Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3891/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh ”Pronet” MMC-yə qarşı “malların məhv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı, kontrafakt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh ”Pronet” MMC-yə qarşı “malların məhv edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “İddiaçı” Şirkəti (bundan sonra-iddiaçı) cavabdeh ”Pronet” MMC-yə (bundan sonra-cavabdeh) qarşı “malların məhv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 191224EC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92AD501/92AD502 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********6864 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 128 kq corablar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hüquq sahibi, baş ofisi: Almaniya, Herzogenaurach 91074, Puma Way 1 ünvanında yerləşən “İddiaçı” Şirkətinə (“PUMA”) ünvanlanmış 28 fevral 2025-ci il tarixli №3-33- 1100/022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərara (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 28 fevral 2025-ci il tarixli №022Q saylı Bildirişə əsasən, hüquqi ünvanı: AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Yasamal 2, ev 8 olan Cavabdeh(VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 191224EC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92AD501/92AD502 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********6864 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 128 kq corablar, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 28 fevral 2025-ci il tarixindən 13 mart 2025-ci il tarixinədək dayandırılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Cavabdeh MMC-yəvə bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33- 1100/022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 03 mart 2025-ci ildə təqdim olunmuşdur. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmlış “PUMA” əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 06 mart 2025-ci il tarixli müvafiq Akt tərtib edimişdir. Qeyd olunan Akt bu İddia Ərizəsinə əlavə olunur. Hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “PUMA” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Hüquq sahibi “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3-33-1100/028Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 13 mart 2025-ci il tarixli №028Q saylı Bildirişinə (“Bildiriş”) əsasən, həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 13 mart 2025-ci il tarixindən 07 aprel 2025-ci il tarixinədək uzadılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Cavabdeh MMC-yəvə bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3-33-1100/028Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 14 mart 2025-ci ildə təqdim olunmuşdur. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 28 fevral 2025-ci il tarixli №3-33-1100/022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” verdiyi 28 fevral 2025-ci il tarixli №022Q saylı Bildirişin, 13 mart 2025-ci il tarixli №3-33-1100/028Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” verdiyi 13 mart 2025-ci il tarixli №028Q saylı Bildirişin İddiaçı “İddiaçı” Şirkətinə və həmçinin, Bəyannaməçi və Cavabdeh MMC-yə vaxtında rəsmən təqdim olunmasına və Qərarın “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Bəyannaməçi və ya Cavabdeh MMCözlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm Bəyannaməçinin və həm də Cavabdeh MMCninBakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri “PUMA” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. Hüquq sahibi “İddiaçı” Şirkəti isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33- 1100/022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 13 mart 2025-ci il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3-33-1100/028Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 07 aprel 2025-ci il tarixinədək uzadılmış Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024cü il tarixli 191224EC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92AD501/92AD502 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********6864 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 128 kq corablar, **********) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin №e-16(113)-274/2025 saylı 08 aprel 2025-ci il tarixli Qərardadı ilə hüquq sahibi “İddiaçı” Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 13 mart 2025-ci il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3-33-1100/028Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 07 aprel 2025-ci il tarixinədək uzadılmış Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 191224EC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92AD501/92AD502 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********6864 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 128 kq corablar, **********) üzərinə 08 may 2025-ci il tarixədək həbs qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin №e-16(113)-274/2025 saylı 08 aprel 2025ci il tarixli müvafiq Qərardadı bu İddia Ərizəsinə əlavə olunur. Cavabdeh MMC isə ona məxsus malların üzərinə həbsin qoyulması barəsində Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında Qərardadını mübahisələndirməyib və həmin Qərardadın ləğvinə dair məhkəməyə şikayət verməmişdir. Bu fakt isə öz növbəsində, Cavabdeh MMC-nin həm Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarları və həmçinin Bakı Kommersiya Məhkəməsinin müvafiq Qərardadı ilə razı olduğunu, və idxal etdiyi “PUMA” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini bir daha təsdiqləyir. Qeyd etmək istəyirik ki, hüquq sahibi “İddiaçı” Şirkətinə məxsus “PUMA” və digər əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tanınır və qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış “İddiaçı” Şirkətinin Əmtəə Nişanlarının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş “İddiaçı” Şirkətinə məxsus “PUMA” və digər əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması və tanınması barədə xx.xx.2025-ci il tarixli müvafiq Məktubu bu İddia Ərizəsinə əlavə olunur. Həmçinin qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İddiaçı” Şirkətinə məxsus “PUMA” və digər əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqlarının obyektləri olan malların Gömrük Reyestrinə xx.xx.2020-ci il tarixində daxil edilmişdir və müvafiq qaydada qorunur. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən 480708, 480105, 1459903, ******* nömrəli beynəlxalq əmtəə nişanları 2033-cü ilin 30 sentyabr tarixinədək Azərbaycan Respublikası ərazisində mühafizə olunacaqdır.
8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli Sərəncamına görə “İddiaçı” şirkətinə məxsus “Puma” əmtəə nişanı adı altında olan malların 5 il müddətinədək reyestrə daxil edilməsi nəzərdə tutulmuşdur.
9. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitorunun online məlumat bazasına əsasən İddiaçı (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) adına qeydiyyata alınan ******* saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 18, 25-ci sinifləri üzrə 02 dekabr 2026-cı il tarixədək Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
10. Bakı Baş Gömrük İdarəsinin “malların buraxılışının dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli Qərarına görə Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 191224EC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92AD501/92AD502 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********6864 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “PUMA” əmtəə nişanlı avtomobilin ehtiyat hissələrinin buraxılışı 10 iş günü müddətində dayandırılmışdır.
11. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” 028Q saylı bildirişə əsasən, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli 3-33-1100/028Q nömrəli qərarına əsasən “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı corablar **********; 128 kq PUMA əmtəə nişanlı corablar) pirat və kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 13 mart 2025-ci il tarixindən 07 aprel 2025-ci il tarixinədək dayandırılmışdır.
12. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
14. Həmin Qanunun 26-cı maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
15. Həmin Qanunun 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
16. Həmin Qanunun 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.
17. Həmin Qanunun 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
18. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır.
19. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklore nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır.
20. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyriqanuni təchiz olunan maldır.
21. Həmin Qanunun 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
22. Həmin Qanunun 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
23. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının (1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə) 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir.
24. Konvensiyanın 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur.
25. Konvensiyanın 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:
1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;
2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər; 32.
3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi.
26. Konvensiyanın 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bis maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.
27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə etməklə kontrafakt malları ölkə ərazisinə keçirməyə cəhd edilmiş və həmin malların kontrafakt olduğu aşkar edildikdən sonra hüquq sahibi məlumatlandırılmış, ölkəyə daxil edilməsi məhdudlaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 191224EC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92AD501/92AD502 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********6864 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 128 kq corablar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə görə müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 191224EC saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92AD501/92AD502 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********6864 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 128 kq corablar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova