Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-380/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə, prosessual maraq, müqavilə azadlığı, mediasiya xərci, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 22 iyun 2007-cü il tarixli mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsi üzrə 8383,62 manat, 21 iyul 2015-ci il tarixli abunə müqaviləsi üzrə 11,86 manat olmaqla ümumilikdə 8395,49 manat məbləğində xidmət haqqının və ödənilmiş 4 manat dövlət rüsumunun, 100 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2007-cü il tarixli, 241608 saylı mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsi və həmin müqaviləyə AN 24168 saylı əlavəyə görə iddiaçı cavabdehə ********* nömrəsini, açıq rabitə xəttini ayırır və telekommunikasiya xidmətləri göstərməyi, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ********* nömrəsindən istifadə nəticəsində yaranmış 8383,62 manat borcu bu günə kimi ödəməmişdir. 2.2. Bundan başqa, tərəflər arasında 21 iyul 2015-ci il tarixdə abunə müqaviləsi imzalanmış, həmin müqaviləyə görə iddiaçı siyahısı müqaviləyə əlavə edilmiş 1 saylı qoşmada göstərilən sənədləri cavabdehə təqdim etməklə ona telekommunikasiya xidmətlərini göstərməyi, cavabdeh isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə 11,86 manat borc məbləğini cavabdeh bu günə kimi ödəməmişdir. 2.3. Ümumilikdə, cavabdehin iddiaçıya iki müqavilə üzrə 8395,49 manat ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubları ünvanlansa da, bu günə kimi borc məbləği ödənilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.1, 448-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5775/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
6. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 22 iyun 2007-cü il tarixli və 21 iyul 2015-ci il tarixli müqavilələr üzrə 5359,58 manat zəng xidmətinə görə, 644,22 manat abunə haqqı, 607,07 manat “SMS” xidmətinə görə, 1364,45 manat internet xidmətinə görə, 162 manat “gizli nömrə" xidmətinə görə, 97 manat “dinlət” xidmətinə görə, 3 manat “nömrə seçimi” xidmətinə görə, 156,40 manat digər xidmətlərə görə və 3,66 manat ödənişin gecikməsinə görə dəbbə pulu olmaqla ümumilikdə 8397,38 manat xidmət haqqının və 100 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, 22 iyun 2007-cü il tarixli və 21 iyul 2015-ci il tarixli müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə 702130300, 702131300, 702140400, 702141400, 702349073, 702349074, 702349075, 702349076, 702349077, 702349078, 702349081, 702349082, 702349083, 702349085, 702349086, 702349087, 702349088, 702349089, 702349095, 702349097, ********* mobil nömrələri vasitəsilə rabitə xidmətləri göstərilmişdir. İddiaçının hesablamainformasiya (billinq) sisteminin məlumatlarına əsasən yuxarıda göstərilən borc hesablanmışdır.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, 22 iyun 2007-cü il tarixli mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsi üzrə cavabdehə 702140400, 702131300, ********* və ********* olmaqla ümumilikdə 4, 21 iyul 2015-ci il tarixli abunə müqaviləsi üzrə 20 mobil nömrə təqdim edilmiş, məhkəməyə təqdim edilən billinq sistemindən çıxarışdan görünür ki, həmin nömrələr üzrə borc məbləğləri ödənilməmişdir.
9. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, dəbbə pulu 22 iyun 2007-cü il tarixli və 21 iyul 2015-ci il tarixli abunə müqaviləsinin 5.3-cü bəndinə əsasən tələb edilir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisi Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqramlar ötürülməklə məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə rəsmi qaydada məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Mobil rabitə xidmətlərinin göstərilməsi müqavilələri üzrə pulun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. Məhkəməyə təqdim olunan iddiaçı (Azerfon qismində) ilə cavabdeh (Abunəçi qismində) arasında bağlanmış xx.xx.2007-ci il tarixli 241608 saylı mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilənin şərtlərindən görünür ki, bu GSM şəbəkəsinə qoşulma müqaviləsi Azerfonun şəbəkəsinə qoşulan bütun abunəçilərə tətbiq olunur. Bu Müqavilənin tarixində qüvvədə olan Azərfon xidmətlərinin şərt və müddəaları dəyişdirilə bilər. Dəyişiklər baş verdikdə Azerfon öz saytı və kütləvi informasiya vasitələri (KİV) ilə bu dəyişiklər haqqında məlumat verəcək (1.1). Azerfon KİV vasitəsilə Abunəçini ən azı 10 (on) gün əvvəlcədən məlumatlandıraraq, qiymətləri birtərəfli qaydada dəyişə bilər. Qiymətlərin azaldılması haqqında Abunəçiyə məlumatın verilib-verilməməsi haqqında qərarı yalnız Azerfon verir (1.2). Bu Müqavilə və Qeydiyyat formasını imzalayaraq, Abunəçi bu Müqavilənin bütün şərt və müddəalarını qəbul etdiyini təsdiqləyir (1.3). Tərəflər bununla razılaşır ki, Azerfon Abunəçiyə nömrə, açıq rabitə xətti ayırır və rabitə xidmətləri ilə təmin edir. Abunəçi isə xidmətlərə görə bu Müqavilə, qaydalar və tarif planına əsasən ödəniş həyata keçirir (3.1). Telekommunikasiya xidmətlərinin dəyəri Azerfonun Müqavilənin imzalanması tarixi üçün qüvvədə olan Tarif planına əsasən təyin olunur (5.1). Abunəçi hesab-faktura aldıqda, o, ödənişi hesab-fakturada göstərilən tarixdən əvvəl həyata keçirməlidir. Hesab-fakturada göstərilən məbləğin tam şəkildə ödənilməməsi bu Müqavilənin şərt və müddəalarının pozulması kimi qiymətləndirilir (5.2).
15. Həmçinin müqavilənin 4.3-cü bəndinə əsasən abunəçi müntəzəm balansını yoxlayır, vaxtı-vaxtında rabitə xidməti üçün ödənişlər edir, SİM kart və nömrənin yeganə istifadəçisi olaraq onu üçüncü tərəflərə vermir, Azerfonu SİM kartın itməsi və ya oğurlanması haqda yazılı surətdə 24 saat ərzində məlumatlandırır. Hər halda, bildiriş anından əvvəl baş verən rabitə xidmətləri xərcləri üçün abunəçi məsuliyyət daşıyır.
16. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 241608 saylı mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqaviləyə əlavə A şəklində tərtib edilmiş və cavabdeh tərəfindən təsdiq edilmiş aktlardan görünür ki, 702140400, 702131300, ********* və ********* mobil nömrələri adıçəkilən müqavilə üzrə cavabdehin istifadəsinə verilmişdir.
17. İddia ərizəsinə əlavə olunan iddiaçı (Azerfon qismində) ilə cavabdeh (Abunəçi qismində) arasında bağlanmış 21 iyul 2015-ci il tarixli abunə müqaviləsinin şərtlərindən görünür ki, bu Müqavilədə nəzərdə tutulmuş şərtlər İddiaçıun mobil telefon şəbəkəsinə qoşulan bütün abunəçilərinə tətbiq olunur (1.1). Abunəçi bu Müqaviləni imzalamaqla bu Müqavilənin bütün şərtlərini qəbul etdiyini təsdiq edir (1.2). Hazırkı Müqaviləyə əsasən İddiaçı siyahısı bu Müqaviləyə olan 1 saylı Əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini Abunəçiyə təmin edir, Abunəçi isə öz növbəsində bu Müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir (3.1). Bu Müqavilənin imzalandığı tarixdə qüvvədə olan İddiaçı xidmətlərinin göstərilməsi şərtləri Müqavilənin 7.5-ci bəndi ilə nəzərdə tutulmuş qaydada İddiaçı tərəfindən dəyişdirilə bilər (3.2). Hazırkı Müqaviləyə əsasən Abunəçi tərəfindən istifadə olunan xidmətlərin dəyəri İddiaçıun icra olunma tarixinə qüvvədə olan mövcud tarif planına əsasən müəyyən olunur (5.1). Abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim olunur. Hesab-faktura aldıqda Abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesab-fakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu Müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi hesab edilir (5.2).
18. Həmçinin müqavilənin 4.3-cü bəndinə əsasən abunəçi müntəzəm olaraq balansını yoxlamaq, vaxtı-vaxtında xidmətlərdən istifadəyə görə və Azerfon tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək, SİM kart və nömrənin yeganə istifadəçisi olaraq onun üçüncü şəxs tərəfindən daimi istifadəsinə yol verməmək və üçüncü şəxslərin istifadəsinə görə məsuliyyət daşımaq, Azerfonu SİM kartın itməsi haqda yazılı surətdə 24 saat ərzində məlumatlandırmaq, istənilən halda, abunəçi bildiriş anına qədər xidmətdən istifadəyə görə toplanmış borclar üçün məsuliyyət daşımaq abunəçinin vəzifəsi kimi qeyd olunmuşdur.
19. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan təminat məktubundan görünür ki, cavabdeh tərəfindən 702349073, 702349074, 702349075, 702349076, 702349077, 702349078, 702349081, 702349082, 702349083, 702349084, 702349085, 702349086, 702349087, 702349088, 702349089, 702349092, 702349095, 702349097, ********* və ********* mobil nömrələri adıçəkilən müqavilə üzrə cavabdehin istifadəsinə verilmişdir.
20. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli hesab-invoyslardan görünür ki, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2007 – xx.xx.2009-cu il tarixləri üçün cəmi 331,04 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2007 – xx.xx.2009-cu il tarixləri üçün cəmi 1118,81 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2007 – xx.xx.2011-ci il tarixləri üçün cəmi 3206,26 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2007 – xx.xx.2011-ci il tarixləri üçün cəmi 3727,51 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,88 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2016-cı il tarixi üçün 1,37 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2016-cı il tarixi üçün 1,37 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 4,64 manat, ********* mobil telefon nömrəsi üzrə xx.xx.2015-ci il tarixi üçün 0,32 manat olmaqla ümumilikdə 8395,72 manat məbləğində xidmət haqqı borcu hesablanmışdır.
21. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə 702349098, 702130300, 702131300, 702140400, 702141400, 702349073, 702349074, 702349075, 702349076, 702349077, 702349078, 702349081, 702349082, 702349083, 702349085, 702349086, 702349087, 702349088, 702349089, 702349095, ********* mobil nömrələri vasitəsilə rabitə xidmətləri göstərilmişdir. İddiaçının hesablama-informasiya (billinq) sisteminin məlumatlarına əsasən 5511,74 manat zəng xidmətinə görə, 644,22 manat abunə haqqı, 607,07 manat “SMS” xidmətinə görə, 1364,45 manat internet xidmətinə görə, 162 manat “gizli nömrə” xidmətinə görə, 97 manat “dinlət” xidmətinə görə, 3 manat “nömrə seçimi” xidmətinə görə, 156,40 manat digər xidmətlərə görə və 3,66 manat ödənişin gecikməsinə görə dəbbə pulu olmaqla cəmi 8549,54 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən indiyədək qeyd edilən nömrələr üzrə 152,16 manat ödəniş edilmişdir. Cavabdehin iddiaçıya cari tarixə ödənilməmiş borcu 8397,38 manat təşkil edir. Bu məbləğdən 5359,58 manat zəng xidmətinə görə, 644,22 manat abunə haqqı, 607,07 manat “SMS” xidmətinə görə, 1364,45 manat internet xidmətinə görə, 162 manat “gizli nömrə” xidmətinə görə, 97 manat “dinlət” xidmətinə görə, 3 manat “nömrə seçimi” xidmətinə görə, 156,40 manat digər xidmətlərə görə və 3,66 manat ödənişin gecikməsinə görə dəbbə pulu borcu təşkil edir. Borc məbləği xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə hesablanıb.
22. Maliyyə arayışına əlavə edilən hesablama-informasiya (billinq) sistemindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2008-ci il tarixdə saat 16:40-da ********* mobil telefon nömrəsi üzrə 150,16 manat, xx.xx.2023-cü il tarixdə ********* mobil telefon nömrəsi üzrə 2 manat olmaqla ümumilikdə 152,16 manat ödəniş edilmişdir.
23. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixli 241608 saylı və 21 iyul 2015-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə nömrə, açıq rabitə xətti ayırmağı və rabitə, telekommunikasiya xidmətləri göstərməyi, cavabdeh isə xidmətlərə görə müqavilə, qaydalar və tarif planına əsasən ödəniş həyata keçirməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2007-ci il tarixli müqavilə üzrə 702140400, 702131300, ********* və ********* mobil nömrələri, 21 iyul 2015-ci il tarixli müqavilə üzrə 702349073, 702349074, 702349075, 702349076, 702349077, 702349078, 702349081, 702349082, 702349083, 702349084, 702349085, 702349086, 702349087, 702349088, 702349089, 702349092, 702349095, 702349097, ********* və ********* mobil nömrələri cavabdehin istifadəsinə verilmiş, həmin mobil nömrələrdən istifadə üzrə yalnız ********* mobil telefon nömrəsi üçün 150,16 manat, ********* mobil telefon nömrəsi üçün 2 manat ödəniş edilmişdir. Cavabdehin xidmət haqqı borcu isə 8395,72 manat təşkil edir.
24. İddiaçı mobil rabitə xidmətlərinin göstərilməsinə dair xx.xx.2007-ci il və 21 iyul 2015-ci il tarixli müqavilələr üzrə göstərilmiş xidmətin dəyəri olaraq qalıq 8393,72 manat məbləğində pulun tutulmasını tələb edir.
25. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
26. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
28. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
29. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
30. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
31. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
34. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli 241608 saylı mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilə və 21 iyul 2015-ci il tarixli abunə müqaviləsi xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
35. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
36. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
37. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
38. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, istifadəsinə verilmiş mobil telefon nömrələri üzrə ümumilikdə 8395,72 manat məbləğində borcu yaranmış, sonuncu isə xx.xx.2007-ci il tarixli 241608 saylı və 21 iyul 2015-ci il tarixli müqavilələrin 5-ci hissəsində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü bəndində təsbit edilmiş mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, tutulmalı məbləğ 8393,72 manat təşkil edir.
39. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
40. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
41. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
44. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
45. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 8393,72 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Mobil rabitə xidmətlərinin göstərilməsi müqavilələri üzrə cərimənin tutulması tələbi ilə bağlı
46. İddia ərizəsində iddiaçı həmçinin 3,66 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
47. xx.xx.2007-ci il tarixli 241608 saylı müqavilənin 5.3-cü bəndinə əsasən, əgər Abunəçi qayda və tarif planında müəyyən olunan ödəniş şərtlərini pozarsa, Azerfon gecikmənin hər təqvim günü üçün 0 01%, lakin 30%-i aşmamaq şərti ilə cərimə tətbiq edir.
48. 21 iyul 2015-ci il tarixli müqavilənin 5.3-cü bəndinə əsasən, Abunəçi, İddiaçı tərəfindən müəyyən olunan və bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq dəyişdirilən tarif planı və qaydalarla nəzərdə tutulan ödəniş şərtlərinin pozmasına görə gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,1% həcmində, lakin ümumilikdə 30% çox olmamaq şərti ilə cərimə ödəyir. Abunəçiyə tətbiq olunan cərimələr, onun istifadə etdiyi nömrə hesabından və ya depozit hesabından İddiaçı tərəfindən birtərəfli qaydada tutula bilər.
49. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli izahlı maliyyə arayışından görünür ki, cərimənin məbləği 3,66 manat təşkil edir.
50. xx.xx.2024-cü il tarixli hesab-invoyslardan görünür ki, cərimə 21 iyul 2015-ci il tarixli müqavilə üzrə təqdim edilmiş 702349073, 702349074, 702349075, 702349076, 702349078, 702349081, 702349082, 702349083, 702349085, 702349086, 702349087, 702349088, 702349089, 702349095, ********* və ********* mobil nömrələr üzrə hesablanmışdır.
51. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
52. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir. Eləcə də cavabdeh müqavilənin qiyməti üzrə qismən ödəniş etmişdir.
53. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 3,66 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
54. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi əsaslı olduğundan təmin edilməli, 3,66 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Mediasiya xərcinin tutulması ilə bağlı
55. İddia ərizəsində iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
56. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/11-01813 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat ödəniş etmişdir.
57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
58. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
59. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
60. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
61. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 8393 (səkkiz min üç yüz doxsan üç) manat 72 (yetmiş iki) qəpik əsas borc, 3 (üç manat) 66 (altmış altı) qəpik cərimə borcu olmaqla ümumilikdə 8397 (səkkiz min üç yüz doxsan yeddi) 38 (otuz səkkiz) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova