Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3919/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı, xx.xx.2023-ci il tarixli akta görə əsassız olaraq müəyyən olunmuş 6480 m3 qaz itkisinə görə hesablanmış 1620 (bir min altı yüz iyirmi) manat miqdarında cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan, qaz istehlakçısı olaraq Bakı-Astara şösesi ünvanında yerləşən çayxana üçün qaz təminatı xətti üzərində X4 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsi tərəfindən G-6 markalı, 28256666 saylı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı vasitəsi ilə istehlak edilmiş qazın dəyərini ödəyirdi. xx.xx.2023-ci il tarixində evdə olduğu vaxt həmin sayğacıma baxış keçirilmiş, sayğacların istismar müddəti yəni 5 il ötdüyünə görə yeni sayğacın quraşdırılması niyyəti ilə köhnə sayğacı sökülmüşdür. Yeməkxanadan sökülüb aparılan 28260761 saylı qaz sayğacı sonradan labaratoriyada yoxlanmışdır. Labaratoriyada yoxlanma iştirakı təmin olunmamışdır. Guya iddiaçının yaşayış evində aprılan sayğacı zədələnməsi və sınması faktı aşkarlanmışdır. Sonradan “Azəriqaz İB”-nin əməkdaşları xx.xx.2023-ci il tarixli MS-14-2-2/3-5-11121-11 nömrəli aktda da qeyd edilmişdir ki, sayğac yararlı halda qəbul edildi lakin həmin aktda mənim sayğacımın yarasız olduğu barədə qeyd edilmişdir. Həmin akt heç iddiaçının yanımda tərtib edilməmiş və mən həmin aktdan xəbərsiz olmuşdur. Köhnə qaz sayğacı yoxlanıldıqdan sonra guya iddiaçının həmin sayğaca müdaxilə etdiyini və ondan illərdir qanunsuz istifadə etdiyi bildirilmişdir. Halbuki, qaz sayğacı istifadə etdiyi çayxanının ərazisində deyil 20 metr çayxanadan uzaqda olan küçədə yerləşir. Azərbaycan Respublikanın MPM-nin 149-cu maddəsinin tələbini rəhbər tutaraq cavabdehdən tələbi, qanunsuz olaraq tərtib edilmiş ******* saylı xx.xx.2023-ci il tarixli akta əsasən hesablanmış 6480 m3 qaz itkisinə görə hesablanmış 1620,0 manat cərimənin silinməsidir. Belə ki, qazsayğacına heç bir qanunsuz müdaxilə etməmişdir. MPM-nin 149-cu maddənin tələblərində göstərilən kimi iddia ərizəsinə qanunsuz tərtib edilmiş akt, abonentin saldosu, ******* saylı akt, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın ödənilməsi barədə təlabnamə, qeyri əhalinin qaz sayğacının yoxlanılması barədə aktı, qaz idarəsi ilə müqavilə, şəxsiyyət vəsiqənin surətini, VÖEN sənədinin surətini, yaşayış yerindən arayış əlavə edilir. Cavabdehdən iddiaçıya tərtib edilmiş cərimənin əsasını təşkil edən fakt və subutlarının təqdim edilməsi məhkəmədən xahiş edilir. Qaz istismarı idarəsi belə tərtib etdiyi cərimələrlə özunun borclarını silməsini məqsədi güdür. İddiaçının Məhkəməyə təqdim etdiyim **********00036 saylı abunə kodlu hesabdan çıxarışında da görünür ki, iddiaçı hər ay öz borcunu vaxtı vaxtında ödəmişdir. İddiaçı 2015-ci il tarixindən həmin yeməkxanada qazdan istifadə etmişdir. Necə olur ki, istifadə olunan qazsayğacına müdaxilə etmişdir? Qaz idarəsinin inspektoru hər ay ayda 2 dəfə olmaqla sayğaca baxış keçirdir. Bunu qaz istismarı idarəsinin sahə üzrə nəzarətçisi görməsin və ya kənar müdaxilənin olmasını aşkarlamasın? Sayğac açıq yerdə yerləşdiyindən həmin sayğaca müdaxiləni dərhal onlar aşkarlamalı və buna görə akt tərtib etməli olduğu halda bunu nəzrətçi etməmiş və iddiaçını məlumatlandırmamışdır. Eyni zamanda ildə iki dəfə həmin ünvanda qaz avadanlığları müayinə olunmalı halda qaz istismarı idarəsi bunu etməmişdir. Buna görə də Lənkəran Xidmət Sahəsi tərəfindən evimin qaz sayğacının iddiaçı tərəfindən təsir və ya müdaxilə etdiyinə görə iddiçıya akt yazıblar. Sayğaca və qaz xəttinə baxış zamanı iddiaçının iştirakı məcburi olmalı olduğu halda təşkilatın işçiləri bunu etməmiş və hətta şərait yaratmamışlar. Halbuki, həmin aktı iddiaçının iştirakı ilə və ya ailə üzvlərinin iştirakı ilə tərtib edilməli idi. Ancaq akt iddiaçı tərəfindən imzalanmamış və aktı ona rəsmi verməmişdir. Qaz sayğacı yeməkxanadan 10 metr uzaqlıqda küçə tərəfində yerləşir. Əgər qaz sayğacı yeməkxananın həyətinin daxilində yerləşsəydi iddiaçı onda həmin sayğacın kənar şəxslərin müdaxiləsinə imkan verməzdi. Qaz sayğacı umumiyyətlə küçə tərəfində yerləşir və bu qaz paylacı orqanının daxili qaydalarıdır. İddiaçı məcburiyyət qarşısında qalıb X4 İstismarı İdarəsinə ərizə ilə müraciət etmiş və cərimə yazılmasının doğru olub-olmaması barədə məlumat tələb etmişdir. X4 İstismarı cavab məktubundan məlum oldu ki, xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktla iddiaçıya itirilmiş qazın bərpası üzrə, 90 gün müddəti üçün, 6480 m/kub. olmaqla 1620 manat dəyərində cərimə hesablanmışdır. Yəni, belə çıxır ki, iddiaçı 3 ay qanunsuz olaraq təbii qazdan istifadə etmişdir. Əslində iddiaçı heç zaman qanunsuz qazdan istifadə etməmişdir. İstehlakçı olaraq iddiaçı ilə Lənkəran Xidmət sahəsi və ya X4 İstismarı İdarəsi ilə qazın alqı-satqısı barədə müqaviləsi vardır. Müqavilədə “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 6.7 bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda bu Qaydaların 6.1.2 bəndi istisna olmaqla qaz paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya verilməlidir. Ancaq iddiaçıya qarşı tərtib edilən aktın yazılmasında iştirak etməmişdir və aktın surəti ona verilməmişdir. 3.Hamının bildiyi kimi sahədə xidmət edən qaz nəzarətçisi ildə 2 (iki) dəfə texniki baxış keçirməklə ayda 2 (iki) dəfə istehlakçıların qaz təminatı xətlərinə nəzarət edir, istehlak edilmiş qazın sərfini götürür və sonra onun dəyərini özündə əks etdirən qəbzi istehlakçılara təqdim edir. Xüsusən qaz təminatı dayandırılmış ünvanlarda tez-tez olmaqla nəzarəti həyata keçirir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 6.7 bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda bu Qaydaların 4.8-ci bəndində Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcı (yəni X4 İstismarı İdarəsi), hüquqişəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz İstismarı idarəsi tərtib etdiyi protokol və aktın subutu kimi iddiaçının həqiqətən həmin sayğaca müdaxilənin edilməsi barədə mötəbər subutunu məhkəməyə təqdim edilməsini tələb edir. Çünki cəriməni tətbiq edən orqan onu subut etməyə borcludur.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Ağayeva X3 şəhəri, Səttarxan küçəsi, ev 51 ünvanında yaşamaqla X4 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00036 saylı kodla abonent qeydiyyatındadır. X4 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin əməşdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən, fiziki şəxs kimi fəaliyyət göstərən, istehlakçı İddiaçı məxsus Bakı-Astara şosesində çayxana fəaliyyət göstərir. Çayxana üçün quraşdırılmış G-6 markalı 28256666 saylı sayğaca baxış keçirilərkən sayğacın plasmas qapağının daxili qulaqcıqlarında əzik-cızıq aşkar olunmuş, sayğac istismara yararsız hesab edilmişdir. “312Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli, ******* saylı akta əsasən 6480 kub metr hesablanmışdır Belə ki, Azərbaycan Respublası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli “ Qazdan istifadə qaydaları”nın 6-cı maddəsinin 5-2 yarım bəndində “istehlakçı tərəfindən qazın talanması məqsədi ilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda və sair hallarda) qaz paylayıcı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır” tələbləri pozulmuşdur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) M.Ağazadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (istehlakçı) ilə cavabdeh (paylayıcı) arasında bağlanmış qaz paylaycısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AMX-1350/23 saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
10. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında akta görə iddiaçıya məxsus sayğac müvəqqəti sayğacla əvəz olunmuşdur.
11. İddiaçıya məxsus **********00036 saylı abonent kodu üzrə abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin dekabr ayında 1620 manat akt əsasında borc hesablanmışdır.
12. Məhkəmə nümayəndəinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya 1620 manat borc hesablanmışdır.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
15. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
18. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
19. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
20. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
22. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
23. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
24. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
25. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
26. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.
27. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
28. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.
29. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 1620 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
30. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 1620 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından həmin yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış həmin borc da əsaslı hesab edilə bilməz.
31. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən həyata keçirilmiş yoxlama əsasında hesablandığından və həmin yoxlama qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 1620 manat borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 37 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 1620 (bir min altı yüz iyirmi) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova