Məhkəmə qərarları › İş №e-2-2(113)-374/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-374/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-374/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və ipoteka müqaviləsi, borc tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 19439,44 manat, faiz borcuna görə 1449,87 manat, cərimə borcuna görə 325,1 manat, cəmi 21.214,41 manat məbləğində pulun və ödənilmiş 154 manat məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması; Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə 21214,41 manat və ödənilmiş dövlət rüsumu 154 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, NSBK- 922 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sahil filialı” ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinə əsasən illik 19 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 25000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh2 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi: Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 19439,44 manat, faiz borcuna görə 1449,87 manat,cərimə borcuna görə 325,1 manat,cəmi 21214,41 manat təşkiledir. xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan,ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinin İddiaçı ASC-nin qarşısında xx.xx.2023-cü il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsimüddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 19439,44 manat, faiz borcuna görə 4497,09 manat, cərimə borcuna görə 3375,99 manat, cəmi 27312,52 manat məbləğində pulun və ödənilmiş 172 manat məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə cəmi 27312,52 manat və ödənilmiş dövlət rüsumu 172 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. 17.07.2025-ci il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, e-2-2(113)-374/2025 saylı mülki iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-yə xidmət haqqı olaraq 500 manat məbləğində pulun İddiaçı ASC tərəfindən ödənildiyini və həmin məbləğin – 500 manat pulun cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulması məsələsini mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. 21.07.2025-ci il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ASC-nin “Sahil filialı” ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinin.

10. 1.1-ci bəndinə əsasən borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 25000 manat məbləğdə kredit vemıəyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.

11. 2.1-ci bəndinə əsasən kredit digər valyutaya çevrilib verildikdə Borc verənənin öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Borc verən özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borc alan tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Borc verənin müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri dəyişərsə, xarici valyutada olan Borc verənə ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin, dəbbənin və digər xərclərin məbləğləri Borc verənənin ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir.

12. 2.2-ci bəndinə əsasən kredit 30 (otuz) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 25000 (iyirmi beş min manat 00 qəpik) AZN çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissəhissə istifadə oluna bilər.

13. 2.3-cü bəndinə əsasən Kreditə görə illik 19% (on doqquz) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19% təşkil edir.

14. 2.4-cü bəndinə əsasən kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin Borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq Borc alanın Borc verəndə olan müvafiq bank hesabma qaytarılan anadək olan müddət hesab edilir. Kreditin Borc verənə tam qaytarıldığı (bağlandığı) gün faiz hesablanmır.

15. 2.5-ci bəndinə əsasən kredit faizləri hesablanarkən hər ayda 30 (otuz) günün, hər ildə 360 (üç yüz altmış) günün olduğu qəbul edilir.

16. 2.6-cı bəndinə əsasən kredit faizləri kreditin verildiyi gündən (həmin gün daxil olmaqla) hesablanır.

17. 6.1-ci bəndinə əsasən bu Müqavilə üzrə Borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir.

18. 6.2-ci bəndinə əsasən borc alan “Kreditin ödəniş cədvəli”nə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir.

19. 6.3-cü bəndinə əsasən qeydə alınmalı təminatı dövlət qeydiyyatından keçirmək İpoteka/Girov qoyanın və Borc alanın vəzifəsidir. Təminatın yalnız müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirməsi barədə sənəd təqdim edildikdən soma kredit verilir.

20. 6.4-cü bəndinə əsasən bütün hallarda təminatın etibarsızlığına görə məsuliyyət Borc alanın və ipoteka/girov qoyanın üzərinə düşür.

21. Təminat qoyulmuş əmlak aşağıdakılardan ibarətdir:

22. 1. Cavabdeh2 məxsus, Bakı şəh., Suraxanı ray., Hyundai SANTA FE, ili 2014, rengi Ağ, muherriki 1998, ban nomresi 5XYZW3LA9EG174260, **-ES-***,

23. 2. Cavabdeh1 zaminliyi ilə;

24. 6.5-ci bəndinə əsasən borc verənin ixtiyarı vardır ki, Borc alan əsas öhdəliyin şərtlərini pozduğu andan tələbini təminat verənin hesablarmdakı pula təminat məbləği miqdarında yönəltsin. Borc verənin tələbinin ödəmək üçün Borc alanın əmlakı kifayət etmədikdə, Borc verən təminat verənin hesabından pulu akseptsiz olaraq, öz tələbinin qalan hissəsinin ödənilməsinə yönəldə bilər.

25. 6.6-cı bəndinə əsasən Borc alanın öhdəlikləri tam icra edilənədək və Borc verənin tələbləri tam ödənilənədək təminat tam hissədə qüvvədə qalır.

26. Borcun təminatı olaraq İddiaçı ASC-nin “Sahil filialı” ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı Zaminlik müqaviləsi bağlanmışdır.

27. Həmin müqavilənin:

28. 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1 Cavabdeh2 (bundan sonra mətndə ismin müvafiq halında “Borc alan” adlanacaq) ilə Kreditor (Bank) arasında bağlanmış NSBK-922 saylı, xx.xx.2023 tarixli Kredit Müqaviləsinə (bundan soma - "Kredit Müqaviləsi") əsasən kredit almış Borc alarım Kreditor (Bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. 1.2-ci bəndinə əsasən zamin müqavilənin 1.1.-ci bəndində qeyd edilmiş Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır:

30. 2.1-ci bəndinə əsasən zamin Borc verənin (Bank) qarşısında Borc alanın öz öhdəliklərimi tamamilə və vatmda icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

31. 2.2-ci bəndinə əsasən borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan Borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar.

32. 2.3-cü bəndinə əsasən faizlərin, vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin borc tutulması üzrə məhkəmə xərclərinin və Borc alanın öhdəliyim vaxtmda icra etməməsi nəticəsində Borc verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də şamil olmaqla, Zamin Borc verən (Bank) qarşısında Borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. 2.4-cü bəndinə əsasən borc alan kredit öhdəliklərini ica etməkdən imtina edərsə, Zamin bütün öhdəliklər üzrə, kredit məbləği, kredit faizlər, borc tutulmaları üzrə məhkəmə xərclərinin, habelə vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin .ödənilməsi üçün öz əmlakı ilə Borc verən (Bank) qarşısında tam cavabdehlik və məsuliyyət daşıyır.

34. Ödəniş qrafikinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi ilə cəmi ödəniləcək əsas borc məbləği 25000 manat, cəmi ödəniləcək faiz 6600 manat müəyyən edilmişdir.

35. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh2 xx.xx.2023cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə 21 iyun 2024-cü il tarixinə olan əsas borcu 19439,44 manat, faiz borcu 1449,87 manat, cərimə borcu 325,1 manat olamaqla, cəmi borc məbləği 21214,41 manat təşkil edir.

36. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan,ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.

37. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

38. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan,ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinin bazar və likvid dəyəri nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/7586 saylı ekspert rəyinə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 10 may 2023-cü il tarixli, NSBK-922 №-li kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə (arayışa göstərilən tarixə) İddiaçı ASC-yə olan borcu 20.650,27 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 19.439,44 manat, faiz borcu üzrə 1.210,83 manat müəyyən edilmişdir.

40. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/İ 11-163/25 saylı mütəxəsis rəyinə əsasən 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan,ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinin 05 iyun 2025-ci il tarixə bazar qiyməti 25.000 manat, likvid qiyməti 23.000 manat müəyyən edilmişdir.

41. Məhkəmə tərəfin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

44. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

45. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

46. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

47. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

48. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

49. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

50. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

51. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

52. İlk olaraq məhkəmə müqavilə üzrə yaranmış faiz borc məbləğinin hansı tarixə əsasən müəyyən edilərək tələb edilməsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir (iddia verilən zaman iddiaçı maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixinə hesablanmış (əsas kreditə görə - 19439,44 manat, faiz borcuna görə - 1449,87 manat, cərimə borcuna görə - 325,1 manat, cəmi 21.214,41 manat) borcun tutulmasını cavabdehlərdən tələb etmişdir. Və cavabdehlərə xx.xx.2024-cü il tarixində göndərilən pretenziya məktublarında da məhz həmin maliyyə arayışında göstərilən məbləğlərin ödənilməsi tələb edilmişdir). Lakin, sonradan iddiaçı iddia tələbini artıraraq, faiz və cərimə borcunu xx.xx.2025-ci il tarixinə kimi hesablayaraq cavabdehlərdən tutulmasını xahiş etmişdir.

53. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

54. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ilkin olaraq xx.xx.2024-cü il tarixli xəbərdarlıq məkubu xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə çatdırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman yuxarıda qeyd olunan AR KM Plennum Qərarına əsasən iradə ifadəsini tam formalaşdırıb irəli sürərək, artıq bütün borcu (əsas və müqavilə üzrə faiz) tələb etdiyi üçün hazırki iş üzrə iddia tələbinin artırılması barədə ərizədə göstərilən tarixə deyil, iddia ərizəsinin məhkəməyə verildiyi zaman maliyyə arayışında istinad olunan xx.xx.2024-cü il tarixə mövcüd borc cavabdehlərdən tutulmalıdır, iddia tələbinin artırılması barədə ərizə nəzərə alınmamalıdır.

55. Bundan başqa məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/7586 saylı ekspert rəyinə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 10 may 2023-cü il tarixli, NSBK-922 №-li kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə (arayışa göstərilən tarixə) İddiaçı ASC-yə olan borcu 20.650,27 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 19.439,44 manat, faiz borcu üzrə 1.210,83 manat müəyyən edilmişdir.

56. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi (iddia verilən zaman ilk tələbi) əsas borc məbləği ekspert rəyi ilə eynilik təşkil etmişdir. Lakin faiz borcu, ekspert rəyində göstərilən məbləğ ilə fərqlənir. Belə ki, əsas borca hesablanan faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borca hesablanan faiz borcu ekspert rəyində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

58. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı Kredit Müqaviləsinə əsasən hesablanmış 325,1 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

59. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

60. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

61. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

62. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 325,1 manat məbləğində müəyyən edilməlidir.

63. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə cavabdеh Cavabdeh2 kredit müqaviləsi üzrə 19.439,44 manat əsas borc, 1210,83 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 325,1 manat dəbbə pulu yarandığını belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

64. Bundan əlavə iddiaçı borc məbləği üzrə tutmanın Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Cavabdeh2 ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir.

65. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

66. “İpoteka haqqında” Qanunun:

67. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

68. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

69. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

70. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

71. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

72. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

73. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

74. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinə yönəldilməli, həmin nəqliyyat vasitəsi açıq hərracda satılmalı, nəqliyyat vasitəsinin satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır.

75. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

76. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

77. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/İ 11-163/25saylı mütəxəsis rəyinə əsasən 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan,ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinin 05 iyun 2025-ci il tarixə bazar qiyməti 25 000 manat, likvid qiyməti 23 000 manat müəyyən edilmişdir.

78. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinin likvid qiyməti 23000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

79. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı tərəfindən 172 manat məbləğində dövlət rüsumu və əmlakın giymətləndirilməsinə görə 500 manat "xxxx" MMC-yə ödənişlər edilmişdir.

80. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

81. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat və əmlakın giymətləndirilməsi xərcinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdəndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə 19439,44 manat əsas borc, 1210,83 manat faiz borcu, 325,1 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 154 manat və əmlakın giymətləndirilməsi xərcinin əvəzi olaraq 500 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 23.000 manat məbləğində müəyyən edilsin; Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulsun. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar