Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-381/2020 05.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı "İddiaçı" firmasının nümayəndələri və vəkilləri X4 və Vəkil, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "İddiaçı" firmasının cavabdeh "Cavabdeh" Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən məhv edilmiş qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən ******* manatın tutulması və onun Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanda iddiaçıya məxsus olan 4247.6 kv.metr torpaq sahəsindən çıxarılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması mümkün olmadıqda isə torpaq sahəsinin bazar qiymətini təşkil edən ******* manatın və məhv edilmiş qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən ******* manatın, cəmi ******* manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin və onun işçi heyyətinin iddiaçının mülkiyyətində olan 4247,6 kv.m topaq sahəsindən və onun üzərində olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən məhv edilmiş qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən ******* manatın tutulması və onun Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanda iddiaçıya məxsus olan 4247.6 kv.metr torpaq sahəsindən çıxarılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması mümkün olmadıqda isə torpaq sahəsinin bazar qiymətini təşkil edən ******* manatın və məhv edilmiş qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən ******* manatın, cəmi ******* manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(113)-381/2020 saylı qərardadı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı dənizdə istifadə olunan bütün qurğuların, sualtı texniki işlərin görülməsi ilə məşğuldur. Bu fəaliyyətin həyata keçirilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 3 ünvanında yerləşən ümumi sahəsi 4247,6 kv.m olan torpaq sahəsini və orada yerləşən qeyri-yaşayış sahəsini özəlləşdirmiş və özəlləşdirməyə dair firmaya müvafiq şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi firmanın mülkiyyətindədir. Lakin cavabdeh heç bir əsas olmadan həmin torpaq sahəsini və qeyri-yaşayış sahəsini ələ keçirmək məqsədi ilə firmanın mülkiyyətinə qəsd edərək, həmin ərazini zəbt etmişdir. Dəfələrlə həmin ərazinin boşaldılması tələb olunsa da nəticəsi olmamışdır. Hüquqi əsas kimi isə Bakı Şəhər İcra Hakimiyyətinin 450 saylı xx.xx.2011-ci il tarixli sərəncamı göstərilmişdir. Bu səbəbdən də məcbur olub 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə həmin sərəncamın ləğv edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi ilə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2in(82)-660/2012 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 450 saylı xx.xx.2011-ci il tarixli sərəncamı qismən, yəni iddiaçıya məxsus 4247,6 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmiş və iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərin cavabdehə qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Preyudisial əhəmiyyət kəsb edən həmin məhkəmə aktı ilə də həqiqətən cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 4247,6 kv.m torpaq sahəsinin və orada yerləşən qeyriyaşayış sahəsinin zəbt edilməsi öz təsdiqini tapmışdır. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, "MBA LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MB-13/008 saylı Qiymətləndirmə Hesabatı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 3 ünvanında iddiaçıya məxsus olan 4247,6 kv.metr torpaq sahəsində yerləşən gəmi təmiri əmlak kompleksində aparılmış tikinti-təmir işlərinin dəyəri, torpaq sahəsinin qiymətini təşkil edən 3.042.200 manat da daxil olmaqla ümumilikdə 7.048.500 manat təşkil edir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi sökülərək məhv edilmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddia əsassızdır. İddiaçıya məxsus qeyri-yaşayış binasının və torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsində yerləşməsi sübut olunmur. Torpaq sahəsi və qeyri-yaşayış sahəsinin ünvanları da fərqli ünvanlardır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, "Cavabdeh" Qapalı Səhmdar Cəmiyyəti xx xxxxxx 2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, İddiaçı firması xx xxxx 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxxxx 2000-ci il tarixli 000250 və xx xxxxxxx 2000-ci il tarixli 000062 saylı Şəhadətnamələrin surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 3 ünvanında yerləşən 1214,8 kv.metr qeyri-yaşayış sahəsi və 4247,6 kv.metr torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2in(82)- 660/2012 saylı qərarından müəyyən olunur ki, İddiaçı firmasının cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Dövlət X7rşı Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının qismən ləğv edilməsi və iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərin cavabdeh Azərbaycan Dövlət X2 edilməsi barədə iddiası təmin edilmiş, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 450 saylı xx.xx.2011-ci il tarixli sərəncamı qismən, yəni iddiaçıya məxsus 4247,6 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmiş və iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlər cavabdeh Azərbaycan Dövlət X2 edilmişdir. "MBA LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli MB-13/008 saylı Qiymətləndirmə Hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 3 ünvanında iddiaçıya məxsus olan 4247,6 kv.metr torpaq sahəsində yerləşən gəmi təmiri əmlak kompleksində aparılmış tikinti-təmir işlərinin xx xxxxxx 2020-ci il tarixə hesablanmış bazar dəyəri 7.048.500,5 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(102)- 373/2019 saylı qərarından müəyyən olunur ki, İddiaçı "İddiaçı" firmasının cavabdeh "Cavabdeh" Qapalı Səhmdar Cəmiyyətinə qarşı maddi ziyan və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi, cavabdehin iddiaçıya məxsus torpaq sahəsində fəaliyyətinə son qoyulması barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 141/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-230/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-141/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-230/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndələri və vəkillərinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən 1214,8 kv.m qeyri-yaşayış sahəsi xx xxxxxxxx 2000-ci il tarixli 000250 saylı Şəhadətnamə əsasında və Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 3 unvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 4247,6 kv.metr torpaq sahəsi isə xx xxxxxxx 2000-ci il tarixli 000062 saylı Şəhadətnamə əsasında "İddiaçı" firmasının xüsusi mülkiyyətindədir və bununla bağlı daşınmaz əmlakın reyestr məlumatlarında müvafiq qeydlər aparılmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin məhv edilməsinə görə maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona məxsus qeyri-yaşayış sahəsinin məhz cavabdeh tərəfindən məhv edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddia tələbinin torpaq sahəsinə dair hissəsinə münasibətdə qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-660/2012 saylı xx xxxx 2012-cı il tarixli qərarı ilə, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 450 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı qismən, yəni iddiaçı "İddiaçı” firmasına məxsus 4247,6 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilmiş və iddiaçı “İddiaçı" firmasının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlər cavabdeh Azərbycan Dövlət X3 edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra xx xxxxx 2013-cu il tarixdə icra edilməsi üçün Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Həmin qərarın icrası ilə bağlı Səbail rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra hərəkətləri aparılmışdır. Məhkəmə qeyd edir ki iddiaçının tələb etdiyi torpaq sahəsindən çıxarılmanın əsası kimi cavabdehin ona məxsus torpaq sahəsində qanunsuz fəaliyyəti məhkəmə mübahisəsinın predmeti olmuş və məhkəmə araşdırması ilə muəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-cı il tarıxlı 90s nomrəli sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Dövlət X10 “Xəzərdənizgəmitəmiri" İstehsalat Birliyinin Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 2962, 2971 və 2236-cı məhəllədə ayrılmış əraziyə köçürülməsini təmin etmək məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 401 saylı sərəncamı ilə Xətai rayonu, Zığ şossesi 2962, 2971-ci məhəllələrdə ayrılmış torpaq sahəsinə Bakı şəhəri İcra Hakimiyyətinin 450 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı ilə 4.4057 ha ərazi, o cümlədən İddiaçı firmasının mülkiyyətindəki 4247.6 kv.m torpaq sahəsi əlavə olunmuşdur. Məhkəmənin sözügedən qərarı ilə Bakı şəhəri icra Hakimiyyətinin 450 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı ləğv edilərək hazırki iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlər Dövlət X2 olunmuşdur. Beləliklə, iddiaçının ona məxsus torpaq sahəsi ilə bağlı cavabdehin hərəkətlərinin hüquqi əsası aradan qalxmışdır. İddiaçı isə iddia ərizəsində cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını, bu mümkün olmadıqda torpaq sahəsinin bazar qiymətinin cavabdehdən tutulmasını mübahisələndirir, hüquqi əsas kimi 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)-660/2012 saylı xx xxxx 2012-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinə istinad edir. İşdən isə görünür ki, xx xxxx 2012-ci il tarixli məhkəmə qərarı icraya yönəlmişdir və həmin qərarın icrası ilə bağlı Səbail rayon İcra şöbəsinin icra məmuru və eyni zamanda “İddiaçı'’ firmasının direktoru X1 da iştirakı ilə tərtib edilən və iş materiallarında olan son akt xx xxxxxx 2013-cü il tarixlidir. İş materiallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 307 saylı sərəncamı ilə Xətaı rayonu, Zığ şossesi küçəsi, 2962 məhəllədə cizgidə göstərilən ərazi daxilındə 3.1171 ha torpaq sahəsi yeni zavod tikintisinin layihələndirilməsi üçün Azərbaycan Dovlət X11 verilmişdir. Belə olan halda, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-660/2012 saylı xx xxxx 2012-ci il tarixli qərarının hazırki iş üzrə preyudisiallığı istisna edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş uzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Lakin yuxarıda da qeyd edildiyi kimi, Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2in(82)- 660/2012 saylı xx xxxx 2012-ci il tarixli qərarında Bakı şəhəri İcra Hakimıyyətinin 450 saylı, xx.xx.2011-cı il tarixli sərəncamının qanuniliyi məsələsi araşdırılmış, həmin sərəncam ləğv edilmişdir. Hazırki işin hallarından isə görünür ki, Bakı Şəhər icra Hakımıyyətı başçısının xx.xx.2013-cü il tarixli, 307 saylı sərəncamı ilə cavabdehə müvafiq torpaq sahələri ayrılmışdır. Göründüyü kimi, iddiaçının hazırki tələbində mübahisələndirdiyi cavabdehin hərəkətlərinin hüquqi əsası dəyişmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli Qərarında" qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən subut edilməsi yolverilməzdir.” Məhkəmə qeyd edir ki, iddianın predmeti - o hüquq münasibətdiri ki, mövcudluğu ilə bağlı məhkəmə məsələyə baxmalı və tərəflər arasında hüquq və vəzifələrin təsdiq edilməsi barədə qərar çıxarmalıdır. Göründüyü kimi, qanunverici tələbin predmetinə dair sübut edilmiş halın yenidən sübut edilməsini qadağan edir. İddiaçı isə Bakı Şəhər icra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 307 saylı sərəncamını mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" firmasının cavabdeh "Cavabdeh" Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən məhv edilmiş qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən ******* manatın tutulması və onun Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanda iddiaçıya məxsus olan 4247.6 kv.metr torpaq sahəsindən çıxarılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması mümkün olmadıqda isə torpaq sahəsinin bazar qiymətini təşkil edən ******* manatın və məhv edilmiş qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən ******* manatın, cəmi ******* manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı firmasına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-381/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-381/2020
05.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver