Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-383/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil2 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 13992,88 manat xidmət haqqının, ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış xx.xx.2007-ci il tarixli, 521426 saylı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsi və həmin müqaviləyə AN 521426 saylı əlavəyə görə əsasən iddiaçı cavabdehə bir sıra nömrələri, açıq rabitə xəttini ayırır və telekommunikasiya xidmətləri göstərir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Müqavilənin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. Lakin cavabdeh "xxxx" MMC tərəfindən “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsinin yuxarıda göstərilən şərtləri pozulmuş, göstərilmiş rabitə xidmətlərinə görə yaranmış borclar ödənilməmişdir. Hazırda cavabdehin İddiaçı MMC-yə 13992,88 manat ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubları ünvanlasaq da, bu günə kimi borc məbləği ödənilməmişdir. İddiaçı MMC ilə cavabdeh arasında iddia ərizəsində qeyd edilən 070 *** ** ** kombinasiyalı mobil nömrədən başqa aşağıdakı nömrələr üzrə də abunə müqavilələri bağlanmış və xeyrimizə tutularaq ödənilməsi tələb edilən borc məbləği təkcə iddia ərizəsində qeyd edilmiş nömrə üzrə deyil, o cümlədən həmin nömrələrdən istifadə üzrə yaranmış ümumi borcdur. Müvafiq abunə müqavilələrinə əsasən cavabdehin istifadəsinə ayrılmış nömrələr və həmin nömrələr üzrə borclar aşağıdakı kimidir (müvafiq hesabların surətləri əlavə edilir): S/S Nömrə borc məbləği (manatla) 1. **********-232,55 manat 2. **********-407,39 manat 3. **********-527,54 manat
4. **********-544,73 manat 5. **********-1244,12 manat 6. **********-1362,72 manat 7. **********-481,23 manat 8. **********-1765,44 manat 9. **********-1220,88 manat 10. **********- 1036,95 manat 11. **********-2106,82 manat 12. **********- 600,51 manat 13. **********- 123,11 manat 14. **********- 268,15 manat 15. **********- 2070,75 manat, cəmi 13992,88. Əlavə olaraq qeyd edirik ki, cavabdeh tərəfindən nömrələrdən istifadəyə görə sonuncu ödəniş 28 yanvar 2011-ci il tarixdə, saat 12:08-də 070 *** ** ** kombinasiyalı mobil nömrə üçün edilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 iddi müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizədə bildirmişdir ki, iddiaçı tələbində göstərdiyi borcun xx.xx.2007-ci il tarixli müqavilə əsasında yarandığını göstərmişdir. Lakin Məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə üzrə yaranmış borcun nə zaman yaranması və hansı səbəbdən hal-hazırda tələb olunması əsaslandırılmamışdır. Hər kəsə məlumdur ki, vaxtaşırı ödənilməli olan borclar aylar üzrə hesablanır və borcludan hər ay tələb olunur. Tələb təmin edilmədiyi halda gecikdirilmiş borc 90 gündən sonra məhkəmə qaydasında tələb edilə bilər. Pul tələblərinin icra müddəti göstərilməsə də, borc yaranan gündən üç il keçdikdən sonra borc tələbləri üzrə iddia müddəti keçmiş sayılır. Bu səbəbdən məhkəmədən xahiş edirik ki, hazırki iddia tələbi iddia müddətinin keçməsi səbəbindən iddia müddəti tətbiq edilməklə rədd edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil2 iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiqinə dair ərizəyə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İİ.İşin halları
İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2007-ci il tarixli, 521426 saylı İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsindən və müqaviləyə A N521426 nömrəli əlavədən görünür ki, iddiaçı cavabdehə bir sıra nömrələri, açıq rabitə xəttini ayırır və telekommunikasiya xidmətləri göstərir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürür. Müqavilənin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**-** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 0,13 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**- ** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 0,13 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**- ** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 0,13 və 0,03 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**- ** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 0,13 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**- ** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 0,13 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**- ** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 0,13 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**- ** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 4.00 və 0,13 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**- ** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 0,13 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**- ** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 3,10 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**- ** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 0,13 və 0,03 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin bilinq sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ***-***-**- ** nömrəsindən sonuncu istifadəsi xx.xx.2011-ci il tarixdə 0,13 manat məbləğində olmuşdur. xx.xx.2007-ci il tarixli, 521426 saylı İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsinə A N521426 nömrəli əlavədən görünür ki, "xxxx" MMC-nin ***-***-**-** nömrəsinə görə son ödəmə tarixi xx.xx.2007-ci il tarixdə olmuşdur. xx.xx.2007-ci il tarixli, 521426 saylı İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsinə A N521426 nömrəli əlavədən görünür ki, "xxxx" MMC-nin ***-***-**-** nömrəsinə görə son ödəmə tarixi xx.xx.2007-ci il tarixdə olmuşdur. xx.xx.2007-ci il tarixli, 521426 saylı İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsinə A N521426 nömrəli əlavədən görünür ki, "xxxx" MMC-nin ***-***-**-** nömrəsinə görə son ödəmə tarixi xx.xx.2007-ci il tarixdə olmuşdur. xx.xx.2007-ci il tarixli, 521426 saylı İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsinə A N521426 nömrəli əlavədən görünür ki, "xxxx" MMC-nin ***-***-**-** nömrəsinə görə son ödəmə tarixi xx.xx.2007-ci il tarixdə olmuşdur.
İİİ.Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3, 385.1 və 386.1-ci maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
İV.Məhkəmənin gəldiyi nəticə
Göründüyü kimi, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC "xxxx" MMC-yə bir sıra nömrələri, açıq rabitə xəttini ayırmağı və telekommunikasiya xidmətləri göstərməyi, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı iddiası rədd edilməlidir, belə ki, iddia ərizəsinə və iddia ərizəsinə dəqiqləşmə barədə ərizədə qeyd edilən nömrələrdən "xxxx" MMC tərəfindən sonuncu istifadə xx.xx.2011-ci il tarixdə olmuş, İddiaçı MMC isə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni təxminən 12 il müddət keçdikdən sonra müraciət edərək, məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Bununla birlikdə məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən verilən iddia ərizəsinə dəqiqləşmə barədə ərizədə də cavabdeh tərəfindən nömrələrdən istifadəyə görə sonuncu ödəniş 28 yanvar 2011-ci il tarixdə, saat 12:08-də 070 *** ** ** kombinasiyalı mobil nömrə üçün edildiyi qeyd edilmişdir, bu isə bir daha onu göstərir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh "xxxx" MMC-dən 13992,88 manat xidmət haqqının, ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh "xxxx" MMC-dən 13992,88 manat xidmət haqqının, ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim:Emin Əliyev