Məhkəmə qərarları › İş №e-2-2(113)-4008/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4008/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4008/2025 24.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, Muğanbank ASC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: ipoteka müqaviləsi) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, LO Muğanbank ASC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, Muğanbank ASC-yə (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, № 2371/8 və xx.xx.2022-ci il tarixli, № 2371/9 nömrəli ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olan mülkiyyəti mənə məxsus olan və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş; ünvan 1 ünvanında yerləşən 199.20 kv.m. ümumi sahədən ibarət 47 nömrəli, 2. ünvan 1 ünvanında yerləşən, 131.80 kv.m. ümumi sahədən ibarət 48 nömrəli, 3. ünvan 2 ünvanında yerləşən, 70.0 kv.m. ümumi sahədən ibarət olan 44 nömrəli mənzillərin ipotekaya yüklülüyünə (ipotekaya) xitam verilməsi, mənzillərin ipotekasına dair aparılmış ipoteka yüklülüyünün qeydiyyatının ləğv edilməsi və bu barədə daşınmazəmlakın dövlət reyestrində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq qeydlərin aparılmas,ı habelə ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, , ləğv prosesində olan Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 2371/8B №-li kredit xətti müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə qədər, illik 18% olmaqla 500 000 (beş yüz min manat) AZN və xx.xx.2022-ci il tarixli, 2371/9B №-li Kredit xəttimüqaviləsinə əsasən də xx.xx.2023-cü il tarixinə qədər, illik 18 % olmaqla 400 000 (dörd yüz min) AZN məbləğlərində kredit xəttiaçılmışdır. Sözügedən kredit xətti müqavilələrinə müvafiq olaraq da xx.xx.2022-ci il tarixli, № 2371/8 və xx.xx.2022-ci il tarixli, № 2371/9 nömrəli İpoteka müavilələri bağlanılmış və həmin ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olaraq da mülkiyyəti mənə məxsus olan 3 ədəd mənzil ipoteka qoyulmuşdur. (İpoteka Müqavilələriəlavə olunur) İpoteka müqavilələri üzrə əsas öhdəlik Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında bağlanılmış yuxarıda qeyd edilmiş Kredit xətti müqavilələri olmuşdur. "xxxx" ASC tərəfindən qeyd edilən kredit müqavilələri üzrə öhdəliklər tam və zamanında yerinə yetirilmiş, kredit borcu ödənilmişdir. (Hesabdan çıxarış əlavə olunur) Lakin, sözügedən əmlaklar üzərində olan ipoteka yüklülüyü məhdudiyyəti götürülməmiş, aidiyyəti orqanlara bununla bağlı rəsmi məktublar göndərilməmişdir. Hal hazırda da mülkiyyəti mənə məxsus əmlaklar üzərində məhdudiyyət var və bu mənim hüquqlarımın kobud surətdə pozulmasına yol verməkdədir. (Arayış əlavə olunur) Halbuki, yuxarıda qeyd olunan ipoteka müqavilələrinin 5-cimaddəsində ipoteka qoyanın hüquqları qeyd edilmişdir. Həmin maddənin 4-cü bəndində “ipoteka ilə təmin olunmuş öhdəlik tam və ya qismən yerinə yetirildikdə ipoteka saxlayandan icranı təsdiq edən sənədin verilməsini tələb etmək” hüququ qeyd edilmişdir. Həmçinin yenə həmin müqavilənin 8-ci maddəsində ipoteka saxlayanın vəzifələri qeyd edilmişdir. Həmin maddənin 1-ci bəndində qeyd edilmişdir ki, İoteka ilə təmin edilmiş öhdəlik icra edildikdə 5 (beş) təqvim günü ərzində İpoteka qoyana öhdəliyin icrasını təsdiq edən sənədləri vermək qeyd edilmişdir. II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC nümayəndəsi əvvəlki məhkəmə baxış iclasında iddiaçının başqa kredit müqavilələri ürə banka borcunun qaldığı nəzərə alınaraq, iddianın rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. Cavabdeh2 ASC (“ipoteka saxlayan”) ilə "xxxx" ASC (“borc alan”) və İddiaçı (“ipoteka qoyan”) arasında xx.xx.2022-ci il tarixli 2371/8 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli, 2371/8 B №-li kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. - 2.1-ci bəndinə əsasən ipoteka predmetinin təsviri və olduğu yer: İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 199.20 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzil. - 2.2-ci bəndinə əsasən ipoteka qoyulan əmlak – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********54-05301-093043 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. - 12.2-ci bəndinə əsasən müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək qüvvədədir.

9. Cavabdeh2 ASC (“ipoteka saxlayan”) ilə "xxxx" ASC (“borc alan”) və İddiaçı (“ipoteka qoyan”) arasında xx.xx.2022-ci il tarixli 2371/9 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli, 2371/8 B №-li kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. - 2.1-ci bəndinə əsasən ipoteka predmetinin təsviri və olduğu yer: • İddiaçı məxsus ünvan 3, mənzil 48 (Yeni qaydalarla: AZ 1078, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 42, M14, m1) (Ümumi sahəsi: 131.80 kv.m); • İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 44, (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M12, m 4) (Ümumi sahəsi: 70.0 kv.m). - 2.2-ci bəndinə əsasən ipoteka qoyulan əmlak –Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021- ci il tarixdə verilmiş **********54-05301-093042 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018- ci il tarixdə verilmiş **********63-05301-093404 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********54-05301-093043 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. - 12.2-ci bəndinə əsasən müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək qüvvədədir.

10. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 12-5/2-12984/2025 saylı məktubuna əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin qoyulması” tələbinə dair e-2-2(113)-4008/2025 saylı kommersiya işi üzrə е- 2-2(113)-4008/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2371/8 B saylı və xx.xx.2022-ci il tarixli 2371/9 B saylı kredit xətti müqavilələri üzrə X1 kredit borcu yoxdur.

11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 2, mənzil 44 İddiaçı xüsusi mülkiyətindədir.

12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1, mənzil 47 İddiaçı xüsusi mülkiyətindədir.

13. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı xüsusi mülkiyətində olan ünvan 1, mənzil 47 Cavabdeh2 ASC-nin Masallı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

14. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı xüsusi mülkiyətində olan ünvan 2, mənzil 44 Cavabdeh2 ASC-nin Masallı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

V. Tətbiq edilən hüquq:

1. AR Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

2. “İpoteka haqqında” AR Qanununun 48.1-ci maddəsinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

15. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Vİ.Məhkəmənin mövqeyi:

17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. İşin məhkəmədə müəyyən edilmiş mübahisəsiz hallarına əsasən Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 2371/8B №-li kredit xətti müqaviləsinin icrasının təminatı kimi xx.xx.2022-ci il tarixli, № 2371/8 və xx.xx.2022-ci il tarixli, № 2371/9 nömrəli ipoteka müavilələri bağlanılmış və həmin ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olaraq da İddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlak (3 ədəd) mənzil ipoteka ilə yüklü edilmişdir.Həmçinin işin übahisəsiz halı ondan ibarətdir ki, əsasən Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 2371/8B №-li kredit xətti müqaviləsi üzrə heç bir borc qalmamışdır.

19. Qeyd etmək lazımdır ki, girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur.

20. Hazırda ƏSF-nin məkubuna əsasən müəyyən olunur ki,borc alanaın Bankı qarşında heş bir öhdəliyi qalmamışdır.

21. Məhkəmə vurğulayır ki, əsas öhdəliyin icrasının təminatı üsulu olan yuxarıda qeyd edilən ipoteka müqaviləsi üzrə təminat altına alınan borc öhdəliyi icra edildiyindən, əmlakın ipoteka ilə yüklü vəziyyətdə saxlanılması (qalması) mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Borc öhdəliyi icra edildiyindən, ipoteka müqaviləsinə xitam verilməlidir.. İddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlak (3 ədəd) mənzilin ipoteka müqaviləsi üzrə yüklü qalmasına heç bir zərurət yoxdur, bu vəziyyətin davam etməsi mahiyyət etibarı ilə mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır.

22. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddianın təmin edilən hissəsinə mütənasib olaraq 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, № 2371/8 və xx.xx.2022-ci il tarixli, № 2371/9 nömrəli ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş: ünvan 1 ünvanında yerləşən 199.20 kv.m. ümumi sahədən ibarət 47 nömrəli, ünvan 1 ünvanında yerləşən, 131.80 kv.m. ümumi sahədən ibarət 48 nömrəli, ünvan 2 ünvanında yerləşən, 70.0 kv.m. ümumi sahədən ibarət olan 44 nömrəli mənzillərin ipotekaya yüklülüyünə (ipotekaya) xitam verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. .

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar