Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3868/2024 06.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh "xxxx" QSC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh "xxxx" QSC-yə qarşı xx.xx.2022-ci il tarixli, 264388 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı QSC (satıcı) ilə "xxxx" QSC (alıcı) arasında 20 dekabr 2022-ci il tarixli 264388 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, alıcının sifarişinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən telefon aparatlarını alıcıya təqdim etməyi, alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Alıcının müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 nömrəli əlavədə nəzərdə tutulmayan digər malların təchiz edilməsinə ehtiyacı yaranarsa, həmin malların tərkibinin və qiymətinin tam təfsilatı hazırki müqaviləyə əlavə qismində qoşulacaq müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək müvafiq əlavələr ilə müəyyən ediləcəkdir. 2.2.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıdan müqaviləyə müvafiq qaydada təqdim edilmiş malları qəbul edərək müqavilədə müəyyən olunan qiymətini ödəmək alıcının vəzifəsidir. 2.3.1-ci bəndinə əsasən müqaviləyə müvafiq qaydada təqdim etdiyi mallar müqabilində alıcıdan malların qiymətinin ödənilməsini tələb etmək satıcının hüququdur. 3-cü bəndinə əsasən müqavilə üzrə təqdim ediləcək mallar müqabilində satıcıya ödəniləcək ümumi məbləğ tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 5.000 manat məbləği ötməyəcəkdir. Müqavilə üzrə təqdim ediləcək mallar müqabilində alıcı tərəfindən satıcıya ödəniləcək məbləğ tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 824,88 azn təşkil edir. Müqavilə üzrə ödənişlər satıcı tərəfindən faktiki olaraq təqdim edilən mallara görə satıcının təqdim etdiyi sənədlər (qaimələr, fakturalar, aktlar, digər sənədlər) əsasında alıcı tərəfindən satıcının bank hesabına 15 (on beş) bank günü ərzində köçürmə yolu ilə həyata 8.1-ci bəndinə əsasən müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və tərəflərin möhürləri ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və həmin tarixdən etibarən xx.xx.2023-cü il tarixinədək qüvvədədir. 10-cu bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı ödənişin hər gecikdirilmiş günü üçün satıcıya ödənişi gecikdirilmiş məbləğin 0,1 %-i (sıfır tam onda bir faizi) məbləğində cərimə ödəyir. Tərəflər razılaşır ki, bu müqavilə çərçivəsində tətbiq edilən cərimənin ümumi məbləği malların ümumi dəyərinin 10 %-dən (on faizindən) çox olmamalıdır. 10.1-ci bəndinə əsasən müqavilə, tərəflərlə onu imzaladığı andan qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirənə qədər, yaxud bu müqavilə pozulana qədər qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı QSC (satıcı) tərəfindən 20 dekabr 2022-ci il tarixli 264388 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəsinə əsasən 11 ədəd telefon aparatı (Finlandiya, ədədi 63.55 manat olmaqla) 824,80 manat ƏDV daxil ilə "xxxx" QSC-yə təhvil verilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı QSC (satıcı) ilə "xxxx" QSC (alıcı) arasında 20 dekabr 2022-ci il tarixli 264388 nömrəli alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli 1 saylı razılaşmaya əsasən müqavilənin 8.1-ci bəndinə aşağıdaki kimi redaksiya verilmişdir “müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və tərəflərin möhürləri ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və həmin tarixdən etibarən xx.xx.2023cü il tarixinədək qüvvədədir”. Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən ümumi dəyəri 3025,02 manat ƏDV daxil dəyərində mallar (kondisoner, elektrik peçi, su qızdırıcısı, soyuducu və televizor) "xxxx" QSC-yə təhvil verilmişdir. "xxxx" QSC-yə təhvil verilmişdir. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı QSC (satıcı) ilə "xxxx" QSC (alıcı) arasında 20 dekabr 2022-ci il tarixli 264388 nömrəli alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli 3 saylı razılaşmaya əsasən müqavilənin 3.1-ci bəndinə aşağıdaki kimi redaksiya verilmişdir: “müqavilə üzrə təqdim ediləcək mallar müqabilində satıcıya ödəniləcək ümumi məbləğ tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 30.000 manat məbləği ötməyəcəkdir.
5. Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 4 saylı əlavə ilə İddiaçı QSC-dən ümumi dəyəri ƏDV daxil 2082,70 manat dəyərində mallar (soyuducu,televizor, mikrodalğalı soba, seyf) "xxxx" QSC-yə təhvil verilməsi nəzərə tutulmuşdur. Satıcı malları bu əlavə № 4 qüvvəyə mindikdən sonra alıcının sifariş bildirişi satıcıya təqdim edildiyi andan 3-5 təqvim günü ərzində alıcının müəyyən etdiyi qaydada tam təhvil verməlidir. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçı QSC (satıcı) ilə "xxxx" QSC (alıcı) arasında 20 dekabr 2022-ci il tarixli 264388 nömrəli alqı-satqı müqaviləsinin xx.xx.2023-cü il tarixli 7 saylı əlavəsinə əsasən İddiaçı QSC tərəfindən ümumi dəyəri ƏDV daxil 5144,80 manat məbləğində mallar (mikrofon, planşet, üzlük, kofe aparatı) "xxxx" QSC-yə təhvil verilməsi nəzərə tutulmuşdur. Satıcı malları bu əlavə № 7 qüvvəyə mindikdən sonra alıcının sifariş bildirişi satıcıya təqdim edildiyi andan 3-5 təqvim günü ərzində alıcının müəyyən etdiyi qaydada tam təhvil verməlidir. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. İddiaçı QSC (satıcı) ilə "xxxx" QSC (alıcı) arasında 20 dekabr 2022-ci il tarixli 264388 nömrəli alqı-satqı müqaviləsinin xx.xx.2023-cü il tarixli 8 saylı əlavəsinə əsasən İddiaçı QSC tərəfindən ümumi dəyəri ƏDV daxil 896,80 manat məbləğində mallar (planşet) "xxxx" QSC-yə təhvil verilməsi nəzərə tutulmuşdur. Satıcı malları bu əlavə № 8 qüvvəyə mindikdən sonra alıcının sifariş bildirişi satıcıya təqdim edildiyi andan 3-5 təqvim günü ərzində alıcının müəyyən etdiyi qaydada tam təhvil verməlidir. Razılaşma "xxxx" QSC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı QSC (satıcı) ilə "xxxx" QSC (alıcı) arasında 20 dekabr 2022-ci il tarixli 264388 nömrəli alqı-satqı müqaviləsinin xx.xx.2023-cü il tarixli 9 saylı əlavəsinə əsasən İddiaçı QSC tərəfindən ümumi dəyəri ƏDV daxil 1624,86 manat məbləğində mallar (planşet) "xxxx" QSC-yə təhvil verilməsi nəzərə tutulmuşdur. Satıcı malları bu əlavə № 9 qüvvəyə mindikdən sonra alıcının sifariş bildirişi satıcıya təqdim edildiyi andan 3-5 təqvim günü ərzində alıcının müəyyən etdiyi qaydada tam təhvil verilməlidir.
9. İddiaçı QSC (satıcı) ilə "xxxx" QSC (alıcı) arasında 20 dekabr 2022-ci il tarixli 264388 nömrəli alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli 3 saylı razılaşmaya əsasən müqavilənin 8.1-ci bəndinə aşağıdaki kimi redaksiya verilmişdir “müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və tərəflərin möhürləri ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və həmin tarixdən etibarən xx.xx.2024cü il tarixinədək qüvvədədir." Razılaşma "xxxx" QSC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. 08.12.2023-cü il tarixli İSÖ 7274 saylı malların təhvil-qəbul aktına və BP-7274 nömrəli hesab fakturaya əsasən 2082,70 manat məbləğində ƏDV daxil mallar "xxxx" QSC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.
11. 22.01.2024-cü il tarixli İSÖ 239 nömrəli malların təhvil-qəbul aktına ƏDV daxil 448,40 manat məbləğində mal "xxxx" QSC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
12. 17.01.2024-cü il tarixli İSÖ 171 nömrəli malların təhvil-qəbul aktına ƏDV daxil 1624,86 manat məbləğində mallar (o cümlədən 1 ədəd Sonifer SF-2022 elektrik samovarı) "xxxx" QSC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.
13. 22.01.2024-cü il tarixli İSÖ 240 nömrəli malların təhvil-qəbul aktına ƏDV daxil 4259,80 manat məbləğində mallar "xxxx" QSC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir
14. İddiaçı QSC tərəfindən alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 2082,70 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDU seriyalı 722450 nömrəli; ƏDV daxil 2082,70 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2401 seriyalı 00205936 nömrəli; ƏDV daxil 4259,80 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00341670 nömrəli; ƏDV daxil 448,40 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00356273 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" QSC-yə göndərilmişdir.
15. İnteqral” QSC tərəfindən alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 686,76 manat dəyərində malların, o cümlədən 1 ədədinin ƏDV daxil dəyəri 88,5 mant olan iki ədəd Sonifer SF-2022 samovarının təqdim edilməsinə dair xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00356450 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" QSC-yə göndərilmişdir.
16. ƏDV daxil 88,5 manat dəyərində samovarın geri qaytarılması ilə bağlı xx.xx.2024cü il tarixli MT2406 seriyalı 10736434 nömrəli elektron qaimə "xxxx" QSC tərəfindən İddiaçı QSC-yə göndərilmişdir.
17. 08.01.2024-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən İddiaçı QSC-yə 507 manat (ödənişin təyinatı: 00356450 nömrəli elektron qaimə), xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 3990 manat (ödənişin təyinatı: 00341670 və 00356273 nömrəli elektron qaimələr) məbləğində ödənişlər edilmişdir.
18. ƏDV sub-uçot hesabından çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə 00356450 nömrəli elektron qaimə üzrə 91,26 manat məbləğində vəsait "xxxx" QSC tərəfindən İddiaçı QSC-nin hesabına köçürülmüşdür..
19. İddiaçı QSC tərəfindən "xxxx" QSC -yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
20. İddiaçı QSC-nin cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən 5394,96 manat əsas borc məbləği, gecikdirilmiş dövr çün 22 manat məbləğində faiz, hüquqi xidmətin göstərilməsi üçün 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pul vəsaiti,cəmi 815,96 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında, tərəflərin əvvəlcədən müəyyən etmiş olduğu malların alqı-satqı şərtlərini əks etdirən №264388 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, satıcı müqaviləyə müvafiq qaydada malları alıcıya təqdim etməyi, alıcı isə müqavilədə müəyyən olunmuş qiyməti atıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satılan malın miqdarı, qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə öz əksini tapmışdır. Lakin satıcı tərəfindən alıcıya təhvil verilən mallara görə alıcının borcu yaranmışdır. Belə ki, ödənişlər alıcı tərəfindən müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilməmiş və buna görə də alıcının satıcı qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, tərəflər arasında imzalanmış, xx.xx.2023-cü il tarixli 4 nömrəli əlavəyə əsasən alıcıya ƏDV daxil 2082,70 manat dəyərində mal təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli 7 nömrəli əlavəyə əsasən alıcıya ƏDV daxil 4259,80 manat dəyərində əlavənin 4-cü bəndində qeyd edilən məhsul stokda olmaması səbəbindən alıcıya çatdırılmamışdır) mal təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli 8 nömrəli əlavəyə əsasən alıcıya ƏDV daxil 448,40 manat dəyərində (Əlavədə qeyd edilən məhsuldan 2 ədəd sifariş verilsə də məhsul stokda sonuncu olduğu üçün 1 ədəd çatdırılmışdır) mal təhvil verilmişdir xx.xx.2023-cü il tarixli 9 nömrəli əlavəyə asən alıcıya ƏDV daxil 686,76 manat dəyərində mal təhvil erilmişdir. Ümumilikdə alıcının satıcı qarşısında 7477,66 manat (2082,70 manat+ 4259,80 manat + 448,40 manat + 686,76 manat) borcu yaranmışdır Nəticədə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" QSC-nin İddiaçı QSC-nə olan borcu 7477,66 manat məbləğində müəyyən edilmişdir. Kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində "xxxx" QSC-ə ilk yazılı pretenziya məktubu göndərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli, №264388 saylı müqavilə zrə götürmüş olduğu, dəyəri 7477,66 manat olan mallar üzrə yaranmış borcdan xx.xx.2024-cü il tarixində 2082, 70 manat məbləğində ödəniş həyata keçirdikdən sonra müfaviq müqavilə üzrə hazırki dövrə olan borc 5394,96 manat təşkiledir. Həmçinin, borclu şəxs tərəfindən iddianın gecikdirilməsi üzrə borc məbləği 1 ay əsasında ((5394,96 *5%)/12)*1= 22.47 manat təşkil edir.
22. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 425, 442, 443, 445.7, 448.2, 734.1-ci maddələrinə istinad etmişdir.
23. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən "xxxx" QSC-dən 686,76 manat məbləğində əsas borc, gecikdirilmiş dövr üçün 5 manat məbləğində faiz, hüquqi xidmətin göstərilməsi üçün 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pul vəsaitinin, cəmi 1090,76 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
24. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda iddia tələbinin əsassız olması sənbəbilə rədd edilməsini xahiş etdi. İddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə ilə bağlı olaraq cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
26. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
27. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
28. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
29. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
30. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
32. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı QSC (satıcı) ilə "xxxx" QSC (alıcı) arasında 20 dekabr 2022-ci il tarixli 264388 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.
33. Hazırda İddiaçı QSC həmin müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin ƏDV daxil 686,76 manat məbləğində borcun ödənilməmiş qaldırığını əsas göstərərək həmin borcun, eləcə də borcun ödənilməsinin gecikdirilməsinə görə 5 manat məbləğində faizlərin tutulmasını tələb edir. İddiaçı isə həmin borcun ƏDV daxil 598,26 manat hissəsini ödədiyini bildirir, borcun qalan 88,5 manat hissəsinin yaranması üçün əsas olmuş elektrik samovarının isə onlara təqdim edilmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.
34. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC tərəfindən cavabdehə mübahisəli alqı-satqı müqaviləsinə əsasən 1 ədəd elektrik samovarı təqdim edildiyi halda 2 ədəd elektrik samovarının təqdim edilməsi barədə elektron qaimə göndərilmişdir (göstərilən fakt iddiaçının nümayəndəsi və vəkili iştirak etdiyi saonuncu məhkəmə iclasında verdiyi izahatla da təsdiq edilir). İddiaçı tərəf elektron qaiməyə düzəliş edilmədiyindən cavabdeh tərəfindən iddiaçıya 1 ədəd samovarın geri qaytarılmasına dair elektron qaimə göndərilmiş və iddiaçı tərəfindən həmin qaiməyə etiraz edilməmişdir. Odur ki, cavabdehə təqdim edilməmiş elektrik samovarının dəyəri olan 88,5 manat borcun tutulması hissəsində iddia əsassız olmaqla rədd edilməlidir.
35. Borcun qalan ƏDV daxil 598,26 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işə məhkəmədə baxılarkən xx.xx.2024-cü il tarixdə 507 manat əsas məbləğ və xx.xx.2024-cü il tarixdə 91,26 manat məbləğində ƏDV ödənilməklə həmin pul öhdəliyi cavabdeh tərəfindən tam şəkildə icra edilmişdir. Odur ki, həmin hissədə də iddia rədd edilməldir.
36. İddianın borcun ödənilməsinin gecikdirməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5 manat məbləğində faizin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.5-ci maddəsinin məzmunundan göründüyü kimi öhdəliyinin vaxtında icra edilməməsi borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində baş verdikdə gecikdirmə hesab edilmir. Hazırkı halda isə borc öhdəliyi cavabdehin təqsiri ilə bağlı olmayan hal – iddiaçı tərəfindən göndərilmiş qaimədə səhvə yol verilərək 1 ədəd samovarın yerinə 2 ədəd samovarın qeyd edilməsi və həmin qaməyə iddiaçı tərəfindən düzəliş edilməməsi nəticəsində vaxtında icra edilməmişdir. Odur ki, həmin hal Mülki Məcəllənin 445.5-ci maddəsinin tələbləri baxımından gecikdirmə hesab edilmədiyindən mübahisəli hüquq münasibətinə pul öhdəliyinin gecikdirilməsinə görə faiz tutulmasını nəzərdə tutan Mülki Məcəllənin 445.7-ci maddəsinintətbiq edilməsiü üçün əsas yoxdur. Belə olan halda faizlərin tutulması hissəsində də iddia rədd edilməlidir.
37. Hazırkı qətnamə ilə iddia rədd edildiyindən iddia tərəfindən çəkilmş məhkəmə xərcləri, o cümlədən vəkil xidmətlərinə çəkilmiş xərclər iddiaçıya ödənilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı QSC-nin cavabdeh "xxxx" QSC-yə qarşı xx.xx.2022-ci il tarixli, 264388 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva