Məhkəmə qərarları › İş №e-2-2(113)-3781/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3781/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3781/2025 20.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı müqavilə əsasında ödənilməli olan 13140 ay abunə borcu, cəmi 78840 (yetmiş səkkiz min səkkiz yüz qırx) manat pulun və məhkəmə xərclərinə görə ödənilmiş 326,52 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən, iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Belə ki, Məhkəmə qeyd edir ki, hüquqi şəxslərə münasibətdə iddianın ümumi qaydada hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli olduğu qanunla müəyyən edilsə də, bu qaydadan istisnalar da MPM-də nəzərdə tutulmuşdur. Belə istisnalardan biri də həmin Məcəllənin 40.2-ci maddəsində və 40.3-cü maddəsində (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olmuş) nəzərdə tutulmuşdur. Həmin müddənın tələbləri imkan verir ki, tərəflər ərazi üzrə mübahisəli işə baxan məhkəməni müəyyən etsinlər. Lakin bunun üçün iki şərt tələb olunur: birincisi, saziş yazılı olmalı, ikincisi, saziş müəyyən məhkəmə işinə və ya mübahisəyə əsaslanmış olmalıdır. Ərazi aidiyyəti ilə bağlı tərəflər arasında yazılı saziş mövcuddur. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 06/10 saylı müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər arasında mübahisə satıcının yerləşdiyi yerin inzibati-iqtisad məhkəməsində həll edilir. Həmçinin, mübahisənin tərəflər arasında mövcud olan mübahisəyə aid olması da mübahisəsiz haldır. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğundan iş baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilən kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinə dair çıxarışa əsasən, satıcı - İddiaçı MMC AZ2010, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır (xx.xx.2021-ci il tarixədək “mübahisəli” sözü qüvvədə olmuşdur). 40.3. Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun (xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş redaksiya). 45.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 44.1, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı MMC Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar