestrində qeydiyyatını aparmaq üçün ilk növbədə lizinq obyektlərinin yerləşdiyi və satıcı tərəfindən inşa edilmiş binanın (kompleksinin) istismarına icazə verilməsi və müvafiq tikintilər reyestrinə daxil edilməsi tələb olunduğundan, məhz bu səbəbdən lizinq müqavilələri bağlandığı an lizinqin qeydiyyatı mümkün olmamışdır. Lizinq alanın lizinq müqavilələri üzrə öhdəlikləri tam icra olunacağı təqdirdə, onun qanuna əsasən balansında olan lizinq obyektləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaq hüququ yaranır. Müvafiq olaraq, lizinq alan Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi məqsədilə qanuna əsasən balansında olan lizinq obyektləri üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatından keçirməlidir. Lizinq obyektlərinin lizinq alanın mülkiyyətinə rəsmiləşdirilməsi, eləcə də əmanətçilər və sair kreditorlar qarşısında öhdəliklərin icra etmək məqsədi ilə özgəninkiləşdirilməsi üçün hüquqi əsası mövcudur. Lizinq obyektlərinin lizinq alanın mülkiyyət hüququ olduğu halda alqı-satqı müqaviləsi əsasında üçünçü bir şəxsin (İddiaçı ) mülkiyyətinə verilməsi əsassızdır. İddiaçı əmlaklar üzərində hüquqları etibarsız əqd əsasında həyata keçirildiyindən daşınmaz əmlaka hüquqları əsassızdır. Cavabdeh1 MTK-dakı payların İddiaçı keçməsi qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməmişdir. Digər tərəfdən həmin qeyri-yaşayış sahələri Nümayəndə1 ASC-nin fəaliyyəti dövründə bankın baş ofisi olmuşdur. Ümumiyyətlə, daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququndan irəli gələrək əmlakların boşaldılması barədə iddanın hüququ əsası yoxdur. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və ləğv prosesində olan Nümayəndə1 ASC arasında bağlanmış və ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanaın 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri yaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408,6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) lizinqə verilməsi barədə bağlanmış 08 iyul 2002-ci il tarixli, 1 nömrəli və 20 aprel 2005-ci il tarixli 2 nömrəli lizinq müavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 MTK təəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri yaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz etirazını daşınmaz əmlakın ilkin sahibliyinin və lizinq müqavilələrindən irəli gələn hüquqlarının Nümayəndə1 ASC-yə aid olması baxımından İddiaçı əmlaklar üzərində hüquqlarını etibarsız əqd əsasında həyata keçirildiyini və müvafiq olaraq da daşınmaz əmlaka hüquqlarının əsassız olması ilə əsaslandırmişdir. Etirazda həmçinin, Cavabdeh1 MTK-dakı payların İddiaçı qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməməsini, həmin qeyri-yaşayış sahələrinin Nümayəndə1 ASC nin fəaliyyəti dövründə bankın baş ofisi olduğunu, ümumiyyətlə, daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququmuzdan irəli gələrək əmlakların boşaldılması barədə iddanın hüququ əsasının olmamasını göstərmişdir. Etirazla birlikdə təqdim edilmiş 08 iyul 2002-ci il tarixli 1 nömrəli Lizinq müaviləsinə əsasən lizinq verən Cavabdeh2 lizinq alan Nümayəndə1 ASC -yə (idarə heyəti sədri qismində yenə Cavabdeh2 imza etməklə) müqavilənin 1 saylı əlavəsində göstərilən lizinq obyekti olan Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi 380-cı məhəllədə Cavabdeh1 MTK tərəfindən tikilən çoxmərtəbəli binanın 315,4 kv.m zirzəmi və 408.6 kv.m 1-ci mərtəbədə yerləşən 742 kv.m ümumi sahəli daşınmaz əmlakı 12 il 2 ay (146 ay) müddətinə **********0 AZM (11046075,49 AZN) məbləğində lizinq ödənişi etmək qarşılığında lizinqə verir. Etirazla birlikdə təqdim edilmiş 20 aprel 2005-ci il tarixli 2 nömrəli Lizinq müaviləsinə əsasən lizinq verən X4 lizinq alan Cavabdeh1 SKB ASC-yə (idarə heyəti sədri qismində yenə Nədiyev E.N. imza etməklə) müqavilənin 1 saylı əlavəsində göstərilən lizinq obyekti olan Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi 77-də (380-cı məhəllə) Cavabdeh1 MTK tərəfindən tikilən çoxmərtəbəli binanın 2-ci mərtəbəsində olan 471 kv.m ümumi sahəli daşınmaz əmlakı 9 il 6 ay (114 ay) müddətinə 107599542,342 AZM (21398408,47 AZN) məbləğində Lizinq ödənişi etmək qarşılığında Lizinqə verir; Obyektin yerləşdiyi binanı tikən, onun üzərində sərəncam verən Cavabdeh1 MTK və Lizinq alan qismində iştirak edən Cavabdeh1 SKB ASC-nin əsas payçısı və səhmdarı X6 olmaqla hazırkı müqavilədə də hər iki tərəfdən iştirak edir; Hər 2 müqavilənin 1 saylı əlavələrinə görə Lizinq obyekti daşınmaz əmlak olaraq qeyri-yaşayış sahəsindən ibarətdir; 1 nömrəli müqavilə 08 iyul 2022-ci il tarixində bağlandığı göstərilsə də müqaviləyə 1 saylı əlavəyə əsasən Lizinq ödənişlərinin 08 yanvar 2002-ci tarixindən aparılmalı olduğu qeyd edilir; Hər 2 müqavilənin 4.1-ci bəndinə əsasən lizinq obyektinin lizinq verənin mülkiyyətində olduğu qeyd edilsə də, mülkiyyət hüquqlarının yaranma əsasını təsdiq edən hər hansı bir sənədə istinad edilməmişdir; Hər 2 müqavilənin 14.1-ci bəndinə əsasən lizinq ödənişləri tam icra edildiyi halda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir; Hər 2 lizinq müqaviləsi üzrə lizinq ödənişləri tam icra edilməmişdir; Müqavilələrdən heç biri notariat qaydasında təsdiq edilməmişdir; Müqavilələrdən heç biri üzrə lizinq obyekti üzərində lizinq hüquqlarının qeydiyyatı aparılmamışdır; Lizinq obyekti lizinq alanın balansında əks olunmamışdır; Lizinq obyekti ləğv prosesində olan bankın aktivləri siyahısına daxil edilməmişdir. Həmin lizinq müqavilələri aşağıda göstərilənlərə əsasən etibarsizdır. Belə ki, müqavilələr üzrə lizinq obyektinin lizinq məqsədləri üçün alınmasının müəyyən edilməməsi, lizinq verən fiziki şəxsin lizinq müqaviləsi üzrə lizinq verən qismində iştirak etmək hüququnun olmaması, lizinq obyektinin daşınmaz əmlak olaraq qeydiyyatdan keçmədiyindən müqavilə predmeti lizinq obyekti ola bilməməsi, lizinq müqaviləsi üzrə hüququların qeydiyyata alınmaması, lizinq ödənişlərinin tam icra edilməməsi və lizinq ödənişlərinin icrasının başlanma tarixinin müqavilənin bağlanma tarixindən əvvələ göstərilməsi, lizinq obyektinin lizinq verənin balansında əks olunmaması və ləğvetmə zamanı aktivlər siyahısına əlavə edilməməsi gösərilən müqavilənin formal, uydurma olduğunu sübut etməklə, həmin müqavilələrin etibarsız hesab edilməsi üçün əsasdır. Bundan başqa lizinq müqaviləsi üzrə lizinq alan və lizinq verən tərəf eyni şəxsdir. Yəni, Cavabdeh2 müqavilədə fiziki şəxs kimi lizinq verən və həmçinin, sahib olduğu bankın idarə heyəti sədri kimi lizinq alan qismində iştirak edir. Bununla belə, lizinq obyekti nə balans əmlak kimi əks edilmiş, nə də ləğv prosesində olan bankın aktivləri kimi siyahıya salınmamışdır. Cavabdeh2lə məhkəmədən kənar danışıq zamanı bildirmişdir ki, hazırki lizinq müqavilələrinin bağlanmasina səbəb, əldə edilən lizinq ödənişlərinin nizmnamə kapitalının artırılmasına yönəltmək olmuş, həmin vəsait həqiqətən bankın nizmnamə kapitalına qoyularaq, bankın dövriyyəsinə yönəldimişdir. Lakin, Mərkəzi Bank tərəfində aparılmış yoxlama nəticəsində göstərilən nizamnamə kapitalının artırılması sxeminin qanunvericiliyin tələblərinə uyğun olmaması əsas götürülməklə bankın ləğvinə qərar verilmişdir. Başqa sözlə, lizinq müqavilələri əsl hüquqi nəticə yaratmaq niyyəti ilə baglanmamış, pərdələnmiş əqd olmuşdur. Müqavilənin hər iki tərəfindən eyni şəxsin iştirak etməsi və daşınmaz əmlakın qeydiyyatı olmadan müqavilə predmeti olması isə lizinq müqaviləsi üzrə hüquqi nəticənin yaratmaq qabiliyyəti olmadığını sübut edir. Bankın lisenziyasının Mərkəzi Bank tərəfindən ləğv edilməsinin səbəblərindən biri də elə həmin lizinq müqavilələrinin nəzərə alınmaması olmuşdur. Bundan başqa, iş materiallarında olan lizinq müqavilələrinin surətlərindən onların notariat qaydasında təsdiqlənməsi müəyyən edilməməklə, həmin lizinq müqavilərindən göründüyü kimi, sözdə “lizinq” adlanan müqavilənin predmetini təşkil edən əmlakların heç biri daşınmaz əmlak kimi qeydiyyata alınmamış, reyestrə daxil edilməmişdir. Həmçinin lizinq müqaviləsi üzrə müəyyən edilən hüquqlar da qeydiyyata alınmamışdır. Yəni, lizinq müqaviləsinin predmetini təşkil edən əmlak rəsmi reyestrdə qeydiyyata alınmadığından lizinq müqaviləsinin predmeti ola bilməzdi və müqavilə müvafiq qaydada təsdiq edilmədiyindən və reysterdə qeydiyyata alınmadığından istifadə və sahiblik hüquqlarının lizinq müqaviləsi üzrə verilməsi üçün əsas ola blməzdi. Beləliklə, lizinq müqavilələri üzrə lizinq obyektini daşınmaz əşya təşkil etdiyini də nəzərə alaraq, həmin dövrdə qüvvədə olmuş qanunvericilik aktlarına əsasən müəyyən edilir ki, lizinq müqaviləsi üçün tələb edilən subyekt tərkibi mövcud deyil, belə ki, müqavilə üzrə tərəflər qanunvericiliyin tələbləri üzrə lizinq müqaviləsinin subyekti ola bilməzdilər, lizinq müqaviləsi üçün tələb edilən predmet tərkibi mövcud deyil, belə ki, daşınmaz əmlak yalnız rəsmi qeydiyyata alındıqdan sonra lizinq müqaviləsinin predmeti ola bilərdi və lizinq predmetinin də yenidən lizinq üzrə yüklülüyü həyata keçirilməli idi, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq ödənişləri tam və vaxtında icra edilmədiyindən lizinq alanın əmlaka mülkiyyət hüququnun tələb etmək hüquqnu itirmişdir. Eyni zamanda, müqavilə tərəflərinin eyni şəxs olması ilə, başqa münasibətləri pərdələmək və əsl məqsəd olmadan görüntü üçün bağlandığından lizinq müqavilələrinin formal - uydurma əqd anlayışının təsiri altına düşdüyü də müəyyən olunur. Bundan sonra Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK-dakı pay hüququnun tanınması, Cavabdeh1 MTK-nin ümumi yığıncağının 05 noyabr 2011-ci il tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi və həmin protokol əsasında əldə edilmiş İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşlılıqlı iddia ərizəsi ilkin iddia ərizəsinə etirazda göstərilən xüsusatlarla əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini, ilkin iddia ərizəsində göstərilən xüsusatlarla eyni məzmunlu izahat verdi. Cavabdeh ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi. Həm ilkin, həm də qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, lizinq müqavilələri formal olaraq bağlanmışdı. Belə ki, əmlakı satan "xxxx" MTK və lizinq alan "xxxx" ASC-nin əsas payları, səhmləri ona məxsus olmuşdur. Bankın rəhbəri və əmlak sahibi kimi də onun özü çıxış etmiş və hər iki tərəfdən müqaviləni tərəf kimi o, imzalamışdır. Əmlakın lizinq vasitəsilə banka verilməsinin məqsədi bankın nizamnamə kapitalının artırılması olmuşdur. Lizinq ödənişlərinin də hamısı kapital artımına yönəldilmişdir. Lakin, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2015-ci ilin sonlarında aparılmış yoxlamalar zamanı göstərilən mexanizm üzrə kapital artımı nəzərə alınmadığından lizinq müqavilələri də ləğv edilmiş, lizinq əmlakı və müqavilələri balans göstəricilərindən çıxararılmış, həmin əmlak ləğvetmə aktivləri siyahısına daxil edilməmişdir. Məhz bunun nəticəsində Mərkəzi Bank tərəfindən 28 yanvar 2016-cı il tarixdə "xxxx" ASC-nin bağlanması barədə qərar qəbul edilmişdir. Yəni, göründüyü kimi həmin müqavilələr mövcud deyildir. Mərkəzi Bank tərəfindən həmin lizinq müqavilələri nizamnamə kapitalının formalaşdırılmasında nəzərə alınmadığına görə həmin müqavilələr artıq əhəmiyyət daşımadığı üçün müqavilələrin əsli də məhv edilmişdir. Yəni, mövcud olmayan müqavilənin etibarsız edilməsi də qeyri mümkündür. İkincisi, iddianın "əmlakın boşaldılması" hissəsində də iddia qəbul edilməzdir. Belə ki, həqiqətən o, ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri yaşayış obyektini (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) iddiaçıya satarkən binanın içərisində səhmdarı olduğum "xxxx" ASC - yə məxsus əmlaklar olmuşdur. Qeyri-yaşayış sahəsinin rəsmi qeydiyyatı olmadığından mən əvvəlcə əmlakı "xxxx" MTK-ya qaytarmış, iddiaçı isə əmlakı MTK-dan almışdır. Həmin binanın içərisindəki əşyaların banka aid olduğunu İddiaçı və MTK-ya deməsə də, həmin əmlakın 1-2 aya boşaldılacağını bildirmişdir. Çünki bu barədə ona Əmanətlərin Sığortalanması Fondundan deyilmişdi. Həmin əmlaklar, göstərilən ünvanda bank fəaliyyətdə olarkən yerləşdirilmişdi və bank ləğv edildikdən sonra çıxarılmalı idi. Lakin, həmin əmlaklar bankın ləğv edilməsindən uzun müddət keşməsinə baxmayaraq, hələ də binadan çıxarılmamışdır. Göründüyü kimi nə daşınar, nə da daşınmaz əmlaklar ona məxsus deyildir. Cavabdeh1 MTK-nın nümayəndəsi Nümayəndə2 ilkin iddianı qismən qəbul etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, qeyri – yaşayış sahəsində olan əşyaların Cavabdeh1 MTK-ya aidiyyəti yoxdur. Reyestrdən çıxarışın verilməsi üçün əsas protokol, protokolun əsası isə İddiaçı və Cavabdeh2 arasında həmin qeyri - yaşayış sahəsi üzrə müqavilə və razılığın olması, eyni zamanda MTK-ya payçı kimi qəbul edilməsi üçün ərizəsidir. İş materiallarında olan: Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 06 saylı, 05 noyabr 2021-ci il tarixli protokolundan çıxarışların surətindən görünür ki, pay haqqını tam ödəmiş kooperativin üzvü Cavabdeh2 öz xahişi ilə kooperativ üzvlüyündən azad edilməsi və payının - ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyriyaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408,6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) başqa şəxsə – İddiaçı adına keçirilməsi, ona qeydiyyat sənədinin və maliyyə arayışının verilməsinin təmin olunması qərara alınmışdır. 07 dekabr 2021-ci il tarixdə ********** və ********** qeydiyyat nömrələri ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, sahələri müvafiq olaraq 723,5 və 435,1 kv.m təşkil edən qeyri – yaşayış sahələri üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. 08 iyul 2002-ci il tarixli, 1 №-li lizinq müqaviləsinin və həmin müqaviləyə 1 №-li əlavənin kserosurətindən görünür ki, lizinq verən – Cavabdeh2 lizinq obyektini – Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-cı məhəllədə tikilən Cavabdeh1 MTK-da ümumi sahəsi 724 kv.m olan zirzəmi və 1-ci mərtəbədəki qeyri - yaşayış sahəsini satıcıdan əldə etməyi (bu müqavilə bağlanarkən lizinq obyektinin lizinq verənin mülkiyyətində olan hallar istisna təşkil edir) və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana - "xxxx" X3 müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib lizinq ödənişlərini icra etməyi öhdələrinə götürmüşlər. 08 iyul 2002-ci il tarixli, 1 №-li lizinq müqaviləsinin və həmin müqaviləyə 1 №-li əlavənin kserosurətindən görünür ki, lizinq verən – Cavabdeh2 lizinq obyektini – Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-cı məhəllədə tikilən Cavabdeh1 MTK-da ümumi sahəsi 471 kv.m olan 2-ci mərtəbədəki qeyri - yaşayış sahəsini satıcıdan əldə etməyi (bu müqavilə bağlanarkən lizinq obyektinin lizinq verənin mülkiyyətində olan hallar istisna təşkil edir) və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana - "xxxx" X3 müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib lizinq ödənişlərini icra etməyi öhdələrinə götürmüşlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İlkin iddia aşağıdakı tələblərdən ibarətdir: 08 iyul 2002-ci il tarixli, 1 nömrəli və 20 aprel 2005-ci il tarixli 2 nömrəli lizinq müqavilələrinin etibarsız hesab edilməsi; Cavabdeh1 MTK təəfindən İddiaçı məxsus qeyri – yaşayış sahəsinin boşaldılması. Qarşılıqlı iddia aşağıdakı tələblərdən ibarətdir: Cavabdeh1 MTK-dakı pay hüququnun tanınması; Cavabdeh1 MTK-nin ümumi yığıncağının 05 noyabr 2011-ci il tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi və həmin protokol əsasında əldə edilmiş İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi. İstər MPM-də, istərsə də plenum qərarında formalaşdırılmış hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia üzrə iddia qaldırmış şəxslərin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 07 dekabr 2021-ci il tarixdə ********** və ********** qeydiyyat nömrələri ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mübahisə predmeti olan daşınmaz əmlaklar üzərində İddiaçı mülkiyyət hüququ qeydə alındığından və tələblər həmin əmlaklara bağlı olduğundan sonuncunun bu tələbləri irəli sürmək üçün subyektiv hüququ mövcuddur. Qarşılıqlı iddiada irəli sürülmüş tələblərin əsasını 08 iyul 2002-ci il tarixli, 1 nömrəli və 20 aprel 2005-ci il tarixli 2 nömrəli lizinq müqavilələri təşkil etdiyindən məhkəmə hesab edir ki, ilkin olaraq həmin müqavilələrə hüquqi cəhətdən qiymət verilməlidir və bu xüsusatlar həmçinin, ilkin iddianın lizinq müqavilələrinin etibarsız hesab edilməsi hissəsi ilə birlikdə qiymətləndirilməlidir. 2002-ci il tarixli müqavilə bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müddətə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasıına əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Məhkəmə həm qarşılıqlı iddia ərizəsində irəli sürülən tələbləri, həm də ilkin iddianın lizinq müqavilələrinin etibarsız hesab edilməsi hissəsini yuxarıda göstərilən normaların məzmununa əsasən qiymətləndirərkən iddiaçının arqumentləri ilə razılaşır. Həqiqətən də işin faktiki halları ilə təsdiq olunur ki, 1 nömrəli müqavilə 08 iyul 2022-ci il tarixində bağlandığı göstərilsə də müqaviləyə 1 saylı əlavəyə əsasən Lizinq ödənişlərinin 08 yanvar 2002-ci tarixindən aparılmalı olduğu qeyd edilir. Bundan başqa müqavilələrin 4.1-ci bəndinə əsasən lizinq obyektinin lizinq verənin mülkiyyətində olduğu qeyd edilsə də, mülkiyyət hüquqlarının yaranma əsasını təsdiq edən hər hansı bir sənədə istinad edilməmişdir və həmin dövrdə əmlak üzərində ümumiyyətlə hər hansı bir hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını təsdiq edən hər hansı bir sənəd mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Lakin mübahisə predmeti olan müqavilələr notariat qaydasında təsdiq edilməmiş və lizinq obyekti üzərində lizinq hüquqlarının qeydiyyatı aparılmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə lizinq müqvilələrinin əsli, lizinq obyektinin lizinq alanın balansında əks olunması, ləğv prosesində olan bankın aktivləri siyahısına daxil edilməsi barədə sübut təqdim olunması təklif olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, həm ilkin, həm də qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədə lizinq müqavilələrinin formal olaraq bağlandığını, əmlakın lizinq vasitəsilə banka verilməsinin məqsədinin bankın nizamnamə kapitalının artırılması olduğunu, lizinq ödənişlərinin kapital artımına yönəldildiyini, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2015-ci ilin sonlarında aparılmış yoxlamalar zamanı göstərilən mexanizm üzrə kapital artımı nəzərə alınmadığından lizinq əmlakı və müqavilələrin balans göstəricilərindən çıxararıldığını, həmin əmlakların ləğvetmə aktivləri siyahısına daxil edilmədiyini, məhz bunun nəticəsində Mərkəzi Bank tərəfindən 28 yanvar 2016-cı il tarixdə "xxxx" ASC-nin bağlanması barədə qərar qəbul edildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə Cavabdeh2 ərizəsində qeyd olunan xüsusatları iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərkən lizinq müqaviləsinin əslinin, lizinq obyektinin lizinq alanın balansında əks olunması, ləğv prosesində olan bankın aktivləri siyahısına daxil edilməsi barədə sübut təqdim olunmamasını da nəzərə alaraq həmin xüsusatların düzgün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Qeyd olunanları həm qanunvericiliyin tələbləri, həm də plenum qərarlarında əks olunan hüquqi mövqe baxımından qiymətləndirərək məhkəmə hesab edir ki, 08 iyul 2002ci il tarixli, 1 nömrəli və 20 aprel 2005-ci il tarixli 2 nömrəli lizinq müqavilələri əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməli, əhəmiyyətsiz əqdlərin bağlandığı andan etibarsız olması nəzərə alınmaqla Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası rədd olunmalıdır. Məhkəmə hesab edir ki, ilkin iddianın Cavabdeh1 MTK təəfindən İddiaçı məxsus qeyri – yaşayış sahəsinin boşaldılması hissəsində hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi (əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.) təşkil edir və həmin normanın tələbi baxımından ilkin iddia həmin hissədə də təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1nə, Cavabdeh2 və Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilələrin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə ilkin iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 X5 arasında bağlanmış 08 iyul 2002-ci il tarixli, 1 nömrəli və 20 aprel 2005-ci il tarixli, 2 nömrəli lizinq müqavilələri etibarsız hesab edilsin. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən boşaldılsın. Ləğv prosesində olan Nümayəndə1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı, Cavabdeh1nə və Cavabdeh2 qarşı protokoldan çıxarışın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3727/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3727/2022
13.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver