Məhkəmə qərarları › İş №e-2-2(113)-4010/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4010/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4010/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Roedl ənd Partner" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1" MMCyə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, xidmət haqqı, faiz borcu) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndələri, kənar idarəçi Nümayəndə və vəkili Vəkil1, cavabdehin nümayəndəsi, Vəkil3 iştirakları ilə, iddiaçı “Roedl ənd Partner" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16520 avro əsas borcun, 759,92 avro faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 188 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və “Kuehne + Nagel” MMC arasında xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli Mühasibatlıq Xidmətlərinin Göstərilməsi haqqında Müqavilə imzalanmışdır. 08 sentyabr 2022-ci il tarixində “Kuehne + Nagel” MMC-nin adı dəyişərək Cavabdeh MMC olmuşdur və o bu adla Müqavilənin tərəfi olmaqda davam etmişdir. Həmin Müqaviləyə əsasən, iddiaçı cavabdehə mühasibatlıq xidmətləri göstərməyi, cavabdeh isə iddiaçıya həmin xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmişdir. Lakin göstərilmiş xidmətlərə görə nəzərdə tutulmuş xidmət haqqı cavabdeh tərəfindən tam ödənilməmişdir. Belə ki, Cavabdehin Müqaviləyə uyğun olaraq ödənilməmiş borcu 16,520 avrodur (31,001.44 manat). Müqavilənin 6.7-ci maddəsinə əsasən, hesab-faktura onun verildiyi tarixdən 30 təqvim günü ərzində ödənilməlidir. Hesab-faktura lazımi qaydada ödənilmədikdə ödəniş gecikdirilmiş hesab edilir. Bundan başqa, həmin maddəyə əsasən hesab-fakturanın verildiyi tarixdən 60 gün sonra borcun ödənilməsi haqda bildiriş göndərildikdən sonra iddiaçının hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0.05%-i miqdarında, lakin 50%-dən çox olmadan faiz hesablama hüququ vardır. cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Buna görə də Cavabdeh hər gecikdirilmiş gün üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarxinədək hesablanmış 92 gün gecikməyə görə ümumilikdə 759,92 (yeddi yüzəlli doqquzavro, doxsan ikisent) avro faiz məbləğini də İddiaçıya ödəməlidir. Yaranmış borcun ödənilməsi ilə bağlı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və 20 təqvim günü ərzində borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuş, Cavabdeh isə borcu ödəməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Buna uyğun olaraq,əsas borc məbləği olan 16,520 avro və faiz borcu 759.92 avro ümumilikdə 17279,92 avro pulməbləğinin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə iddia təmin edilməlidir. MPM-in 119.1.-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki işlə əlaqədar, iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün 188 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 188 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 443-cü maddəsinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı hesab edir ki, cavabdeh tərəfindən ilin əvvəlindən sonuna kimi ödəniş olunmalı idi. Belə ki, artımlar da hər ay buna daxil idi. Lakin cavabdeh 1 dəfə ödənişi nəzərdə tuturdu. Odur ki, müqavilənin təfsiri vacibdir. Təfsiri zamanı tərəflər arasında yazışmalar nəzərə alınmalıdır.Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli Mühasibatlıq Xidmətlərinin Göstərilməsi haqqında Müqavilənin 6.5-ci maddəsində açıqcasına qeyd edilmişdir ki, Müqavilədə göstərilən bütün qiymətlər əlavə dəyər vergisi olmadan göstərilmişdir. Cavabdehin bu istiqamətdə qeyd etdikləri tamamilə əsassızdır. Bu səbəbdən, iddiaçının xidmət haqqına əlavə olaraq əlavə dəyər vergisinin də ödənilməsini tələb etmək hüququ var. Etirazın digər arqumenti isə Müqavilənin 6.1-ci bəndində əks edilən hər 100000 avro məbləğində dövriyyə artımı üçün əlavə haqqın aylıq deyil, birdəfəlik haqq kimi müəyyən edilməsidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə dövriyyə mübahisələndirilmir, sadəcə cavabdehin etirazda iddiaya qarşı irəli sürdüyü əsas arqument müqavilənin 6.1-ci bəndinin təfsiri ilə bağlıdır. İlk dəfə mühasibatlıq xidmətlərinin göstərilməsi ilə bağlı razılaşmalar əldə olunduqda həmin razılaşma ilə bağlı heç bir mübahisə olmamışdı. Aylıq dövriyyə 600 avro, dövriyyə illik dövriyyə olduğu üçün ilin sonunda bu bir dəfə hesablanaraq dövriyəyə, artıma uyğun olaraq hesab-faktura, e-qaimə vurulurdu. Xidmət yükünün artırılması ilə əlaqədar hər 100.000.00 avro üçün illik dövriyyədə hər əlavə artıma görə əlavə 100 avro tələb oluna bilər.Müqavilə ingilis dilində bağlanılsa da, müqavilənin müzakirəsi zamanı cavabdeh tərəfindən müqavilənin həmin müddəasına dair hər hansı etiraz və yaxud onun təfsirinə dair hər hansı mübahisə mövcud olmamışdır. Müqavilənin müzakirəsi zamanı cavabdeh tərəfindən müqavilənin həmin müddəasına dair hər hansı etiraz və yaxud onun təfsirinə dair hər hansı mübahisə mövcud olmamışdır. Xidmət haqqı razılaşdırılmaqla aylıq 600 avro təşkil etdiyi üçün aylıq əlavə xidmət haqqı da aylığa əsasən hesablanmalıdır. İllik dövriyyə üzrə 1 dəfə olması barədə də heç bir qeyd göstərilməmişdir.Dövriyyə artımı aylar üzrə olur və aylar toplandıqda 100000 məbləğə gəlib çatdığı zaman ilin sonunda əlavə xidmət haqqı aylar üzrə hesablanıb yekun məbləğ çıxarılmışdır. Dövriyyə üzrə hesabatların artımı zamanı hesabatlar belə qaydada hesablanmışdır ki, il tamam olub dövriyyə bitməli idi ki, o zaman məlum olurdu əlavə mükafat şərti işə düşür yoxsa yox. Aylıq hesabatlarla bu bilinmirdi. Onsuz hər bir halda aylıq hesabatlarla bağlı tərəfə 600 avro olan involslar kəsilmişdir. Dövriyyə artmasaydı əlavə xidmət yükü olmasaydı, 100 avro hesablanmazdı. 100 avro əlavə xidmət haqqı puludur. İldə bir dəfə əlavə invols kimi kəsilmişdir. Şirkət əvvəl alman şirkəti olmuşdur. Daha sonra 2021-ci ildə beynəlxalq şirkət olduğu üçün sanksiya məsələləri ilə bağlı Rusiya bazarından çıxmaq məcburiyyətində qalmışdır. Sonra iddiaçı qarşı tərəflə son haqq hesablarını etdikdə məlum olmuşdur ki, bu əlavə involslar da kəsilməlidir. Düzdür 2021-ci il başa çatdıqdan həmin il üzrə əlavə involsları kəsməmək iddiaçının səhvidir, lakin bu o demək deyil ki, iddiaçı artıq əlavə involslar kəsə bilmə hüququ yoxdur. Dövriyyələrlə bağlı sübut kimi müqavilənin bağlanması zamanı yazışmalar var və orada müqavilənin təfsiri ilə bağlı da heç bir etiraz qarşı tərəfdən olmamışdır. Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizəsi verərək qeyd etmişdir ki, iddiaçının iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı ərizəsində göstərmişdir ki, xidmət müqaviləsinə əsasən cavabdeh tərəfindən ona 17279,82 avro məbləğində pul köçürülməlidir. Bura daxildir: 1) 2021-ci ildə əlavə olaraq 317937 avro artıq dövriyyəyə görə ödənilməli olan tənzimlənməmiş 300 avro məbləğində xidmət haqqı, 2) 2022-ci ildə 406089 avro artıq dövriyyəyə görə ödənilməli olan tənzimlənməmiş 400 avro məbləğində xidmət haqqı, 3) 2023-cü ildə əlavə olaraq 351856,68 avro artıq dövriyyəyə görə ödənilməli olan tənzimlənməmiş 300 avro məbləğində xidmət haqqı 4) 2021-ci il üzrə korporativ vergi bəyannaməsinin hazırlanması ilə bağlı xidmət haqqı – 1000 avro. 5) 2022ci il üzrə korporativ vergi bəyannaməsinin hazırlanması ilə bağlı xidmət haqqı – 1000 avro. Borc məbləği hesablanarkən əsas borc və ƏDV hesablanaraq toplanılmışdır. Eyni zamanda cavabdehə ünvanladığı məktubda da əsassız olaraq həmin qaydada hesablayaraq müəyyən etdiyi 17279,82 avro məbləğini tələb etmişdir. İş materiallarına dövriyyə sənədləri əlavə edilmədiyindən hansı illərdə hansı aylardan etibarənə dövriyyənin 250000 avronu 100000 avro məbləğində aşdığını müəyyən etmək mümkün olmamışdır. Bu isə zəruridir ona görə ki, dövriyyə 250000 avronu 100000 avro həcmində aşdıqda, Sifarişçinin İcraçıya əlavə 100 avro ödəmək öhdəliyi yaranırdı. Sifarişçi olaraq cavabdehin İcraçıya (iddiaçıya) ödəməli olduğu məbləğ Müqavilənin 6-cı bəndi ilə müəyyən edilir. Sözügedən bənd aşağıdakı formada yazılmışdır : Xüsusi diqqət edilməli bir digər məqam 9.3-cü bəndinə əsasən azərbaycan və ingilis dillərindəki mətnlər arasında ziddiyət olacağı təqdirdə ingilis dilində yazılmış mətnə üstünlük verildiyidir: İddiaçının tələb etdiyi həcmdə, yəni təqvim ilinin ilk ayından son ayınadək hər ay üzrə əlavə ödəniş etməyi Müqavilənin ingilis dilində yazılmış 6-cı bəndinə əsasən cavabdeh öz öhdəsinə götürməmişdir. Azərbaycan dilində olan mətnində xidmət haqqı yazılsa da , ingilis dilində müvafiq mənanı bildirən ifadə (“fee” vəya “service fee”) qeyd edilməmişdir. Nəzərə alsaq ki xidmət müqavilələri üzrə münasibətlər tərəflərin bir-birinə olan yanaşması, göstərdiyi xidmət, xidmətin əvəzinin ödənilməsi və s. əsasında davam etdirilir, müqavilənin qüvvədə olduğu illər ərzində İcraçı Sifarişçiyə müvafiq tələb irəli sürməməyi Sifarişçi müqavilə müddətinin bitməsi zamanı xitam verməyərək, eyni şərtlərlə eyni müddətə uzadılmasına gətirib çıxarmışdır. Yəni, həm 2021-ci və 2022-ci illərin sonunda İcraçı Sifarişçidən dövriyyə artımına görə pul tələb etməyərək Sifarişçinin eyni şərtlərlə eyni müddətə uzatmasına səbəb olmuşdur. Halbuki, hər təqvim ilinin sonunda İcraçı əlavə ödəniş tələbini irəli sürsə idi, və xüsusən də bu qədər təhrif olunmuş, absurd formada tələb etsə idi, təbii ki, Sifarişçi Müqaviləni illərlə uzatmayacaqdı. İddiaçının əlavə etdiyi sənədlərdən də görmək olur ki, İcraçı tərəfindən müvafiq tələb hər ilin sonunda irəli sürülməyərək, yalnız müqavilənin axırıncı ilinin sonunda irəli sürülmüşdür. İddiaçının əlavə ödənişi ƏDV-siz hesablaması isə bir daha tələbinin əsassız olduğundan xəbər verir. Göründüyü kimi 6.1-ci bəndin ilk cümləsində aylıq ödənilməli olan məbləğ, yəni “600 avro” ifadəsindən sonra mötərizədə ƏDV-siz (“600 avro (ƏDV-siz)” ) qeydi mövcuddur və buna əsasən da tərəfimizdən hər ay həmin məbləğ ƏDV-siz hesablanaraq köçürülmüş və hər ay ƏDV cavabdeh tərəfindən ödənilmişdir. 6.1-ci bəndin ikinci cümləsində isə məsləhətçinin, hər 100000 avroya düşən illik dövriyyədə hər əlavə artım üçün Müştəridən 100 avro məbləğində əlavə Xidmət haqqı alacağı qeyd edilmişdir. Göründüyü kimi, birinci cümlədən fərqli olaraq burada “100 avro” ifadəsindən sonra “ƏDV-siz” ifadəsi qeyd edilməmişdir. Müqavilənin hər iki dildə olan mətnlərində bu belədir. Maraqlıdır, mühasibatlıq xidmətləti göstərən şirkət buna rəğmən niyə məbləğdən əlavə ƏDV hesablayır və cavabdehdən ödəməyini tələb edir. Digər bir məsələ isə həmin 100 avro müqavilənin istər azərbaycan istər ingilis dillərindəki mətnlərində zidd olaraq aylıq və ən maraqlısı isə dövriyyənin müəyyən edilmiş limiti aşdığı aydan da deyil, təqvim ilinin birinci ayından hesablanmalı olduğunu iddia və tələb edir. Müqavilənin ingilis dilindəki mətnindən müyyən etmək olar ki, dövriyyənin hər 100000 avro məbləğində artımına görə ƏDV daxil olmaqla 100 avro məbləğində ödəniş etməlidir. Yəni 2021-ci ildə illik dövriyyə məbləğinin 550000 avronu (250000 avro sabit + 300000 əlavə) aşdığına görə Sifarişçinin İcraçıya cəmi 300 avro, 2022-ci ildə illik dövriyyə məbləğinin 650000 avronu (250000 avro sabit + 400000 əlavə) aşdığına görə Sifarişçinin İcraçıya cəmi 400 avro, 2023-cü ildə illik dövriyyə məbləğinin 550000 avronu (250000 avro sabit + 300000 əlavə) aşdığına görə Sifarişçinin İcraçıya cəmi 300 avro və 2021-2022-ci illər üzrə korporativ vergi bəyannaməsinin hazırlanması ilə bağlı xidmət haqları 2.000 avro olmaqla, ümumilikdə 3000 avro (ƏDV daxil) həcmində vəsait ödənilməlidir. Əlavə olaraq bildirir ki, icraçı, xidmət müqaviləsinin 4-cü bəndinə mühasibatlıq xidmətlərini müqavilənin qüvvədə olduğu bütün dövr ərzində bütün məlumatları Sifarişçidən toplamaqla, 1C proqram təminatı vasitəsilə həyata keçirmişdir. Xidmət müqaviləsinə xitam verildikdən sonra həmin baza məlumatlarını Sifarişçiyə lazımi formatda təhvil verməmişdir. Bu isə Sifarişçini əlavə xərclərə və vaxt itkisinə məruz qoymuşdur. Elektron yazışmalar zamanı, ilk öncə bizə aid həmin baza məlumatlarını verəcəyini bildirsə də, sonradan qarşımıza iddia ərizəsində də göstərdiyi əsassız olaraq hesablayaraq təqdim etdiyi hesab-fakturadakı məbləğləri ödəməyi məcbur etmək üçün baza məlumatlarını təqdim etməyərək,həmin məlumatları bir digər şirkətdən çox yüksək məbləğə ala biləcəyini bildirmişdir. Göründüyü kimi, İcraçı öz əsassız iddiasının təminatı kimi Sifarişçinin baza məlumatlarını faktiki girov kimi saxlayır, bu isə Sifarişçiyə əlavə iş yükünə, maddi zərər vurulmasına və vaxt itkisinə səbəb olur. xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli Mühasibatlıq Xidmətlərinin Göstərilməsi haqqında Müqavilənin 6.5-ci maddəsində açıqcasına qeyd edilmişdir ki, Müqavilədə göstərilən bütün qiymətlər əlavə dəyər vergisi olmadan göstərilmişdir. Cavabdehin bu istiqamətdə qeyd etdikləri tamamilə əsassızdır. Bu səbəbdən, iddiaçının xidmət haqqına əlavə olaraq əlavə dəyər vergisinin də ödənilməsini tələb etmək hüququ var. Etirazın digər arqumenti isə Müqavilənin 6.1-ci bəndində əks edilən hər 100000 avro məbləğində dövriyyə artımı üçün əlavə haqqın aylıq deyil, birdəfəlik haqq kimi məüyyən edilməsidir. Bununla bağlı bildirir ki, müqavilənin müzakirəsi zamanı cavabdeh tərəfindən Müqavilənin həmin müddəasına dair hər hansı etiraz və yaxud onun təfsirinə dair hər hansı mübahisə mövcud olmamışdır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İlk öncə bildirilməlidir ki, cavabdehin əvvəlki adı “Kuehne+Nagel” olmuşdur. Müqaviləyə dair danışıqlar da elektron poçt vasitəsilə Kuehne+Nagel şirkətinin nümayəndələri ilə aparılmışdır (müvafiq elektron poçt məktubları əlavə edilir). Belə ki, xx.xx.2018-ci ildə iddiaçı tərəfindən Kuehne+Nagel şirkətinə elektron poçt vasitəsilə xidmətlər paketini və müvafiq qiymətləri əks etdirən təklif göndərilmişdir. Həmin təklifin 6-cı səhifəsində mühasibatlıq xidmətləri üçün 600 avro (ƏDV-siz) qiymət qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, “Törəmə Müəssisənin mühasibat xidmətləri üçün Törəmə Müəssisənin illik dövriyyəsinin 250000 avrodan çox olmayacağı əsas götürülür. Biz hər 100000 Avro üçün illik dövriyyədə hər əlavə artıma görə sizdən əlavə 100 EUR alacağıq.” (for the accounting services of the Subsidiary understanding that the annual turnover of the Subsidiary will not exceed EUR 250,000.00. We will charge you additional EUR 100 per each additional increase in the annual turnover per each EUR 100,000.00). Bununla bağlı danışıqların heç bir mərhələsində qarşı tərəfə hər hansı etiraz bildirməmişdir. Danışıqların davamında müqavilə layihəsi tərtib edilmiş və Kuehne Nagel şirkətinin yeganə qeydi ondan ibarət olmuşdur ki, ödəniş müddəti olaraq 30 gün qeyd edilməlidir (“Ümumiyyətlə, hər şey razılaşdırılıb, lakin KN-də minimum 30 gün standart ödəmə müddəti var. Cavabdeh bunu bu müqavilə üçün də saxlamaq istərir.” (İn general all in agreement but we have a standard payment term of minimum 30 days at KN. We would like to keep it also for this agreement). Bu düzəliş də öz əksinin Müqavilənin 6.7-ci bəndində tapmışdır (müqayisə üçün elektron poçt vasitəsilə göndərilmiş müqavilə layihəsinin ödəniş müddətinə dair bəndi də təqdim edilir). Qeyd edilənlər bunu deməyə əsas verir ki, müqavilənin bağlanması zamanı danışıqlarda və müqavilə bağlanarkən Müqavilənin 6.1-ci bəndinə dair hər hansı mübahisə olmamışdır. Bu səbəbdən, cavabdehin etirazında qeyd edilənlər tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi təqdilmiş mülahizərə uyğun olaraq izahat verərək qeyd etmişdir ki, borc məbləği hesablanarkən əsas borc və ƏDV hesablanaraq toplanılmışdır. Eyni zamanda cavabdehə ünvanlanan məktubda da əsassız olaraq həmin qaydada hesablayaraq müəyyən etdiyi 17279,82 avro məbləğini tələb etmişdir. İş materiallarına dövriyyə sənədləri əlavə edilmədiyindən hansı illərdə hansı aylardan etibarən dövriyyənin 250000 avronu 100000 avro məbləğində aşdığını müəyyən etmək mümkün olmamışdır. Bu isə zəruridir ona görə ki, dövriyyə 250000 avronu 100000 avro həcmində aşdıqda, Sifarişçinin icraçıya əlavə 100 avro ödəmək öhdəliyi yaranırdı. İddiaçının tələb etdiyi həcmdə, yəni təqvim ilinin ilk ayından son ayınadək hər ay üzrə əlavə ödəniş etməyi Müqavilənin ingilis dilində yazılmış 6-cı bəndinə əsasən cavabdeh öz öhdəsinə götürməmişdir. Azərbaycan dilində olan mətnində xidmət haqqı yazılsa da, ingilis dilində müvafiq mənanı bildirən ifadə (“fee” vəya “Service fee”) qeyd edilməmişdir. Xidmət müqavilələri üzrə münasibətlər tərəflərin bir-birinə olan yanaşması, göstərdiyi xidmət, xidmətin əvəzinin ödənilməsi və s. əsasında davam etdirilir, Müqavilənin qüvvədə olduğu illər ərzində İcraçı Sifarişçiyə müvafiq tələb irəli sürməməyi Sifarişçi müqavilə müddətinin bitməsi zamanı xitam verməyərək, eyni şərtlərlə eyni müddətə uzadılmasına gətirib çıxarmışdır. Yəni, həm 2021-ci və 2022-ci illərin sonunda İcraçı Sifarişçidən dövriyyə artımına görə pul tələb etməyərək Sifarişçinin eyni şərtlərlə eyni müddətə uzatmasına səbəb olmuşdur. Halbuki, hər təqvim ilinin sonunda İcraçı əlavə ödəniş tələbini irəli sürsə idi, və xüsusən də bu qədər təhrif olunmuş, absurd formada tələb etsə idi, təbii ki, Sifarişçi Müqaviləni illərlə uzatmayacaqdı. İddiaçının əlavə etdiyi sənədlərdən də görmək olur ki, İcraçı tərəfindən müvafiq tələb hər ilin sonunda irəli sürülməyərək, yalnız müqavilənin axırıncı ilinin sonunda irəli sürülmüşdür. İddiaçının əlavə ödənişi ƏDV-siz hesablaması isə bir daha tələbinin əsassız olduğundan xəbər verir. Göründüyü kimi 6.1-ci bəndin ilk cümləsində aylıq ödənilməli olan məbləğ, yəni “600 avro” ifadəsindən sonra mötərizədə ƏDV-siz (“600 avro (ƏDV- siz)” ) qeydi mövcuddur və buna əsasən da tərəfimizdən hər ay həmin məbləğ ƏDV- siz hesablanaraq köçürülmüş və hər ay ƏDV tərəfindən ödənilmişdir. 6.1-ci bəndin ikinci cümləsində isə Məsləhətçinin, hər 100.000 avroya düşən illik dövriyyədə hər əlavə artım üçün Müştəridən 100 avro məbləğində əlavə Xidmət haqqı alacağı qeyd edilmişdir. Göründüyü kimi, birinci cümlədən fərqli olaraq burada “100 avro” ifadəsindən sonra “ƏDV-siz” ifadəsi qeyd edilməmişdir. Müqavilənin hər iki dildə olan mətnlərində bu belədir. Maraqlıdır, mühasibatlıq xidmətləti göstərən şirkət buna rəğmən niyə məbləğdən əlavə ƏDV hesablayır və cavabdehdən ödəməyi tələb edir. Müqavilənin ingilis dilindəki mətnindən müyyən etmək olar ki, dövriyyənin hər 100000 avro məbləğində artımına görə ƏDV daxil olmaqla 100 avro məbləğində ödəniş etməlidir. Yəni 2021-ci ildə illik dövriyyə məbləğinin 550000 avronu (250.000 avro sabit + 300.000 əlavə) aşdığına görə Sifarişçinin İcraçıya cəmi 300 avro, 2022-ci ildə illik dövriyyə məbləğinin 650000 avronu (250.000 avro sabit + 400.000 əlavə) aşdığına görə Sifarişçinin icraçıya cəmi 400 avro, 2023-cü ildə illik dövriyyə məbləğinin 550000 avronu (250.000 avro sabit + 300.000 əlavə) aşdığına görə Sifarişçinin İcraçıya cəmi 300 avro və 2021-2022-ci illər üzrə korporativ vergi bəyannaməsinin hazırlanması ilə bağlı xidmət haqları 2000 avro olmaqla, ümumilikdə 3000 avro (ƏDV daxil) həcmində vəsait ödənilməlidir. İcraçı, Xidmət Müqaviləsinin 4-cü bəndinə mühasibatlıq xidmətlərini müqavilənin qüvvədə olduğu bütün dövr ərzində bütün məlumatları Sifarişçidən toplamaqla, 1C proqram təminatı vasitəsilə həyata keçirmişdir. Xidmət müqaviləsinə xitam verildikdən sonra həmin baza məlumatlarını Sifarişçiyə lazımi formatda təhvil verməmişdir. Bu isə Sifarişçini əlavə xərclərə və vaxt itkisinə məruz qoymuşdur. Elektron yazışmalar zamanı, ilk öncə onlara aid həmin baza məlumatlarını verəcəyini bildirsə də, sonradan qarşısında iddia ərizəsində də göstərdiyi əsassız olaraq hesablayaraq təqdim etdiyi hesab-fakturadakı məbləğləri ödəməyi məcbur etmək üçün baza məlumatlarını təqdim etməyərək, həmin məlumatları bir digər şirkətdən çox yüksək məbləğə ala biləcəyini bildirmişdir. Göründüyü kimi, İcraçı öz əsassız iddiasının təminatı kimi Sifarişçinin baza məlumatlarını faktiki girov kimi saxlayır, bu isə Sifarişçiyə əlavə iş yükünə, maddi zərər vurulmasına və vaxt itkisinə səbəb olur. Sənədlər məhkəmənin aparıldığı dildə təqdim edilməmişdir. Tərcümə edilməli və notarial təsdilməli idi. Mülki Prosessual Məcəllənin 11.1 -ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Xarici dildə təqdim edilmiş yazışmalara xarici dili bilmədiyi və bilmək məcburiyyətinin olmadığı üçün mahiyyəti üzrə münasibət bildirməyi mümkün olmamışdır. Lakin qeyd edilməli xüsusi məqamlar ondan ibarətdir ki, yazışmalar natamam təqdim olunmuşdur. Məhkəmə iclasında iddiaçıdan yazışmaları təqdim edəcəyi təqdirdə, tam olaraq təqdim etməyini xahiş etmişdir. Xarici dildə, natamam və ya təhrif olunmuş yazışma nə yazıldığından asılı olmayaraq mötəbər sübut kimi qəbul edilə bilməz. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Sonrakı hərəkətlər isə belə olmuşdur: İddiaçı 6 il ərzində iddia etdiyi məbləği nəinki iddia etdiyi həcmdə, ümumiyyətlə tələb etməmişdir. Müqavilə isə 1 illik bağlanmışdır, 1 ilin tamamından tərəflərin hər-hansı biri xitam verərək müqavilənin uzatmamaq hüququna malik olmuşdur. İddiaçının bu tələbi irəli sürməməsi cavabdeh tərəfindən müqaviləyə xitam verməyərək, uzadılması üçün əsas olmuşdur. Cavabdeh olaraq öhdəliyini qəbul edir. Birdəfəlik və ya aylıq ödənişlərin olunması ilə bağlı mübahisə var. Müqavilədə boşluqlar var və iddiaçı tərəfindən hazırlanmışdır. Həmin dövrdə cavabdeh tərəfin hüquqşünas olmadığı üçün müqavilənin əksər bəndləri cavabdehin ziyanınadır. İddiaçı tərəf onlarla müqaviləni ləğv edərkən onların baza məlumatlarını özündə saxlayıb. Bununla əlaqədar olaraq həmin məlumatların qarşı tərəfdən danışıqlar yolu ilə alınması üçün addımlar atılmışdır. Tərəfin qeyd etdiyi müqavilənin ingilis dili versiyasının daha aydın yazılması məsələsi müəmmalıdır. Çünki azərbaycan dilində xidmət haqqı kimi işlədilən sözün mənasına gələn söz heç müqavilənin əslində göstərilməmişdir. Digər tərəfdən cavabdehin istinad etdiyi yazışmalar alman dilindədir, sübut kimi qiymətləndirilə bilməz. Həmçinin tərəfin qeyd etdiyi xidmət yükünün artması ilə əlaqədar əlavə 100 euro tələb edilməsi məsələsi düzgün yanaşma deyil. Belə ki xidmət yükünün artması ilə bağlı olan tələb illik hesablanaraq invoys kəsilməməlidir. Xidmət yükü əgər sentyabrda artırsa onun yanvar ayı ilə bağlı nə əlaqəsi ola bilər. Digər tərəfdən əgər yanvar ayının əvvəlindən dekabr ayına kimi hesablanacaqdısa hər 100000 dövriyyənin artımına görə 1200 avro ödənilməsi qeyd oluna bilərdi. Bir sözlə bu şərtin aydın ifadə olunma yolları olmuşdur. Əgər bu şərt müqavilədə aydın şəkildə qeyd olunsa və müqavilə bu şərtlə bağlanmış olsaydı mübahisə yaranmazdı. İddiaçının əlavə etdiyi sənədlərdən də görmək olur ki, icraçı tərəfindən müvafiq tələb hər ilin sonunda irəli sürülməyərək, yalnız müqavilənin axırıncı ilinin sonunda irəli sürülmüşdü. İş yükünün artması məsələsi də başadüşülən deyil. Belə ki, iş yükü bir dəfə artır və cavabdehdən vergi bəyənnaməsinə görə ayrıca xidmət haqqı alınır. Yəni, vergilərə aid olan hissədə və digər bir bənddə bizdən illik xidmət haqqı alınması barədə maddə vardır. Hesabat dəyişdiyi zaman cavabdeh 100 avro verirsə, ondan sonra bütün işlər həmin hesabat üzrə davam edir. Yenidən tərəfin iş yükünün artırılmasından söhbət gedə bilməz. Mahiyyətindən də aydın olur ki, bu birdəfəlik ödənişdir. Heç bir halda ilin əvvəlindən ilin sonuna kimi ödəniş kimi təfsir olunmamalıdır. 2360 avro olan hesabfakturanı 2022-ci il üçün mənfəət vergi bəyannaməsi hazırlanması ilə bağlı olduğundan qəbul etmişdir, lakin dövriyyə hesabatlarının artımı ilə bağlı digər üçünü qəbul etmir. Qarşı tərəf onların data bazasını vermədiyi və əsassız girov saxladığı üçün onların iş yükü və əlavə xərcləri də ortaya çıxmışdır. Bu məbləğ müqavilədə qeyd olunan birdəfəlik məbləğdən də yüksəkdir. Müqavilədə əlavə ödənişin bir dəfəlik ödənməli olması kimi yazıldığını qəbul edir,lakin məsələyə mahiyyəti üzrə baxıldıqda tam rədd edilməsini xahiş edir. Sonda cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirmiş, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “Roedl ənd Partner" MMC (“Məsləhətçi”) ilə “Kuehne + Nagel” MMC “Müştəri" arasında bağlanmış xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli mühasibatlıq xidmətlərinin göstəriməsi haqqında müqavilədən görünür ki, müqavilədə nəzərdə tutulmuş şərtlərlə müştəri bu müqavilənin 2-ci bəndinə müəyyən edilmiş mühasibatlıq xidmətlərinin göstərilməsini Məsləhətçiyə həvalə edə bilər, Məsləhətçi isə Xidmətlərin göstərilməsini təmin etməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən Məsləhətçi Müştərinin sorğularına əsasən aşağıdakı Xidmətləri göstərir: daxil olan bütün invoysların mühasibatlıq sistemində qeydiyyatının aparılmasə; alğı-satqı jurnalının hazırlanması; sabit aktivlərin reyestrinin və kiçik inventerların qeydiyyatının hazırlanması; mühasibət uçotunun qeydiyyatı; idarə heyətindən alınmış nağd hesabatın hazırlanması; bütün bank əməliyyatlarının qeydiyyatının aparılması; səyahət və xərclərin hesabatlarının qeydiyyatı; əməliyyatların hər növü üçün mühasibatlıq qeydlərinin aparılması; jurnal hesabatlarının hazırlanması; inventar kitabçasının hazırlanması; əsas (ümumi) hazırlanması; analitik post-closing sınaq balanslarının hazırlanması; sintetik post-closing sınaq balansının hazırlanması; vergilərin hesablanması, qanunvericiliyə uyğun olaraq vergi və statistik hesabatların hazırlanması; aylıq vergi bəyannamələrinin maliyyə vektoruna uyğun hazırlanması və təqdim edilməsi; mühasibat uçotu və hesabat vermə; əsas şirkət üçün illik maliyyə hesabatlarının hazırlanması. Müqavilənin 2.2-ci bəndinə əsasən Məsləhətçi inventar uçotu həyata keçirməyəcəkdir. Müştəri aylıq olaraq müvafiq çap və elektron vasitələrlə çıxışlarını təqdim edə bilər. Müqavilənin 6.1-ci bəndinə əsasən 6.2 və 6.3-cü bəndlərində qeyd olunanlar və tərəflər başqa cür razılığa gəldiyi hallar istisna olmaqla, Məsləhətçi tərəfindən bu müqavilə üzrə Müştəriyə göstərilən Xidmətlərə görə ödəniş haqqı Müştərinin illik dövriyyəsinin 250000 avrodan artıq olmaması halı üçün, aylıq 600 avro (ƏDV-siz) təşkil edir. Məsləhətçi, hər 100000 avroya düşən illik dövriyyədə hər əlavə artıq üçün müştəridən 100 avro məbləğində əlavə Xidmət haqqı alacaq. Müqavilənin 6.2-ci bəndinə əsasən Azərbaycan korporativ vergi bəyannaməsinin hazırlanması üçün Məsləhətçi hər il Müştəridən birdəfəlik 1000 avro məbləğində əlavə Xidmət haqqı alır. Müqavilənin 6.5-ci bəndinə əsasən müqavilədə göstərilmiş bütün qiymətlər Əlavə dəyər vergisi olmadan göstərilmişdir. ƏDVnin məbləği və halları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hesablanır. Müqavilənin 6.6 və 6.7-ci bəndlərinə əsasən Xidmətlər Müştəri tərəfindən Məsləhətçinin təqdim etdiyi hesab-faktura əsasında ödənilməlidir, hesab-faktura Müştəri tərəfindən onun verildiyi tarixdən 30 təqvim günü ərzində Azərbaycan manatı ilə, hazırlandığı tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq ödənilməlidir. Hesab-faktura lazımi qaydada ödənilmədikdə, Müştəri ödəməni gecikdirmiş hesab edilir. Hesab-fakturanın verildiyi tarixdən 60 gün sonra borcun ödənilməsinin zəruriliyi haqqında yazılı bildiriş hazırlanıb poçt vasitəsilə Müştərinin hüquqi ünvanına göndərilir. Bundan sonra Məsləhətçi gecikdirmə faizlərini hər gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,05 % miqdarında, lakin 50 % faizdən çox olmayaraq hesablamaq hüququna malikdir. EBDW seriyalı, 427259 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 7971,80 manat, EBDW seriyalı, 427180 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 10629,06 manat, EBDW seriyalı, 427625 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4428,78 manat dəyərində göstərilmiş xidmətlər “Roedl ənd Partner" MMC tərəfindən “X1" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. “Roedl ənd Partner" MMC tərəfindən “X1" MMC-yə 4248 avro məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün 29 dekabr 2023-cü il tarixli 220 saylı hesab-faktura təqdim edilmişdir. Göstərilmiş xidmətlərlə bağlı 2023-cü ildə əlavə olaraq 351856,68 avro aralıq dövriyyə görə ödənilməli olan tənzimlənmiş xidmət haqqı hər 100000 avro dəyərində dövriyyə üzrə 100 avro məbləğində əlavə xidmət haqqı hesablanmaqla 300 euro x 12 = 3600 euro müəyyən edilmişdir. “Roedl ənd Partner" MMC tərəfindən “X1" MMC-yə 5664 avro məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün 29 dekabr 2023-cü il tarixli 221 saylı hesab-faktura təqdim edilmişdir. Göstərilmiş xidmətlərlə bağlı 2022-ci ildə əlavə olaraq 406089 avro aralıq dövriyyə görə ödənilməli olan tənzimlənmiş xidmət haqqı hər 100000 avro dəyərində dövriyyə üzrə 100 avro məbləğində əlavə xidmət haqqı hesablanmaqla 400 euro x 12= 4800 euro müəyyən edilmişdir. “Roedl ənd Partner" MMC tərəfindən “X1" MMC-yə 4248 avro məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün 29 dekabr 2023-cü il tarixli 222 saylı hesab-faktura təqdim edilmişdir. Göstərilmiş xidmətlərlə bağlı 2021-ci ildə əlavə olaraq 317937 avro aralıq dövriyyə görə ödənilməli olan tənzimlənmiş xidmət haqqı hər 100000 avro dəyərində dövriyyə üzrə 100 avro məbləğində əlavə xidmət haqqı hesablanmaqla 300 euro x 12= 3600 euro müəyyən edilmişdir. “Roedl ənd Partner" MMC tərəfindən “X1" MMC-yə 2360 avro məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün 29 dekabr 2023-cü il tarixli 223 saylı hesab-faktura təqdim edilmişdir. Göstərilmiş xidmətlərlə bağlı 2022-ci maliyyə ili üçün Azərbaycan korporativ vergi bəyannaməsinin (2022-ci il üçün mənfəət vergi bəyannaməsi) hazırlanması üçün xidmət haqqı hesablanmaqla 2360 euro müəyyən edilmişdir. 31 may 2024-cü il tarixli **********5 saylı mədaxil qəbzindən görünür ki, “Roedl ənd Partner" MMC tərəfindən dövlət büdcəsinə 188 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 773-ci maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmış, müqavilədə nəzərdə tutulmuş şərtlərlə müştəri bu müqavilənin 2-ci bəndinə müəyyən edilmiş mühasibatlıq xidmətlərinin göstərilməsini iddiaçıya tapşırmış, iddiaçı isə xidmətlərin göstərilməsini təmin etmişdir. Həmçinin cavabdehin etirazından məlum olur ki, iddiaçı tərəfindən razılaşdırılmış həcmdə və keyfiyyətdə işlər görülmüşdür, eyni zamanda bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən iddiaçı tərəfindən müqavilə üzrə göstərilən xidmətlərə görə ödəniş haqqı, cavabdehin illik dövriyyəsinin 250000 avrodan artıq olması halında, hər əlavə 100000 avroya görə 100 avro məbləğində əlavə xidmət haqqı ödənilməsini cavabdeh mübahisələndirmir. Bununla yanaşı cavabdeh 2021-2022-ci illər üzrə korporativ vergi bəyannaməsinin hazırlanmasına görə 2360 avro xidmət haqının ödənilməsini mübahisələndirməmiş, həmin hissədə iddiaçı tərəfindən işlərin görüldüyünü bildirmiş, sadəcə olaraq xidmət müqaviləsinə xitam verildikdən sonra iddiaçı tərəfindən cavabdehə məxsus baza məlumatlarının ona lazımi formatda təhvil vermədiyindən, ödənişlərin edilmədiyini bildirmişdir. Cavabdeh iddiaçı tərəfindən tələb edilən 17279,82 avro xidmət haqqı məbləğinin müqavilənin 6.1-ci bəndinə istinad edilməklə düzgün hesablanmadığını, həmin bənddə qeyd edilən hər 100000 avro məbləğində dövriyyə artımı üçün 100 avro əlavə haqqın aylıq deyil, birdəfəlik haqq kimi müəyyən edildiyini qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı müqavilənin 6.1-ci bəndinin şərtlərinə əsasən 2021-ci il üçün illik dövriyyə məbləğinin 250000 avrodan yuxarı 317937 avro hissəsi üçün hər əlavə 100000 avroya 100 avro hesablanmaqla 300 avro, 2022-ci il üçün illik dövriyyə məbləğinin 250000 avrodan yuxarı 406089 avro hissəsi üçün hər əlavə 100000 avroya 100 avro hesablanmaqla 400 avro, 2023-cü ildə illik dövriyyə məbləğinin 250000 avrodan yuxarı 351856,68 avro hissəsi üçün hər əlavə 100000 avroya 100 avro hesablanmaqla 300 avro olmaqla ümumilikdə 1000 avro pul vəsaiti cavabdehdən tutularaq iddiçıya ödənilməlidir. Çünki iddiaçının müqavilənin 6.1-ci bəndində göstərilən xidmətlərə görə cavabdehin illik dövriyyəsinin 250000 avrodan artıq olduğu təqdirdə, hər 100000 avroya düşən illik dövriyyədə əlavə artıq üçün cavabdehdən 100 avro məbləğində əlavə xidmət haqqını aylıq ödənişlərə əlavə edərək, bir illik dövr üzrə 12 aya uyğun hesablayıb tələb etməsi müqavilə şərtinə uyğun deyildir. Belə ki, müqavilənin həmin bəndində illik dövriyyənin hər əlavə 100000 avro artımı üçün 100 avro əlavə xidmət haqqının ödənilməsinin həmin il üçün hər ay üzrə ödənişə əlavə edilməsi nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı tərəfindən müqavilə üzrə 2021-ci, 2022-ci və 2023-cü illərin sonunda cavabdehdən dövriyyə artımına görə əlavə xidmət haqqının tələb edilməməsi onu təsdiq edir ki, tərəflər arasında həmin müqavilə şərtinə uyğun əlavə xidmət haqqının bir il ərzində hər aylıq ödənişə əlavə hesablanması ilə bağlı işgüzar adət və ya praktika formalaşmamışdır. Cavabdeh onun baza məlumatlarının iddiaçıda olduğunu və ona təqdim edilmədiyini, buna görə yeni məlumatların hazırlanması üçün əlavə xərc çəkdiklərini əsas gətirərək iddiaçıya ödəniş etmədiyini bildirmiş, lakin həmin baza məlumatlarının iddiaçıda olması, tərəflər arasında baza məlumatlarının təhvil verilməs ilə bağlı hər hansı müqavilənin və ya şərtin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı tərəfindən korporativ vergi bəyannaməsinin hazırlanması üçün hesablanmış 2360 avro və 1000 avro əlavə haqq, ümumilikdə 3360 avro məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 759,92 avro faiz borcunun da tutulmasını tələb etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6.7-ci bəndinə əsasən ödənişin gecikdirildiyi təqdirdə faiz borcunun hesablanması nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 168 avro müəyyən olunmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında xidmət haqqının dəyəri avro ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 188 manat dövlət rüsumunun 85,89 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 3360 avro borc, 168 avro faiz borcu olmaqla, cəmi 3528 (üç min beş yüz iyirmi səkkiz) avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun 85 (səksən beş) manat 89 (səksən doqquz) qəpiyinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar