Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-386/2023 31.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* manat əsas borc, 360000 manat cərimə, 2470 manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci, 1200 manat vəkilin göstərdiyi yardıma görə xərc olmaqla cəmi 3363,670 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 18 aprel 2022-ci il tarixdə “Daşınmaz əmlakın dəyərinin kompensasiya edilməsi barədə” notarial qaydada təsdiq edilmiş müqavilə bağlanılmışdır. Qeyd olunan müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MTK Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 64 saylı reyestr kitabında 6043 səhifəsində ********** sayla qeydə alınmış xx.xx.2015-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 76 saylı reyestr kitabında 7159 səhifəsində ********** sayla qeydə alınmış xx.xx.2015-ci il tarixli çıxarışa əsasən İddiaçı MMC-yə tam mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən yerüstü və yarımzirzəmi qeyri-yaşayış sahələrinin bu müqavilənin 2-ci bəndində razılaşdırılmış dəyərinin İddiaçı MMC-yə kompensasiya edilməsini öhdəsinə götürmüş, İddiaçı MMC isə həmin kompensasiyanı qəbuledərək Daşınmaz Əmlakdan Cavabdeh MTK-nın xeyrinə imtina edir və bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, Daşınmaz Əmlakın ümumi kompensasiya edilməli olduğu dəyəri müqavilənin rəsmiləşdirilməsi və kompensasiya məbləğinin köçürülməsi, habelə Cavabdeh MTK-ya aid müvafiq digər xərclər istisna olmaqla ********* manat təşkil edir. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, Cavabdeh MTK hazırkı müqavilə üzrə Daşınmaz Əmlakın bu müqavilənin yuxarıdakı 2-ci bəndində göstərilən Daşınmaz Əmlakın kompensasiya olunan dəyərini İddiaçı MMC-yə müqavilə bağlandıqdan sonra 2 (iki) ay ərzində ödəyəcək. Həmin müddət tamam olduqdan sonra Cavabdeh MTK ödəniş etməzsə hər gecikdirilən gün üçün İddiaçı MMC-yə müqavilənin 2ci bəndində qeyd edilən dəyərin 0.1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bildiririk ki, müqavilə ilə razılaşdırılmış 2 (iki) aylıq müddət 18 iyun 2022-ci il tarixdə bitmiş, Cavabdeh MTK müqavilə ilə üzərinə götürdüyü öhdəliyi qeyd olunan ödəniş şərtini pozaraq ödənişi icra etməmişdir. Bununla bağlı olaraq 28 iyun 2022-ci il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya pretenziya məktubu göndərilmiş, 45000000 manat məbləğində pul vəsaitinin 10 iş günü ərzində bank hesabına köçürmə yolu ilə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks təqdirdə kompensasiya məbləğinin, həmçinin hesablanacaq cərimə məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Bu müraciətdə sonra cavabdeh qeyd olunan məbləğin 15000000 manat hissəsini ödəsə də, qalan məbləği ödəməmişdir. Cavabdeh MTK ilə aramızdakı problemin həlli üçün Mediasiya təşkilatına müraciət etsəkdə, mübahisənin həlli mümkün olmamış, məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Edilmiş bütün yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq Cavabdeh MTK müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 aprel 2022-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanmış daşınmaz əmlakın dəyərinin kompensasiya edilməsi barədə müqavilədən görünür ki, Cavabdeh MTK Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 64 saylı reyestr kitabında 6043 səhifəsində ********** sayla qeydə alınmış xx.xx.2015-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 76 saylı reyestr kitabında 7159 səhifəsində ********** sayla qeydə alınmış xx.xx.2015-ci il tarixli çıxarışa əsasən İddiaçı MMC-yə tam mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən yerüstü və yarımzirzəmi qeyri-yaşayış sahələrinin bu müqavilənin 2-ci bəndində razılaşdırılmış dəyərinin İddiaçı MMC-yə kompensasiya edilməsini öhdəsinə götürmüş, İddiaçı MMC isə həmin kompensasiyanı qəbul edərək Daşınmaz Əmlakdan Cavabdeh MTK-nın xeyrinə imtina edir və bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndindən görünür ki, tərəflər razılaşırlar ki, Daşınmaz Əmlakın ümumi kompensasiya edilməli olduğu dəyəri müqavilənin rəsmiləşdirilməsi və kompensasiya məbləğinin köçürülməsi, habelə Cavabdeh MTK-ya aid müvafiq digər xərclər istisna olmaqla 45000000 manat təşkil edir. Müqavilənin 3-cü bəndindən görünür ki, Cavabdeh MTK hazırkı müqavilə üzrə Daşınmaz Əmlakın bu müqavilənin yuxarıdakı 2-ci bəndində göstərilən Daşınmaz Əmlakın kompensasiya olunan dəyərini İddiaçı MMC-yə müqavilə bağlandıqdan sonra 2 ay ərzində ödəyəcək. Həmin müddət tamam olduqdan sonra Cavabdeh MTK ödəniş etməzsə hər gecikdirilən gün üçün İddiaçı MMC-yə müqavilənin 2-ci bəndində qeyd edilən dəyərin 0,1% miqdarında cərimə ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 2070 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməs üçün nəzərdə tutulmuş 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı hüquqi yardım üçün Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 1200 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanılmış 18 aprel 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC-yə tam mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən yerüstü və yarımzirzəmi qeyri-yaşayış sahələrinin əvəzində Cavabdeh MTK kompensasiya kimi 45000000 manat məbləğində pulun 18 iyun 2022-ci il tarixədək ödənilməsini öhdəliyi götürsə də, yalnız pul vəsaitinin 15000000 manat hissəsini ödəmişdir. Göründüyü kimi Cavabdeh MTK 18 iyun 2022-ci il tarixədək İddiaçı MMC-yə 45000000 manat məbləğində pulun ödənilməsini öhdəliyi götürsə də, həmin borcunbir qismini ödəmiş ******* manat məbləğində borc ödənilməmiş qalmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ******* manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci, 2070 manat məbləğində dövlət rüsumu və 1200 manat məbləğində hüquqi yardım hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın cərimə borcu hissəsi ilə bağlı isə qeyd edir ki, tənasübsüz sürətdə yüksək olan cərimə azaldılaraq 9330 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan ******* manat əsas borc, 9330 manat cərimə, 400 manat məbləğində mediasiya xərci, 2070 manat məbləğində dövlət rüsumu və 1200 manat hüquqi yardım üçün nəzərdə tutulmuş pul, cəmi ******* manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan ******* manat əsas borc, 9330 manat cərimə, 400 manat məbləğində mediasiya xərci, 2070 manat məbləğində dövlət rüsumu və 1200 manat hüquqi yardım üçün nəzərdə tutulmuş pul, cəmi ******* manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-386/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-386/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver