Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3773/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı müflis elan edilməsi və Azərbaycan Respublikasının vətəndaşı X1 əmlak inzibatçısı təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirən məhkəmə Azərbaycan Respublikası MPM-nin 149-cı maddəsinə riayət olunmadığı müəyyən etmişdir, belə ki, borclu İddiaçı məhkəməyə ərizə ilə müraciət etsə də, elektron sistemdə ərizəni iddia icraatı qaydasında qeydiyyatdan keçirmiş, eləcə də özünü iddiaçı, həm də cavabdeh kimi göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə (iddiaçıya) geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3773/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3773/2020
03.12.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver