Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3791/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylar üzrə dividentin müəyyən edilib ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın paylar üzrə dividentin müəyyən edilib ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin belə əsaslandırmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativi 25 iyun 2004-cü il tarixdə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən № 0104-P61-40363 nömrəsi ilə qeydə alınmışdır. Təsisçilər İddiaçı (60%), X17 (10%), X7 (10%), X8 (10%), X10 (10%) olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 19 noyabr 2004-cü il tarixli, 270 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsindəki 2942A saylı məhəllədə yerləşən avtomobil dayanacağının tutduğu 0,21 ha torpaq sahəsi "xxxx" MTK-nın istifadəsinə verilərək çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi "xxxx" MTK-ya icazə verilmişdir. xx.xx.2006-cı il tarixində Cavabdeh2 yaxın adamın vasitəsi ilə bizə “mələk” qismində təqdim edilmiş, mühəndis olduğu və düzgün, halal adam olduğu qeyd edilmiş, buna inanaraq Cavabdeh2 təsisçilərdən birinin - X11 əvəzinə 40% payla təsisçi qismində cəlb edilmişdir. Bundan sonra təsisçilərin payları İddiaçı (30%), Cavabdeh2 (40%) X7 (10%), X8 (10%), X10 (10%) olmuşdur. Torpaqlara və sənədləşdirmələrə çəkilən xərclər qədər Cavabdeh2 tikintiyə pul vəsaiti qoyduqdan sonra təsisçi kimi tikintiyə şərik olmalı idi. Lakin bu belə olmadı, Cavabdeh2 pulu olmadığına görə tikintiyə şəxsi vəsaitini qoya bilmədi. Sonradan məlum oldu ki, Cavabdeh2 tanıdığı 2-3 nəfər şəxsdən özbaşına, bizə heç bir məlumat vermədən pul vəsaiti almış, onların adını sərmayəçilər qoymuşdur. Digər təsisçilər bunu bildikdən sonra sərmayəçiləri qəbul etməmiş, cavabdehin həmin şəxsləri özünə şərik götürdüyünü hesab etmişdirlər. Təsisçilər Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 2942A-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisini podrat müqaviləsi əsasında başqa tikinti şirkətinə vermək qərarı almışdırlar. Lakin Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 2942A-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisini "xxxx" MTK-nın həyata keçirməsini təklif etmiş və bu fikir ilə razılaşmışdırlar. Cavabdeh2 inşaat mühəndisi taparaq (Cavabdeh1) onu işə öz dediklərinə əsasən İddiaçı icraçı direktor təyin etmişdir. Baxmayaraq ki, təsisçilər tərəfindən Cavabdeh1 icraçı direktor kimi işə qəbul edilməsinə dair sənədi təqdim etməyimiz xahiş olunsa da, bu günə qədər onun tərəfindən heç bir rəsmi sənəd təqdim edilməmişdir (sənədi təqdim etməlidir). İddiaçı xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativində təsisçi olmaqla nizamnamə kapitalında 30% paya sahib olmaqla bərabər hazırda kooperativin sədri - qanuni təmsilçisidir. Hazırda Cavabdeh1 öz dediyinə görə MTK-nın icraçı direktoru kimi fəaliyyət göstərir. Cavabdehlər Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 2942A-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisini başladılar, mənzillərin satışı və istismarından əldə olunan pul vəsaitlərini düzgün və təyinatı üzrə xərclənməsi, kooperativin nizamnaməsinə və hüquqi sənədlərə əsasən hesabatların vaxtında tərtib edilməsi (xərc maddələrinin, vergilərin, torpaq icarə haqqının vaxtında ödənilməsi) və başqa məlumatların verilməsi üzrə işlərin aparılmasına söz verdilər. "xxxx" MTK-nın nizamnaməsinə əsasən MTK-nın əldə etdiyi xalis mənfəət təsisçilər arasında nizamnamədə nəzərdə tutulmuş paylar üzrə onlara qanunla çatacaq dividenlər bölüşdürülməlidir. "xxxx" MTK-nın hesabatına görə mənzillərin satışı qismən aşağı qiymətə olmuş, qeyri-yaşayış sahəsi isə 430 kv.m mənzil qiymətinə - yəni 1 kv.m 465 manata satılmışdır. Göründüyü kimi bu da heç inandırıcı deyildir. Bunlara baxmayaraq MTK-dan alınan xalis mənfəət (bütün xərclər, vergilər, icarə xərci və sair xərclər çıxıldıqdan sonra) 1290330, 7 manat olmuşdur. Nizamnaməyə əsasən xalis mənfəətin bölüşdürülməsi İddiaçı (30%) – 387099,2 manat, Cavabdeh2 (40%) – 516132,3 manat, X7 (10%) – 129033,1 manat, X8 (10%) – 129033,1 manat, X10 (10%) – 129033,1 manat olmuşdur. Lakin Cavabdeh2 özündən başqa heç kimə heç nə ödəməmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativi 25 yanvar 2005-ci il tarixdə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən № 0105-P93-42031 nömrəsi ilə qeydə alınmışdır. X1 (52%), X7 (15%), X13 (11%), X6 (11%), X9 (11%) olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 31 mart 2005-ci il tarixli, 79 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, 1208 saylı məhəllədə, İ.Orucov və N.Rəfili küçələrinin Mehdi Mehdizadə küçəsi ilə kəsişməsində çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,3 ha torpaq sahəsi "xxxx" MTK-nın istifadəsinə verilərək "xxxx" MTK-ya icazə verilmişdir. "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 2942A-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi aparılan zaman Cavabdeh2 tərəfindən "xxxx" MTKya icazə verilmiş Bakı şəhəri, Xətai rayonu, 1208 saylı məhəllədə, İ.Orucov və N.Rəfili küçələrinin Mehdi Mehdizadə küçəsi ilə kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisinin də "xxxx" MTK tərəfindən aparılmasını təklif etmişdir. Təsisçilərin razılığı olmamasına rəğmən Cavabdeh2 çox saylı xahişi və minnəti ilə müqavilə bağlanmasına dair razılıq əldə edilmişdir. Bu səbəbdən də "xxxx" MTK və "xxxx" MTK arasında bağlanmış 01 iyul 2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 1208-ci məhəllə və Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 2942A-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisini "xxxx" MTK "xxxx" MTK-ya həvalə etmişdir. Çoxmərtəbəli yaşayış binasının tikintisi, satışı və istismarından əldə ediləcək xalis mənfəətin bölgüsü (cəmi ******* manat) "xxxx" MTK – 30% (789047 manat), "xxxx" MTK isə 70% (1841110 manat) həcmində razılaşdırılmışdır. Cavabdehlər Bakı şəhəri, Xətai rayonu, 1208 saylı məhəllədə, İ.Orucov və N.Rəfili küçələrinin Mehdi Mehdizadə küçəsi ilə kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisindən, mənzillərin satışı və istismarından əldə olunan pul vəsaitlərini düzgün və təyinatı üzrə xərclənməsi, kooperativin nizamnaməsinə və hüquqi sənədlərə əsasən hesabatların vaxtında tərtib edilməsi (xərc maddələrinin, vergilərin, torpaq icarə haqqının vaxtında ödənilməsi) və başqa məlumatların verilməsi üzrə işlərin aparılmasına söz verdilər. Buna baxmayaraq cavabdehlər tərəfindən bu günə qədər "xxxx" MTK-ya verilmiş torpaq sahəsinin icarə haqqının ödənilməsi həyata keçirilməmişdir. "xxxx" MTK-nın hesabatından görünür ki, Cavabdeh2 barter üsulu ilə satdığı mənzillərin orta hesabla 1 kv.m 492,2 manat, nəğd hesabla satdığı mənzillərin 1 kv.m 513,5 manat təşkil etməsinə baxmayaraq (4957,4 kv.m X 513,5 manat = ******* manat), nədənsə ona yaxın olan sərmayəçilərə verdiyi mənzillərin 1 kv.m 398,4 manatdır (4957,4 kv.m X 398,4 manat = ******* manat). Göründüyü kimi nəğd satışla sərmayəçilərə satış fərqi (2545625 manat – ******* manat=570625 manat) təşkil edir. Hesabatdan göründüyü kimi Cavabdeh2 ümumi satdığı mənzillərin 50,3%-i barter və sərmayəçilərin payına düşür. Bu da onu göstərir ki, Cavabdeh2 Ağayev Vüqar və İddiaçı ölkə xaricində olmasından istifadə edərək digər təsisçilərə demədən mənzilləri necə gəldi satmış və mənimsəmişdir. Bu neçə ildə X14 hər iki tikinti şirkətinə dair hesabatların təqdim edilməsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciətlər etməsinə baxmayaraq, cavabdehlər tərəfindən bu günə qədər heç bir hesabat təqdim edilməmişdir. Ancaq hər iki şirkətin nizamnaməsinə görə rübdə və ildə bir dəfədən az olmayaraq audit yoxlanılması aparılmalı idi. Hesabata əsasən "xxxx" MTK-nın xalis mənfəəti 2 630 157 manat olmuşdur. "xxxx" MTK və "xxxx" MTK arasında bağlanmış 01 iyul 2005-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK-nın payına düşən 30% xalis mənfəəti və onun təsisçilər arasında bölgüsünü bu günə qədər Cavabdeh2 ödəməmişdir. "xxxx" MTK-nın payına düşən 70% xalis mənfəətin 40%-i (736444 manat) Novruzovun payına, qalan 60 % (1104666 manat) isə İddiaçı (552333 manat), Ağayev Səbinə (184111 manat), Ağayev Əhliman (184111 manat) və Gözəlov Rəcəbin (184111 manat) payına düşür. Lakin Cavabdeh2 öz payını götürərək digər təsisçilərə çatmalı olan dividend ödənişlərini ödəməmişdir. Qanunla digər təsisçilərə çatmalı olan dividend ödənişlərin hansı səbəbdən ödənilməməsi cavabdehlər tərəfindən açıqlanmalıdır. Hesab edirik ki, Cavabdeh2 tərəfindən qanunsuz əməllərin həyata keçirilməsi səbəbi ilə bu günə qədər Qanunla digər təsisçilərə çatmalı olan dividend ödənişlər ödənilməmiş və rəsmi heç bir açıqlama edilməmişdir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı 2009-cu ilin yanvar ayının əvvəlindən X5 oxumaq məqsədi ilə getmişdir. X2 keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qanunsuz əməlləri və hədə-qorxuları nəticəsində ailəsini və özünü qorumaq məqsədi ilə 2009-cu ilin sentyabr ayında ölkədən qaçaraq ailəsi ilə birlikdə X5 köçmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də İddiaçı keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qanunsuz əməlləri və hədə-qorxuları nəticəsində 2016-cı il tarixinə qədər ölkəyə qayıda bilməmişdir. Ağayev Vüqar 2015-ci ilin oktyabr ayında MTN əməkdaşları ilə bağlı baş vermiş məlum məsələlərdən sonra ailəmizin başına gətirilən qanunsuzluqlar ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna 02 noyabr 2015-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etmiş və 2016-cı ilin yanvar ayında Baş Prokurorluq tərəfindən Bakıya dəvət olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 309.1 və digər maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 08 iyun 2016-cı il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. Yuxarıda qeyd olunanlardan əlavə binaların tikintisi başa çatdırıldıqdan sonra MTK-ların nizamnaməsinə əsasən MTK-ların təsisçilərin ümumi yığıncağının iclası keçirilərək protokollar tərtib edilməlidir və mənzillərə dair çıxarışların alınması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət edilməlidir. Necə ola bilər ki, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi - atası X14 və hər iki şirkətin təsisçiləri daimi olaraq Bakıda olmalarına baxmayaraq onların heç birinə rəsmi xəbər edilmədən Cavabdeh2 özündən başqa digər 9 nəfər təsisçinin hüquqlarını pozaraq hər iki MTK-nın ümumi yığıncağının iclas protokollarını necə tərtib etmişdir?! Həmin protokola əsasən hər bir mənzil sahibinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən çıxarış verilmişdir. Göründüyü kimi Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “aldadılaraq” onlara saxta iclas protokolları təqdim edilmişdir. Tərəfimizdən cavabdehlərə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən 08 may 2023-cü il tarixli, MŞB/18\2023-00578 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış təqdim edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 10 may 2023-cü il tarixli, №MB 16/0596 saylı qiymətləndirmə hesabatında "xxxx" MTK tərəfindən inşa edilmiş Bkaı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 1208-ci məhəllədə 3 bloklu, 1 və 3-cü bloklar 16+mansard mərtəbəli, 2-ci blok 17+mansard 129 mənzilli və ünvan 1 ünvanında inşa edilmiş 4 bloklu, 14+mansard mərtəbəli, 253 mənzilli yaşayış binasından əldə edilmiş xalis mənfəətin cavabdehlər tərəfindən bölüşdürülməməsi nəticəsində dəymiş zərərin məbləği 2006-2012-ci il tarixlərində 2 667 911 manat, 2023-cü il tarixinə isə ******* manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 109.8. Kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) üzvlərin mütləq əmlak pay haqqına, kooperativdə şəxsi əməyinə və digər növ fəaliyyətinə mütənasib surətdə onlara ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 109.9. Dividend (əlavə kooperativ ödənişləri) yalnız səs hüququna malik olan üzvlərə onların əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 110-2.1-ci maddəsinə əsasən kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. 110-2.2. Kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. 110-2.3-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. 111.3-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.4-ci maddəsinə əsasən kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.12-ci maddəsinə əsasən kooperativin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə kooperativ üzvlərinin ümumi yığıncağı kooperativ üzvlərinin sayı əllindən çox olduqda təftiş komissiyası (azı üç nəfərdən ibarət), kooperativ üzvlərinin sayı əllidən az olduqda isə müfəttiş seçir. 111.13-ci maddəsinə əsasən kooperativin təftiş komissiyası (müfəttişi): 111.13.1-ci maddəsinə əsasən maliyyə-təsərrüfat ilinin nəticələrinə görə kooperativin maliyyə vəziyyətini yoxlayır; 111.13.2-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının, müşahidə şurasının sayı on faizdən artıq olan üzvlərin tələbi ilə, habelə öz təşəbbüsü ilə kooperativin maliyyə-təsərrüfat fəaliyyətini növbədənkənar yoxlayır. 111.14-ci maddəsinə əsasən kooperativin təftiş komissiyası (müfəttişi) yoxlamanın nəticələrinə əsasən kooperativin idarəetmə orqanlarına rəy təqdim edir. Müşahidə şurası və ya idarə heyəti (sədr) yoxlamanın nəticələrinə nizamnamədə nəzərdə tutulmuş qaydada baxır və müvafiq qərar qəbul edir. Qərarla razılaşmadıqda təftiş komissiyası (müfəttiş) kooperativ üzvlərinin ümumi yığıncağa müraciət edə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, "xxxx" MTK-nın paylar üzrə dividentin müəyyən edilib ödənilməsi tələbi ilə bağlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin müvafiq maddələrində kooperativ üzvünün divident almaq hüququnun olması öz əksini tapsa da, qanunvericilikdə dividend ödənilən kooperativ mənfəətinin bir hissəsi olmaqla, kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir, həmçinin kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. Eyni zamanda qanunvericilikdə müəyyən edilmişdir ki, kooperativin dividendin hesablanmasından öncə kooperativinin bütün ödənişləri (məcburi, kooperativin fondu, kreditorlar və sair) aparılmalı, daha sonra bütün xərcləri və gəlirləri əks etdirən maliyyə hesabatı tərtib edilməli və kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilməlidir. Bununla yanaşı məhkəmə iddiaçının diqqətinə çatdırır ki, qanunvericilikdə kooperativin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət qaydaları da müəyyən edilmişdir, belə ki, kooperativin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti üzvlərin sayından asılı olaraq təftiş komissiyası və ya müfəttiş həyata keçirir və üzvlərinin ümumi yığıncağının, müşahidə şurasının sayı on faizdən artıq olan üzvlərin tələbi ilə, habelə öz təşəbbüsü ilə kooperativin maliyyə-təsərrüfat fəaliyyətini növbədənkənar yoxlayır, daha sonra kooperativin təftiş komissiyası (müfəttişi) yoxlamanın nəticələrinə əsasən kooperativin idarəetmə orqanlarına rəy təqdim edir. Müşahidə şurası və ya idarə heyəti (sədr) yoxlamanın nəticələrinə nizamnamədə nəzərdə tutulmuş qaydada baxır və müvafiq qərar qəbul edir. Qərarla razılaşmadıqda təftiş komissiyası (müfəttiş) kooperativ üzvlərinin ümumi yığıncağına müraciət edə bilər. Göründüyü kimi, qanunvericilikdə məhkəmədən kənar dividendin hesablanması üçün nəzərdə tutulan prosedur müəyyən edildiyindən, bununla yanaşı, dividendlərin hesablanması üçün əsas olan sənədin (maliyyə hesabatı) təsdiq edilməsi isə kooperativ üzvlərinin ümumi yığıncağınının müstəsna səlahiyyətinə aid olduğuna görə, kooperativin üzvlərinin paylar üzrə dividendlərin hesablanması məhkəmə qaydasında deyil, qanunvericilikdə və nizamnamədə nəzərdə tutulmuş qaydada həll edilməlidir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki tələbə məhkəmə qaydasında baxılmaması əsası ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "xxxx" MTK-nın paylar üzrə dividendin müəyyən edilib ödənilməsi barədə tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "xxxx" MTK-nın paylar üzrə dividendin müəyyən edilib ödənilməsi barədə tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı X4 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də, ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzlə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3791/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3791/2023
07.07.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver