Məhkəmə qərarları › İş №e-2-2(113)-373/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-373/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-373/2025 20.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı xxxxnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" X20 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə) qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" X20 Cəmiyyəti cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh1nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci tarixli DKM/**********120/İM-1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488,9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (1-ci ipoteka predmeti), xx.xx.2021-ci il tarixli DKM-**********04120/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488,9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (2-ci ipoteka predmeti), xx.xx.2020-ci il tarixli DKM/**********04120/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və cavabdeh X2 mülkiyyətində olan və sonuncunun Bakı şəhəri, Xətai rayonu, 2948-ci məhəllə, Xudu Məmmədov küçəsində istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən 2D nömrəli, 3 mərtəbəli, 1334,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına (3-cü “İpoteka predmeti”), xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinə (4-cü “İpoteka predmeti”) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı ******* (bir milyon səkkiz yüz altmış dörd min) manat məbləğində əsas borcu, xx.xx.2023cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanmış 39375 (otuz doqquz min üç yüz yetmiş beş) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 114700,5 (yüz on dörd min yeddi yüz manat əlli qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 159306,25 (yüz əlli doqquz min üç yüz altı manat iyirmi beş qəpik) manat məbləğində penya olmaqla, cəmi 2177381,75 (iki bir milyon yüz yetmiş yeddi min üç yüz səksən bir manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 372 (üç yüz yetmiş iki) manat məbləğində çəkilmiş xərc və iddia ərizəsinin verilməsinə görə 1878,69 (min səkkiz yüz yetmiş səkkiz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Maraqlı şəxs (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə (həmin müqaviləyə xx.xx.2021-ci il tarixli, 01 nömrəli, xx.xx.2021-ci il tarixli, 02 nömrəli və xx.xx.2022-ci il tarixli, 03 nömrəli əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit müqaviləsi” adlandırılacaq) əsasən iddiaçı tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 12% (on iki faiz) ödənilməsi şərtilə ******* (iki bir milyon altmış min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Maraqlı şəxs öhdəliklərinin icrasını təmin etmək məqsədilə: 1. İddiaçı ASC "xxxx" Bankı, borcalan Maraqlı şəxs və cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində sonuncunun istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən və ona mülkiyyət hüququ əsasında məxsus olan 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488,9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin (bundan sonra “1-ci İpoteka predmeti” adlandırılacaq) ipotekaya qoyulması barədə xx.xx.2021-ci il tarixli DKM/**********04120/İM- 1 nömrəli ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli və xx.xx.2022-ci il tarixli 02 nömrəli Əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “1-ci İpoteka müqaviləsi” adlandırılacaq), 2. İddiaçı ASC "xxxx" Bankı, borcalan Maraqlı şəxs və cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində sonuncunun istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən və ona mülkiyyət hüququ əsasında məxsus olan 4E nömrəli, 3 mərtəbəli, ümumisahəsi 488,9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin (bundan sonra “2-ci ipoteka predmeti” adlandırılacaq) ipotekaya qoyulması barədə xx.xx.2021-ci il tarixli DKM/**********04120/İM- 2 nömrəli İpoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli və xx.xx.2022-ci il tarixli 02 nömrəli əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “2-ci ipoteka müqaviləsi” adlandırılacaq), 3. İddiaçı ASC "xxxx" Bankı, borcalan Maraqlı şəxs və digər cavabdeh X7 arasında sonuncunun Bakı şəhəri, Xətai rayonu, 2948-ci məhəllə, Xudu Məmmədov küçəsində istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən və ona mülkiyyət hüququ əsasında məxsus olan 2D nömrəli, 3 mərtəbəli, 1334.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının (bundan sonra “3-cü İpoteka predmeti” adlandırılacaq) sonrakı ipotekaya qoyulması barədə xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2021-ci il tarixli, 01 nömrəli və xx.xx.2022-ci il tarixli, 02 nömrəli əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “1-ci sonrakı ipoteka müqaviləsi” adlandırılacaq), 4. İddiaçı ASC "xxxx" Bankı, borcalan Maraqlı şəxs və digər Cavabdeh2 arasında sonuncunun mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinin (bundan sonra “4-cü ipoteka predmeti” adlandırılacaq) sonrakı ipotekaya qoyulması barədə xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2021-ci il tarixli, 01 nömrəli və xx.xx.2022-ci il tarixli, 02 nömrəli əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “2-ci sonrakı ipoteka müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Qeyd edilən ipoteka predmetlərinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına 1-ci, 2-ci, 3-cü və 4-cü ipoteka predmetləri üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Borcalan Maraqlı şəxs kredit müqaviləsinin 2.4-cü bəndinə, həmçinin həmin müqavilənin 1 nömrəli Əlavəsi olan ödəniş cədvəlinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin ödənilməsini hər ayın 29dan gec olmayaraq, əsas borc məbləğinin qaytarılmasını isə 36 (otuz altı) ay müddəti bitənədək həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin borcalan öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə kreditin verilməsi müddətinin xx.xx.2023-cü il tarixində bitməsinə baxmayaraq, əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borca hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borcalan Maraqlı şəxs iddiaçı qarşısında ******* (bir milyon doqquz yüz on dörd min üç yüz yetmiş beş) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da ******* (bir milyon səkkiz yüz yetmiş beş min) manatı vaxtı keçmiş əsas borc məbləğindən, 39375 (otuz doqquz min üç yüz yetmiş beş) manatı isə hesablanmış və ödənilməmiş adi faiz borc məbləğindən ibarət olmuşdur. Qeyd edilən tarixdən sonra borcalan tərəfindən 11000 (on bir min) manat məbləğində ödəniş edilmiş və həmin ödəniş vaxtı keçmiş əsas borc məbləğinin bir hissəsinin qaytarılmasına yönəldilmişdir. Bundan əlavə borcalan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə qeyd edilən məbləğ 159306,25 (yüz əlli doqquz min üç yüz altı manat iyirmi beş qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə borcalan Maraqlı şəxs tərəfindən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulduğuna görə iddiaçının öz tələblərini “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak obyektləri hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq borcalan Maraqlı şəxs kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlərə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında müvafiq olaraq xx.xx.2024-cü il tarixli, BO-XO-24.5.2024- 010 nömrəli (X7), BO-XO-24.5.2024-011 nömrəli (Cavabdeh2), BO-XO-24.5.2024-008 və BO-XO-24.5.2024-009 nömrəli ("xxxx" MMC) bildirişlər göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğlərinin ipoteka predmetləri hesabına ödənilməsi üçün ipoteka predmetlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli, BO-XO- 24.5.2024-010 nömrəli, BO-XO-24.5.2024-011 nömrəli, BO-XO-24.5.2024- 008 nömrəli və BO-XO-24.5.2024-009 nömrəli bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq xx.xx.2024-cü il tarixli, BOXO-31.5.2024-006 nömrəli, BO-XO-31.5.2024- 005 nömrəli, BO-XO-31.5.2024-007 nömrəli və BO-XO-34.5.2024-004 nömrə ərizələr ilə müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi və 4 saylı Abşeron Ərazi İdarələrinə müraciətlər edilmiş və həmin İdarələr tərəfindən bildirişin qeydə alınması həyata keçirilmişdir. İddiaçı tərəfindən cavabdehlərə ipoteka qoyulmuş əmlak obyektlərinin satılması və iddiaçının yuxarıda qeyd edilən tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi cavabdehlər tərəfindən göstərilən istiqamətdə heç bir əməli addım atılmamışdır. İddiaçı ilə borcalan Maraqlı şəxs arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək, daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Bu əsasla hazırkı iddia ərizəsinə iddiaçı tərəfindən kreditləşmə müddətinin bitməsi tarixindən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər olan dövr (xx.xx.2023xx.xx.2024-cü illəri əhatə edən dövr üçün) ərzində borcalanlara iddiaçı tərəfindən verilmiş kreditlər (“ASC "xxxx" Bankında verilən biznes krediti bank məhsulunun Pasportu”) barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, biznes məqsədləri üçün bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 10.8% faiz təşkil edir. Qeyd olunana əsasən bank kreditləşmə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixədək əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 114700,50 (yüz on dörd min yeddi yüz manat əlli qəpik) manat təşkil edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34, 36, 39.1, 39.3, 59.3, 59.4,-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında” iddiaya dəyişiklik edilməsi barədə ərizə verərək, xx.xx.2021-ci tarixli DKM/**********120/İM- 1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC- yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488,9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (1-ci ipoteka predmeti), xx.xx.2021-ci il tarixli, DKM-**********04120/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488,9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (2-ci ipoteka predmeti) və xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinə (4-cü ipoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 823000 (səkkiz yüz iyirmi üç min) manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanmış 39375 (otuz doqquz min üç yüz yetmiş beş) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 238091,40 (iki yüz otuz səkkiz min doxsan bir manat qırx qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 330682,50 (üç yüz otuz min altı yüz səksən iki manat əlli qəpik) manat məbləğində penya olmaqla, cəmi 1431148,90 (bir milyon dörd yüz otuz bir min yüz qırx səkkiz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 372 (üç yüz yetmiş iki) manat məbləğində çəkilmiş xərcin iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ilk öncə 4 ipoteka predmeti olub, 1 ədəd əmlak satılıb və o tələbdən çıxarılıb, həmin əmlakın mülkiyyətçisi də cavabdehlər sırasından çıxarılıbdır. Hazırda 3 ədəd ipoteka predmeti var.

7. ASC "xxxx" Bankı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank borc alana 12 (on iki) ay müddətinə, illik 12% ödənilməsi şərtilə, ******* manat məbləğində kredit verməyi, borc alan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faziləri banka ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit xətti açılmasının məqsədi: borc alanın təsisçisi olduğu "xxxx" MMC-nin və "xxxx" MMC-nin faiz borcları üzrə öhdəliklərinin yerinə yetirilməsi; 1.3-cü bəndinə əsasən borc alanın müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 saylı və xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 saylı sonrakı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlak obyekti çıxış edir; 2.1ci bəndinə əsasən kredit müqavilənin 3.4.6-cı yarımbəndində göstərilən vəzifə borc alan tərəfindən icra edildikdən sonra 5 iş günü ərzində bank tərəfindən borc alana bankda açılmış AZ35HAJCRAZN**********1002 nömrəli cari hesaba köçürülməklə verilir; 2.4-cü bəndinə əsasən kredti üzrə əsas borc müqavilənin 1.1-ci bəndində göstərilən müddətdə tam həcmdə qaytarılamlı, kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlər isə, ssuda hesabı üzrə borcun yarandığı təqvim ayından başlamaqla, hər ayış 29dan gec olmayaraq ödənilməlidir; 3.4-cü bəndinə əsasən borc alanın müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında və bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə həyata keçirmək vəzifəsi vardır; 4.1-ci bəndinə əsasən müqavilənin 3.4.11-ci yarımbəndində nəzərdə tutulan öhdəlik, həmin yarımbəndlə müəyyən olunan şərtlərlə və qaydada borc alan tərəfindən icra edilmədikdə və yan lazımınca icra edilmədikdə, bank öz mülahizəsinə uyğun olaraq seçdiyi sığorta təşkilatı ilə sığorta müqavilələri bağlamaqala 1.3-cü bənddə göstərilən 1-ci sonrakı ipoteka müqaviləsi, o cümlədən 1.4-cü bənddə müəyyənləşdirilən qaydada bağlanacaq müvafiq təminat müqavilələri üzrə ipoteka predmetlərini öz xeyrinə sığortalayır; 6.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərə görə tam həcmdə ödəməlidir. Müqavilə tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit müqaviləsi üzrə borc alanın üzərinə qoyulmuş öhdəliyin qismən yerinə yetirilməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərinin tənzimlənməsi təşkil edir; 1.2-ci bəndinə əsasən kredit müqaviləsinin 1.3.1-ci bəndinə dəyişiklik edilmiş və aşağıdakı redaksiyada verilmişdir: 1.3.1. xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 nömrəli və xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqavilələri və xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-1, DKM/**********04120/İM-2, DKM/**********04120/İM-3 nömrəli ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlaklar çıxış edir. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditləşmə müddətinin əlavə 12 ay artırılaraq 24 aya çatdırılması ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərinin tənzimlənməsi bu sazişin predmetini təşkil edir; 1.2-ci bəndinə əsasən sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit müqaviləsinin 1.1 və 2.4-cü bəndlərina dəyişiklik edilmiş və aşağıdakı redaksiyada verilmişdir: 1.1. Bu müqaviləyə əsasən bank borc alan 24 ay müddətinə ******* manat məbləğində, kreditdən istifadəyə görə illik 12% ödənilməsi şərtilə kredit verməyi, borc alan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kredit qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür; 2.4. Kredit üzrə əsas borc bu müqavilənin 1.1-ci bədninə göstərilən müddətdə tam həcmdə qaytarılmalı, kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlər isə ssuda hesabı üzrə borcun yarandığı təqvim ayından başlamaqla, hər ayın 29-dan gec olmayaraq ödənilməlidir. Ödənişlərin konkret tarix və məbləğləri müqavilənin saylı əlavəsində göstərilir. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsinə xx.xx.2022ci il tarixli, 03 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditləşmə müddətinin əlavə 12 ay artırılaraq 36 aya çatdırılması və digər məsələlər ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərinin tənzimlənməsi bu sazişin predmetini təşkil edir; 1.2-ci bəndinə əsasən sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit müqaviləsinin 1.1, 1.3, 1.4, 4.1-ci bəndləri və 3.1.4-cü və 3.4.11-ci yarımbəndləri aşağıdakı redaksiyada verilmişdir: 1.1. Bu müqaviləyə əsasən bank borc alana 36 ay müddətinə ******* manat məbləğində kreditdən istifadəyə görə illik 12% ödənilməsi şərtilə kredit verməyi, borc alan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifəadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kredit qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür; 1.3. Borc alanın bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 nömrəli və xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqavilələri və xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-1, DKM/**********04120/İM-2, DKM/**********04120/İM-3 nömrəli ipoteka müqavilələri üzrə ipoteka predmeti olam əmlaklar çıxış edir; 1.4. Borc alan bu müqavilənin imzalanması tarixindən 15 iş günü müddətindən geç olmayaraq "xxxx" MMCyə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsində istifadədə olan 0.03084 ha torpaq sahəsində yerləşən 37C nömrəli, 4 mərtəbəli, 1643,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını müvafiq sonrakı ioteka müqaviləsi üzrə ipoteka ilə bankın xeyrinə yüklü edilməsin təmin etməyi borc alan öz öhdəsinə götürür; 3.1.4. Bu müqavilənin 1.3-cü bəndində göstərilən təminat müqavilələrində, o cümlədən 1.4-cü bəndində müəyyənləşdirilən qaydada bağlanacaq müvafiq təminat müqaviləsində ipoteka predmetlərinin müvafiq sığorta risklərindən sığortalanması üzrə nəzərdə tutulmuş öhdəliklər borc alan tərəfindən həmin müqavilələrə uyğun olaraq icra edimlədikdə və ya lazımınca icra edilmədikdə, ipoteka predmetlərini bu müqavilənin 4-cü maddəsi ilə müəyyənləşdirilən şərtlərə və qaydada müstəqil surətdə sığortalamaq; 3.4.11. Bu müqavilənin 1.3-cü bəndinə göstərilən təminat müqavilələri, o cümlədən 1.4-cü bəndində müəyyənləşdirilən qaydfada bağlanacaq müvafiq təminaq müqaviləsi üzrə ipotek predmetlərinin müvafiq sğorta risklərindən sığortalanması üzrə nəzərədə tutulmuş öhədliklrəin icrasını qeyd edilən müqavilələr ilə müəyyənləşdirilən şərtlərə və qaydada təmin etməklə həmin öhdəliklərin yerinə yetirilməsini təsdiq edən sənədləri banka təqdim etmək; 4.1. Bu müqavilənin 3.4.11-ci yarımbəndinə nəzərdə tutulan öhdəlik, həmin yarəımbənddə müəyyən olunan şərtlərlə və qaydada borc alan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, bank öz mülahizəsinə uyğun olaraq seçdiyi sığrta təşkilatı ilə sığorta müqavilələri bağlamaqla 1.3-cü bənddə göstərilən təminat müqavilələri, o cümlədən 1.4-cü bənddə müəyyənləşdirilən qaydada bağlanacaq müvafiq təçinat üzrə ipotekapredmetlərini öz xeyrinə sığortalayır. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinin məzmunundan müəyyən olunur ki, Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixinədək ASC "xxxx" Bankı-yə kredit müqaviləsi üzrə ******* manat əsas borc, 267800 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat ödəniş edilməlidir. Əlavə tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinin xx.xx.2022-ci il tarixli yeni redaksiyasının məzmunundan müəyyən olunur ki, Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixinədək ASC "xxxx" Bankıyə kredit müqaviləsi üzrə ******* manat əsas borc, 267800 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat ödəniş edilməlidir. Əlavə tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə 2 nömrəli, kredit üzrə faktiki illik faiz dərəcəsi barədə məlumat, FİFD-nin hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı və miqdarı adlı əlavənin məzmunundan müəyyən olunur ki, kredit üzrə FİFD – 13.34% təşkil edir. Əlavə tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə 2 nömrəli, kredit üzrə faktiki illik faiz dərəcəsi barədə məlumat, FİFD-nin hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı və miqdarı adlı əlavənin xx.xx.2021-ci il tarixli yeni redaksiyasının məzmunundan müəyyən olunur ki, kredit üzrə FİFD – 12.05% təşkil edir. Əlavə tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə 2 nömrəli, kredit üzrə faktiki illik faiz dərəcəsi barədə məlumat, FİFD-nin hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı və miqdarı adlı əlavənin xx.xx.2022-ci il tarixli yeni redaksiyasının məzmunundan müəyyən olunur ki, kredit üzrə FİFD – 12.05% təşkil edir. Əlavə tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

16. İpoteka saxlayan ASC “Xalq Bank, ipoteka qoyan Cavabdeh1 MMC və borcalan Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc alanın ipoteka saxlayan qarşısında 1.2-ci bənddə göstərilən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi müqavilənin predmetini təşkil edir; 1.2-ci bəndinə əsasən müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 29 dekabr 2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir; 3.1-ci bəndinə əsasən ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021ci il tarixli çıxarışa əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0614 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, 488.9 kv.m ümumi, 135. kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evidir; 3.5-ci bəndinə əsasən “Roveks Konmark” konsaltinq şirkətinin xx.xx.2021-ci il tarixli, XB 210514 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 250000 manat, likvid dəyəri isə 130000 manat məbləğində müəyyən edilir; 6.1-ci bəndinə əsasən ipoteka predmetinə tutma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yönəldilir; 6.2-ci bəndinə əsasən qanunvericilikdə, kredit müqaviləsi və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanmasını ipoteka qoyana yazılı şəkildə bildirir. Bu bildirişi aldığı tarixdən 1 ay ərzində ipoteka qoyan kredit müqaviləsi üzrə ipoteka saxlayan qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirir və ya məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında ipoteka saxlayanla notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilər. Bildirişi aldığı tarixdən keçən 1 ay ərzində ipoteka qoyan yuxarıda göstərilən hərəkətlərdən hər hansı birini etmədikdə, ipoteka predmetinə tutma yönəldilməsi məhkəmə qaydasında həyata keçirlir. Müqavilə tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

17. xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-1 saylı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə (xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə saziş nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş bağlanmaqla kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 24 aya çatdırılması ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks edilməsi təşkil edir. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

18. xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-1 saylı ipoteka müqaviləsinə xx.xx.2022-ci il tarixli, 02 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə (xx.xx.2021-ci il tarixli, 01 saylı və xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə sazişlər nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixli, 03 saylı əlavə saziş bağlanmaqla kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 36 aya çatdırılması ilə bağlı edilmiş dəyişikliklərin sonrakı ipoteka müqaviləsində əks edilməsi təşkil edir. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

19. İpoteka saxlayan ASC "xxxx" Bank, ipoteka qoyan Cavabdeh1 MMC və borcalan Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-2 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc alanın ipoteka saxlayan qarşısında 1.2-ci bənddə göstərilən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi müqavilənin predmetini təşkil edir; 1.2-ci bəndinə əsasən müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 29 dekabr 2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir; 3.1-ci bəndinə əsasən ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021ci il tarixli çıxarışa əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, 488.9 kv.m ümumi, 135.2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evidir; 3.5-ci bəndinə əsasən “Roveks Konmark” konsaltinq şirkətinin xx.xx.2021-ci il tarixli, XB 210517 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 265000 manat, likvid dəyəri isə 145000 manat məbləğində müəyyən edilir; 6.1-ci bəndinə əsasən ipoteka predmetinə tutma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yönəldilir; 6.2-ci bəndinə əsasən qanunvericilikdə, kredit müqaviləsi və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanmasını ipoteka qoyana yazılı şəkildə bildirir. Bu bildirişi aldığı tarixdən 1 ay ərzində ipoteka qoyan kredit müqaviləsi üzrə ipoteka saxlayan qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirir və ya məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında ipoteka saxlayanla notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilər. Bildirişi aldığı tarixdən keçən 1 ay ərzində ipoteka qoyan yuxarıda göstərilən hərəkətlərdən hər hansı birini etmədikdə, ipoteka predmetinə tutma yönəldilməsi məhkəmə qaydasında həyata keçirlir. Müqavilə tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

20. xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-2 saylı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə (xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə saziş nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş bağlanmaqla kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 24 aya çatdırılması ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks edilməsi təşkil edir. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

21. xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-2 saylı ipoteka müqaviləsinə xx.xx.2022-ci il tarixli, 02 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə (xx.xx.2021-ci il tarixli, 01 saylı və xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə sazişlər nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixli, 03 saylı əlavə saziş bağlanmaqla kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 36 aya çatdırılması ilə bağlı edilmiş dəyişikliklərin sonrakı ipoteka müqaviləsində əks edilməsi təşkil edir. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

22. İpoteka saxlayan ASC "xxxx" Bank, ipoteka qoyan X7 və borc alan Maraqlı şəxs arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc alanın ipoteka saxlayan qarşısında 1.2-ci bənddə göstərilən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 29 dekabr 2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşnmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Xətai rayonu, 2948-ci məhəllə, Xudu Məmmədov küçəsində istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən 2D nömrəli, 3 mərtəbəli, 1334.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasıdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka qoyan təsdiq edir ki, müqavilənin bağlanması anına ipoteka predmeti onun mülkiyyətindədir və bu müqavilənin 3.2.1-ci yarımbəndində göstərilən öhdəliklərin təminatı qismində çıxış edir: xx.xx.2015-ci il tarixli, **********34215 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən “Roveks Konmark” konsaltinq şirkətinin xx.xx.2020-ci il tarixli, XB 200638 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti ******* manat, likvid dəyəri isə ******* manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən ipoteka predmetinə tutma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yönəldilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən qanunvericilikdə, kredit müqaviləsi və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanmasını ipoteka qoyana yazılı şəkildə bildirir. Bu bildirişi aldığı tarixdən 1 ay ərzində ipoteka qoyan kredit müqaviləsi üzrə ipoteka saxlayan qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirir və ya məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında ipoteka saxlayanla notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilər. Bildirişi aldığı tarixdən keçən 1 ay ərzində ipoteka qoyan yuxarıda göstərilən hərəkətlərdən hər hansı birini etmədikdə, ipoteka predmetinə tutma yönəldilməsi məhkəmə qaydasında həyata keçirlir. Müqavilə tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

23. xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş bağlanmaqla kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 24 aya çatdırılması ilə bağlı edilmiş dəyişikliklərin sonrakı ipoteka müqaviləsində əks edilməsi təşkil edir. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

24. xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 03 saylı əlavə saziş bağlanmaqla kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 36 aya çatdırılması ilə bağlı edilmiş dəyişikliklərin sonrakı ipoteka müqaviləsində əks edilməsi təşkil edir. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

25. İpoteka saxlayan ASC "xxxx" Bank, ipoteka qoyan Cavabdeh2 və borc alan Maraqlı şəxs arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc alanın ipoteka saxlayan qarşısında 1.2-ci bənddə göstərilən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 29 dekabr 2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşnmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ipoteka qoyana məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka qoyan təsdiq edir ki, müqavilənin bağlanması anına ipoteka predmeti onun mülkiyyətindədir və bu müqavilənin 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində göstərilən öhdəliklərin təminatı qismində çıxış edir: İpoteka saxlayanla "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin; ipoteka saxlayanla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən “Roveks Konmark” konsaltinq şirkətinin xx.xx.2020-ci il tarixli, XB 200636 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti ******* manat, likvid dəyəri isə ******* manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən ipoteka predmetinə tutma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yönəldilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən qanunvericilikdə, kredit müqaviləsi və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanmasını ipoteka qoyana yazılı şəkildə bildirir. Bu bildirişi aldığı tarixdən 1 ay ərzində ipoteka qoyan kredit müqaviləsi üzrə ipoteka saxlayan qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirir və ya məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında ipoteka saxlayanla notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilər. Bildirişi aldığı tarixdən keçən 1 ay ərzində ipoteka qoyan yuxarıda göstərilən hərəkətlərdə hər hansı birini etmədikdə, ipoteka predmetinə tutma yönəldilməsi məhkəmə qaydasında həyata keçirlir. Müqavilə tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

26. xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş bağlanmaqla kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 24 aya çatdırılması ilə bağlı edilmiş dəyişikliklərin sonrakı ipoteka müqaviləsində əks edilməsi təşkil edir. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

27. xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 03 saylı əlavə saziş bağlanmaqla kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 36 aya çatdırılması ilə bağlı edilmiş dəyişikliklərin sonrakı ipoteka müqaviləsində əks edilməsi təşkil edir. Saziş tərəflərin imzası və ASC "xxxx" Bankının möhürü ilə təsdiq edilmişdir.

28. X8 tərəfindən notarial qaydada yazılmış ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 2.55 ha torpaq sahəsinin ipoteka qoyulmasına razılıq vermiş, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə, hər hansı şərtsiz əmlakı, qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir.

29. X12 tərəfindən notarial qaydada yazılmış ərizənin məzmunundan müəyyən olunur ki, birgə nikah dövründə əldə edilmiş, əri X4 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının ASC "xxxx" Bankına ipoteka ilə yüklü edilməsinə etiraz etmədiyi bildirilmişdir.

30. X8 tərəfindən notarial qaydada yazılmış ərizənin məzmunundan müəyyən olunur ki, birgə nikah dövründə əldə edilmiş, əri Cavabdeh2 məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsinə 1 nömrəli əlavə sazişin bağlanmasına etiraz etməmişdir.

31. X12 tərəfindən notarial qaydada yazılmış ərizənin məzmunundan müəyyən olunur ki, birgə nikah dövründə əldə edilmiş, əri X4 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası ilə əlaqədar xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM- 2 nömrəli sonrakı ipoteka müqaviləsinə 01 nömrəli əlavə sazişin bağlanmasına etiraz etməmişdir.

32. X8 tərəfindən notarial qaydada yazılmış ərizənin məzmunundan müəyyən olunur ki, birgə nikah dövründə əldə edilmiş, əri Cavabdeh2 məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpsaq sahəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsinə 2 nömrəli əlavə sazişin bağlanmasına etiraz etməmişdir.

33. X12 tərəfindən notarial qaydada yazılmış ərizənin məzmunundan müəyyən olunur ki, birgə nikah dövründə əldə edilmiş, əri X4 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası ilə əlaqədar xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM- 2 nömrəli sonrakı ipoteka müqaviləsinə 2 nömrəli əlavə sazişin bağlanmasına etiraz etməmişdir.

34. xx.xx.2024-cü il tarixli, BO-XO-24.5.2024-009 nömrəli ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələrin məzmunundan müəyyən olunur ki, ipoteka saxlayan ASC "xxxx" Bankı tərəfindən ipoteka qoyan Cavabdeh1 MMC, Maraqlı şəxs, Cavabdeh2 və X4 müvafiq bildirişlər göndərilmişdir. İpoteka predmetlərinə (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (1-ci İpoteka predmeti); xx.xx.2021-ci il tarixli, DKM-**********04120/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (2-ci İpoteka predmeti) və xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsi) tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC "xxxx" Bankı ipoteka bildirişlərinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 60 (altmış) manat məbləğində dövlət rüsumu və 312 (üç yüz on iki) manat məbləğində xidmət haqqı ödəmişdir.

35. ASC "xxxx" Bankı tərəfindən tərtib edilmiş maliyyə arayışından müəyyən olunur ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında xx.xx.2024-cü il tarixinə olan vaxtı keçmiş borcu ******* manat, hesablanmış adi faiz borcu 39375 manat, cərimə faizləri üzrə borcu 159306,25 manat, kreditin müddətinin bitməsi tarixindən xx.xx.2024-cü il tarixinədək illik 10.8% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 114700,5 manat olmaqla, cəmi borc 2177381,75 manat təşkil edir.

36. ASC "xxxx" Bankı tərəfindən tərtib edilmiş maliyyə arayışından müəyyən olunur ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında xx.xx.2024-cü il tarixinə olan vaxtı keçmiş borcu ******* manat, hesablanmış adi faiz borcu 39375 manat, cərimə faizləri üzrə borcu 197056,67 manat, kreditin müddətinin bitməsi tarixindən xx.xx.2024-cü il tarixinədək illik 10.8% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 141880,8 manat olmaqla, cəmi borc 2221312,47 manat təşkil edir.

37. ASC "xxxx" Bankı tərəfindən tərtib edilmiş maliyyə arayışından müəyyən olunur ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında xx.xx.2025-ci il tarixinə olan vaxtı keçmiş borcu 823000 manat, hesablanmış adi faiz borcu 39375 manat, cərimə faizləri üzrə borcu 330682,5 manat, kreditin müddətinin bitməsi tarixindən xx.xx.2025-ci il tarixinədək illik 10.8% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 238091,4 manat olmaqla, cəmi borc 1431148,9 manat təşkil edir.

38. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

39. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi 2.55 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2013).

40. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 1334.2 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X4 məxsusdur (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2015).

41. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən 0.01639 ha sahədə yerləşən 488.9 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-yə məxsusdur (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2021).

42. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 0.01639 ha sahədə yerləşən 488.9 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-yə məxsusdur (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2021).

43. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2021).

44. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli 03 nömrəli əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2022).

45. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə saziş nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2021).

46. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 1334.2 kv.m sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2021).

47. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 1334.2 kv.m sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə saziş nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi-xx.xx.2021).

48. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 1334.2 kv.m sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə saziş və xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş nəzərə alınmaqla 03 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2023).

49. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 0.01639 ha sahədə yerləşən 488.9 kv.m fərdi yaşayış evi xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2021).

50. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən 0.01639 ha sahədə yerləşən 488.9 kv.m fərdi yaşayış evi xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2021).

51. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən 0.01639 ha sahədə yerləşən 488.9 kv.m fərdi yaşayış evi xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə saziş nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2021).

52. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 0.01639 ha sahədə yerləşən 488.9 kv.m fərdi yaşayış evi xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə saziş nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2021).

53. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən 0.01639 ha sahədə yerləşən 488.9 kv.m fərdi yaşayış evi xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə saziş və xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş nəzərə alınmaqla 03 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2023).

54. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 0.01639 ha sahədə yerləşən 488.9 kv.m fərdi yaşayış evi xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə saziş və xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə saziş nəzərə alınmaqla 03 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2023).

55. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-181/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı ASC "xxxx" Bankın cavabdehlər X9, Məmmədov Qüdrət İsmayıl oğluna, Cavabdeh2, X1 və X4 (üçüncü şəxs "xxxx" MMC) qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi təmin edilmiş, xx.xx.2015-ci il tarixli, **********34215/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə cavabdeh X1 məxsus ilkin satış qiyməti 155000 manat olan ünvan 5 ünvanında yerləşən, 87.4 m2, ümumi 55.6 m2 yaşayış, 31.8 m2 yardımçı sahədən ibarət 3 otaqlı mənzil, xx.xx.2015-ci il tarixli, **********34215/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus ilkin satış qiyməti 330000 manat olan ünvan 6 ünvanında, istifadəsində olan 0.056 ha torpaq sahəsində yerləşən, 1 001.4 m2, ümumi 268.4 m2 yaşayış, 733.0 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 9 otaqlı tərdi yaşayış evi, xx.xx.2015-ci il tarixli, **********34215/SİM-6 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə cavabdeh X5 məxsus ilkin satış qiyməti 900000 manat olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu teyinatlı torpaqlara, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsi, xx.xx.2015-ci il tarixli, **********34215/İM-3 nömrəli ipoteka müqaviləsi üzrə cavabdeh X9 məxsus ilkin satış qiyməti 190000 manat olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsində, istifadəsində olan 0.02635 ha torpaq sahəsində yerləşən, 130,2 m2 yaşayış, 139,3 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 46B saylı fərdi yaşayış evi, xx.xx.2015-ci il tarixli, **********34215/1M-4 nömrəli ipoteka müqaviləsi üzrə cavabdeh Məmmədov Qüdrət İsmayıl oğluna məxsus ilkin satış qiyməti 410000 manat olan ünvan 7 ünvanında yerləşən, 317,2 m2 ümumi, 112,3 m2 yaşayış, 204,9 m2 yardımçı sahədən ibarət 4 otaqlı mənzilə, xx.xx.2015-ci il tarixli, **********34215/1 M-5 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 məxsus ilkin satış qiyməti ******* manat olan ünvan 8 ünvanında, istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən, 1334.2 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına borc alan "xxxx" MMC-nin xx.xx.2015ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq Bankı qarşısındakı ******* manat məbləğində əsas borcu, kreditden istifadəyə görə hesablanmış 38906,27 manat məbləğində faiz borcu, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər gününə görə 10068,73 manat məbləğində penya (cərimə) olmaqla, cəmi ******* manat məbləğində borc ödənilməsi, həmçinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 120 manat məbləğində çəkilmiş xərclər, həmçinin dövlət rüsumu kimi ödənilmiş 28,86 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra X3, Cavabdeh2, X11 və Məmmədov Qüdrət İsmayıl oğlu, həmçinin bütün digər şəxslərin ipoteka predmetleri olan müvafiq sahələrdən 1 ay ərzində çıxarılması qət edilmişdir.

56. ASC "xxxx" Bankı tərəfindən iş materiallarına kredit müqaviləsi üzrə hesablardan çıxarışlar əlavə edilmişdir.

57. ASC "xxxx" Bankı tərəfindən "xxxx" MMC, Maraqlı şəxs, Cavabdeh2, X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin məzmunundan müəyyən olunur ki, borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya yönəldilməsi tələbi edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/622 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ASC "xxxx" Bankı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) olan borcu əsas borc üzrə 1874095,57 manat, faiz borcu üzrə 40013,43 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 1874095,57 manat, faiz borcu üzrə 40013,43 manat, əldən çıxmış fayda borcu üzrə 53099,37 manat və xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu əsas borc üzrə 1874095,57 manat, faiz borcu üzrə 40013,43 manat, əldən çıxmış fayda borcu üzrə 65853,63 manat təşkil edir.

59. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-008/2025 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus fərdi yaşayış evinin hazırkı bazar qiyməti 275000 manat, likvid dəyəri 145000 manat təşkil edir.

60. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-009/2025 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 10 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus fərdi yaşayış evinin hazırkı bazar qiyməti 291000 manat, likvid dəyəri 155000 manat təşkil edir.

61. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-010/2025 saylı mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinin hazırkı bazar qiyməti ******* manat, likvid dəyəri 900000 manat təşkil edir.

62. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-011/2025 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən X4 məxsus qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti ******* manat, likvid dəyəri ******* manat təşkil edir.

63. “Caspian Valuation” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, CVN/İ 36-241/25 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 206000 manat, likvid dəyəri 165000 manat, Cavabdeh1 MMCyə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 206000 manat, likvid dəyəri 165000 manat, Cavabdeh2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixinə bazar dəyəri ******* manat, likvid dəyəri 900000 manat təşkil edir. Tətbiq edilən hüquq

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

65. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

67. İşin müəyyən olunmuş hallarından göründüyü kimi ASC "xxxx" Bankı ilə Maraqlı şəxs (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank borcalana 12 (on iki) ay müddətinə, illik 12% ödənilməsi şərtilə, ******* manat məbləğində kredit verməyi, borc alan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faziləri banka ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsinə əlavə sazişlər bağlanmış və kredit müqaviləsinin məzmununda dəyişikliklər edilmişdir. İpoteka saxlayan ASC “Xalq Bank, ipoteka qoyan Cavabdeh1 MMC və borcalan Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-1 saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka qoyana məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0614 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, 488.9 kv.m ümumi, 135. kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-1 saylı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddəti əlavə 12 ay artırılaraq 24 aya çatdırılması ilə bağlı razılıq əldə edilmişdir. xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-1 saylı ipoteka müqaviləsinə xx.xx.2022-ci il tarixli, 02 saylı əlavə sazişə xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 36 aya çatdırılması ilə bağlı razılıq əldə edilmişdir. İpoteka saxlayan ASC "xxxx" Bank, ipoteka qoyan Cavabdeh1 MMC və borcalan Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-2 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, 488.9 kv.m ümumi, 135.2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-2 saylı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 24 aya çatdırılması ilə bağlı razılıq əldə edilmişdir. xx.xx.2021-ci il tarixli, DKM/**********04120/İM-2 saylı ipoteka müqaviləsinə xx.xx.2022-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 36 aya çatdırılması ilə bağlı razılıq əldə edilmişdir. İpoteka saxlayan ASC "xxxx" Bank, ipoteka qoyan X7 və borc alan Maraqlı şəxs arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, X4 məxsus Bakı şəhəri, Xətai rayonu, 2948-ci məhəllə, Xudu Məmmədov küçəsində istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən 2D nömrəli, 3 mərtəbəli, 1334.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 24 aya çatdırılması ilə bağlı razılıq əldə edilmişdir. xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən ipoteka saxlayan və borc alan arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 36 aya çatdırılması ilə bağlı razılıq əldə edilmişdir. İpoteka saxlayan ASC "xxxx" Bank, ipoteka qoyan Cavabdeh2 və borc alan Maraqlı şəxs arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsi ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 24 aya çatdırılması ilə bağlı razılıq əldə edilmişdir. xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-2 saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2021-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən ipoteka saxlayan və borc alan arasında xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin əlavə 12 ay artırılaraq 36 aya çatdırılması ilə bağlı razılıq əldə edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan tərəfindən öhdəliklər pozulmuş, bununla da iddiaçının cavabdehlərə qarşı hazırkı tələb hüququ yaranmışdır. Məhkəmə icraatının gedişində iddiaçı tərəfindən “ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında” iddiaya dəyişiklik edilməsi barədə ərizə verilmiş, həmçinin X7 cavabdehlər siyahısından çıxarılmışdır.

68. Yuxarıda qeyd edilən ipoteka müqavilələrinin 1.2-ci bəndinə əsasən müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 29 dekabr 2020-ci il tarixli, DKM/**********04120 saylı kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir.

69. İddia tələbini xx.xx.2021-ci tarixli DKM/**********120/İM-1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC- yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488,9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (1-ci ipoteka predmeti), xx.xx.2021-ci il tarixli, DKM-**********04120/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488,9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (2-ci ipoteka predmeti) və xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinə (4-cü ipoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 823000 (səkkiz yüz iyirmi üç min) manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanmış 39375 (otuz doqquz min üç yüz yetmiş beş) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % dərəcəsi ilə hesablanmış 238091,40 (iki yüz otuz səkkiz min doxsan bir manat qırx qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 330682,50 (üç yüz otuz min altı yüz səksən iki manat əlli qəpik) manat məbləğində penya olmaqla, cəmi 1431148,90 (bir milyon dörd yüz otuz bir min yüz qırx səkkiz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 372 (üç yüz yetmiş iki) manat məbləğində çəkilmiş xərcin iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması təşkil edir.

70. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olan daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

71. Həmçinin məhkəmə tərəfindən ekspertiza təyin edilərək, yuxarıda qeyd olunan rəylər əldə olunmuşdur.

72. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, işin hallarını, təqdim olunmuş sübutları, işdə olan rəyləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tutma xx.xx.2021-ci tarixli, DKM/**********120/İM-l saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (1-ci İpoteka predmeti); xx.xx.2021-ci il tarixli, DKM- **********04120/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (2-ci İpoteka predmeti) və xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinə (4-cü İpoteka predmeti) yönəldilməli, ipoteka predmetləri açıq hərracda satılmalı və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 823000 (səkkiz yüz iyirmi üç min) manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanmış 39375 (otuz doqquz min üç yüz yetmiş beş) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 123279,65 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 41150 (qırx bir min yüz əlli) manat məbləğində penya olmaqla, cəmi 1026804,65 (bir milyon iyirmi altı min səkkiz yüz dörd manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 372 (üç yüz yetmiş iki) manat məbləğində çəkilmiş xərc iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

73. İddia tələbi qismən aşağıdakılala münasibətdə təmin olunmuşdur: 1) xx.xx.2023cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 238091,40 manat məbləğində zərərə (əldən çıxmış fayda) münasibətdə. Həmin hissədə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% faiz dərəcəsi ilə hesablanmış 123279,65 manat məbləğində faiz məbləğinin tutulması nəticəsinə gəlinmişdir; 2) xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 330682,50 manat məbləğində penyaya münasibətdə. Həmin hissədə dəbbə pulu əsas borca olan nisbət, tərəflərin əsaslı mənafeləri nəzərə alınmaqla azaılmışdır.

74. Eləcə də ipoteka predmetlərinin satışından artıq məbləğ qalarsa, həmin məbləğlər müvafiq olaraq cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qaytarılmalıdır.

75. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Rəylərə əsasən ipoteka predmeti qismində çıxış edən, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 206000 manat, likvid dəyəri 165000 manat, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 206000 manat, likvid dəyəri 165000 manat, Cavabdeh2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixinə bazar dəyəri ******* manat, likvid dəyəri 900000 manat müəyyən edilmişdir.

76. Məhkəmə hesab edir ki, ipoteka predmeti qismində çıxış edən, Cavabdeh1 MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 165000 manat, Cavabdeh1 MMC-yə məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 165000 manat müəyyən olunmalıdır. İpoteka predmeti qismində çıxış edən, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinin ilkin satış qiymətinin 900000 manat olması nəzərə alınmalıdır. Belə ki, yuxarıda qeyd olunan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-181/2021 nömrəli qətnaməsindən göründüyü kimi, həmin əmlakın ilkin satış qiyməti 900000 manat müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan rəylə də həmin əmlakın likvid dəyərinin 900000 manat olması müəyyən edilmişdir.

77. Eləcə də, iddiaçı məhkəmədə iddia ərizəsinin verilməsinə görə 1878,69 manat cavabdehlərdən tutulmasının xahiş etmişdir.

78. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərə mütənasib olaraq cavabdehlərdən 885,95 (səkkiz yüz səksən beş manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ASC "xxxx" Bankına ödənilməlidir.

79. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 47,90 manat hissəsi cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada, 52,10 manat hissəsi isə ASC "xxxx" Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

80. Həmçinin iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatının dəyəri olan 600 manat pulun 287,20 manat hissəsi cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada, 312,80 manat hissəsi isə ASC "xxxx" Bankından tutularaq “Caspian Valuation” MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ013501**********2944, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülməlidir.

81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tutma xx.xx.2021-ci tarixli, DKM/**********120/İM-l saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (1-ci İpoteka predmeti); xx.xx.2021-ci il tarixli, DKM- **********04120/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (2-ci İpoteka predmeti) və xx.xx.2020-ci il tarixli, DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinə (4-cü İpoteka predmeti) yönəldilsin, ipoteka predmetləri açıq hərracda satılsın və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 823000 (səkkiz yüz iyirmi üç min) manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanmış 39375 (otuz doqquz min üç yüz yetmiş beş) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% faiz dərəcəsi ilə hesablanmış 123279,65 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 41150 (qırx bir min yüz əlli) manat məbləğində penya olmaqla, cəmi 1026804,65 (bir milyon iyirmi altı min səkkiz yüz dörd manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 372 (üç yüz yetmiş iki) manat məbləğində çəkilmiş xərc iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə 885,95 (səkkiz yüz səksən beş manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc iddiaçının xeyrinə tutulsun. İpoteka predmetlərinin satışından artıq məbləğ qalarsa, həmin məbləğlər müvafiq olaraq cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qaytarılsın. İpoteka predmeti qismində çıxış edən, Cavabdeh1 MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 165000 manat müəyyən edilsin. İpoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135,2 kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 165000 manat müəyyən edilsin. İpoteka predmeti qismində çıxış edən, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinin ilkin satış qiymətinin 900000 manat olması nəzərə alınsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 47,90 manat hissəsi cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada, 52,10 manat hissəsi isə ASC "xxxx" Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatının dəyəri olan 600 manat pulun 287,20 manat hissəsi cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada, 312,80 manat hissəsi isə ASC "xxxx" Bankından tutularaq “Caspian Valuation” MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ013501**********2944, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar