Məhkəmə qərarları › İş №e-2-2(113)-3762/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3762/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3762/2024 08.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Karataş Muhammetin (VÖEN: **********) xeyrinə 16775.00 (on altı min yeddi yüz yetmiş yeddi) manat məbləğində pulun, həmin məbləğin 8540 manat hissəsinin ödənilməsinin 3 il müddətinə, 8235 manat hissəsinin ödənilməsinin isə 2 il müddətinə gecikdirilməsinə illik 5 faiz dərəcəsi ilə hesablanmaqla 2100 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 147 (yüz qırx yeddi manat) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2024-cü il tarixə, saat 10:00-a, xx.xx.2024cü il tarixə, saat 10:30-a, xx.xx.2024-cü il tarixə saat 11:30-a (hakim məzuniyyətdə olması səbəbi ilə keçirilməmiş) və xx.xx.2024-cü il tarixə saat 09:50-ə təyin edilmişdir. İş üzrə keçirilmiş üç hazırlıq iclaslarının heç birində nə iddiaçı, nə də cavabdehin nümayəndələri iştirak etməmişdilər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfə üç-dörd məhkəmə hazırlıq iclaslarinin yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi heç bir məhkəmə hazırlıq iclasına gəlməmiş və iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə məlumat versə də (xx.xx.2024-cü il tarixli ərizədə - ailə vəziyyəti ilə əlaqədar, xx.xx.2024-cü il tarixli ərizə ilə Abşeron Rayon Məhkəməsində keçiriləcək proses, xx.xx.2024-cü il tarixli ərizədə - Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək proses) həmin səbəblərə dair heç bir sübut təqdim etməmişdir, məhkəmə tərəfindən iştirak etməməklərinin səbəbləri üzürlü hesab edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin iddia ərizəsinin məhkəmənin icraatında olduğu iki ay yarın müddətində bir dəfə də olsun məhkəmə hazırlıq iclaslarında iştirak etməməsi, hər dəfə EMİS-nə sadəcə ərizə yükləyərək təxirə salınmasını xahiş etməsi həm verilmiş iddia ərizəsinə, həm də əvvəlki iclasları təxirə salaraq anlayışla yanaşan məhkəməyə qarşı etinasızlıq kimi dəyərləndirilir. Azərbaycan Respublikası MPM-nin: - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 147 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar