Məhkəmə qərarları › İş №e-2-2(113)-4010/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4010/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4010/2023 14.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sağlam Ailə MMC-nin cavabdeh “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC-yə qarşı “tibbi xidmətlərin göstərilməsinə dair müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi, elektron qaimə, ödəniş tapşırığı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı Sağlam Ailə MMC-nin cavabdeh “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC-yə qarşı “tibbi xidmətlərin göstərilməsinə dair müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı "xxxx" MMC cavabdeh “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24082,04 manat əsas borc, 26971,90 manat - dəbbə pulu, 200 manat mediasiya xərci, 43,10 manat dövlət rüsumu və 500 manat vəkil xidməti, cəmi 51797,10 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC arasında 15 dekabr 2020-ci il tarixdə tibbi xidmətlərin göstərilməsinə dair SA 2-24/20 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsaəsn icraçı (iddiaçı) Sifarişçinin (cavabdeh) sifarişi əsasında Sifarişçinin əməkdaşlarına Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd olunan tibbi xidmətlərin göstərilməsini, Sifarişçi isə göstərilmiş tibbi xidmətlərə görə xidmət haqqı ödənilməsini öhdəsinə götürür. Müqavilənin 3.3-cü bəndinə əsasən icraçı tərəfindən Sifarişçinin əməkdaşlarına göstərilən tibbi xidmətrlə üçün ödəniş Sifarişçi tərəfindən bank köçürmə yolu ilə həyata keçirilir.iddiaçı Müqavilə üzrə tam şəkildə və keyfiyyətli icra etməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliklər öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir və göstərilmiş xidmətlərə görə ödənişlər edilməmişdir. Xidmət haqqının ödənilməsi barədə cavabdehə bir neçə dəfə yazılı xəbərdarlıq edilmişdir.Yaranmış borcun ödənilməsi ilə bağlı tərəflərin səlahiyyətli nümayəndələri görüş keçirmişlər, görüş zamanı Əlavə Razılaşma imzalanması qərara alınmışdır. 21 noyabr 2021-ci il tarixdə tərəflər arasında xidmətlərin göstərilməsinə dair borcun ödənilməsi barədə razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə görə tibbi xidmətlərin göstərilməsinə dair Müqavilə üzrə cavabdehin iddiaçıya 34316,81 manat məbləğində borcun olması təsdiq edilmişdir. Cavabdeh ümumi borcdan cəmi 10 234,76 manat ödəmişdir, qalan 24082,04 manat borcu ödənilməmiş qalmışdır.Razılaşmanın 1.6.-cı bəndinə uyğun olaraq, cavabdeh tərəfindən ödəniş şərtləri pozulduğuna görə hər gecikdirilmiş gün üçün 0,5% penya nəzərdə tutulmuşdur.Gecikmə müddəti 01 aprel 2022-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək olmaqla, on iki ay təşkil edir, göstərilən müddət üçün penya məbləği 26 971,90 manatdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri: 6.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. “İcraçı” qismində “Sağlam Ailə MMC ilə “Sifarişçi” qismində “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SA 2-42/20 nömrəli tibbi xidmlətlər göstərilməsinə dair müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında sifarişçinin əməkdaşlarına bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1də qeyd olunan tibbi xidmətlər göstərir, “Sifarişçi” isə göstərilən tibbi xidmətlərə görə xidmət haqqı ödəyir.

8. Xidmətlərin alınmasına görə yaranmış borcun ödənilməsinə dair razılaşmaya əsasən tərəflər aşağıdakı məsələlər barədə razılığa gəlmişlər: 1.1 Borclu təsdiq edir ki, bu razılaşma imzalanan anda onun tələbkara 34316.81 manat borcu vardır. 1.2 Borclu təsdiq edir ki, bu razılaşmanın imzalandığı andan etibarən ümumi borcun ƏDV-sini 5234.76 manatı 3 gün ərzində ödəyir. Ümumi borcun ƏDV-siz məbləğini 29082.04 manat isə 5 ay ərzində aylıq 5816.41 manat olmaqla ödəməyi öhdəsinə götürür. 1.3 Borclu təsdiq edir ki, yaranmış borcunu hər bir halda bu razılaşmanın imzalandığı andan 3 ay müddətində tam şəkildə ödəyəcəkdir.

9. “Sağlam Ailə MMC tərəfindən cavabdeh “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC-yə xx.xx.2021-ci il tarixdə ümumi məbləği 8805.51 (7462.30 manat əsas, 1343.21 manat ƏDV) manat təşkil edən EBAV seriyalı 791712 nömrəli, xx.xx.2021-ci il tarixdə ümumi məbləği 8478.75 (7185.38 manat əsas, 1293.37 manat ƏDV) manat təşkil edən EBAX seriyalı 259849 nömrəli, xx.xx.2021-ci il tarixdə ümumi məbləği 9286.25 ( 7869.70 manat əsas, 1416.55 manat ƏDV) təşkil edən EBBA seriyalı 255553 nömrəli, xx.xx.2021-ci il tarixdə ümumi məbləği 9205.05 (7800.89 əsas, 1404.16 ƏDV) manat təşkil edən EBAY seriyalı 837495 nömrəli, xx.xx.2021-ci il tarixdə ümumi məbləği 2987.75 (2531.99 manat əsas, 455.76 manat ƏDV) manat təşkil edən EBBB seriyalı 739646 nömrəli, xx.xx.2021-ci il tarixdə ümumi məbləği 646 (547.46 manat əsas, 98.54 manat ƏDV) təşkil edən EBBD seriyalı 325209 nömrəli, xx.xx.2021-ci il tarixdə ümumi məbləği 403.75 ( 342.16 manat əsas, 61.59 manat ƏDV) təşkil edən EBBE seriyalı 315819 nömrəli , xx.xx.2021-ci il tarixdə ümumi məbləği 323 (273.73 manat əsas, 49.27 manat ƏDV) manat təşkil edən EBBG seriyalı 136752 nömrəli, xx.xx.2021-ci il tarixdə ümumi məbləği 80.75 (68.43 manat əsas, 12.32 manat ƏDV) manat təşkil edən EBBH seriyalı 532049 nömrəli elektron qaimələr göndərilmişdir.

10. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan məlum olur ki, “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC tərəfindən “Sağlam Ailə MMC-nin hesabına xx.xx.2021xx.xx.2021-ci il dövrü üzrə 5000 manat məbləğində pul köçürülmüşdür.

11. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC tərəfindən “Sağlam Ailə MMC-yə 900 manat məbləğində, xx.xx.2021ci il tarixli ödəniş tapşırığına əsasən 5234.77 manat məbləğində ödəniş edilmişdir.

12. “Sağlam Ailə MMC tərəfindən “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASCyə 11 aprel 2023-cü il tarixdə öhdəliklərin yerinə yetirilməməsi barədə 190 nömrəli bildiriş ünvanlanaraq, 24082.04 manat təşkil edən borc məbləğinin ödənilməsi xahiş edilmiş, ödəniş həyata keçirilməyəcəyi təqdirdə gecikdirilmiş ümumi məbləğin 0,5% hissəsi məbləğində 26971.90 manat məbləğində cərimə ödəniləcəyi bildirilmişdir.

13. xx.xx.2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, “Sağlam Ailə MMC tərəfindən “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC-yə göstərilmiş tibbi xidmətlərə görə 34316.81 manat ƏDV daxil borc yaranmışdır. “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC tərəfindən xx.xx.2021-ci il tarixində 5234.77 manat ƏDV ödənişi olunmuşdur və ƏDV üzrə borcu tam olaraq bağlanmışdır. xx.xx.2022-ci il tarixində 5000 manat əsas borcan ödəniş olunmuşdur. Hal-hazırda ASC-nin 2021-ci il üzrə 24082.04 manat əsas məbləğ üzrə borcu vardır. 15.“Sağlam Ailə" MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışının açıqlamasında (izahat) göstərilmişdir ki, 06. 01.2021-ci il tarixli EBAV 791712 nömrəli eqaimə üzrə ümumi borc 8805,51 manat, bundan əsas borc - 7462,30 manat, ƏDV- 1343,21 manatdır. Əsas borcdan xx.xx.2021-ci il tarixdə - 5000 manat, ƏDV borcundan isa - xx.xx.2021 -ci il tarixdə - 900 manat, xx.xx.2021 -ci il tarixdə - 443.21 ınaııal ödənilmişdir. ƏDV üzrə 1343.21 manat borc tanı olaraq ödənilmişdir. Qalıq: əsas borcdan - 2462.3 manatdır. xx.xx.2021-ci il tarixli EBAX 259849 nömrəli e-qaimə üzrə ümumi borc 8478,75 manat, bundan əsas borc 7185,38 manat, ƏDV - 1293,37 manatdır. Əsas borcdan xx.xx.2022-ci il tarixdə 5000 manat, ƏVD borcundan xx.xx.2021-ci il tarixdə - 1293,37 manat tam olaraq ödənilmişdir. Qalıq: əsas borcdan- 2185.38 manatdır. xx.xx.2021-ci il EBAY 837495 nömrəli e-qaimə üzrə ümumi borc 9205,05 manat, bundan əsas borc 7800.89 manat, ƏDV - 1404,16 manatdır. ƏVD borcundan xx.xx.2021-ci il tarixdə - 1404,16 manat tam olaraq ödənilmişdir. Qalıq: əsas borcdan- 7800,89 manatdır.xx.xx.2021-ci il tarixli EBBA 255553 nömrəli e-qaimə üzrə ümumi borc 9286,25 manat, bundan əsas borc 7869,70 manat, ƏDV - 1416,55 manatdır. ƏVD borcundan xx.xx.2021-ci il tarixdə - 1416,55 manat tam olaraq ödənilmişdir. Qalıq: əsas borcdan- 7869,70 manatdır. xx.xx.2021-ci il tarixli EBBB 739646 nömrəli e-qaimə üzrə ümumi borc 2987,75 manat, bundan əsas borc 2531,99 manat, ƏDV -455,76 manatdır. ƏVD borcundan 30. i 1.2021 -cı il tarixdə - 455,76 manat tam olaraq ödənilmişdir. Qalıq: əsas borcdan- 2531,99 manatdır. xx.xx.2021-ci il tarixli EBBD 325209 nömrəli e-qaimə üzrə ümumi borc 646,00 manat, bundan əsas borc 547.46 manat, ƏDV - 98,54 manatdır. ƏVD borcundan isə xx.xx.2021 -ci il tarixdə - 98,54 manat tam olaraq ödənilmişdir. Qalıq; əsas borcdan- 547,46 manatdır. xx.xx.2021-ci il tarixli EBBB 315819 nömrəli e-qaimə üzrə ümumi borc 403.75 manat, bundan əsas borc 342,16 nıaııat, ƏDV - 61,59 manatdır. ƏVD borcundan xx.xx.2021 -ci il tarixdə - 61,59 manat taııı olaraq ödənilmişdir. Qalıq: əsas borcdan- 342,16 manatdır.xx.xx.2021-ci il tarixli EBBG 136752 nömrəli e-qaimə üzrə ümumi borc 3223,00 manat, bundan əsas borc 273,73 manat, ƏDV - 49,27 manatdır. ƏDV borcundan xx.xx.2021 -ci il tarixdə - 49,27 manat tanı olaraq ödənilmişdir. Qalıq: əsas borcdan- 273,73 manatdır. xx.xx.2021-ci il tarixli 532049 nömrəli e-qaimə üzrə ümumi borc 80,75 manat, bundan əsas borc 68.43 manat, ƏDV - 12,32 manatdır. ƏVD borcundan xx.xx.2021-ci il tarixdə - 12,32 manat tam olaraq Ödənilmişdir. Qalıq: əsas borcdan- 68,43 manatdır. ƏDV ödənişləri üzrə ümumi məbləği 5234,77 manat təşkil edir, həmin məbləğ tam olaraq ödənilmişdir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SA 2-42/20 nömrəli tibbi xidmətlərin göstərilməsinə dair xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə SA 2-42/20 nömrəli tibbi xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehə müqavilə üzrə tibbi xidmətlərin göstərilməsi vəzifəsini həyata keçirmiş, lakin cavabdeh öz vəzifəsini icra etməyərək, göstərilmiş xidmətlərin böyük bir hissəsinin dəyərini ödəməmişdir. Belə ki, 21 noyabr 2021-ci il tarixdə tərəflər arasında bağlanmış razılaşmaya əsasən cavabdeh 29082.04 manat əsas borc, 5234.76 manat ƏDV olmaqla ümumilikdə 34316.81 manat məbləğində borcunun olmasını təsdiqləmişdir. Daha sonra əsas borc məbləğindən 5000 manat və ƏDV borcunu tamamilə ödəməklə ümumilikdə 10234.76 manat məbləğində ödəniş etmişdir. Bununla da 24082.04 manat əsas borc məbləği ödənilməmiş qalmışdır.

25. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını və zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC-dən 24082.04 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

26. Məhkəmə iddiaçı tərəfindən tələb edilən 26971.90 manat məbləğində cərimə borcu ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

27. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

28. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 1200 (min iki yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır.

29. İddiaçı iddia tələbində ödənilmiş 43.10 manat məbləğində dövlət rüsumunun 200 manat təşkil edən mediasiya xərcinin və 500 manat təşkil edən vəkil xidmətinin də cavabdehdən tutulmasını xahiş edir. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

33. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır

34. İş materiallarına əlavə edilmiş sənədlər iddiaçı tərəfindən məhkəmə xərclərinin bütünlüklə ödənildiyini təsdiqləyir.

35. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat məbləğində mediasiya xərci, 43.10 manat məbləğində ödənilmiş dövlət rüsumu və vəkil xidmətinə görə 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V Nəticə: 36.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Akkord Sənaye Ticarət İnvestisiya Korporasiyası” ASC-dən 24082.04 manat əsas borc, 1200 manat dəbbə pulu, 200 manat mediasiya xərci, 43.10 manat dövlət rüsumu və vəkil xidmətinə görə 500 manat, cəmi 26025.14 ( iyirmi altı min iyirmi beş manat on dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Sağlam Ailə MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar