Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4008/2023 25.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh S.Ə.X7-Tədqiqat və Layihə X1rşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh S.Ə.X7-Tədqiqat və Layihə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35.122 manat əsas borc, 400 manat manat hüquqi yardım üçün vəkilə ödənilmiş vəsait, 200 manat mediasiya icraatı üzrə ödənilmiş rüsum olmaqla, ümumilikdə 35.122 manat pul vəsaitinin cavabdeh “S.Ə.X7-Tədqiqat və Layihə-X3 İnstitutu"ndan İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 34.522 manat əsas borc, 400 manat manat hüquqi yardım üçün vəkilə ödənilmiş vəsait, 200 manat mediasiya icraatı üzrə ödənilmiş rüsum olmaqla, ümumilikdə 35.122 manat pul vəsaitinin cavabdeh “S.Ə.X7-Tədqiqat və Layihə-X3 İnstitutu”ndan İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Tərəflər hazırkı sazişi imzalamaqla bəyan edirlər ki: Cavabdeh S.Ə.X7-Tədqiqat və Layihə-X3 İnstitutu, Bakı Kommersiya Məhkəməsində baxılan 2-2(113)-4008/2023 saylı iş üzrə İddiaçı MMC-nin 35.122 manatdan ibarət iddia tələbini tam olaraq qəbul edir və həmin iddia tələbi üzrə tələb olunan 35.122 manatdan ibarət pul vəsaitini xx.xx.2023-cü il tarixinədək tam olaraq "xxxx" MMC-yə ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin cavabdeh S.Ə.X7-Tədqiqat və Layihə X1rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 02 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. Tərəflər hazırkı sazişi imzalamaqla bəyan edirlər ki: Cavabdeh S.Ə.X7-Tədqiqat və Layihə-X3 İnstitutu, Bakı Kommersiya Məhkəməsində baxılan 2-2(113)-4008/2023 saylı iş üzrə İddiaçı MMC-nin 35.122 manatdan ibarət iddia tələbini tam olaraq qəbul edir və həmin iddia tələbi üzrə tələb olunan 35.122 manatdan ibarət pul vəsaitini xx.xx.2023-cü il tarixinədək tam olaraq "xxxx" MMC-yə ödəyir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva