Məhkəmə qərarları › İş №e-2-2(113)-3770/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3770/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3770/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abunə müqaviləsi, müqavilə azadlığı, iddia müddətinin tətbiqi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 201,45 manat məbləğində xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 28 avqust 2016-cı il tarixdə abunə müqaviləsi imzalanmış, həmin müqaviləyə görə iddiaçı cavabdehi müqavilənin 1 saylı əlavəsində müəyyən edilən nömrələr və telekommunikasiya xidmətləri ilə təmin etməyi, cavabdeh isə öz növbəsində müqavilə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. 2.2. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl edərək nömrələr və rabitə xidmətləri ilə cavabdehi təmin etmişdir. Lakin cavabdeh öhdəliklərə əməl etməmiş, təqdim edilmiş xidmətlərdən istifadə etsə də, xidmət haqlarını ödəməkdən yayınmışdır. Buna görə də cavabdehin iddiaçıya 201,45 manat ödənilməmiş borcu qalmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2, 448-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə Ələddin qızı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya hər hansı bir borcu yoxdur. Xidmətlərə görə bütün ödənişlər vaxtında edilib. İddiaçı ilə cavabdeh arasında müqavilə 2016-cı ildə bağlanıb və həmin ilin sonunda da artıq xidmətdən imtina olunub. Belə ki, 2016-cı ilin sonunda müqavilə üzrə xidmət göstərilən nömrələr ardıcıl olaraq fiziki şəxslərin adlarına keçirilib. Qaydalara görə nömrələrin addan ada keçirilməsi zamanı əvvəlki abonentin qalıq borcu varsa, o mütləq ödənilməlidir. Yəni cavabdehin əgər iddiaçıya hər hansı bir borcu olsa idi, qeyd olunan nömrələr başqa abonentin adına keçirilməzdi. Bundan başqa, iddia ərizəsində borcun qaynağı aydın şəkildə göstərilməyib. Belə ki, ödənişi edilməmiş xidmətlərin adı, hansı tarixdə göstərilməsi barədə məlumatlar iddia ərizəsində yer almır. İddia ərizəsinə əlavə olunan sənədlərin içərisində də bu faktı təsdiqləyən sənədlər yoxdur. Başqa bir önəmli nüans isə iddiaçının iş üzrə iddia müddətini ötürməsidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə 2016-ci ildə bağlanıb və həmin ilin sonunda da nömrələrin addan ada keçirilməsi ilə artıq xidmətdən istifadə dayandırılıb. Yəni əgər iddiaçının hüququ pozulmuşdursa, o, cavabdehə qarşı iddianı 2019-cu ilin sonlarına qədər qaldıra bilərdi. Göründüyü kimi, 2016-cı ilin sonlarından iddia ərizəsinin verildiyi günədək 7 ildən çox vaxt keçib. Bu isə iddia müddətinin ötürülməsi mənasına gəlir.

6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 373, 377-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi X4 Pahnke məhkəməyə ərizə ünvanlayaraq baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, müqavilənin giriş hissəsində onun xx.xx.2016-cı il tarixdə bağlandığı göstərilsə də, əslində, 2015-ci il tarixdə bağlanmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş təminat məktubunun tarixindən və elektron qaimələrdən də müqavilə münasibətlərinin 2015-ci il tarixdə başlandığı görünür. İddiaçı tərəfindən təqdim edilən nömrələrdən istifadə edilməsi cavabdeh üçün sərfəli olmadığından məhz həmin ildə də müqaviləyə xitam verilmiş, nömrələr ayrı-ayrı fiziki şəxslərin adına özgəninkiləşdirilmişdir. Elektron qaimələrdə göstərilən məbləğlər isə cavabdeh tərəfindən ödənilmiş, lakin uzun müddət keçdiyindən qəbzlər saxlanılmamışdır. Həmçinin iddia müddəti də ötürülmüşdür.

9. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, iddiaya etirazda səhvən müqavilənin 2016-cı il tarixdə bağlanıldığı göstərilib, əslində 2015-ci il qeyd olunmalı idi.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. Məhkəməyə təqdim olunan iddiaçı (Azerfon qismində) ilə cavabdeh (Abunəçi qismində) arasında bağlanmış 28 avqust 2016-cı il tarixli abunə müqaviləsinin şərtlərindən görünür ki, bu Müqavilədə nəzərdə tutulmuş şərtlər İddiaçıun mobil telefon şəbəkəsinə qoşulan bütün abunəçilərinə tətbiq olunur (1.1). Abunəçi bu Müqaviləni imzalamaqla bu Müqavilənin bütün şərtlərini qəbul etdiyini təsdiq edir (1.2). Hazırkı Müqaviləyə əsasən İddiaçı siyahısı bu Müqaviləyə olan 1 saylı Əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini Abunəçiyə təmin edir, Abunəçi isə öz növbəsində bu Müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir (3.1). Bu Müqavilənin imzalandığı tarixdə qüvvədə olan İddiaçı xidmətlərinin göstərilməsi şərtləri Müqavilənin 7.5-ci bəndi ilə nəzərdə tutulmuş qaydada İddiaçı tərəfindən dəyişdirilə bilər (3.2). Hazırkı Müqaviləyə əsasən Abunəçi tərəfindən istifadə olunan xidmətlərin dəyəri İddiaçıun icra olunma tarixinə qüvvədə olan mövcud tarif planına əsasən müəyyən olunur (5.1). Abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim olunur. Hesab-faktura aldıqda Abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesab-fakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu Müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi hesab edilir (5.2).

14. Həmçinin müqavilənin 4.3-cü bəndinə əsasən abunəçi müntəzəm olaraq balansını yoxlamaq, vaxtı-vaxtında xidmətlərdən istifadəyə görə və Azerfon tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək, SİM kart və nömrənin yeganə istifadəçisi olaraq onun üçüncü şəxs tərəfindən daimi istifadəsinə yol verməmək və üçüncü şəxslərin istifadəsinə görə məsuliyyət daşımaq, Azerfonu SİM kartın itməsi haqda yazılı surətdə 24 saat ərzində məlumatlandırmaq, istənilən halda, abunəçi bildiriş anına qədər xidmətdən istifadəyə görə toplanmış borclar üçün məsuliyyət daşımaq abunəçinin vəzifəsi kimi qeyd olunmuşdur.

15. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2015-ci il tarixli təminat məktubundan görünür ki, cavabdeh tərəfindən 702501125, 702701125, ********* və ********* mobil nömrələri adıçəkilən müqavilə üzrə cavabdehin istifadəsinə verilmişdir.

16. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, faktura müddəti xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri qeyd edilməklə cəmi 201,45 manat məbləğində xidmət haqqı borcu hesablanmışdır.

17. İş materiallarına əlavə edilən xx.xx.2015-ci il tarixli HK 039891 seriya və nömrəli elektron qaimə xx.xx.2015 – xx.xx.2015-ci il tarixləri üçün ƏDV daxil olmaqla 116,23 manat, xx.xx.2015-ci il tarixli HK 192913 seriya və nömrəli elektron qaimə xx.xx.2015 – xx.xx.2015-ci il tarixləri üçün ƏDV daxil olmaqla 91,69 manat, xx.xx.2016-cı il tarixli HK 322993 seriya və nömrəli elektron qaimə xx.xx.2015 – xx.xx.2015-ci il tarixləri üçün ƏDV daxil olmaqla 155,64 manat olmaqla ümumilikdə 363,56 manat məbləğində xidmətin göstərilməsi üçün tərtib edilmişdir.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında abunə müqaviləsindən gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə 1 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini cavabdehə təmin etməyi, cavabdeh isə öz növbəsində müqavilə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Cavabdehə 702501125, 702701125, ********* və ********* mobil nömrələri təqdim edilmişdir.

19. İddiaçı 28 avqust 2016-cı il tarixli abunə müqaviləsi üzrə 201,45 manat məbləğində xidmət haqqının tutulmasını tələb edir.

20. Cavabdeh iddiaya etiraz edərək, adıçəkilən müqavilə üzrə borcunun olmadığını, eyni zamanda iddia müddətinin keçdiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.

21. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).

23. Qeyd edilən hüququ mövqeyə görə iddia müddəti məsələsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

24. İddiaçının iş materiallarına əlavə etdiyi təminat məktubunun (xx.xx.2015), iddiaçı tərəfindən cavabdeh göndərilən elektron qaimələrin tarixləri (xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il) onu deməyə əsas verir ki, həqiqətən də cavabdehin qeyd etdiyi kimi tərəflər arasında müqavilə münasibətləri xx.xx.2015-ci il tarixdən başlanmış, abunə müqaviləsinin tarixi texniki yanlışlıqla xx.xx.2016-cı il qeyd edilmişdir.

25. Məhkəməyə təqdim edilən elektron qaimə-fakturalardan iddiaçı tərəfindən cavabdehə 363,56 manat dəyərində xidmətin göstərildiyi təsdiqlənsə də, cavabdeh həmin xidmətlərin dəyərinin ödənildiyini sübut edə bilməmişdir.

26. Halbuki mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

27. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış abunə müqaviləsi xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

31. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

32. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

33. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

34. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, istifadəsinə verilmiş mobil telefon nömrələri üzrə ümumilikdə 363,56 manat məbləğində borcu yaranmış, sonuncu isə müqavilələrin 5-ci hissəsində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü bəndində təsbit edilmiş mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcu 201,45 manat təşkil edir. Başqa sözlə, iddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh tərəfindən pozulması müəyyən edilir. Belə olan halda, məhkəmə cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizə üzrə aşağıdakıları qeyd edir.

35. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

36. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

37. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

38. Göründüyü kimi, mülki qanunvericilikdə müqavilə tələbləri (daşınmaz əşyalarla bağlı istisna olmaqla) üzrə iddia müddəti üç müəyyən olunmuşdur.

39. Digər tərəfdən, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).

41. Mülki Məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

42. Göründüyü kimi, göstərilmiş xidmətlər üzrə xx.xx.2015-ci il tarixli HK 039891, xx.xx.2015-ci il tarixli HK 192913 və xx.xx.2016-cı il tarixli HK 322993 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, elektron qaimələr təqdim olunduğu andan cavabdeh müvafiq ödənişləri ödəməli olduğu halda, öhdəliyini icra etməmişdir.

43. Bu mənada iddia müddətinin axımı sonuncu elektron qaimənin tarixindən – xx.xx.2016-cı il tarixdən hesablanmaqla başlamış, iddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə üç illik iddia müddətini ötürmüşdür. Həmçinin iddia müddətinin dayandırılması və ya kəsilməsi halı da müəyyən olunmur.

44. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə pulun tutulması tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir.

46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar