Məhkəmə qərarları › İş №e-2-2(113)-3797/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3797/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3797/2023 27.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi və digər tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış 134853,40 manat məbləğində ümumi borcun 39872,36 manat hissəsinin **********05600 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 94981,04 manat hissəsinin isə **********05600 nömrəli abonent hesabına geri qaytarılması və mediasiyaya görə ödənilmiş 400 manat, dövlət rüsumuna görə isə ödənilmiş 24,85 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanda yerləşən,İddiaçı MMC-yə məxsus qeyri yaşayış sahəsi (İstixana) xx.xx.2021-ci il tarixli, AMX-4166/21 saylı müqavilə əsasında **********05600 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2022-ci ilin oktyabr ayına qədər tərəflər arasında hərhansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim tərəfimizdən vaxtlı vaxtında ödənilmişdir. 2023-cü ildə isə cavabdehlə aramızda mübahisə yaranmışdır. Belə ki, sonradan bizə məlum olduğu kimi xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilat tərəfindən ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 181,50 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 17681,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 21459,24 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 55658,90 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 39872,36 manat borc hesablanmışdır. Göründüyü kimi beş akt əsasında iddiaçıya ümumilikdə 134853,40 manat məbləğində borc hesablanmışdır. Sözügedən aktlarla bağlı tərəfimizdən cavabdeh təşkilata müraciət edildikdə bizə bildirdilər ki, güya aktlar tərtib edilən aylarda istifadəmizdə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək bizim qaz hesabımıza işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcu tərəfimizdən ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu tərəfimizdən bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa pulun geri qaytarılacağını) bildirdilər lakin hesablanmış borc hazırda ödənilməsə qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Havaların soyuq olduğu bir vaxtda istixanaya qazın verilməsinin dayandırılması məhsulun məhv olması deməkdir. Bu səbəbdən çıxılmaz vəziyyətdə olduğumuz üçün məcbur qalıb hesablanmış borcun ümumilikdə 94981,04 manat hissəsini ödədik. Göründüyü kimi cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək borcun bir hissəsini bizə ödətdirmişdir. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və bizim aldadıldığımız bizə 2023-cü ilin aprel ayında aydın oldu. Belə ki, ilk dörd akt azmış kimi istifadəmizdə olan G-1000 tipli, 21942 nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixdə çıxarılaraq yoxlamaya aparılmış və xx.xx.2023-cü il tarixdə aparılmış yoxlamanın nəticəsinə əsasən xx.xx.2023-cü il tarixdə, yəni iki aya yaxın müddət keçdikdən sonra, ******* saylı akt tərtib edilir və bizə əlavə əsassız borc hesablanır. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktlarla bağlı Məhkəmənin nəzərini bir neçə məqama çəkmək istəyirəm. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdənv xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “Əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Xüsusi diqqəti xx.xx.2023cü il tarixdə tərtib edilmiş ******* saylı akta çəkmək istəyirik. Belə ki sözügedən akta baxdıqda hesabat müddəti xx.xx.2022 dən xx.xx.2023-cü il tarixləri götürülmüşdür, halbu ki 2022-ci ilin dekabr ayı üçün xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Göründüyü kimi cavabdeh təşkilat bir ay üçün iki dəfə akt tərtib edir. Bu axı heç bir hüquqi məntiqə sığmır. Tərtib edilmiş ilk dörd aktın "xxxx" bölümündə guya MMC-nin nümayəndəsi olan Cəbrayılov Saday və Cəbrayılzadə Vüsal adlı şəxslər imzalamışdır. Bu həqiqətə uyğun deyil. İlk öncə onu qeyd edək ki, MMC-nin bu ad və soyadlı nümayəndələri yoxdur. Digər tərəfdən mütəxəssis belə olmadan aktlardakı imzalara baxdıqda imzaların fərqli olduğunu müəyyən etmək olar. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat özlərinin müəyyən etdiyi lakin tam qanunsuz tərzdə bizə ümumilikdə 134853,40 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Qeyd etmək istəyirik ki, mediasiya prosesinə dəvət olunmuş cavabdeh mediatorun çağırışlarına cavab verməmiş bundan başqa tərəfimizdən cavabdeh təşkilata Pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi, eyni zamanda artıq ödənilmiş pulun geri qaytarılması tələb edilmişdir, lakin göründüyü kimi müsbət nəticə əldə edilməmişdir. Möhtərəm hakim, məhkəmənin diqqətini daha bir vacib məqama çəkmək istəyirəm. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyeklərininsənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onunəsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Cavabdeh İB tərəfindən barəmizdə tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında, 2022-ci ilin oktyabr-2023-cü ilin yanvar ayları üçün iddiaçıya məxsus sayğacın elektron göstəricisi işləmədiyindən və sərfiyyatın tam həcmini müəyyən etmək mümkün olmadığından, sözügedən aylar üzrə sayğacın mexaniki göstəricisinə əsasən hesablanmış borcla yanaşı, Cavabdeh nümayəndələri tərəfindən hər 4 ay üzrə tərtib edilmiş aktlara əsasən əlavə borcun hesablandığını bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, Xəzər rayonu, Zirə qəsəbəsində İddiaçı MMC-yə məxsus istixanada yerləşən abonent kodu **********05600 olan 2022-ci ilin oktyabr ayı ərzində qeyd olunan müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki il(lər)in cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən 825 m3 müəyyən edildi. Hesabatın müyyən olunmuş qaz sərfi ilə (günlərin sayından asılı olaraq) aparılmasına abonent tərəfindən etiraz olunmur və ödənişinə zəmanət verilir. xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, Xəzər rayonu, Zirə qəsəbəsində İddiaçı MMC-yə məxsus istixanada yerləşən abonent kodu **********05600 olan 2022-ci ilin noyabr ayı ərzində qeyd olunan müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki il(lər)in cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən 80370 m3 müəyyən edildi. Hesabatın müyyən olunmuş qaz sərfi ilə (günlərin sayından asılı olaraq) aparılmasına abonent tərəfindən etiraz olunmur və ödənişinə zəmanət verilir. xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, Xəzər rayonu, Zirə qəsəbəsində İddiaçı MMC-yə məxsus istixanada yerləşən abonent kodu **********05600 olan 2022-ci ilin dekabr ayı ərzində qeyd olunan müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki il(lər)in cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən 97542 m3 müəyyən edildi. Hesabatın müyyən olunmuş qaz sərfi ilə (günlərin sayından asılı olaraq) aparılmasına abonent tərəfindən etiraz olunmur və ödənişinə zəmanət verilir. xx.xx.2023-cü il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, Xəzər rayonu, Zirə qəsəbəsində İddiaçı MMC-yə məxsus istixanada yerləşən abonent kodu **********05600 olan 2023-cü ilin yanvar ayı ərzində qeyd olunan müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki il(lər)in cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən 252995 m3 müəyyən edildi. Hesabatın müyyən olunmuş qaz sərfi ilə (günlərin sayından asılı olaraq) aparılmasına abonent tərəfindən etiraz olunmur və ödənişinə zəmanət verilir. xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında aktdan görünür ki, İddiaçı MMC-yə məxsus istixanada yerləşən sayğacın Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən korrektoru sönmüşdür. Dəymiş ziyan hesablanır. xx.xx.2023-cü il tarixli SS 14-2-2/3-5-831-2 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, "Azəriqaz” İB-nin 14-2-2/3-5-831 saylı xx.xx.2023-cü il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Xəzər rayon Xidmət sahəsinin "P and P LTD” MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G1000 markalı 21942 nömrəli turbin tipli "Siqnal" qaz sayğacı xx.xx.2023-cü il tarixində xətdən çıxarılmış (Forma-2 №9033182), xx.xx.2023-cü il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir:

1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls ötürücüsü daxildədir. Termo yataq sayğacın üzərində aşkar edilmədi. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir.

2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir.

3. Ehtiyat batareya quraşdırıldı. Göstəricilər Vbt =6737093 m3, Vt:=1651605 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 188621 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Təzyiq çeviricisi normaldır. Temperatur çeviricisi nasazdır. "P and P LTD” MMC-nin abonent saldosundan görünür ki, qalıq və aktlar qrafasında 2022-ci ilin oktyabr ayı üçün 181,50 manat, 2022-ci ilin noyabr ayı üçün 17681,40 manat, 2022-ci ilin dekabr ayı üçün 21459,24 manat, 2023-cü ilin yanvar ayı üçün 55658,90 manat 2023-cü ilin may ayı üçün isə 39872,36 manat, ümumilikdə 134853,40 manat məbləğində cərimə hesablanmış, son borc isə 40031,88 manat göstərilmişdir. xx.xx.2023-cü il tarixli MŞB/2-3026/2023 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, "P and P LTD” MMC 24,85 manat məbləğində dövlət rüsumu ödəmişdir.

İİİ.Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir.

İV.Məhkəmənin gəldiyi nəticə

Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh arasında qazın satılması ilə bağlı müqavilə bağlanmış və satıcı tərəfindən 2022-ci ilin oktyabr, noyabr və dekabr ayları, həmçinin 2023-cü ilin yanvar ayı üçün sayğac mexaniki göstəricilərə əsasən sərfiyyat hesablasa da, həmin aylar üçün əlavə olaraq sayğacın elektron göstərici hissəsi işləmədiyinə görə aktlara əsasən əlavə sərfiyyat hesablanmışdır. Lakin həmin sərfiyyatın hansı qaydada hesablanması ilə bağlı Cavabdeh tərəfindən sübutlar təqdim edilməmiş, tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlar tərtib edilərkən yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, iddiaçı tərəfindən reyestrdə qeydiyyata alınmayan 4 akt (xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli) əsasında ümumilikdə 94981,04 manat məbləğində cərimə hesablanmış, İddiaçı MMC tərəfindən isə həmin vəsait ödənilmişdir. Bununla yanaşı sayğacın elektron göstəricisi işləmədiyinə görə sayğac laboratoriyaya göndərilmiş və yoxlamanın nəticəsinə görə reyestrdə qeydiyyata alınmayan akt tərtib edilərək İddiaçı MMC-yə əlavə olaraq 39872,36 manat məbləğində cərimə hesablanmışdır. Göründüyü kimi Cavabdeh tərəfindən reyestrdə qeydiyyata alınmayan 5 yoxlama aparılmış, müvafiq olaraq 5 akt tərtib edilmiş və İddiaçı MMC-yə sayğac göstəricisindən başqa cəmi 134853,40 (94981,04+39872,36) manat əlavə cərimə yazılmış, halbuki Cavabdeh hansı qaydada həmin vəsaitin hesablanması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən aparılan yoxlamaları vahid məlumat reyestrində qeydə alınmadığından aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından və onun hüquqi nəticələri də qanunsuz hesab edildiyindən, hemçinin cərimənin hansı qaydada hesablanması ilə bağlı sübut təqdim edilmədiyinə görə həmin yoxlamaların nəticəsində hesablanmış borclar silinməli, ödənilmiş vəsait isə abonent hesabına geri qaytarılmalıdır. Belə ki, əsassız yazılmış 134853,40 manat vəsaitdən ödənilmiş 94981,04 manatı məbləğində vəsait **********05600 nömrəli abonent hesabına geri qaytarılmalı, 39872,36 manat məbləğində vəsait isə sözügedən hesabdan silinməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğuna görə 400 manat məbləğində mediasiya xərci və 24,85 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh İB tərəfindən İddiaçı MMC-nin **********05600 nömrəli abonent koduna hesablanmış 39872,36 manat məbləğində borc silinməli, ödənilmiş 94981,04 manat məbləğində pul İddiaçı MMC-nin **********05600 nömrəli abonent hesabına geri qaytarılmalı, həmçinin 400 manat məbləğində mediasiya xərci və dövlət rüsumuna görə ödənilmiş 24,85 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı MMC-nin **********05600 nömrəli abonent koduna hesablanmış 39872,36 manat məbləğində borc silinsin. Ödənilmiş 94981,04 manat məbləğində pul Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı MMC-nin **********05600 nömrəli abonent hesabına geri qaytarılsın. Mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 24,85 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar