Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4005/2025 07.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMCyə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMCyə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 651/23 nömrəli müqavilə üzrə 39553,66 (Otuz doqquz min beş yüz əlli üç,66 qəpik) manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 208,66 (İki yüz səkkiz manat, 66 qəpik) dövlət rüsumunun, ümumilikdə 39762,32 (Otuz doqquz min yeddi yüz altımış iki, 32 qəpik) manat məbləğin Cavabdeh MMC hesabından tutularaq, S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1İnstitutuna müraciət edilərək, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında yerləşən 9 ha torpaq sahəsində inşa olunacaq 5 ədəd eyni tipli 9 mərtəbəli və 6 ədəd, eyni tipli, 12 mərtəbəli yaşayış binalarının tikintisində istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında 651/23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 113 890,58(Bir yüz on üç min səkkiz yüz doxsan,58 qəpik ) manat olan 651/23 nömrəli müqavilə üzrə 39 553,66 (Otuz doqquz min beş yüz əlli üç,66 qəpik) manat bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
3. İddiaçının nümayəndəsi dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Məhkəmə prosesi ərəfəsində qeyd olunan müqavilə üzrə 11 615.38 manat cavabdeh tərəfindən ödəniş daxil olmuşdur. Eyni zamanda cavabdehlə bağlanılmış 678/23 nömrəli müqavilə üzrə cavabdehin İnstituta 1888,00 manat borc yaranmışdır. 651/23 saylı müqavilə üzrə 27 938,28 manat və 678/23 nömrəli müqavilə üzrə 1 888,00 manat borc məbləğinin, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 208,66 (İki yüz səkkiz manat, 66 qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq, İnstitutun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İş materiallarından görünür ki, sifarişçi qismində Cavabdeh MMC ilə icraçı qismində S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu arasında 651/23 nömrəli xx.xx.2023-cü il tarixli sınaq işlərinin aparılmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən «Sifarişçi» həvalə edir, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında yerləşən 9.0 ha torpaq sahəsində inşa olunacaq 5 (beş) ədəd, eyni tipli (12, 13, 18, 19 və 21 saylı), 9 (doqquz) mərtəbəli və 6 (altı) ədəd, eyni tipli (14, 15, 16, 17, 20 və 22 saylı), 12 (on iki) mərtəbəli yaşayış binalarının tikintisində istifadə olunan betonun 7 və 28 gün bərkimə müddətində və konstruktiv elementlərdə naturada 28 gün bərkimə müddətində möhkəmliyinin, təqdim edilən armaturun və ehtiyac olduğu halda inşaat məhlullarının, eləcə də digər tikinti materiallarının və məmulatların fiziki-mexaniki göstəricilərinin təyin edilməsini «İcraçi» öz öhdəsinə götürür.
9. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tikinti üzrə sınaq sahəsi – 64509,60 m2dir. Sınaq işlərinin hər m2 üçün – 1,44 manat dəyərində razılaşdırılır və müqavilənin ümumi qiyməti (ƏDV-siz) – 92893,82 manat, ƏDV-18% - 16720,89 manat olmaqla, cəmi: 109614,71 manat təşkil edir.
10. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icraçı tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvilqəbul aktı ilə qəbul edir.
11. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.
12. 651/23 saylı Müqavilənin həcminə və dəyərinə əlavə edilməsi barədə 23 yanvar 2024-cü il tarixli 1 saylı Qiyməti Razılaşdırma protokoluna əsasən, Bakı şəhəri Bınəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında yerləşən 9.0 ha torpaq sahəsində inşa olunan, yaşayış binalarının ərazisində inşa olunacaq 80 yerlik körpələr evi uşaq bağçasının eyni tipli, zirzəmili, 1 (bir) mərtəbəli, 30 və 30’ saylı binaları üzrə cəıni sınaq sahəsi - 2516,40m2-dir (2 x 1258,20m2), Bu müqavilənin həcminə və dəyərinə əlavə olunan sahə və məbləğ (ƏDV-18% ilə birlikdə) aşağıdakı kimi qəbul olunur: 2516,40m2x 1.44 AZN + ƏDV-18% = 4275,87 AZN. Sınaq işlərinə görə hər ay xidmət göstərilən işlərə uyğun, təqdim edilən hesab faktura üzrə ödəniş aparılır. 651/23 saylı Müqavilənin müddəti, bu müqavilənin 4.2. və 9.5. maddələrinə əsasən xx.xx.2024-cü il tarixədək uzadılır. Bu razılaşdırma protokolu 1 (bir) vərəqdə və 2 (iki) nüsxədə tərtib edilir. Nüsxələr eyni hüquqi qüvvəyə malik olmaqla, bu protokol müqavilənin ayrılmaz tərkib hissəsi təşkil edir, tərəflərin imzaları və möhürü ilə təsdiq edildikdən sonra, biri «İcraçı »da, digəri isə «Sifarişçi«də saxlanılır.
13. 20.10.2023-cü il tarixli 1545/23 nömrəli yoxlama sınaq işlərinin təhvil-qəbulu aktına əsasən (ƏDV daxil) 5107,30 manat, xx.xx.2023-cü il tarixli 1751/23 nömrəli akta əsasən (ƏDV daxil) 3649,88 manat, xx.xx.2023-cü il tarixli 1895/23 nömrəli akta əsasən (ƏDV daxil) 3909,86 manat, xx.xx.2024-cü il tarixli 85/24 nömrəli akta əsasən (ƏDV daxil) 4847,82 manat, xx.xx.2024-cü il tarixli 423/24 nömrəli akta əsasən (ƏDV daxil) 11608,25 manat, xx.xx.2024-cü il tarixli 695/24 nömrəli akta əsasən (ƏDV daxil) 8757,68 manat, xx.xx.2024-cü il tarixli 778/24 nömrəli akta əsasən (ƏDV daxil) 8757,68 manat, xx.xx.2024-cü il tarixli 1073/24 nömrəli akta əsasən (ƏDV daxil) 8757,68 manat, xx.xx.2024-cü il tarixli 1072/24 nömrəli akta əsasən (ƏDV daxil) 8757,68 manat, xx.xx.2024-cü il tarixli 1804/24 nömrəli akta əsasən (ƏDV daxil) 8757,68 manat, xx.xx.2024-cü il tarixli 1803/24 nömrəli akta əsasən (ƏDV daxil) 10182,97 manat, xx.xx.2024-cü il tarixli 2442/24 nömrəli akta əsasən (ƏDV daxil) 8757,68 manat, xx.xx.2024-cü il tarixli 2441/24 nömrəli akta əsasən (ƏDV daxil) 8757,68 manat, xx.xx.2024-cü il tarixli 2745/24 nömrəli akta əsasən (ƏDV daxil) 4740,77 manat məbləğində işlərin görülməsini Cavabdeh MMC tərəfindən qəbul edilmiş və aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
14. 25 iyul 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC ilə institut arasında xx.xx.2023-cü il tarixdə 651/23 saylı müqavilə üzrə sınaq işlərinə görə ümumi ƏDV-18% daxil olmaqla 113890.58 manat dəyərində müqavilə bağlanıb. xx.xx.2025-ci il tarixə sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə ƏDV 18% ilə 2857.68 manat ödənilib. Cəmi müqavilə üzrə 83094.62 manat ödəniş olunub. Sifarişçinin görülmüş işlərə görə ƏDV 18%-ilə birlikdə 27938.28 manat borcu qalıb.
15. Sifarişçi qismində Cavabdeh MMC ilə icraçı qismində S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutu arasında 678/23 nömrəli xx.xx.2023-cü il tarixli sınaq işlərinin aparılmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən «Sifarişçi» həvalə edir, Daşkəsən rayonu ərazisində inşa olunacaq iclas otağı və yeməkxana binasının tikintisində istifadə olunan betonun 7 və 28 gün bərkimə müddətində və konstruktiv elementlərdə naturada 28 gün bərkimə müddətində möhkəmliyinin, təqdim edilən armaturun və ehtiyac olduğu halda inşaat məhlullarının, eləcə də digər tikinti materiallarının və məmulatların fiziki-mexaniki göstəricilərinin təyin edilməsini «İcraçi» öz öhdəsinə götürür.
16. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tikinti üzrə sınaq sahəsi – 369,30 m2dir. Sınaq işlərinin ümumi qiyməti (ƏDV-siz) – 1000 manat, ƏDV-18% - 180 manat olmaqla, cəmi: 1180 manat təşkil edir.
17. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icraçı tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvilqəbul aktı ilə qəbul edir.
18. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.
19. 678/23 nömrəli Müqavilənin həcminə və dəyərinə əlavə edilməsi barədə 01 avqust 2023-cü il tarixli 1 saylı Qiyməti Razılaşdırma protokoluna əsasən 2.2.Bu Müqavilənin 2.1. bəndində göstərilən, ünvanda inşa olunacaq iclas otağı və yeməkxana binasının tikinti sahəsində əlavə qruntların sıxlaşma sınağının aparılmasını tapşırır, «İcraçı» isə həmin işlərin yerinə yetirilməsini öz öhdəsinə götürür. Görülən işlərin qiyməti və ödəniş qaydaları: Qruntların çöl şəraitində lövhə təzyiq üsulu ilə sıxlaşdırma 12 ədəd x 50 AZN; dərəcəsinin təyini (Drop tester ilə) E2835, ASTM E2583 üzrə 678/23 nömrəli, 01 avqust 2023-cü il tarixli Müqavilənin 1 saylı qiyməti razılaşdırma protokolu üzrə qrunt işlərinin ümumi dəyəri (ƏDV-siz) - 600.00AZN (altı yüz manat, 00 qəpik) qəbul olunur, ƏDV-18%-108,00 manat, cəmi (ƏDV-18% ilə birlikdə) - 708,00 manat təşkil edir. Sınaq işlərinə (xidmətlərinə) görə təqdim edilən hesab-faktura üzrə (ƏDV-18% daxil olmaqla) ödəniş aparılır.
20. 09.02.2024-cü il tarixli 211/24 nömrəli yoxlama sınaq işlərinin təhvil-qəbulu aktına əsasən (ƏDV daxil) 1888 manat Cavabdeh MMC tərəfindən qəbul edilmiş və aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
21. 20 iyun 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC ilə institutumuz arasında xx.xx.2023-cü il tarixdə 678/23 saylı müqavilə üzrə sınaq işlərinə görə ümumi ƏDV-18% daxil olmaqla 1888.00 manat dəyərində müqavilə bağlanıb. xx.xx.2025-ci il tarixədək həmin müqavilə üzrə ödəniş olunmayıb. Sifarişçinin görülmüş işlərə görə (ƏDV- 18%)-ilə birlikdə - 1888.00 manat borcu qalıb.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
24. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
25. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Borcun mövcudluğu iş materialları və tərəflər arasında tərtib edilmiş təhvil-qəbul aktı ilə öz təsdiqini tapır.
26. Belə olan halda, 651/23 nömrəli müqavilə üzrə 27938,28 manat məbləğində, 678/23 nömrəli müqavilə üzrə 1888 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələb təmin edilməlidir.
27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 208,66 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
28. MPM-in:
29. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən, təmin edilmiş iddia tələbi məbləğinə mütənasib olaraq 180 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 651/23 saylı müqavilə üzrə - 27938,28 manat, 678/23 nömrəli müqavilə üzrə - 1888 manat borc məbləğləri və dövlət rüsumunun əvəzi olaraq 180 manat tutularaq iddiaçı AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova