Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3937/2025 11.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Akif qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında müvafiq müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC xx.xx.2023 - xx.xx.2023 dövr ərzində İddiaçı MMC-yə 20343,44 (iyirmi min üç yüz qırx üç manat qırx dörd qəpik) manat Dövlət rüsumunun ödənilməsi haqqında məlumat borcu yaranmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, “Satıcı” öz tərəfindən müqavilənin müddəti dövründə “Alıcının” yazılı tələbi ilə anbardan istehsalda işlənən elektrik materialları ilə onu təmin etməyi, “Alıcı” isə təhvil aldığı mal müqabilində Elektron Qaiməyə əsasən göstərilmiş vəsaiti Azərbaycan Respublikasının manatı ilə hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklərin tam və vaxtında yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturalarda göstərilən və cavabdeh tərəfindən ödənilməli olan məbləğlər indiyədək tam şəkildə ödənilməmişdir. Təqdim edilmiş elektron qaimə-fakturalar və tərtib olunmuş “Qarşılıqlı üzləşmə aktı” əsasında cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixinə 20343,44 (iyirmi min üç yüz qırx üç manat qırx dörd qəpik) manat borcu yaranmışdır. Həmçinin bildiririk ki, tərəfimizdən cavabdehə borcun ödənilməsi ilə bağlı həm şifahi, həm də yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq (həm kağız daşıyıcılarda, həm də elektron qaydada) cavabdeh müqavilə üzrə ödənilməli olan borc məbləğini ödəməmişdir, cavabdehin qanuni borc öhdəliklərini yerinə yetirmədiyini əsas götürərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinə məhkəmə iclasında mövcud nöqsanları aradan qaldırmaq təklif olunsa da, heç bir sübut təqdim etməmiş, hər məhkəmə iclasında işə onun iştirakı olmadan baxılması barədə ərziə təqdim edildiyindən, 259.0.12-cı maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsinə sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçı elektron qaimələri məhkəməyə təqdim etdiyini, müqavilənin və elektron qaimənin hansı formada təsdiq edilməsi ilə bağlı sübutları məhkəməyə təqdim edəcəyəni bildirsə də, hazırki məhkəmə iclasında iştirak etməmiş və sübutları təqdim etməmişdir. Bununla bağlı hakim tərəfindən işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadılması üçün kifayət qədər vaxt verilməsi və həmin müddət ərzində həmin nöqsanlar aradan qaldırılmadığı, həmçinin iddiaçının nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclaslarında iştirak etmədiyi üçün üçün məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Akkur" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul» qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2-2(113)-3937/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3937/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver