Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4031/2025 28.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:pul tələbi) X2 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı ASC –nin xeyrinə8.601,84 ABŞ dolları məbləğində borc vəborclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 958,06 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun tutularaq "xxxx" ASC-yə ödənilməsi və 139 manat barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC İddiaçı ASC-yə müraciət edərək ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti göstərdiyiniz (Elit Ticarət Mərkəzi) obyektdə ekvayrinq xidmətləri üçün POS-terminal quraşdırılmasını xahiş etmişdir və Bankla bağlanan xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqaviləyə əsasən Cavabdeh MMC-nin ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti göstərdiyi obyektə (Elit Ticarət Mərkəzi) ekvayrinq xidmətləri üçün İddiaçı ASC-nin 73502301 nömrəli POS-terminalı quraşdırılmışdır. Əməliyyatın həqiqətən kart sahibi tərəfindən aparıldığına dair təsdiqedici sənədləri BankaCavabdeh MMC tərəfindən təqdim etmədilmədiyi üçün X1 MASTERCARD tərəfindən kart sahibinin etirazı təmin edilmiş və aparılan əməliyyatların məbləğ8i.601,84 ABŞ dolları İddiaçı ASC-dən tutulmuşdur. Sizinlə bağlanan yuxarıda qeyd olunan Müqavilənin 2.3.19-cu bəndinə görə “Müəssisə POSterminallar vasitəsilə Maestro və VİSA Elektron növlü kartlara xidmət göstərərkən müştərinin PİN-pad vasitəsilə ŞEN-kod yığmasını təmin etməlidir (ŞEN-kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır). Əks təqdirdə Chargback halları baş verərsə, (kart sahibi ödənişlərə etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyəti Müəssisə daşıyacaqdır”. Müqavilənin 5.1-ci bəndinə görə Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqavilənin şərtlərinə əsasən məsuliyyət daşıyırlar. Göstərilənləri nəzərə alaraq və Tərflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqavilənin şərtləriniəsasən İddiaçı ASCdan tutulmuş 8.601,84 ABŞ dolları əməliyyatlara görə məbləğiİddiaçı ASCyə qaytarılması tələb edilir. II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək,məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. İş digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı ASC (bank) ilə Cavabdeh MMC (müəssisə) arasında 3.11.2022-ci il tarixli ******* saylı tarixli müqavilə bağlanmışdır. - Müqavilənin 1.1-ci bəndinə əsasən MASTERCARD İNTERNATİONAL-ın və VİSA İNTERNATİONAL-ın üzvü kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan Bank, Müəssisəni vəkil edir ki, yuxarıda göstərilən kartları malların və xidmətlərin alınması müqabilində qəbul etsin. Bank kartlarla aparılmış əməliyyatların müqabilində bu Müqavilənin 3.1-ci və 3.4-cü bəndlərində göstərilən komisyon haqqını Müəssisəyə çatası pul məbləğindən çıxdıqdan sonra qalan məbləği Müəssisənin müvafiq bank hesabına köçürür. - Müqavilənin 2.3.19-cu bəndinə əsasən müəssisə “Müəssisə POS-terminallar vasitəsilə Maestro və VİSA Elektron növlü kartlara xidmət göstərərkən müştərinin PİN-pad vasitəsilə ŞEN-kod yığmasını təmin etməlidir (ŞENkod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır). Əks təqdirdə Chargback halları baş verərsə, (kart sahibi ödənişlərə etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyəti Müəssisə daşıyacaqdır. Müqavilə və hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur
9. Hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh MMC-nin İddiaçı ASC-də olan hesabına xx.xx.2023-cü il tarixində 1382.35usd , 278.24usd, 6941.18 usd vəsait daxil olmuşdur.
V. Tətbiq edilən hüquq:
10. AR Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).
11. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Vİ.Məhkəmənin mövqeyi:
13. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
14. Hazırda iddiaçı bank ilə Cavabdeh MMC arasında pos-terminalın quraşdırılması haqqında müqavilənin imzalandığını, Pos-terminalın ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti göstərilən (Elit Ticarət Mərkəzi) obyektində quraşdırıldığını, POS-terminalda SamsungPay xidmətindən istifadə edilməklə aparılan əməliyyatlar kart sahibi tərəfindən etiraz(chargeback) verilərək mübahisələndirildiyini, Əməliyyatın həqiqətən kart sahibi tərəfindən aparıldığına dair təsdiqedici sənədləri BankaCavabdeh MMC tərəfindən təqdim etmədilmədiyi üçün X1 MASTERCARD tərəfindən kart sahibinin etirazı təmin edilmiş və aparılan əməliyyatların məbləğ 8.601,84 ABŞ dolları İddiaçı ASC-dən tutulmuşdur. Sizinlə bağlanan yuxarıda qeyd olunan Müqavilənin 2.3.19-cu bəndinə görə “Müəssisə POS-terminallar vasitəsilə Maestro və VİSA Elektron növlü kartlara xidmət göstərərkən müştərinin PİN-pad vasitəsilə ŞEN-kod yığmasını təmin etməlidir (ŞEN-kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır). Əks təqdirdə Chargback halları baş verərsə, (kart sahibi ödənişlərə etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyəti Müəssisə daşımalı olduğunu bildirmişdir.
15. İddiaçı tərəfindən iş materialalrına əlavə olunan sənədlərdən göründüyü kimi, chargeback əməliyyatları nətciəsində qeyd edilmiş pullar yəni cəmi 8601.84 ABŞ dolları məbləğində pul müxtəlif şəxlərin hesabından silinmiş, sonradan isə həmin şəxslər tərəfindən geri çağırılmalar olmuş və beynəlxalq ödəmə sistemi olan MasterCard tərəfindən Bankın hesabından silinmişdir.
16. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həmçinin tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən iddia əsas borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və cavabdehdən 8601.84 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla alınaraq iddiaçıya verilməlidir.
17. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 958.06 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
18. Məhkəmə qeyd edir ki, 2023-cü ilin yanvar ayından (kartdan vəsaitin silindiyi tarix) başlayaraq may 2025-ci il tarixədək (iddia ərizəsinin verildiyi tarix) hesabladıqda görünür ki, təxmini 29 ay keçmişdir.
19. Belə olan halda məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 919 ABŞ dolları məbləğində pul da ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
20. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 139 manat məbləğində dövlət rüsumu ödənilmişdir,məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq 138.56 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 8601,84 ABŞ dolları (səkkiz min altı yüz bir dollar səksən dörd sent) məbləğində əsas borc və illik 5 % miqdarında 919 ( doqquz yüz on doqquz dollar) ABŞ dolları ödəniş günü (AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən) məbləğində gecikdirmə borcu, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 138,56 ( bir yüz otuz səkkiz manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova