Məhkəmə qərarları › İş №e-2-2(113)-3826/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3826/2021

26.07.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3826/2021 26.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı Ərizəçi İddiaçı MMC-nin kreditorlar “X3” ASC, Cavabdeh5, “AYAN" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh13 MMC, "xxxx" MMC, Babək "xxxx" ASC, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4 MMC, Cavabdeh15 ŞİKŞ, “Gəmiqaya” holdinq şirkətlər İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “Hakan Foods Azərbaycan X4” MMC, Cavabdeh9 MMC, Cavabdeh1 MMM, Cavabdeh2 MMC, Cavabdeh10 MMC və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qarşınə “müflis elan olunma barədə” ərizəyə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı MMC-nin kreditorlar “X3” ASC, Cavabdeh5, “AYAN" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh13 MMC, "xxxx" MMC, Babək "xxxx" ASC, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4 MMC, Cavabdeh15 ŞİKŞ, “Gəmiqaya” holdinq şirkətlər İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “Hakan Foods Azərbaycan X4” MMC, Cavabdeh9 MMC, Cavabdeh1 MMM, Cavabdeh2 MMC, Cavabdeh10 MMC və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qarşı “müflis elan olunma barədə” ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı müflis elan olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş üzrə ərizəçi İddiaçı MMC-nin ərizəsi Vəkil Əli qızı tərəfindən elektron məhkəmə portalında imzalanmışdır. Lakin sonuncunun imza səlahiyyətlərinin olmasına dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına həmin münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərini tətbiq edərək bildirir ki, hazırda həmin iş materialları üzrə iddiaçı şirkətin Azərbaycan Respublikası qanunvericiliyə əsasən təmin edilməsi nəzərdə tutulmuş təmsilçilik hüququ düzgün ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən, Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı MMC-nin kreditorlar “X3” ASC, Cavabdeh5, “AYAN" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh13 MMC, "xxxx" MMC, Babək "xxxx" ASC, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4 MMC, Cavabdeh15 ŞİKŞ, “Gəmiqaya” holdinq şirkətlər İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “Hakan Foods Azərbaycan X4” MMC, Cavabdeh9 MMC, Cavabdeh1 MMM, Cavabdeh2 MMC, Cavabdeh10 MMC və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “müflis elan olunma barədə” ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılsın Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar