Məhkəmə qərarları › İş №e-2-2(113)-3800/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3800/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3800/2025 05.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin CavabdehMMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X8 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin CavabdehMMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) CavabdehMMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 19 iyul tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən 4 451 886,30 (dörd milyon dörd yüz əlli bir min səkkiz yüz səksən altı manat otuz qəpik) manat borcun, 2024-cü il 01 oktyabr tarixli 01-İS/24 nömrəli müqaviləyə əsasən 373 479,44 (üç yüz yetmiş üç min dörd yüz yetmiş doqquz manat qırx dörd qəpik) manat borcun, 2024-cü il 1 sentyabr tarixli OL-037-24 nömrəli müqaviləyə əsasən 960 000,00 (doqquz yüz altmış min) manat borcun və 3682,68 (üç min altı yüz səksən iki manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun, cəmi: 5 789 048,42 (beş milyon yeddi yüz səksən doqquz min qırx səkkiz manat qırx iki qəpik) manat məbləğində pul vəsaitinin CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud MəsuliyyətliCəmiyyəti əvvəlki illərdə bağlanılmış 2023- cü il 19 iyul tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikaları vasitəsilə göstərilmiş aqrotexniki xidmətlər üzrə yaranmış 7 313 660,72 (yeddi milyon üç yüz on üç min altı yüz altmış manat yetmiş iki qəpik) manat borc öhdəliyindən 5 005 000,12 (beş milıyon beş min manat on iki qəpik) manat məbləğində ödəniş edilmiş, 2 308 660,60 (iki milyon üç yüz səkkiz min altı yüz altmış manat altmış qəpik) manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Eyni zamanda qeyd edilən borc öhdəliyi barədə razılaşmaya əsasən aqrokimyəvi maddələr üzrə 2 143 225,70 (iki milyon yüz qırx üç min iki yüz iyirmi beş manat yetmiş qəpik) manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Beləliklə, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında2023-cü il 19 iyul tarixli R01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən ümumilikdə 4 451 886,30 (dörd milyon dörd yüz əlli bir min səkkiz yüz səksən altı manat otuz qəpik) manat yerinə yetirilməmiş borc öhdəliyi mövcuddur. Həmçinin bildiririk ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış X2 xidmətlərindən istifadəyə dair 2024-cü il 01 oktyabr tarixli 01-İS/24 nömrəli müqaviləyə əsasən 373 479,44 (üç yüz yetmiş üç min dörd yüz yetmiş doqquz manat qırx dörd qəpik) manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmışCəmiyyətə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə, eləcədə xidmət göstərilməsi barədə bağlanılmış 2024-cü il 1 sentyabr tarixli OL-037- 24 nömrəlimüqaviləyə əsasən 960 000,00 (doqquz yüz altmış min) manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Tərəflər arasında bağlanmış müqavilələr və razılaşmaya əsasən Cavabdeh Məhdud MəsuliyyətliCəmiyyəti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulmuş məbləğləri tam şəkildə həyata keçirilməsini öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə“Aztəsərrüfat” Məhdud MəsuliyyətliCəmiyyəti arasında bağlanmış 2024-cü il 23 avqust tarixli OL-036-24 nömrəlimüqaviləyə əsasən cavabdehin 453 000,0 (dörd yüz əlli üç min) manat öhdəliyindən 41380,0 (qırx bir min üç yüz səksən) manat ödəniş yerinə yetirilmiş və 411 620,0 (dörd yüz on bir min altı yüz iyirmi) manat məbləğində borcu qalmışdır. Beləliklə, Cavabdeh Məhdud MəsuliyyətliCəmiyyətinin qeyd edilən müqavilələr və razılaşma üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ümumilikdə 5 785 365,74 (beş milyon yeddi yüz səksən beş min üç yüz altmış beş manat yetmiş dörd qəpik) manat məbləğində yerinə yetirmədiyi borc öhdəliyi mövcuddur. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.4-cü bəndinə əsasən Lizinq alan(istifadəçi) tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən ödənişləri yerinə yetirilmədikdə, İcraçı onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanunamüvafiq qaydada tələb etmək hüququna malikdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən, cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Eyni zamanda həmin Məcəllənin 448.2–ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “2023-cü il 19 iyul tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən 4 451 886,30 (dörd milyon dörd yüz əlli bir min səkkiz yüz səksən altı manat otuz qəpik) manat borcun, 2024-cü il 01 oktyabr tarixli 01-İS/24 nömrəli müqaviləyə əsasən 373 479,44 manat borcun, 2024-cü il 19 avqust tarixli OL-037-24 nömrəli müqaviləyə əsasən 460 000,00 (dörd yüz altmış min) manat borcun və 3682,68 (üç min altı yüz səksən iki manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun, cəmi: 5 289 048,42 (beş milyon iki yüz səksən doqquz min qırx səkkiz manat qırx iki qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “2023-cü İİ19 iyul tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən 4 451 886,30 (dörd milyon dörd yüz əlli bir min səkkiz yüz səksən altı manat otuz qəpik) manat borcun 2024-cü il 19 avqust tarixli OL-037-24 nömrəli müqaviləyə əsasən 460 000,00 (dörd yüz altmış min) manat borcun və 3682,68 (üç min altı yüz səksən iki manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun, cəmi: 4 915 568,98 (dörd milyon doqquz yüz on beş min beş yüz altmış səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin qismən təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, məhkəmə icraatı dövründə müəyyən ödənişlər edildiyi üçün iddianın həcmi azaldılmışdır.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edib və təmin edilməməsini xahiş etmişdir.Əlavə olaraq qeyd etdi ki, ümumi çəkilmiş xərclər təxmini 7 milyon 313 min manat təşkil edir. Aqrolizinqin regional bölmələrində çəkilmiş xərclərə dair cədvəl iddiaçı tərəf tərəfindən məhkəməyə təqdim edilmişdir. Texnikaların xərclərini faizlə nəzərə aldıqda, bu xərclər 29% təşkil edir ki, bu da 2 121 961 manat olmalı idi. Lakin texnikalar bizə daha yüksək məbləğlə satılmışdır və 38 milyon manata təqdim edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 xidmətlərindən istifadəyə dair müqavilə imzalanmışdır.

10. X2 mal-material və avadanlıqlarla biı Cavabdeh MMC-yə təhvil verilməsi barədə akta əsasən xx.xx.2024-cü il tarixli akta əsasən 01 oktyabr 2024-cü il tarixli, 01-İS/24 nömrəli müqaviləyə əsasən aşağıda adı çəkilən X5 mal-material və avadanlıqlarla birlikdə Cavabdeh MMC-yə saz vəziyyətdə təhvil verilmişdir.

11. İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Llzinqə (İstifadəyə) verən “Aqroservis" ASC-nin balansında oları kənd təsərrüfa texnikalarının mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə Lizinq alanın (İstifadəçinin) istifadəsinə verir. - 1.2-ci bəndinə əsasən Lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1 -ci bəndində nəzərdə tutulmuş məbləçi lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən İstifadəçi bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş ödənişin xx.xx.2024-cü il tarixindən gec olmayaraq İstifadəyə verənə ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. "xxxx" (Aqrolizinq) ASC və "xxxx" MMC arasında qarşılıqlı hesablaşmaların xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya cəmi 6116770.30 manat borcu var.

13. İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli R-01/23 borc öhdəliyi barədə razılaşma imzalanmışdır.

14. Həmin müqavilənin 1—ci bəndinə görə tərəflər razılığa gəlirlər ki, aralarında bağladıqları 2019-cu il 28 noyabr tarixli RP-01/19 nömrəli “Borc öhdəliyi barədə razılaşma protokolu”na əsasən, xx.xx.2019-cu il tarixinədək ASC-yə məxsus kənd təsərrüfatı texnikaları vasitəsilə göstərilmiş aqrotexniki xidmətlər üzrə yaranmış 7 313 660,72 (yeddi milyon üç yüz on üç min altı yüz altmış manat yetmiş iki qəpik) manat borc məbləğindən 5 005 000,12 (beş milyon beş min manat on iki qəpik) manat ödənildiyini, son illər ərzində dünyada baş vermiş qlobal hadisələr (pandemiya, iqtisadi böhran və s.) ilə əlaqədar obyektiv səbəbdən borc öhdəliyinin vaxtında icra edilməsinin mümkün olmadığını nəzərə alaraq, borcun restrukturizasiyasının təmin edilməsi məqsədilə aqrotexniki xidmətlər üzrə qalan 2 308 660,60 (iki milyon üç yüz səkkiz min altı yüz altmış manat altmış qəpik) manat məbləğində və aqrokimyəvi maddələr üzrə qalan 2 143 225, 70 (iki milyon yüz qırx üç min iki yüz iyirmi beş manat yetmiş qəpik) manat məbləğində borc öhdəliyinin MMC tərəfindən icrası üçün ödəniş müddəti ən geci 2024-cü ilin noyabr ayının sonunadək müəyyən edilsin (ödəniş qrafiki əlavə olunur).

15. İddiaçı tərəfindən verilmiş maliyyəarayışına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 19 iyul tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikaları vasitəsilə göstərilmiş aqrotexniki xidmətlər üzrə yaranmış 7 313 660,72 (yeddi milyon üç yüz on üç min altı yüz altmış manat yetmiş iki qəpik) manat borc öhdəliyindən 5 005 000,12 (beş milıyon beş min manat on iki qəpik) manat məbləğində ödəniş edilmiş, 2 308 660,60 (iki milyon üç yüz səkkiz min altı yüz altmış manat altmış qəpik) manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır.Eyni zamanda qeyd edilən borc öhdəliyi barədə razılaşmaya əsasən aqrokimyəvi maddələr üzrə 2 143 225,70 (iki milyon yüz qırx üç min iki yüz iyirmi beş manat yetmiş qəpik) manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır.Beləliklə, 2023-cü il 19 iyul tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ümumilikdə 4 451 886,30 manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 24 dekabr 2025-ci il tarixli, 3-16-16/2-9/5446/2025 saylı ekspert rəyinə əsasən təqdim edilmiş iş materiallarında öz əksini tapmış sənədlər 2017-2018-ci illərə dair tərtib edilmiş, “Aqroservis "ASC tərəfindən göstərilmiş aqrotexniki xidmətlər üzrə aktlardan ibarətdir. Hazırkı tədqiqatla həmin aktlarla tanışlıq zamanı onların üzərində ölçü və miqdarının qeyd olunması müəyyən olunsa da, qiyməti və yekun məbləğinin qeyd olunmadığı müəyyən olundu. qeyd olunan aktlar üzrə yekun məbləğin müəyyən edilməsi üçün hər akt üzrə qiymətin və ona müvafiq yekun məbləğin qeyd olunması zəruridir. Bundan başqa sualda aktlarla yanaşı qaimələr üzrə yekun məbləğ soruşulsa da, təqdim edilmiş iş materiallarında adıçəkilən qaimələrə dair hər hansı bir məlumat (e-qaimələr, AVİS-dən çıxarış) öz əksini tapmamışdır.Göstərilənlərdən əlavə qeyd edilir ki, ekspert qarşısında qoyulmuş ikinci sualda soruşulan "xxxx" ASC tərəfindən 2017-2018-ci illər üzrə təsərrüfatlarda istifadə edilmiş texnikaların “P-Aqro" MMC-yə satılmasını nəzərə alaraq iddiaçı tərəfindən təqdim etdiyi cədvəl əsasında istismar xərclərinin müəyyən edilməsi məsələsi məhkəmə- mühasibat ekspertizasının həll etdiyi məsələlər xaricindədir. Belə ki, məhkəmə- mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır.

V. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.[541] 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.[542] 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

VI. Məhkəmənin mövqeyi:

19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud MəsuliyyətliCəmiyyəti 19 iyul 2023- cü il tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikaları vasitəsilə göstərilmiş aqrotexniki xidmətlər üzrə yaranmış 7 313 660,72 (yeddi milyon üç yüz on üç min altı yüz altmış manat yetmiş iki qəpik) manat borc öhdəliyindən 5 005 000,12 (beş milıyon beş min manat on iki qəpik) manat məbləğində ödəniş edilmiş, 2 308 660,60 (iki milyon üç yüz səkkiz min altı yüz altmış manat altmış qəpik) manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Eyni zamanda qeyd edilən borc öhdəliyi barədə razılaşmaya əsasən aqrokimyəvi maddələr üzrə 2 143 225,70 (iki milyon yüz qırx üç min iki yüz iyirmi beş manat yetmiş qəpik), beləliklə cavabdehin 2023-cü il 19 iyul tarixli R01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən ümumilikdə 4 451 886,30 (dörd milyon dörd yüz əlli bir min səkkiz yüz səksən altı manat otuz qəpik) manat yerinə yetirilməmiş borc öhdəliyi mövcuddur. Tərəflər arasında mübahisələndirilən hal, cavabdeh iddiaçı ilə həmin razılaşmanı imzaladığını qəbul etsə də, həmin razılaşma ilə müəyyən eidlən borcların düzgün hesablanmadığını, 19 iyul 2023-cü il tarixli mpvcud borcun etirafı ilə bağlı razılaşmaya əsasə olan alt sənədlər borcun yenidən hesablanmalı olduğunu bildirərək iddiaya bu hissədə etirqaz edir.

23. İddia tələbinin digər hissəsi Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmışCəmiyyətə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə, eləcədə xidmət göstərilməsi barədə bağlanılmış 2024-cü il 19 avqust tarixli OL-037-24 nömrəlimüqaviləyə əsasən 960 000,00 (doqquz yüz altmış min) manat yerinə yetirilməmiş borc öhdəliyi müəyyən edilmiş, məhkəmə icraatı dövründə həmin məbləğdən 500000 manatı ödənildiyi üçün iddia tələbinin həcmi azaldılaraq 460000 manat pul tələb edilir. Cavabdehin nümayəndələri heç bir məhkəmə iclasında həmin müqavilə üzrə borca münasibət bildirməmiş və heç bir sübut təqdim etməmişdir.

24. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 xidmətlərindən istifadəyə dair müqavilə üzrə borc məbləği məhkəmə craatı zamanı tam ödənildiyi üçün o hissədə iddia tələbi azaldılmışdır.

25. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf 19 iyul 2023- cü il tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşma əsasında müəyyən edilən borc məbləğini mübahisələndirdiyi üçün cavabdehin vəsatəti təmin edilərək, caavbdehin təqdime etdiyi sənədlər əsasında borcun yenidən hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq eskpertizası təyin edilmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 24 dekabr 2025-ci il tarixli, 3-16-16/2-9/5446/2025 saylı ekspert rəyinə əsasən, borc məbləğinin hesablanmasının hazırki sənədlər əsasında mümkünsüzlüyü ifadə olunmuş, qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış sənədlər 2017-2018-ci illərə dair tərtib edilmiş, “Aqroservis "ASC tərəfindən göstərilmiş aqrotexniki xidmətlər üzrə aktlardan ibarətdir. Hazırkı tədqiqatla həmin aktlarla tanışlıq zamanı onların üzərində ölçü və miqdarının qeyd olunması müəyyən olunsa da, qiyməti və yekun məbləğinin qeyd olunmadığı müəyyən olundu. qeyd olunan aktlar üzrə yekun məbləğin müəyyən edilməsi üçün hər akt üzrə qiymətin və ona müvafiq yekun məbləğin qeyd olunması zəruridir. Bundan başqa sualda aktlarla yanaşı qaimələr üzrə yekun məbləğ soruşulsa da, təqdim edilmiş iş materiallarında adıçəkilən qaimələrə dair hər hansı bir məlumat (e-qaimələr, AVİS-dən çıxarış) öz əksini tapmamışdır.Göstərilənlərdən əlavə qeyd edilir ki, ekspert qarşısında qoyulmuş ikinci sualda soruşulan "xxxx" ASC tərəfindən 2017-2018-ci illər üzrə təsərrüfatlarda istifadə edilmiş texnikaların “P-Aqro" MMC-yə satılmasını nəzərə alaraq iddiaçı tərəfindən təqdim etdiyi cədvəl əsasında istismar xərclərinin müəyyən edilməsi məsələsi məhkəmə- mühasibat ekspertizasının həll etdiyi məsələlər xaricindədir. Belə ki, məhkəmə- mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır.

27. Məhkəmə qeyd edir ki, hazırki halda iddia xx.xx.2023-cü il tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, 4 451 886,30 (dörd milyon dörd yüz əlli bir min səkkiz yüz səksən altı manat otuz qəpik) manat məbləğində pul tələbi hissəsində tam təmin edilməlidir, belə ki, tərəflər arasında hazırki borc məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş , təsdiq edilmiş və həmin məbləğdən ödənişlər edilmişdir. Cavabdeh tərəfindən həmin məbləğin ödənilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdeh etirazının dəlillərinə dair də heç bir əsaslı sübut təqdim etməmişdir. Cavabdehin həmin məbləği həm müqavilə əsasında öhdəlik kimi müəyyən etməsi, həmçinin müəyyən olunan borcdan ödənişlər etməsi borcun məbləği ilə bağlı onun iradə ifadəsinin olmasını təsdiq edir.

28. Məhkəmə həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin ilkin olaraq xx.xx.2023-cü il tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən borc məbləğini öz iradə ifadəsi ilə qəbul etməsi və həmin məbləğdən ödənişlər etməsi, sonradan fərqli mövqe bildirərək borcun məbləğinin yenidən hesablanmasını tələb etməsi estopel prinsipi ilə də ziddiyyət təşkil edir.

29. «…Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir (“M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı)

30. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqedən göründüyü kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. İddia tələbinin xx.xx.2024-cü il tarixli OL-037-24 nömrəli müqaviləyə əsasən, 460 000 (dörd yüz altmış min) manat məbləğində pul vəsaiti tələbinə dair hissədə məhkəmə tələbi əsaslı hesab edrək qeyd edir ki, xx.xx.2024-cü il tarixli OL-037-24 nömrəli müqaviləyə əsasən lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən “iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyektləri olan texnikaları lizinq alan cavabdehə təhvil vermişdir. Lizinq alan Cavabdeh MMC ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh MMC-nin lizinq müqaviləsi üzrə 460 000 (dörd yüz altmış min) manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh MMC-nin lizinq müqaviləsi üzrə 460 000 (dörd yüz altmış min) manat məbləğində əsas borcu yaranması iş materialları ilə tərəflər arasında bağlanmış müqavilə, təhvil təslim aktı, ödəniş cədvəli cavabdehin məhkəmə icraat dövründə etdiyi ödənişlərlər təsdiqni tapır.

33. Odur ki, məhkəmə Mülki Məcəllənin 747-ci maddəsinə əsasən mübahisəli öhdəlik hüquq münasibətində kreditor olan lizinq verənin borclu olan lizinq alandan lizinq ödənişlərin edilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, lizinq ödənişlərinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdeh X3 460 000 (dörd yüz altmış min) manat məbləğində borcu tutularaq İddiaçı ASC-nə ödənilməlidir.

34. Belə olan halda məhkəmə mübahisəli borc müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli R- 01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, 4 451 886,30 (dörd milyon dörd yüz əlli bir min səkkiz yüz səksən altı manat otuz qəpik) manat məbləğində pul vəsaiti; xx.xx.2024-cü il tarixli OL-037-24 nömrəli müqaviləyə əsasən, 460 000 (dörd yüz altmış min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

35. Məhkəmə həçinin qeyd edir ki, iddiaçı iddia tələbində həmçinin 3682,68 manat dövlət rüsumu tələb etmişdir, məhkəmə hesab edir ki. Həmin hissədə iddia qismən təmin edilməlidir belə ki, iddia tələbinin həcmin mütənasib məbləğ 3245, 94 manatdır və tələb o hissədə təmin edilə bilər.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli R-01/23 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, 4 451 886,30 (dörd milyon dörd yüz əlli bir min səkkiz yüz səksən altı manat otuz qəpik) manat məbləğində pul vəsaiti; xx.xx.2024-cü il tarixli OL-037-24 nömrəli müqaviləyə əsasən, 460 000 (dörd yüz altmış min) manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 3245, 94 (üç min iki yüz qırx beş manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar